Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2797/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6652/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qanunvericiliyə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı xx.xx.1978-xx.xx.1991-ci il tarixlərdə “7-ci X5”nda ("xxxx" ASC) işlədiyini iddia edir. Lakin müvafiq dövrlər onun tərəfindən təqdim olunmuş ******* nömrəli əmək kitabçasında öz əksini tapmamışdır. Müvafiq dövrlər üzrə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli 22 nömrəli arayış təqdim edilmiş və onun xx.xx.1978-xx.xx.1991-ci il tarixlərdə “7-ci X5”nda işləməsi qeyd olunmuşdur. Lakin məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, “İddiaçı işə qəbul edilməsi barədə xx.xx.1978-ci il tarixli 225/k saylı əmrin surətini təqdim etmək mümkün deyil, ona görə ki vaxtilə arxivdə baş verən yanğın zamanı bəzi əmrlər məhv olmuşdur”. İşə daxilolma əmri olmadığı halda, müəssisə tərəfindən iddiaçının xx.xx.1978-ci il tarixdə 225/k saylı əmrlə işə qəbul olunması barədə xx.xx.2021-ci il tarixli 22 nömrəli arayışın verilməsi, həmin arayışın əsassız olduğuna dəlalət edir. Bundan əlavə, məhkəmə sorğusuna cavab olaraq müəssisə tərəfindən göndərilmiş məktubda qeyd olunmuşdur ki, “İddiaçı əmək haqqı cədvəllərinin hamısının surətini təqdim etmək imkan xaricindədir. Belə ki, arxivdə saxlanılan bütün əmək haqqı cədvəlləri cildlənib, tikilib onları printerə qoymaq çox çətindir və belə olan halda cədvəllər zədələnib, korlanıb istifadəyə yararsız hala düşə bilər”. Lakin bu hal sənədlərin təqdim edilməməsinə əsas ola bilməz. Müəssisə tərəfindən sənədlərin təqdim edilməməsi cavabdeh orqanda şübhə yaradan digər haldır. Əmək kitabçasında müvafiq qeydlərin olmadığını nəzərə alaraq iddiaçının “7-ci X5”nda işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçı şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:
1. 25 il ümumi iş stajının toplanılmaması;
2. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunan dövrlərin əmək kitabçasında əks olunmaması;
3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. ... “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Cavabdehin imtinanın əsası kimi göstərdiyi ümumi iş staj ilə bağlı şərtin ödənilibödənilməməsinə qiymət verilməsi üçün məhkəmə hərbi biletdə, diplomda, əmək kitabçasında olan qeydləri onun işlədiyini təsdiq edən arxiv arayışları ilə birgə qiymətləndirir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Həmkərlar İttifaqı Komitəsində mühasib vəzifəsində işləmişdir. (10 il 06 ay 05 gün) ... «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının 01 il 11 ay 17 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə bildirir ki, əmək kitabçasında olan müddəti hərbi müddət ilə birgə nəzərə alındıqda iddiaçının ümumi iş stajının 12 il 05 ay 22 gün (xx.xx.1975-xx.xx.1977; xx.xx.1992-xx.xx.2002) olması müəyyən olunur. Təkzib olunmaz haldır ki, sözügedən stajı nəzərə aldıqda iddiaçının ümumi iş stajı ilə bağlı şərt ödənilməmiş olur. Lakin, nəzərə alınmalıdır ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun 7-ci X3 işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının həmin müəssisədə işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arayışda öz əksini tapmışdır. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. ... Qeyd olunmalıdır ki, "xxxx" ASC tərəfindən verilmiş arayış hər hansı şübhə doğurmur. Belə ki, birincisi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 229 saylı 23 noyabr 2001-ci il tarixli sərəncamına əsasən “7-ci X5” – "xxxx" ASC-yə çevrilmişdir. Göründüyü kimi iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisənin hüquqi varisi qismində "xxxx" ASC çıxış edir. İkincisi isə nəzərə alınmalıdır ki, "xxxx" ASC iddiaçının xx.xx.1978-xx.xx.1991-ci il tarixədək icra etdiyi əmək fəaliyyəti barəsində məhkəməyə məlumat təqdim edərkən formal mülahizələrə əsaslanmamış, əksinə mötəbər dəlillərə söykənən (əmək haqqı cədvəlləri, məzuniyyət əmrləri) sənədlərə əsaslanmışdır. "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də xx.xx.1978-xx.xx.1991-ci il tarixədək 7-ci X3 əmək fəaliyyətini həyata keçirmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin hazırda "xxxx" ASC adı ilə fəaliyyət göstərməsi müəyyən olunmuş, iddiaçının mübahisəli dövrlərdə əmək haqqı almasını təsdiq edən əmək cədvəllərinin, əmək məzuniyyətə çıxması barədə əmrlərin mövcudluğu aşkar olunmuşdur. Xüsusi ilə o da qeyd olunmalıdır ki, "xxxx" ASC tərəfindən iddiaçının işə qəbul edilməsi barədə əmrin təqdim edilməsi mümkün olmasa da (arxivdə baş verən yanğın zamanı məhv olunmuşdur), bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, təqdim olunmuş əmək haqqı cədvəllərindən iddiaçının 1978-ci ilin oktyabr ayından etibarən əmək haqqı aldığı təsbit olunmuşdur. Göründüyü kimi iddiaçının işə qəbul edilməsi barədə əmr təqdim edilməsə də, onun faktiki olaraq əmrdə göstərilən 1978-ci ilin oktyabr ayından fəaliyyət göstərməsi və əmək fəaliyyəti icra etdiyi dövr üçün əmək haqqı alması əmək haqqı cədvəlləri ilə təsdiq olunur. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı (xx.xx.1975-xx.xx.1977; xx.xx.1978-xx.xx.1991; xx.xx.1992-xx.xx.2002 = 25 il 07 ay 14 gün )mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3 əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. ... İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.”
İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş arayış hər hansı şübhə doğurmur. Birincisi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 229 saylı 23 noyabr 2001-ci il tarixli sərəncamına əsasən “7-ci X5” – "xxxx" ASC-yə çevrilmişdir. Göründüyü kimi iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisənin hüquqi varisi qismində "xxxx" ASC çıxış edir. İkincisi isə nəzərə alınmalıdır ki, "xxxx" ASC iddiaçının xx.xx.1978-xx.xx.1991-ci il tarixədək icra etdiyi əmək fəaliyyəti barəsində məhkəməyə məlumat təqdim edərkən formal mülahizələrə əsaslanmamış, əksinə mötəbər dəlillərə söykənən (əmək haqqı cədvəlləri, məzuniyyət əmrləri) sənədlərə əsaslanmışdır. "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də xx.xx.1978-xx.xx.1991-ci il tarixədək 7-ci X3 əmək fəaliyyətini həyata keçirmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin hazırda "xxxx" ASC adı ilə fəaliyyət göstərməsi müəyyən olunmuş, iddiaçının mübahisəli dövrlərdə əmək haqqı almasını təsdiq edən əmək cədvəllərinin, əmək məzuniyyətə çıxması barədə əmrlərin mövcudluğu aşkar olunmuşdur. Xüsusi ilə o da qeyd olunmalıdır ki, "xxxx" ASC tərəfindən iddiaçının işə qəbul edilməsi barədə əmrin təqdim edilməsi mümkün olmasa da (arxivdə baş verən yanğın zamanı məhv olunmuşdur), bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, təqdim olunmuş əmək haqqı cədvəllərindən iddiaçının 1978-ci ilin oktyabr ayından etibarən əmək haqqı aldığı təsbit olunmuşdur. Göründüyü kimi iddiaçının işə qəbul edilməsi barədə əmr təqdim edilməsə də, onun faktiki olaraq əmrdə göstərilən 1978-ci ilin oktyabr ayından fəaliyyət göstərməsi və əmək fəaliyyəti icra etdiyi dövr üçün əmək haqqı alması əmək haqqı cədvəlləri ilə təsdiq olunur. Həmçinin, fərz olunsa ki, iddiaçının 25 il sığorta stajının mövcud olmaması onun 7ci X3 işlədiyi xx.xx.1978-xx.xx.1991-ci il tarixlərdəki əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməməsi ilə əlaqədardır, o halda sonrakı xüsusatlar nəzərə alınmalıdır. Belə ki, əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1978-1991-ci illərdəki işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. xx.xx.2002-ci (hazırkı mübahisədə xx.xx.1992-ci) il tarixədək olan dövr nəzərə alındıqda isə iddiaçının 25 il stajı tamamlanmış olur. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 1978-1991-ci illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir.
Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6652/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova