Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2786/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü, məhkəmə aidiyyəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri Nizami Rayonu Nizami Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-4732/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Bələdiyyəsinin 07 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X2 ayrılmış və “Torpaqların alqısatqısına dair” akta əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən xx.xx.2005-ci il tarixli C-101 saylı cizgidə müəyyən olunmuş faktiki ölçüsü 300 kv. metr bələdiyyəyə məxsus torpaq sahəsinin X2 məxsusluğu haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X5 28 iyun 2005-ci ildə fərdi yaşayış yaşayış evinin tikintisinə görə Nizami rayon Bələdiyyəsinə 3 (üç) sot (300 kv. metr) torpaq sahəsinin ayrılması ücün müraciət etmişdir. ünvan 1 ünvanında 3 (üç) sot (300 kv. metr) torpaq sahəsinin ayrılması barədə 07 nömrəli qərarı vermişdir. Həmin qərara əsasən Nizami rayon Bələdiyyəsi ilə X5 arasında torpağın alqı-satqısına dair 2786 nömrəli Akt dövlət qeydiyyatına alınmışdır. Alqı-satqı aktında göstərilən ******* manat dövlət rüsumu Kapital Bankın 1 saylı şöbəsinin ********** nömrəli hesabına əvvəlcədən X5 tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 20 dekabr 2006-cı il tarixli 2587 nömrə ilə dövlət qeydiyyatına alınmış № **********2000036 olan Kadastr planını X1 adına alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası adından Nizami Rayon Məhkəməsinin 2005-cil tarixdə 2-1364 və Apellyasiyya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyası tərəfindən 2006-cı il 25 oktyabr tarixli 1 mk 5222 nömrəli qətnamələri çıxarılmışdır. Məhkəmə Qətnamələri qanuni qüvvəyə minmişdir. Onun tərəfindən anası X1 hüquqi varisi olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə adı çəkilən ünvanda göstərilən torpaq sahəsinin Çıxarışının verilməsilə bağlı dəfələrlə müraciət etsə də qeyd edilən qurum xx.xx.2023-cu il və xx.xx.2024-cü il tarixlərində verdiyi cavablarda dolayısı yolla çıxarışın verilməsini həyata keçirməkdən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin ayrılmasına dair Nizami Rayon Bələdiyyəsinin qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. Bundan başqa təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisində istinad nöqtələri və məsafələr qeyd edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinə digər şəxsin (3 saylı internat məktəbinin) müraciəti olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-4732/2025 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Nizami Bələdiyyəsinin 07 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X2 ayrılmış və “Torpaqların alqı-satqısına dair” akta əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən xx.xx.2005-ci il tarixli C-101 saylı cizgidə müəyyən olunmuş faktiki ölçüsü 300 kv. metr bələdiyyəyə məxsus torpaq sahəsinin X2 məxsusluğu haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsinin ayrılmasına dair Nizami Rayon Bələdiyyəsinin qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. Bundan başqa təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisində istinad nöqtələri və məsafələr qeyd edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinə digər şəxsin (3 saylı internat məktəbinin) müraciəti olmuşdur. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-4732/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı Bakı şəhəri Nizami Bələdiyyəsinin 07 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X2 ayrılmış və “Torpaqların alqı-satqısına dair” akta əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən xx.xx.2005-ci il tarixli C-101 saylı cizgidə müəyyən olunmuş faktiki ölçüsü 300 kv. metr bələdiyyəyə məxsus torpaq sahəsinin X2 məxsusluğu haqqında arayışın İddiaçı verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Həmçinin nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Beləliklə, inzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də qeyd olunan əsas mümkünlük şərtinin ödənilməsi tələb olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən xx.xx.2005-ci il tarixli C-101 saylı cizgidə müəyyən olunmuş faktiki ölçüsü 300 kv. metr bələdiyyəyə məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmasına nail olmaqdan ibarətdir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1364-2005 nömrəli, 10 noyabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 3 ünvanında yerləşən hərəsi 300 kv.m. torpaq sahəsinə X6 və X3 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, bu hal hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-polulmadığnın müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1364-2005 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Hazırkı halda o, hüquqi marağına uyğu olaraq həmin qətnamənin icra olunması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsinə əsasən icra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında yenidən eyni məzmunlu iddia qaldırmasında, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacının olması müəyyən olunmur. Başqa sözlə, mövcud qətnamə hazırkı mübahisənin inzibati məhkəmə icraatında baxılmasını istisna edir. Bu hal isə iddianın mümkünsüzlüyü kimi prosessual nəticəni şərtləndirir. Bundan başqa, qeyd edilməlidir ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, iddiaçının predmet aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz. Nəzərə alınnmalıdır ki, şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-4732/2025 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri Nizami Rayonu Nizami Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi” barədə iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-4732/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2786/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2786/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver