Məhkəmə qərarları › İş №2-1(103)-2794/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2794/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2794/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı ailə üzvləri ilə birgə mənzil uçotuna götürülməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç nəfər ailə üzvləri ilə birgə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə qəbul olunması və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-5645/21 saylı iş üzrə qəbul etdiyi 07 iyul 2021ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. 23.11.2021-ci il tarixdə iddiaçının iddia ərizəsi və apelyasiya şikayətindən imtina edilməsinə dair 22.11.2021-ci il tarixli ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, mübahisənin məhkəmədənkənar həlli üçün Cavabdeh ilə razılığa gəlindiyinə görə iddiaçı iddia ərizəsidən və apelyasiya şikayətindən imtina edir. Bununla əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2021 №-li, 07.07.2021-ci il tarixli qərarının ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və iddia ərizəsindən imtina edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5645/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddiadan imtina barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı ailə üzvləri ilə birgə mənzil uçotuna götürülməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar