Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2797/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs “X6” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: “X6” MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-39/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “X6” MMC-yə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5-də yerləşən ümumi sahəsi 78.1 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 24 iyul 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına 24 may 2018-ci il arixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsi X4 məxsus yataqxana kimi stifadə olunan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşir. Zirzəmidən çıxış birbaşa İnşaatçılar prospektinə açılırdı. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üstündə yerləşən hissədə (binanın 1-ci mərtəbəsi) binaya bitişik vəziyyətdə olan iki mərtəbəli əlavə tikili inşa olunmaqla iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin girişçıxış yolu tam kəsilmiş və bütünlüklə təcrid olunmuş vəziyyətə salınmışdır. Hazırda iddiaçı ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət etdikdə iddiaçıya bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Həmin tikilinin inşa olunmasına əsas verən sənədləri təqdim etməsini tələb etdikdə isə cavabdeh bundan imtina etmiş və mübahisənin danışıqlar yolu ilə həll olunması imkanı baş tutmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan və müdafiə olunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş və faktiki olaraq mülkiyyət hüququndan məhrum olunmuşdur. İddiaçı hazırki vəziyyətdə əmlakından nəinki istifadə etmək və ona sahib olmaq imkanını itirmişdir, hətta onun üzərində sərəncam vermək hüququndan belə məhrum olunmuşdur. Belə ki, həmin əmlakı satmaq istəsə belə, göstərilən vəziyyətdə onu heç kim almayacaq. Qeyd olunan ikimərtəbəli ofis binası, anbar və assaların tikintisi üçün «X6» MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 145 saylı sərəncamı ilə icazə verilmişdir. Tikilinin altındakı torpaq sahəsi ümumi istifadə yeri olmaqla həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 2.2-ci maddəsinə əsasən bələdiyyəyə məxsusdur və həmin qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar xüsusi mükiyyətə verilə bilməz. Həmin Qanunun 5.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanlari tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Tikilinin yerləşdiyi torpaq sahəsi başqa şəxsin istifadəsinə heç bir əsasla verilə bilməz və orada qanunsuz inşa edilmiş tikili təkcə iddiaçının deyil, digər vətəndaşların da hüquqlarını pozur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “X6” MMC-yə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3506/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmiş, eyni zamanda “X6” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs “X6” MMC iddiaya yazlı etirazında bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 98 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyriyaşayış sahəsi “X6” MMC-nin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə “X6” MMC-yə yuxarıda qeyd olunan sərəncamı nəzərə alaraq həmin ünvanda 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün icazə verilmişdir. Sərəncamlarda göstərilənlər icra edilməsi məqsədilə Tikinti- Quraşdırma işləri başa çatmış obyektlərin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli Aktı tərtib olunaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 95 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə MMC-nin balansına verilmiş 511.36 kv. metr qeyri-yaşayış sahəsi istismara qəbul edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda göstərilən sərəncamı nəzərə alınaraq təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkün olduğu üçün xx.xx.2018-ci il tarixdən qeyri-yaşayış tikinti obyektinin istismarına 95 saylı xx.xx.2018-ci il tarixli İcazə sənədi İcra Başçısı tərəfindən təsdiq edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinə giriş-çıxışı və həmin binada yaşayan şəxslərin giriş-çıxışı göstərilən 5 mərtəbəli binanın Layihə sənədlərində təmin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı xx.xx.2020-i il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)1393/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı xx.xx.2020-i il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 39/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi hallar- üçüncü şəxsin inşa etdiyi tikilinin ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmasına dair dəlili öz təsdiqini tapmamışdır. İddiaçıya məxsus olan zirzəmi hissəsinə iki yerdən giriş-çıxış yolu vardır, həmin yollardan biri işləkdir, digərinin isə işlək vəziyyətinə gətirilməsi yuxarıda da qeyd edildiyi kimi işlək vəziyyətə gətirilməsi pilləkən yerinin dəyişdirilməsi ilə mümkündür. İddiaçının münahisələndirdiyi inzibati akt artıq icra olunmuş inzibati aktdır. İddiaçının hüquqi marağı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə birbaşa İnşaatçılar prospektinə çıxışın təmin edilməsi ilə bağlı olduğu halda bu maraq sözügedən sərəncamın ləğvinə nail olmaqla deyil, mülki qaydada tərəflər arasında servitutla bağlı hüuququn həll edilməsi ilə nail olmaq mümkün ola bilər. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə həmin nəticəyə işdə olan sübutlara düzgün qiymət vermədən, işin həqiqi hallarını təhrif etməklə gəldiyindən qərar ləğv olunmalı və iddia tələbimin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. “X6” MMC-yə tikintiyə icazə verilməsinə dair 07 aprel 2017-ci il tarixli sərəncamın qəbulu və onun icrası zamanı aşağıdakı qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3 və 75.3. 1-ci maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müfaviq icra hakimiyyəti orqanına müraciət etdikdə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim etməlidir. Qeyri-yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sənəd İcra Hakimiyyətinə təqdim olunmamış, İcra Hakimiyyəti isə belə vəziyyətdə həmin tikilinin inşasına icazə verməklə sərəncamda nə torpaq sahəsinin ölçüsünü, nə koordinatlarını, nə qonşu sərhədlərini və nə də tikiləcək sahənin ölçüsünü göstərməmişdir. Sərəncamda qeyri-yaşayış sahəsinin tikiləcək yeri kimi “5 nömrəli binanın yaxınlığı” göstərilmişdir. Göründüyü kimi, sərəncamda qeyri-yaşayış sahəsinin tikilməli olduğu dəqiq göstərilməmişdir. Əslində isə qeyri-yaşayış sahəsi həmin sərəncamın qəbulundan xeyli özbaşına tikilmiş, sonra isə sərəncam verilmişdir. İşdən görünür ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsinə və tikintiyə icazə verilməsinə dair sərəncam eyni gündə-07 aprel tarixdə qəbul edilmişdir. Obyektin istismara qəbul edilməsinə dair aktda tikintinin aparılması üçün torpaq səhəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06 mart 2017-ci il tarixli sərəncamı ilə ayrılması göstərilsə də, əslində həmin sərəncam 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240,16 m2 qeyri-yaşayış sahəsinin MMC-nin balansına verilməsi ilə bağlıdır. 06 mart 2017-ci il tarixli sərəncamda MMC-yə torpaq sahəsinin ayrılması ilə əlaqədar heç bir göstəriş yoxdur. Beləliklə, qeyri-yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi ayrılmamış və tikilinin inşa olunacağı yer dəqiq müəyyən olunmamışdır. Lakin işə baxan məhkəmə həmin pozuntulara öz münasibətini bildirməmiş və onlara müvafiq hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İcra Hakimiyyəti orqanı tikintiyə icazə ilə bağlı maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq İcra Hakimiyyəti və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı surətdə ona məlumat verməlidir. İşə baxan məhkəmə MMC tərəfindən tikinti işlərinin aparılmasından məlumatlı olduğumu nəzərə alıb, tikintiyə icazə verilməsi barədə İcra Hakimiyyəti tərəfindən məlumatlandırılmamağıma dair iddia tələbimin dəlilini rədd edərkən yuxarıda göstərilən qanunun tələblərini ümumiyyətlə nəzərə almamışdır. Həmin qanuna görə tikintiyə icazə barədə məlumat mənə İcra Hakimiyyəti orqanı tərəfindən və yazılı şəkildə verilməli idi. Mənə isə, qeyd etdiyim kimi, bu barədə heç bir məlumat verilməmişdir. Sərəncamda tikintinin 5 saylı binanın yağınlığında tikilməsi göstərilsə də, tikili 5 saylı binanın bütün sağ cinahını və eləcə də onun İnşaatçılar prospektinə baxan ön tərəfinin bir hissəsini əhatə etməklə binaya tam bitişik vəziyyətdə tikilmişdir. Nəticədə ona məxsus qeyriyaşayış sahəsinin giriş-çıxış yolu tam tutulmuşdur. Halbuki qeyri-yaşayış sahəsinin texniki pasportunda əsas giriş-çıxış yolu binanın fasad tərəfindən nəzərdə tutulmuş və orada Pilləkən və qapı mövcuddur. Həmin qeyri-yaşayış sahəsi ona satılarkən onun giriş-çıxış yolu göstərilən vəziyyətdə olmuş və o, yalnız həmin pilləkən və qapıdan istifadə etmişdir. Ona məxsus qeyri-yaşayış sahəsindən bina boyu zirzəminin içərisinə aparan yolun ona heç bir aidiyyəti yoxdur və məhkəmənin istinad etdiyi həmin yol onun həmin qeyri-yaşayış sahəsindən gələcəkdə hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanını heçə endirir. Belə ki, həmin yolla zirzəmi boyu xeyli məsafə qət etdikdən və 1-ci mərtəbəyə qalxıb oradan da xeyli məsafə qət etdikdən sonra binanın sakinlərinin ümumi istifadəsində olan giriş-çıxış qapısından binanın həyətinə çıxmaq (binanın arxasına) mümkündür. Məhkəmənin istinad etdiyi 2-ci yol isə mövcud deyildir və məhkəmənin təsdiq etdiyi kimi onun açılması əlavə tikinti-quraşdırma işlərinin aparılması yolu ilə mümkündür. Həmin imkanların mövcudluğunu nəzərə alıb məhkəmənin iddianı rədd edərkən texniki pasportunda müəyyən olunmuş qanuni giriş-çıxış yolundan onu məhrum edir və bunda hansı məqsədi güddüyü məlum deyil. O, iddia tələbimdə ona giriş-çıxış yolunun verilməsi barədə deyil, qanuni əsaslarla onun istifadəsinə verilmiş və texniki pasportunda nəzərdə tutulmuş giriş-çıxış yolumun bağlanmasına səbəb olmuş sərəncamın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə isə İcra Hakimiyyətinin sərəncamını və MMC-nin hərəkətinin qanunsuz olmasını nəzərə almadan, pozulmuş hüququnun bərpasını təmin etmək əvəzinə, MMC-nin və İcra Hakimiyyətinin mövqeyində dayanaraq onların qanunsuz hərəkətlərinə bəraət qazandırmışdır. Məhkəməyə görə “iddiaçının mübahisəndirdiyi inzibati akt artıq icra olunmuş inzibati aktdır. İddiaçının hüquqi marağı mülkiyyətində olan qeyri- yaşayış sahəsinə birbaşa İnşaatçılar prospektinə çıxışın təmin edilməsi ilə bağlı olduğu halda bu marağa sözügüdən sərəncamın ləğvinə nail olmaqla deyil, mülki qaydada tərəflər arasında servitutla bağlı hüququn həll edilməsi ilə nail olmaq mümkün ola bilər”. Onun qanuni giriş-çıxış yolunun olduğu vəziyyətdə məhkəmənin servitut hüququndan istifadə etməklə məsələni həll etmək barədə ona verdiyi təklif həm absurd və həm də servitutla bağlı mübahisəni tənzimləyən qanunun tələblərinə uyğun olmayan təklifdir. İnşaatçılar prospektinə çıxışı, məhkəmənin göstərdiyi kimi, onun hüquqi marağıyla bağlı deyil. Həmin istiqamətdən qeyri-yaşayış sahəsinə giriş-çıxışı onun adına verilmiş texniki pasportla müəyyən olunduğundan və həmin yol cavabdehlərin təqsiri üzündən tutulduğundan onun qanuni hüquqları bərpa olunmalıdır. Belə bir vəziyyətdə ona servitut hüququndan istifadə etməyin təklif olunması insan hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən bütün qanunlara (daxili və xarici) həqarət və hörmətsizlikdir. İstifadəsində olan giriş-çıxış yolunun tam kəsilməsi məhkəmənin təşəbbüsü ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 dekabr 2022-ci il tarixli rəyi ilə də təsdiq olunur. Bunun belə olması əslində həç məhkəmə tərəfindən də inkar olunmur. Məhkəmənin məqsədi yalnız MMCnin qanunsuz inşa etdirdiyi tikilini olduğu kimi qoruyub saxlamaqdan ibarət olmuş və bunu onun hüquqlarını pozmaq hesabına təmin etmişdir. Bu məqsədin təmin edilməsi üçün iş təxminən 1 il 6 ay ərzində məhkəmənin icratında olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan qeyri- yaşayış sahəsinin binanın fasad hissəsindən zirzəmiyə düşən pilləkənin qarşısında tikili inşa olunduğu üçün həmin qeyri-yaşayış sahəsinə texniki pasportda nəzərdə tutulan əsas giriş-çıxış yolundan istifadə olunması mümkün deyildir. Lakin zirzəmiyə daxil olmaq mümkün olmadğı üçün zrzəmi daxili olan giriş-çıxış yolunun mövcud olub-olunmasını və istifadə edilməsini müəyyən etmək mümkün olmadı. Göstərilənlərlə əlaqədar ekspert hesab etmişdir ki, “X6” MMC-yə məxsus 5 saylı binaya bitişik qeyri-yaşayış sahəsinə həmin binanın zirzəmisində yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə binanın yan hissəsindən giriş- Çixışına məhdudiyyət vardır və həmin binaya bitişik inşa olunmuş qeyri- yaşayış sahəsi sökülməklə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə binanın yan hissəsindən giriş-çıxışın təmin edilməsi mümkündür. Məhkəmə həmin rəylə razılaşmamış və xüsusi bilik tələb edən məsələ üzrə rəy vermək hüququna malik olan mütəxəssisə məxsus səlahiyyəti üzərinə götürərək binanın yan fasad hissəsindən qeyri-yaşayış sahəsinə daxil olmağın pilləkənin yerinin binanın həyətinə tərəf dəyişdirilməklə mümkün olması barədə nəticəyə gəlmişdir. Ekspert rəyindən görünür ki, məhkəmə tərəfindən ekspertiza qarşısında suallar yalnız ona məxsus qeyri-yaşayış sahəsinə başqa giriş-çıxış yollarının olmasının araşdırılması məqsədi ilə qoyulmuş, ekspertdən qanuni əsaslarla onun istifadəsinə verilmiş giriş-çıxış yolunun kəsilib-kəsilməməsi, əgər kəsilmişdirsə, bu maneənin hansı qaydada aradan qaldırılmasının mümkün olması ümumiyyətlə soruşulmamışdır. Ekspert qarşısında qoyulmuş suallar məhkəmənin əvvəlcədən MMC-nin xeyrinə sübutlar toplamaq niyyətində olduğunu bir daha mübahisəsiz təsdiq edir. Məhkəmə iddianın rədd olunma əsaslarından biri kimi İcra Hakimiyyəti orqanının 07 aprel 2017-ci il tarixli sərəncamının artıq icra olunmuş inzibati akt olmasına istinad edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinin tələbinə düzgün qiymət verməmişdir. Qanunun həmin normasına görə inzibatı orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 07 aprel 2017ci il tarixli sərəncamın aşkar qanunsuz olmasına baxmayaraq, iddianı rədd etməklə məhkəmə qanunun yuxarıda göstərilən normasını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi ilə, faktlara əsasən və qanuna müvafiq baxır. Hesab edir ki, məhkəmə iş üzrə birtərəfli araşdırma aparmaqla və sübutlarını qiymətləndirilməsinə birtərəfli yanaşmaqla qanuna aşkar zidd olan qərəzli qərar qəbul etmiş və bununla da mənim Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə qorunan və müdafiə olunan mülkiyyət hüququmu kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs “X6” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə, həmçinin üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-39/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2017-ci il tarixli 145 nömrəli Sərəncamının ləğv olunmasını tələb edir. İddiaçı tələbini onunla əsaslandırır ki, mülkiyyətində olan X4 məxsus yataqxana kimi istifadə olunan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş-çıxış yolu birbaşa İnşaatçılar prospektinə açıldığı halda mübahisələndirilən sərəncamla verilmiş tikintiyə icazə əsasında üçüncü şəxs həmin binaya bitişik vəziyyətdə iki mərtəbəli əlavə tikili inşa etmiş, bununla da iddiaçı ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 145 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, «X6» MMC-nin müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli Sərəncamını nəzərə alaraq Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün «X6» MMC-yə icazə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı sözügedən sərəncamının öz-özlüyündə qanunsuz inzibati akt olması dəlilini irəli sürərək onun ləğv edilməsi üçün aşağıdakı əsasları gətirmişdir: -ofis binasının tikilməsi üçün üçüncü şəxsə torpaq sahəsi ayrılmamışdır. -sərəncamda tikiləcək binanın yerinin binanın yaxınlığı qeyd edildiyi halda tikiləcək binanın dəqiq yeri, ölçüsü göstərilməmişdir. Üçüncü şəxsə aid xırda pulların çeşidlənməsi məntəqəsi 5 saylı binanın yaxınlığında deyil, ona bitişik, həm sağ cinahının və həm də ön tərəfinin bir hissəsini əhatə etməklə tikilmişdir. -xx.xx.2017-ci il tarixli sərəncam qəbul edilərkən iddiaçıya məlumat verilməmiş, onun iştirakı təmin edilməmişdir Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının sözügedən tikilidən, dolayısı ilə sərəncamdan məlumatlı olması, həm də mübahisələndirilən inzibati aktın artıq icra olunması qənaətinə gəlsə də, son olaraq mahiyyəti üzrə qərar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2017-ci il tarixli 145 nömrəli Sərəncamının ləğv olunmasını tələb edir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 2 il əvvəl (iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur) qəbul etdiyi inzibati aktı mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mübahisələndirilən tikili ilə bağlı cavabdehə müraciət etmiş, bu zaman ona bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Həmçinin, məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf üçüncü şəxs tərəfindən tikinti işlərinin aparıldığından məlumatlı olduğunu, hətta ona İnşaatçılar prospektinə çıxış üçün qapı qoyulacağı barədə vədlər verildiyini, onunda həmin vədlərə etimad edərək gözlədiyini bildirmişdir. Bu da onu göstərir ki, iddiaçı tikili ilə bağlı sərəncamın qəbulundan xəbərdar olmuşdur. Bununla da, işdən göründüyü kimi mübahisələndirilən sərəncam qəbul olunduqdan sonra qeyri-yaşayış binasının tikintisi başlanılıb və artıq həmin vaxtı göstərilən əraziyə bitişik qeyri-yaşayış binasının mülkiyyətçisi olan iddiaçı hüquqlarının pozulduğunu (bu həqiqətən də baş verdiyi halda) bilməli idi. Lakin hazırki tələblə yalnız 2019-cu ilin avqust ayında, qanunvericiliklə müəyyən olunmuş mübahisələndirmə müddətini ötürməklə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, qeyri-yaşayış binasının tikintisi başa çatdığı halda həmin qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sərəncamın mübahisələndirilməsi əhəmiyyətsiz olur. İşin mübahisəsiz halıdır ki, qeyri-yaşayış binası artıq inşa olunmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 95 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə «X6» MMCnin balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.metr və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m, ümumi sahəsi 511.36 kv.m qeyri-yaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqlarının istismara qəbul edilməsi qərara alınmışdır. Belə olan təqdirdə həmin qeyriyaşayış binasının tikintisinə icazə verilməsi haqqında sərəncamın mübahisələndirilməsinin heç bir əhəmiyyəti qalmır. Məhkəmə kollegiyası həmçinin İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə birbaşa İnşaatçılar prospektinə çıxışın təmin edilməsi ilə bağlı olduğu halda bu maraq sözügedən sərəncamın ləğvinə nail olmaqla deyil, mülki qaydada tərəflər arasında servitutla bağlı hüququn həll edilməsi ilə nail olmaq mümkün ola bilər. Bundan əlavə iddiaçı sözügedən qeyri-yaşayış binasının tikilməsi nəticəsində ona dəymiş zərərin də ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 173-cü maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Bundan əlavə, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-39/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-39/2023 saylı, 31 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: “X6” MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İkram Şirinov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2797/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2797/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver