Məhkəmə qərarları › İş №2-1(103)-2783/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2783/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2783/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X5 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182673 nömrəli qərarına əsasən cavabdeh tərəfindən İddiaçı MMC-nin fəaliyyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergiləri və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması (bundan sonra-SVY) aparılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya ümumilikdə 1.843.945,85 manat vergi və 1.256.589,32 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Yoxlama dövründə iddiaçının əsas fəaliyyəti restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmuşdur. Cavabdeh tərəfindən çıxarılmış qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı MMC (VÖEN:**********) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasina görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Mahiyyəti ilə bağlı bildirilir ki, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (bundan sonra-cavabdeh) “Səyyar vergi yoxlanması keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın müddəti xx.xx.2024-cü il tarixli **********183125 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin (vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta va sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189104 nömrəli qərar çıxarılmışdır. Vergi yoxlaması cavabdehin xx.xx.2023cü il tarixli **********0845 nömrəli qərarı əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəssisənin fəaliyyət göstərdiyi ünvanlarda müəssisəyə məxsus kompüterlərin yaddaşından götürülmüş 2020-2023-cü ilin 3-cü rübünə aid olan satış dövriyyələrini əks etdirən hesabatlar, kağız daşıyıcılarında olan sənədlər, həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********182721 nömrəli tələbnamə ödəyiciyə təqdim edilmişdir. Tələbnaməyə əsasən yoxlamanın predmetinə aid xx.xx.2021-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə ilkin mühasibat sənədlərini, bağlanmış müqavilələri, VHF və E-VHF-ları barədə məlumatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olduğu halda lisenziyanın olub-olmaması barədə məlumatı, idxal-ixrac sənədləri, müəssisənin xidmət, anbar və satış obyektləri barədə məlumatları, bank və kassa sənədlərini, malların satışı və alınmasını təsdiq edən ilkin sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədləri, Yük Gömrük bəyannamələrini, əsas vəsaitlərin alınması, tikilməsi və istismarı ilə əlaqədar sənədləri, Nəzarət kitabçası və digər zəruri sənədlərin yoxlamaya təqdim olunması tələb edilmişdir. Müəssisə xx.xx.2023-cü il tarixli operativ vergi nəzarəti nəticəsində müəyyən edilmiş satış dövriyyələrinə aid sənədlərin olmadığını əsas gətirərək sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunmaması barədə xx.xx.2024-cü il tarixli AKT tərtib edilmişdir. Səyyar vergi yoxlaması zamanı cavabdehin xx.xx.2023-cü il tarixli **********0345 №li, **********350 №41, **********0346 №41, **********0348 №41, **********0347 №41 "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarlarına əsasən müəssisəyə məxsus obyektlərdən götürülmüş elektron yaddaş qurğusunda olan dövriyyə, mal satışı daşınmaz əmlak üçün ödənilən icarə haqları üzrə ödəmə mənbəyində tutulan verginin 108.554,85 manat olmaqla, ümumilikdə 1.269.871.77 manat azaldılması müəyyən edilmişdir. Müəssisənin sadələşdirilmiş vergisi baza-hesabat bəyannamə məlumatları üzrə: 2021-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 2.652.432,95 manat, bu dövriyyədən sadələşdirilmiş vergi 212.194,63 manat, VM-nin 218.1.2-ci maddəsinə əsasən azaldılan vergi 17.070,32 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 195.124,32 manat sadələşdirilmiş vergi hesablanmışdır. 2022-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 4.314.771,36 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 345.181,71 manat sadələşdirilmiş vergi hesablanmışdır. 2023-cü ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması) 4.123.988,45 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 329.919,08 manat sadələşdirilmiş vergi hesablanmışdır. Müəssisə tərəfindən satış dövriyyəsi bəyannamədə tam əks etdirilməmiş və sadələşdirilmiş vergi düzgün hesablanmamışdır. Müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə və təqdim edilmiş mühasibat sənədlərinə və elektron məlumat bazasına yoxlama ilə aşağıdakılar müəyyən edilmişdir. Ümumilikdə, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi Müəssisəyə məxsus təsərrüfat subyektlərində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron faylların "ASLANOVA AFİ OZSUT” qovluğunda olan “des”alt qovluğunda ”2022 əməkhaqqı" alt qovluğunda olan 2022-ci ilin əmək haqqı məlumatlarını əks etdirən, eləcə də “ASLANOVA AFİ OZSUT” qovluğunda olan “des”alt qovluğunda “2023 əməkhaqqı” alt qovluğunda olan 2023-cü ilin əmək haqqı məlumatlarını əks etdirən excel faylların araşdırılması zamanı səyyar vergi yoxlaması ilə cəmiyyət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərə verilmiş əmək haqqı cədvəlləri üzrə Vergi Məcəlləsinin 1.4-cü, “Sosial sığorta haqqında” Qanunun 14-cü, ”İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddələrinə əsasən 2022-ci ildə 272.033,80 manat məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqları müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış sığorta 136.016,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, qeyd edilən cədvəl Vergi Məcəlləsinin 1.4-cü, "Sosial sığorta haqqında" Qanunun 14-cü, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddələrinə və "Tibbi sığorta haqqında" Qanunun, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin qeyd olunan maddəsinə əsasən ödənilən dividenddən 10 faiz dərəcə ilə 116.355,70 manat məbləğində ödəmə mənbəyində vergi hesablanmışdır. Digər tərəfdən, icarə haqqından ödəmə mənbəyində tutulan verginin 256,51 manat az hesablanması müəyyən edilmişdir. Nəticədə ümumilikdə ÖMV bəyannamələri üzrə 116.612,21 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin azaldılmasına görə 58.306,11 manat (116.612,21 50%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Nəticə olaraq yoxlanılan dövrdə sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta üzrə 493.015,62 manat, ümumilikdə 1.879.499,60 manat vergilərin və icbari ödənişlərin alınması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494,88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunmuş və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində, təqvim ayı ərzində 4 əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə VMnin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqları, işçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin qəyd olunan 67.1.9-cu maddəsi yoxlama zamanı qanunvericilikdə mövcud olmuşdur və yuxarıda qeyd olunanlar iddiaçıdan elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar götürülmüşdür. İddiaçının qeyd edilən dəlilinə münasibətdə bildirilməlidir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı aşağıdakı xüsusi qaydalar nəzərdə tutulmuşdur. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. (VM 38.2 “Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir” (VM 38.4). “Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanın da qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda-xarici ölkədən cavab alınanadək; **********185747 nömrəli qərarla 18 günü olmaqla, ümumilikdə 47 iş günü müvəqqəti dayandırılmış, xx.xx.2024-cü iİ tarixli **********183757 nömrəli qərarla 30 iş günü xx.xx.2024-cü il tarixli **********186420 nömrəli qərarla 30 iş günü olmaqla, ümumilikdə 60 iş günü müvəqqəti uzadılmışdır (səyyar vergi yoxlama aktının 1-ci səhifəsi). Eyni zamanda, yuxarıda qeyd edilən qərarlarda həmin qərarların hər birində onların qəbul edilmə zəruriliyi konkret əsaslarla əsaslandırılmışdır (xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü iİ tarixli qərarlar etiraza əlavə edilir). İddiaçı həmçinin ərizəsində qeyd edir ki, vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumatlar qismində yalnız rəsmi sənədlərdən, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliliyi şübhə doğuran “qara mühasibatlıq” olduğu iddia edilən elektron fayllarda olan məlumatlardan istifadə etmişdir ki, bu da nəticədə əsassız vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Bildirilir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: Vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; Vergi yoxlaması materiallarına; Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. İddiaçı həmçinin iddia ərizəsində qeyd etmişdir ki, operativ vergi yoxlamasında sənəd götürmə zamanı heç bir mərhələdə foto və (və ya) video çəkiliş aparılmamış, prosesə kompüter cəlb edilməmiş, sənədlərin götürülməsinə dair protokolda sənədlərin (elektron faylların) otaqdan və hansı vəzifəni daşıyan şəxsin iş masasında olan kompüterdən götürülməsi iş materiallarında mövcud olan “Sənədlərin və - nümunə kimi əşyaların götürülmə haqqında” xx.xx.2023-cü il tarixli 007312 DVX seriyalı Protokoldan və xx.xx.2023-cü il tarixli Aktdan göründüyü kimi vergi ödəyicisinə məxsus olan ofisdə operativ vergi nəzarəti zamanı ofisdə yerləşən baş mühasibin istifadəsində olan kompüter avadanlığının yaddaş sistemindən onun, direktor X3 və kompüter mütəxəssisinin iştirakı ilə ümumi həcmi 15.52 Gb olan elektron fayllarda (olan məlumat 2 ədəd qara rəngli "Silicon Power" markalı 16 və 32 Gb-lıq yaddaş kartına köçürülərək götürülmüşdür (xx.xx.2023-cü il tarixli götürmə protokolu və akt etiraza əlavə edilir). Bundan başqa bildirilir ki, iddiaçının qeyd etdiklərinin əksinə operativ vergi yoxlaması zamanı sənədlərin götürülmə prosesi foto və video çəkilişlə qeydə alınmış, vergi ödəyicisinin direktoru X10 müəssisəyə məxsus kompüterlərdə “özsütn.serverxx.com’’ serverində əks olunan satış dövriyyəsinin müəssisəyə məxsus kompüter avadanlığının yaddaş sistemindən götürüldüyünü etiraf edərək imza və möhürlə məlumatları təsdiq etmişdir (sənədlərin götürülməsi zamanı foto və video çəkilişi özündə əks etdirən “VİVA” markalı 8Gb-lıq boz rəngli yaddaş kartı etiraza əlavə edilir). Bir daha məhkəmənin diqqətinə çatdırılır ki, MMC-də keçirilmiş OVN tədbiri zaman, «ötürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də təqdim edilmiş mallar Səyyar vergi yoxlamasında istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmçinin, Məcəllənin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların müəyyənləşdirilməsi və 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarətinin vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilməsi təsbit edilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçı “ÖZSÜT AZERBAİJAN" MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və apellyasiya şikayəti iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2025ci il tarixli Q2500304 saylı qərarından görünür ki, İddiaçındə 2.018.209.05 manat məbləğində, yəni xüsusi ilə külli miqdarda vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmış və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırma aparılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin audit şöbəsinin xx.xx.2024-cü il tarixli **********183125 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlanılan dövrdə sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən sığorla, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 493.015,62 manat ümumilikdə 1.879.499.60 manat vergilərin və icbari ödənişlərin azaldılması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494,88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunur və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində və təqvim ayı ərzində verilmiş əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqqları və təsisçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə (30.000 manat icazəli limit gözləməklə) Vergi Məcəlləsinin 58.7-1-cı maddəsinə əsasən 186.377,69 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320.0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Mühasibat uçotunda lazımi dəyişikliklər edilməlidir. Səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixli **********891700 nömrəli xidməti məlumata əsasən xx.xx.2021 - xx.xx.2023-cü il vergi dövrü üzrə vergi tutulan əməliyyatların, vergiyə cəlb edilməli dövriyyənin müəyyən edilməsi və həmin dövriyyədən vergilərin yenidən hesablanması məqsədilə təyin edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin yekunu üzrə müəyyən edilmiş vergidən yayınma əməliyyatların müəyyən edilməsi səbəbindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Mühasibat uçotunda aktda qeyd edilənlərlə əlaqədar lazımi müzakirələşmələr verilməklə dəyişikliklər edilməlidir. Yoxlanılan dövrdə inzibati xəta müəyyən edilmədiyindən, Vergi Məcəlləsinə əsasən yol verilmiş vergi qanunvericiliyinin pozulması hallanna görə maliyyə sanksiyası tətbiq edildiyindən inzibati xəta haqqında protokol tərtib edilmədi. Aşkar edilmiş vergi və digər hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların təklifləri yoxlama nəticəsində aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün təklif edilir. Aktda qeyd olunan yayındırılmış vergi məbləğləri və tətbiq ediləcək maliyyə sanksiyaları büdcəyə ödənilmişdir. Mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmışdır. Vergi ödəyicisi ilə vergi qanunvericiliyinə riayyət edilməsi və aşkar edilmiş nöqsanlara dair müvafiq düzəlişlərin edilməsi barədə izahat işi aparılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182673 saylı səyyar vergi yoxlaması haqqında qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin yekunu üzrə müəyyən edilmiş vergidən yayınma əməliyyatları; risk(lər)in təsviri - Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus obyektlərdən götürülmüş elektron məlumatlar və mühasibathq sənədlərinə əsasən qeyri-rəsmi dövriyyələr müəyyən edilmiş və həmin dövriyyələr bəyannamələrdə göstərilməmişdir. Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Yanvar 2021 - Dekabr 2023. Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi baş ədliyyə müşaviri X11 tapşırılmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2024-cü il tarixli **********183757 saylı səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının müddəti 30 iş günü artırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********184690 saylı səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X6 tərəfindən İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti dayandırılmışdır. - Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********185747 saylı səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X6 tərəfindən İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqqəti müddətdə dayandırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2024-cü il tarixli **********186420 saylı səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının müddəti 30 iş günü artırılmışdır. - Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya ümumilikdə 1.843.945,85 manat vergi və 1.256.589,32 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. İddiaçı hazırkı iddiasında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: (-) nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3.-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1.-ci maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qanunvericiliyin tələbinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182673 nömrəsi “Səyyar vergi yoxlamasının keçirilması haqqında” Qərarına əsasən İddiaçındə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin Qərara əsasən yoxlama ilə əhatə olunan vergi dövrü Yanvar 2021- Dekabr 2023 müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Yoxlamanın təyin olunması barədə qərar xx.xx.2024-cü il tarixdə qəbul olunduğundan yuxarıda qeyd olunan maddi hüquq normasına əsasən 2021-ci ilin yanvar, fevral və mart ayları üçün səyyar vergi yoxlaması keçirilə bilməzdi. Eyni zamanda, mübahisələndirilən qərar ilə 2021-ci ilin yanvar-mart ayları və yaxud 2021-ci ilin İ rübü üzrə 35.553,71 manat sadələşdirilmiş vergi məbləği və həmin məbləğin 50%-i həcmində maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da Vergi Məcəlləsinin 56-cı və 85.4-cü maddəsinə uyğun deyil. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 56.1-ci maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Beləliklə məhkəmə köllegiyası hesab edir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə, eyni zamanda mübahisələndirilən qərar qəbul edilən zaman Vergi Məcəlləsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması təyin edilməklə yanaşı 2021-ci ilin İ rübü üzrə əsassız vergi məbləği hesablanaraq maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, X2 188.719,00 manat, X7 398.800,00 manat və X8 576.038,00 manat dividend gəlirlərinin ödənişi müəyyən edildiyindən Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən müəssisə tərəfindən ödənilən dividentdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Vergi Məcəlləsinin 5.0.1-ci maddəsinə əsasən bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması) vergitutmanın formalarından biridir. Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İş materiallarına əlavə edilmiş sənədlərdə səyyar vergi yoxlaması ilə cavabdeh tərəfindən ödəmə mənbəyində hesablanan vergi məbləği ilə əlaqədər təsisçilərə dividend məbləğinin ödənişi sübut edən hər hansı sənəd mövcud deyil. Eyni zamanda, iş materiallarına əlavə olunmuş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi” tərəfindən verimiş kommersiya hüquqi şəxlərinin dövlət qeydiyyatı məlumatlarına və səyyar vergi yoxlaması aktının 1.2-ci bəndində X1 və X4 adı təsisçi kimi qeyd edilməyib. Qeyd olunan maddi hüquq normalarına istinad edərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar əsasında 116.355,70 manat məbləğindən dividenddən ödəmə mənbəyində hesablanmış vergi məbləği və tətbiq edilmiş maliyyə sanksiyası əsassızdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş yaddaş kartında olan məlumatlara məhkəmə kollegiyası tərəfindən baxılaraq müəyyən edilmişdir ki, “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan “xx.xx.2020-xx.xx.2020”, “xx.xx.2021-xx.xx.2021”, “xx.xx.2022xx.xx.2022”, “xx.xx.2023-xx.xx.2023” excel fayllarında olan məlumatlarla hesablanmış vergi məbləğləri arasında kəskin ziddiyyət mövcuddur. Hətta 2023-cü ilin 4-cü rübünə aid hər hansı məlumat mövcud olmadığı halda 2023-cü ilin 4-cü rübü üzrə hansı məlumat əsasında vergi məbləğinin hesablanması anlaşılan deyil. Həmçinin, məhkəmə kollegiyası tərəfindən həmin yaddaş kartında olan məlumatlara baxış keçirərkən məlum olur ki, səyyar vergi yoxlaması aktında qeyd olunan və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)nın müqayisəli cədvəlində azaldılmış məbləğ olaraq qeyd edilən 493.015,62 manat icbari ödənişlər “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan excel fayllarındakı məlumatlarla ziddiyyət təşkil edir. Belə ki, həmin fayllarda olan məlumatlar əsasında icbari ödənişlərin hesablamasında belə riyazı yanlışlıqların olması məlumatların həqiqiliyini də şübhə altına alır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlara istinad olunaraq səyyar vergi yoxlaması ilə əlavə vergi və icbari ödənişlər üzrə hesablama aparılan zaman həm bəzi hesabat dövlərinə aid məlumat olmadan belə hesablamalar həyata keçirilmiş, həm də fayllarda olan məlumatlara istinad edilərək riyazi hesablamalarda səhvlər olduğundan mübahisələndiriən qərar ilə əlavə vergi və icbari ödənişlərin hesablanması, eyni zamanda maliyyə sanksiyasının tətbiqi əsassızdır. Həmçinin aşağı instansiya məhkəməsinin qərarında gətirilən əsaslandırılmalarla razılaşaq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmiş və iddia tələbi təmin edilərək xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran "qara mühabatlıq" sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə borcun hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar