Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2788/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, işdə iştirak etməyə cəlb edilməyən X4, onun nümayəndəsi vəkil X2, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma tələbinə dair» inzibati işdə iştirak etməyə cəlb edilməyən X4 üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadından M.Bağırova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 12.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və məhkəmənin 03 may 2021-ci il tarixli məktubu ilə icraya yönəldilmişdir. Bundan sonra, 16.08.2021-ci il tarixində X8 vəsatətlə məhkəməyə müraciət edərək, həmin qərar onun qanunla maraqlarına toxunduğunu nəzərə alaraq onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 ilə 2007-ci ildən ailə qurmuşl, nikahlarını rəsmi qaydada 21.02.2012-ci il tarixdə qeyd etdirmişlər. Seyran Nüsrətovla 2021-ci ilin fevral ayınadək, yəni onun ölümünədək birgə yaşamışlar. İlk vaxtlar onunla birlikdə ünvan 3 ünvanında yaşamışl, 2020-ci ilin axırlarına doğru yoldaşı ilə belə qərara gəlmişlər ki, Saray qəsəbəsindəki evlərini satıb başqa ev alsınlar. Həmin evlərini satıb 16 noyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ferdi yaşayış evini almışlar. 04 dekabr 2020-ci il tarixində əri X9 yeni evdə qeydiyyata alınmış və həmin vaxtdan da onunla birlikdə orada yaşamağa başlamışlar. İddiaçı isə təzə evlərinə onlarla birlikdə köçməmiş, qızıgilə getmiş və orada yaşamışdır. 2020-ci ilin dekabırında təzə evə köçdükdən sonra ərinin vəziyyəti pisləşmiş, 17 fevral 2021-ci ildə vəfat etmişdir. 2021-ci ilin iyul ayının 17-də işdən evə gəlib evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Ona məlum olmuşdur ki, ərinin atası İddiaçı, qızı X10 və sonuncunun yoldaşı X12 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evinin giriş qapısını açaraq evə daxil olmuş, giriş qapısının açarları onlar tərəfindən dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Ərizəçi M.Bağırova apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və vəsatətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə təqdim etdiyi - 16.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nüsrətov Seyran Şirvan oğlu (mərhum əri) ünvan 4 ünvanında yerləşən ferdi yaşayış evini vətəndaş X6 almışdır. Bakıxanov Bələdiyyəsinin verdiyi yerli vergilərin ödəyicsi haqqında 026 saylı 26.04. 2021-ci il tarixli şəhadətnaməyə əsasən M.Bağırova mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin vergi ödəyicisidir. Eyni zamanda. M.Bağırovaa ilə «Azəriqaz» İB, "xxxx" ASC, "xxxx" ASC - arasında bağlanmış xidmət müqavilələr də onu göstərir ki, ərizəçi mübahisəli ünvanda yaşamışdır. Bundan əlavə, yaşayış yerindən arayışa əsasən də müəyyən olunur ki, məhum əri mübahisəli evə qeydiyyatda olmuşdur. Nikah haqqında şəhadətnamədən isə görünür ki, 21.02.2012-ci ildə onlar nikaha daxil olmuşlar. AR DİN-in 21.10.2000-ci il tarixli 024992 saylı vəsiqəsindən isə görünür ki, əri müharibə vetiranıdır. Lakin məhkəmə bu sübutların heç birinə öz mövqeyini bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 28-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi M.Bağırova və onun nümayəndəsi vəkil K.Quliyeva apelyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili R.Qasımov ərizəçinin apellyasiya şikayətinə etiraz edərək onun üçüncü şəxs qismində işə qoşulmaq üçün subyektiv hüququnun olmadığını, mübahisəli evin iddiaçıya məxsus olduğunu və hazırda evdə iddiaçının faktiki olaraq yaşadığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X7 ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb olunmalı və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərarında ərizəni rədd edərkən qeyd etmişdir ki, «…Ərizəçi qeyd olunan ünvanın ona məxsus olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, o da həmin ünvana qeydiyyata alınma (eləcə də həmin ünvana istifadə hüququnun tanınması və ya köçürülmə) tələbi ilə məhkəməyə müraciət edə bilər və iş materiallarından görünür ki, ərizəçi həmin ünvana qeydiyyata alınma tələbi ilə artıq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iddia ərizəsi məhkəmənin icraatındadır. Göründüyü kimi, məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunmur. Eyni zamanda ərizəçi məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Belə olan halda onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti əsassız hesab edilməli və təmin edilməməlidir…» Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. İPM-in də 28.1-ci maddəsinin tələbindən görünür ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında da həmçinin xüsusilə vurğulamışdır ki, məhkəmə, qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılimasının təzələniməsi barədə qərardad qəbul edərəkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipininin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün birinci növbədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub pozulmamasına xüsusilə diqqət yetirməlidir. İşdən görünür ki, İddiaçı tərəfindən də cavabdeh polis orqanına qarşı ünvan 1 ünvanında qeyrləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün subyektiv hüququnu təsdiq edən sənəd olaraq –öz şəxsiyyət vəsiqəsi və oğlu X5 həmin evə qeydiyyatı barədə AR Daxili İşlər Nazirliyiinin 07.12.2020-ci il tarixli ******* №-li arayışı təqdim olunmuş və məhkəmə də məhz, həmin sənədlərə istinadən onun mübahisəli evə qeydiyyata alınması vəzifəsini cavabdehə həvalə etmişdir. Konkret halda, isə ərizəçi M.Bağırovanın məhkəəməyə təqdim etdiyi - Binəqədi rayon qeydiyyat şöbəsinin 21.02.2012-ci il tarixində verdiyi 733947 nömrəli «Nikah haqqında şəhadətnamə»sindən görünür ki, Daxili İşlər Nazirliyinin qeyd olunan arayışına əsasən mübahisəli evə qeydiyyatda olmuş X9 (yəni iddiaçının oğlu) ilə X8 arasında 21.02.2012ci il tarixində birgə nikah bağlanmışdır, Göründüyü kimi, məhkəmə, bir halda mübahisəli evə qeydiyyatda olmuş mərhum Seyran Nüsrətovun, iddiaçının oğlu olduğu nəzərə alınmaqla, onun həmin evə subyektiv hüququnu tanıyır, digər bir halda isə həmin nikah haqqında şəhadətnaməyə əsasən mərhum Seyran Nüsrətovla rəsmi nikahda olmuş həyat yoldaşı Mahirə Bağırovanın mübahisəli evə dair subyenktiv hüquqa malik olmasını rədd edir. Halbuki, ərizəçi tərəfindən həmin evə dair marağını təsbit edən digər sübutlar, o cümlədən, evin «Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair» 29.01.2021-ci il tarixində ərizəçi M.Bağırova ilə "xxxx" ASC arasında bağlanmış, habelə, evin təbii qazla təchizatı ilə əlaqədar onunla «Azəriqaz» İB arasında 01.02.2021-ci il tarixdə bağlanmış müqavilələr, eyni zamanda, onun mübahisəli əmlakın yerli vergi ödəyicisi kimi qeydiyyata alınması ilə bağlı Bakıxanov bələdiyyəsi tərəfindən 26.04.2021-ci il tarixində verilmiş 026 №-li şəhadətnamə, sair sənədlər təqdim olunmuşdur. Beləliklə də yuxarıda tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, dövlət tərəfindən mübahisəli evin rəsmi statusunu təsdiq edən sübutetmə vasitələri mövcud olmasa belə, ərizəçi M.Bağırovanın birmənalı olaraq həmin evlə bağlı məsələlərdə subyektiv hüquqa malikdir. Odur ki, qanuni qüvvəsini almış məhkəmə qərarının onun qanunla qorunan maraqlarına əhəmiyyətli dərəcədə toxunmuş olur. Göründüyü kimi, üçüncü şəxs qismində onun işə cəlb edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən qərarında qeyd olunan sübutlar məhkəmə araşdırmasının predmetini təşkil etməmiş, onlara hüquqi qiymət verilməmiş və əsassız olaraq ərizəçinin vəsatəti rədd edilmişdir. Bu mənada məhkəmə kollegiyası X1 apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, həmin qərardad ləğv vedilməli, X4 ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb edilməli İPM-in iş, 28.1-ci maddəsinin təlbinə müvafiq qaydada sonrakı prosessual hərəkətlər edilməklə, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 80, 87, 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi X4 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı 31.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. X4 ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb olunsun və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıeva
Məhkəmə qərarları › İş №2-1(103)-2788/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2788/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver