Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-279/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin öz arzusu ilə ehtiyata buraxılması kimi dəyişdirilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzrsüz səbəblərdən ötürüldüyü üçün, apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, cavabdehdən ehtiyata buraxıldıqdan sonra hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində işləyir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən görünür ki, məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında SS683499375AZ nömrəli xəbərnaməyə imza edilməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi-75). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə qərar ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2020-ci il tarixdə, iş günündə başa çatmışdır. Lakin məhkəmə qərarından apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən bilavasitə birinci instansiya məhkəməsinə təqdim olunmuş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən 7 gün buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarından apellyasiya şikayəti cavabdeh tərəfrindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyi, cavabdeh hüquq xidmətinə malik dövlət orqanı olduğundan hüquqi yardım göstərilməsi zəruri olmadığı, habelə, cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumatlı olduğu halda nümayəndəsi də Məhkəməyə gəlmədiyi üçün, apellyasiya mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından apellyasiyası mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-279/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-279/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver