Məhkəmə qərarları › İş №2-1(103)-2790/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2790/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2790/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçıların (İddiaçı5 istisna olmaqla) və üçüncü şəxsin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Cavabdeh5nə qarşı (üçüncü şəxs: Ümid-VQM MMC) “iczənin, qərarın ləğv edilməsi və s. tələblərinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6336/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və qeyrilərəi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqəlb etmişlər ki, qanunsuz olduğu üçün Azərbaycan Respublikası Cavabdeh5 xx.xx.2018-ci il tarixli aktını, Bakı şəhər İcra Hakimiyyətinin 109 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamını, Cavabdeh6 MMC ilə bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2020-ci il tarixli, 1588 nömrəli müqaviləni, yaşayış binasının tikintisinə Cavabdeh1 Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin, yaşayış binasının tikintisinə verilmiş Tİ-64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazənin ləğv edilməsi və qanunsuz qərarları, hərəkətləri nəticəsində yaşayış sahəsindən məhrum edilmələri ilə əlaqədar vurulmuş ziyana görə birgə cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və həmin komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, Cavabdeh5n və Cavabdeh6 MMC –nin üzərinə müştərək qaydada kompensasiya olaraq iddiaçıların hər birinə ünvan 1 ünvanı ərazisində orta təmirli vəziyyətdə bir otaqlı mənzillə təmin etmək və ya ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən qanunsuz inşa edilmiş hündürmərtəbəli binanın sökülərək yerində ətraf sakinlərin günəş şüasının qarşısını kəsən, çoxsaylı sakinləri ilə şəhərdə sıxlıq yaranmasına səbəb olan göydələn yox, biz birgə iddiaçıların sayı nəzərə alınmaqla Cavabdeh1 Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin, yaşayış binasının tikintisinə verilmiş Tİ-64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazədə dəyişiklik edərək daha da yığcam, Bakı şəhərinə gözəllik gətirən yeni üslubda yaşayış binası inşa etməklə iddiaçıların orada yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulsun. İddianın əsaslarına görə iddiaçılar 80-cı illərdən “Azərsənayetikinti” Nazirliyinin tikinti idarəsində fəhlə işləyərək, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamışdırlar. Sonradan məlum səbəblərdən yataqxanada qaçqın və məcburi köçkünlər də yaşamalı olmuşlar. Lakin həmin yataqxana binası sökülüb-dağıdılmış, yerində yeni 9 mərtəbəli yaşayış binası inşa edilməyə başlanılmışdır. Həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin dairəsi "xxxx" MMC-ə, o cümlədən də nəzarət orqanlarına aşkar bəlli olduğu halda (və ya bunu bilməli olduqları halda) icarəyə torpaq alan şəxs "xxxx" MMC kompensasiya ödəmədən, köçürmə işlərini icra etmədən uzun illər ərzində iddiaıların yaşadıqları evi söküb-dagıtmışdır. Eyni zamanda cavabdeh orqanın səlahiyyətli şəxsləri tərəfındən “Ümid - VQM" MMC-ə lazımi göstərişlər verilməmiş, qəsdən hərəkətsizlik göstərilərək köçürmə işlərini icra etmədən, sakinlərə kompensasiya ödəmədən uzun illər ərzində yaşadığları evi söküb - dağıtmağa, torpağın planlanma-yer səthinin səviyyəsi işlərinin, bundan sonra da hündürmərtəbəli binanın tikinti işlərinin aparılmasına şərait yaratmışdır. İddiaçılar cavabdehlərin qanunsuz qərarları, hərəkətləri nəticəsində yaşayış sahəsindən məhrum edilmələri ilə əlaqədar vurulmuş ziyana görə kompensasiya yaşayış sahəsi şəkilində ödənilməlidir. Onlar yataqxana binasında bir otaqlı mənzilə malik olmuş, , həmin mənzillərin orta təmirli, yaşayış üçün yararlı vəziyyətdə olmuş və orada yaşamışlar. Hazırda ünvan 1 ünvanı ərazisində orta təmirli vəziyyətdə bir otaqlı mənzilin bazar qiyməti minimum 50 000 manat təşkil edir. Onlar cavabdehlər tərəfindən həmin ərazidə 50 000 manat dəyərində yaşayış sahəsi ilə təmin edilməlidirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6336/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. İş üzrə iddia tələbləri aydın deyil, tələb(lər) qeyri-müəyyəndir və qoyulmuş üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir. Bununla bağlı maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir), Məhkəmənin yardım etmək vəzifəsi iddiaçının çatmaq istədiyi məqsəd aydın olduqda təmin edilə bilər. Məhkəmə, hazırkı işdə tələbələr qey-müəyyəndir" qeyd etməklə həmin qərarı qəbul etmişdir. Məhkəmədən xahiş etdilər ki, iddia tələblərini ilə bağlı təklifini verməklə proses iştirakçılarına hüquqi yardım etsin. Bu hakimin xidməti vəzifəsi olduğu halda Cavabdeh6 MMC-nin xeyrinə hazırkı qərardadı çıxarmaqda maraqlı olmuşdur. Cavabdehlər də sakinləri yaşadığı mənzillərdən məhrum etmək, yaşadığımız yataqxana l iıı ısını dağıdıb yerindəki torpaq sahəsində "xxxx" "MMC “tərəfindən hündür mərtəbəli binanın tikiməsində maraqlı olmuşlar. Yəni mübahisə predmeti baxımından ipi maraqlara malik olan şəxslər birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış etməli olan şəxslərdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətlərini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil1 izahatında məhkəmə tərəfindən iddiaçılara iddia tələblərini dəqiqləşdirmələri təklif olunsa da, onlar tərəfindən dəqiqləşdrilmiş idda tələbi təqdim edilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iclası barədə məlumat verilmiş cavabdehlər (nümayəndələri), habelə, iddiaçılardan İddiaçı5 məhkəmə iclasında iştirak etməmiş, İPM-in 30.4 və 62.3-cü maddələrinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan, iddianın mümkünlük məsələsinə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib və iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçıların iddia tələblərinin məhkəmə icraatının mümkünlüyü şərtləri ödənilmir. Belə ki, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçıların qeyd olunan cavabdehlərə qarşı bir iddiada birləşdirilmiş iddia tələbləri təhlil olunduqda müəyyən olunur ki, onlar cavabdehlərə qarşı iki tələbi iriəli sürmüşdür:

1. Cavabdeh1 Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən “obyektin, yaşayış binasının tikintisinə verilmiş - Tİ- 64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazənin” ləğv edilməsi; 2.Qanunsuz qərarları, hərəkətləri nəticəsində yaşayış sahəsindən məhrum edilmələri ilə əlaqədar iddiaçılara vurulmuş ziyana görə birgə cavabdehlər - Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, Cavabdeh5nə və üçüncü şəxs Cavabdeh6 MMC-nin üzərinə müştərək qaydada kompensasiya olaraq onların hər birinə: - ünvan 1 ünvanı ərazisində orta təmirli vəziyyətdə bir otaqlı mənzillə təmin etmək və ya; -"xxxx" MMC tərəfindən qanunsuz inşa edilmiş hündürmərtəbəli binanın sökülərək yerində ətraf sakinlərin günəş şüasının qarşısını kəsən, çoxsaylı sakinləri ilə şəhərdə sıxlıq yaranmasına səbəb olan göydələn yox, iddiaçıların sayı nəzərə alınmaqla, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin, yaşayış binasının tikintisinə verilmiş Tİ-64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazədə dəyişiklik edərək daha da yığcam, Bakı şəhərinə gözəllik gətirən yeni üslubda yaşayış binası inşa etməklə, iddiaçıların orada yaşayış sahəsi ilə təmin olunması - öhdəliyinin qoyulması.

Diqqət yetirdikdə, iddiaçılar tərəfindən cavabdehlərə qarşı qaldırılan həmin iddia tələbləri, öhdəliyin icrası haqqında iddia növünə uyğundur, lakin həmin tələblərin bir iddada birləşdirlməsi, həm də bütün cavabdehlərə münasibətdə irəli sürülməsi prosessual qanunvericiliyin tələbələrinə ziddir. Belə ki, İPM-in 30.2-ci maddəsinin tələbinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcələnin 37-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçıların birinci - “obyektin, yaşayış binasının tikintisinə verilmiş - Tİ-64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazə” sənədinin ləğv edilməsi haqqında iddia tələbi düzgün olaraq, həmin icazə sənədini vermiş Cavabdeh1 Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yönəlsə də həmin tələbin, bütün cavabdehlərə qarşı da yönələn iddia tələbi ilə birləşdirilməsi, eləcə də, onların yaşadıqları həmin ünvanda orta təmirli vəziyyətdə bir otaqlı mənzillə və Bakı şəhərinə gözəllik gətirən yeni üslubda yaşayış binası inşa edilməklə, orada yaşayış sahəsi ilə təmin olunmaları öhdəliyinin - bütün cavabdehlərə, həm də, sanki cavabdeh kimi, üçüncü şəxsin üzərinə qoyulması barədə ikinci tələblərinin qanunla müvafiq öhdəliyi olan-olmayan orqanlara qarşı birlikdə irəli sürülməsi – bütövlükdə, iddianın məhkəmə icraatını mümkünsüz edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə qaldırılan iddia konkret və aydın tərzdə ifadə olunmaqla, qanunla cavabdehliyi müəyyən edilən cavabdehə qarşı irəli sürülməlidir. İddiaçıların iddia tələbləri isə uzun bir mətndə, həm də anlaşılmaz mürəkkəb cümlə tərzində, konkret və aydın iradə ifadəsini əks etdirməyən ifadə formasına malik olduğundan, həmin iddianın dəqiqələşdirilərək, hər cavabdehin öhdəliyinə uyğun olan münasib iddia tələbləri ilə əvəz edilməsini tələb edir. İş materiallarından da məhz, görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların iddia tələbi aydın ifadə edilmədiyi və ayrı-ayrı iddia predmetləri üzrə birgə cavabdeh qismində bir neçə cavabdeh çıxış etdiyi nəzərə alınmaqla, məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçılara hüquqi yardım göstərilərərək iddia tələblərinin dəqiqləşdirilməsini təklif olunmuş, lakin onların dəqiqləşdirilmiş iddia tələbi məhkəməyə daxil olmamışdır. Digər tərəfdən, inzibati icraat haqqında hüquq normalarına uyğun olaraq iddiaçılar tərəfindən qaldırılan iddianın - öhdəliyin icrası haqqında, o cümlədən, vurulmuş ziyana görə kompensasiya olaraq onların təmirli mənzillə və ya yeni üslubda tikilmiş binada yaşayış sahələri ilə təmin olunmaları barədə olması nəzərə alındıqda, iddiaçıların məhkəməyə qədər həmin tələbə müvafiq olaraq cavabdehlərin hər birinə ilkin müraciət etmələri də tələb olunur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquq şəxsin ərizəsi əsasında inzibati icraat başlanılır. Həmin Qanunun 89.2-ci maddəsi isə nəzərədə tutur ki, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarından isə görünür ki, iddiaçılar tərəfindən cavabdehlərə qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan ilkin müraciətlərinə dair iddia ərizəsinə sübutlar əlavə olunmamışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçılar tərəfindən cavabdehlərə qarşı qaldırılan hazırkı iddia, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış, öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını, nəticə etibarı ilə, işin hallarına, inzibati icraat haqqında və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki onların apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6336/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i:

İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6336/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, İddiaçı5 küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar