Məhkəmə qərarları › İş №2-1(103)-2799/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2799/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2799/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3053/2025 saylı 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə Şmidt adına zavodda, xx.xx.1986xx.xx.1995-ci il tarixlərdə Nəsimi rayonu 59 nömrəli Jekdə, xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə Nəsimi rayonu 59 nömrəli Mənzil istismar müəssisəsində, xx.xx.1997xx.xx.1998-ci il tarixlərdə “Azərrabitəinşaat” LTB-nin 1 nömrəli Tikinti Quraşdırma İdarəsində kabelçi, xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə İV dərəcəli kabelçi, xx.xx.2000xx.xx.2004-cü İV dərəcəli kabelçi, xx.xx.2004-xx.xx.2016-cı il tarixli tarixlərdə "xxxx" MMCdə iş icraçısı, xx.xx.2022- xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC-də elektrik vəzifələrində işləmiş və xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin verdiyi arayışdan görünür ki, həqiqətən İddiaçı "Azərrabiteinşaat" LTB-nin 1 nömrəli Tikinti Quraşdırma İdarəsində xx.xx.1997-cl İİ 173/k saylı əmrilə kabelçi peşəsinə işə qəbul edilmişdir. 725 saylı sərəncam ilə "Azərrabiteinşaat" LTB ilə 1 nömrəli TQİ-nın bazasında "Azərrabitəinşaat" ATSC yaradılmışdır. xx.xx.1998-ci il tarixil 1/k saylı əmrinə əsasən İddiaçı 4- cü dərəcəli kabelçı kimi əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1999-cu il tarixə kimi qeyd edilən peşədə işləmişdir. Yenidən qeyd edilən təşkilatda xx.xx.2000-cı il tarixli 21/k saylı əmr ilə 4-cü dərəcəli kabelçi peşəsinə qəbul edilmişdir, xx.xx.2004-cü il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu vəzifədə 5 il 10 ay 29 gün işləmişdir. xx.xx.2004-cü il tarixli 8/k saylı əmrlə "xxxx" MMC-yə jş icraçısı vəzifəsinə qəbul edilmişdir. İş icraçısı vəzifəsində 12 il 1 ay 2 gün işləmişdir. xx.xx.2016-cı il tarixdə şəxsi təşəbbüsünə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd: kabelçi peşəsi politilen və polixlorviriil üzlüklü kabellərin lehimləyici işlərimi yerinə yetirməklə məşğul olur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən zərərli işə görə 23100000-14629 koduna və 2290100b-24441 koduna əsasən cəmi 18 ıl zərərli işə görə əmək stajı vardır. Nazirlər Kabinetinin mövcud qərarına əsasən İddiaçı güzəştli şərtlə zərərli işə gorə təqaüd almaq hüququ vardır. Qeyd edilənlər əmək kitabçasında öz əksini tapmışdır. Arayış Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DOST xidmətinə təqdim etmək uçun verilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən verilmiş Arayışa əsasən zərərli işə görə 18 il əmək stajı, X5 Departamentinin verdiyi Arayışa əsasən 11 ay 14 gün zərərli işə görə əmək stajı vardır. İddiaçı xx.xx.2023-cü il tarixdən Rabitə Telekom MMC-də iş icraçısı vəzifəsində işləyir. İddiaçı ümumi əmək satjı 39 il 4 ay 5 gündür. Onun 18 il 11 ay 14 gununu zərərli işdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının NK- nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına uyğun olaraq İddiaçı güzəştli şərtlə əmək pensiyası hüquna malikdir. Arayış Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DOST xidmətinə təqdim etmək üçün verilir. "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, "xxxx" MMC-də xx.xx.2022-cü ildən xx.xx.2023-cü il tarixədək elektrik peşəsində işləmişdir. Azərbaycan Respublikasının NK-nin xx.xx.2007-cl İİ tarixil 12 saylı qərarına əsasən İddiaçı ******* a - 25404 koduna əsasən güzəştli şərtlə əmək stajı vardır, yəni 11 ay 14 gün zərərli peşədə işləmişdir. Arayış Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DOST xidmətinə təqdim etmək üçün verilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 iyul 2024-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filiala təqdim etdiyi arayışda qeyd olunan məlumatların dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iş stajınızın dəqiqləşdirilməsi mümkün qısa müddətdə həyata keçiriləcəkdir. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq məlumatların dəqiqləşdirilməsindən sonra baxılacaqdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçının almalı olduğu pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçının almalı olduğu pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Azərrabitəinşaat” LTB-nin 1 nömrəli Tikinti Quraşdırma İdarəsində xx.xx.1997-ci il 173/k saylı əmri ilə kabelçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli 1/k saylı əmrə əsasən İV dərəcəli kabelçi kimi əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1999-cu ilədək qeyd etdiyi peşədə işləmişdir. Yenidən qeyd edilən təşkilatda xx.xx.2000-ci il tarixli 21/k saylı əmr ilə İV dərəcəli kabelçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu vəzifədə 5 il 10 ay 29 gün işləmişdir. xx.xx.2004cü il tarixli 8/k saylı əmrlə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. İş icraçısı vəzifəsində 12 il 1 ay 2 gün işləmişdir. xx.xx.2016-cı il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək elektrik peşəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Bildirir ki, kabelçi peşəsi politilen və polixlorvinil üzlüklü kabellərin ləhimləyici işlərin yerinə yetirməklə məşğul olmaqla zərəli işlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən zərərli işə görə 23100000- 14629 koduna, 1190100b-24441 koduna və 2040400a- 25404 koduna əsasən cəmi 18 il 11 ay 14 gün zərərli işə görə əmək stajı vardır. “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, onun güzəştli şərtlərlə əmək pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə xx.xx.2024-cü ildə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə ərizəsi cavabdeh İdarəyə daxil olmuşdur. Müraciətinə qoşma kimi təqdim etdiyi arayışlarda işlədiyi vəzifə və sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən konkret olaraq kodları ilə birlikdə göstərilmiş, həmçinin həmin vəzifənin mahiyyəti konkret olaraq izah edilmişdir. Bununla belə əmək stajının, iş yerinin, vəzifənin, ümumilikdə əmək pensiyasının müəyyən olunmasının hüquqi əsası, kök sənəd əmək kitabçasıdır ki, tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci maddəsinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. Həmin qaydaların 4.2-ci maddəsinə görə pensiya təyin edilən zaman pensiya təyin edən orqanları tərəfindən əmək kitabçasının pensiya təyin edilməsi haqqında məlumat bölməsində “Pensiya təyin edilmişdir” ştampı vurulur. Lakin, zəruri sənədlərlə birlikdə müraciət etdiyi tarixdən 2 aydan artıq müddət keçməsinə baxmayaraq nəticəsi barədə hər hansı qərar (imtina və ya təmin olunmasına dair) qəbul edilməmişdir. Yalnız, xx.xx.2024- cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq məlumatların dəqiqləşdirlməsindən sonra baxılacağı barədə məktub göndərilmişdir. Müraciət etdiyi tarixdən 2 aydan artıq keçmişdir. Cavabdehin bu müddət ərizdə susması isə mahiyyət etibarı ilə imtinaya bərabər tutulur. Cavabdehin mövqeyini isə həddən artıq uzun müddətə gözləmək onun konstitusion hüququ olan sosial təminat hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14 iyul 1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Azər-Rabitə" MMC-nin xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışında xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı “Əmək Münasibətləri və Məşğulluq altsistemin"də iddiaçının xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mühəndis vəzifəsində işlədiyi müəyyən edilib. Göründüyü kimi, İddiaçı dair məlumatlar arasında uyğunsuzluq var. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı arayışda qeyd edilən məlumatların əmək kitabçası əsasında yazıldığı, iş stajını təsdiq edəcək hər hansı sənədin müəssisədə saxlanılmadığı müəyyən olunub. Bu fakt "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Prokon" MMC-nin 6 mart 2023-cü il tarixli arayışında xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində elektrik vəzifəsində işlədiyi qeyd edilib. Lakin, sözügedən arayışda İddiaçı işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan qərarla təsdiq olunmuş Siyahıda göstərilən hansı sahə və vəzifəyə aid olması barədə hər hansı məlumat göstərilməyib. Buna görə də, həmin dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 15 gün (xx.xx.1997- xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli is stajı 12 il 6 avdan az olduğundan ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3053/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Əli oğluna 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14 iyul 1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışında xx.xx.2004- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı “Əmək Münasibətləri və Məşğulluq Altsistemin”də iddiaçının xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mühəndis vəzifəsində işlədiyi müəyyən edilib. Göründüyü kimi, İddiaçı dair məlumatlar arasında uyğunsuzluq var. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı arayışda qeyd edilən məlumatların əmək kitabçası əsasında yazıldığı, iş stajını təsdiq edəcək hər hansı sənədin müəssisədə saxlanılmadığı müəyyən olunub. Bu fakt "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, həmin dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 15 gün (xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2000- xx.xx.2004-cü il və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 18 ildən çox təşkil etməsi və cavabdehin imtinasının əsası olan xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işləməsi bir daha təsdiq edilmişdir. Həmçinin işə götürən tərəfindən “Əmək Münasibətləri və Məşğulluq Altsistemin"də iddiaçının sözügedən dövrlər ərzində mühəndis vəzifəsində işləməsi ilə bağlı qeyd aparılması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmənin bu əsaslandırmasına münasibətdə ilk olaraq bildirmək istəyirik ki, cavabdehin imtinasının əsası həmin dövrlərdə iddiaçının iş icraçısı vəzifəsində işləməsi deyil, sözügedən müəssisə tərəfindən inzibati orqana təqdim olunmuş xx.xx.2023-cü il tarixli 2 nömrəli arayış və “Əmək Münasibətləri və Məşğulluq Altsistemin”də olan ziddiyyətli məqamlardır. Lakin məhkəmə hazırki mübahisənin özəyini təşkil edən məsələ ilə bağlı ziddiyyətə heç bir aydınlıq gətirməmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubun məzmununda göstərilənlərə baxmayaraq, iş yerindən təqdim edilmiş arayışı birmənalı sübut kimi qəbul edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir digər sənədlər rüsummm11.pdf Endir apellyasiya şikayəti İddiaçı ap şik məhkəmə üçün.pdf Endir ərizə Şikayət ərizəsi.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə göstərilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulanhansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görülən işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bununla bağlı qeyd edək ki, iş materiallarında olan arayışlarda şəxsin işlədiyi vəzifə və sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən konkret olaraq kodları ilə birlikdə göstərilmiş, həmçinin həmin vəzifənin mahiyyəti konkret olaraq izah edilmişdir. Həmçinin iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 18 ildən çox təşkil etməsi və cavabdehin imtinasının əsassı olan xx.xx.2004-xx.xx.2016cı il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işləməsi bir daha təsdiq edilmişdir. Həmçinin apellyasiya şikayətində digər bir əsas kimi göstərilmişdir ki, “Əmək Münasibətləri və Məşğulluq Altsistemin”də iddiaçının xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mühəndis vəzifəsində işlədiyi müəyyən edilib. Göründüyü kimi, İddiaçı dair məlumatlar arasında uyğunsuzluq var.” Bununla bağlı qeyd dim ki, əmək stajının, iş yerinin, vəzifənin, ümumilikdə əmək pensiyasının müəyyən olunmasının hüquqi əsası, kök sənəd əmək kitabçasıdır ki tərəfimdən təqdim edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş tmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Əli oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçının almalı olduğu pensiya məbləğinin hesablanaraq ona ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. İşdən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə Şmidt adına zavodda, xx.xx.1986-xx.xx.1995-ci il tarixlərdə Nəsimi rayonu 59 nömrəli Jekdə, xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə Nəsimi rayonu 59 nömrəli Mənzil istismar müəssisəsində, xx.xx.1997-xx.xx.1998-ci il tarixlərdə “Azərrabitəinşaat” LTB-nin 1 nömrəli Tikinti Quraşdırma İdarəsində kabelçi, xx.xx.1998xx.xx.1999-cu il tarixlərdə İV dərəcəli kabelçi, xx.xx.2000-xx.xx.2004-cü İV dərəcəli kabelçi, xx.xx.2004-xx.xx.2016-cı il tarixli tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC-də elektrik vəzifələrində işləmiş və xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ümumi iş stajının iş materiallarında olan əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-1-4585/2025 nömrəli xidməti məktubla bildirilmişdir ki, İddiaçı Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 33 il 10 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 5 ay 1 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1986-cı, xx.xx.1986xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2004-cü il, xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 11 il 10 ay) təşkil edir. Birinci instansiya məhkəməsində "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən “Azərrabitəinşaat” ATSC-də müxtəlif dövrlərdə xx.xx.2004-cü ilə qədər kabelçi peşəsində işləmişdir. Cəmi 5 il 10 ay 29 gün kabelçi peşəsində əmək fəaliyəti olmuşdur. Qurğunşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərlə məşğul olan kabelçilər və ya lehimləyicilər eyni xarakterli işlər görürlər. Kabelçilərlə və lehimləyicilərin vəzifə təlimatları və gördükləri işlər eyni xarakterli işlərdir. Ona görə də, 23100000-12624 kodu ilə işarələnmişdir. İddiaçı "xxxx" MMC-də isə xx.xx.2004-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək iş icraçısı vəzifəsində işləmişdir. Tikinti işləri daimi olmadığı üçün qeyd edilən dövrdə müəyyən vaxtlarda öz hesabına məzuniyyətdə olduğu hallarda olmuşdur. İş icraçısı isə Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən 2290100b-24441 nömrəli kodla işarələnmişdir. 12 il 1 ay 2 gün iş icraçısı vəzifəsində əmək fəaliyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarına əsasən zərərli işə görə 23100000-12624 və 2290100b-24441 kodlarına əsasən 18 il zərərli işə görə əmək fəaliyyəti olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının güzəştli iş stajı ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışlar və məhkəmə sorğusuna əsasən alınmış güzəştli arayışlar iş materiallarına əlavə olunmuşdur. Lakin hazırki işdə cavabdeh qurum tərəfindən apellyasiya şikayəti verilərkən iddiaçının qanunla müəyyən edilmiş 12 il yarım zərərli işlərdə olan peşə stajının mövcudluğu faktı yenə də mübahisələndirilmişdir. Ona görə də işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən bu halın aydınlaşdırılması məqsədilə bir sıra sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2025-ci il tarixli 3-17-1/2-195777/2025 saylı məktubu ilə İddiaçı xx.xx.2004-xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində "xxxx" MMC-də mühəndis vəzifəsində işlədiyi barədə “Əmək Münasibətləri və Məşğulluq AltSistemi”ndən çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “mühəndis” vəzifəsində işləmişdir. Həmçinin "xxxx" MMC-nin məhkəmə sorğusuna verdiyi cavab məktubu ilə İddiaçı "xxxx" MMC-yə xx.xx.2004-cü il tarixdə iş icraçısı vəzifəsinə qəbul edilməsi barədə 8/k §2 nömrəli xx.xx.2004-cü il tarixli, xx.xx.2016-cı il tarixdə işdən azad edilməsi barədə 02 nömrəli xx.xx.2016-cı il tarixli, həmçinin İddiaçı öz hesabına məzuniyyətdə olduğu barədə əmrlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sorğuya cavab olaraq "xxxx" MMC xx.xx.2025-ci il tarixli məktubla tələb olunan müvafiq əmrlərin təsdiq olunmuş sürətləri məhkəməyə göndərilmişdir. Sözügedən sorğuya cavab məktubuna əlavə olunmuş 8/k və 2 nömrəli əmrlərin surətindən görünür ki, iddiaçı xx.xx.2004xx.xx.2016-cı tarixlərdə "xxxx" MMC-də “mühəndis” vəzifəsində işləmişdir; - xx.xx.2006-cı il tarixli 07 nömrəli əmrdən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən 1 ay müddətinə öz hesabına (ödənilməyən ) məzuniyyət verilmişdir.; - 01 mart 2007-ci il tarixli 8/k nömrəli əmrdən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən 2 ay müddətinə öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; - xx.xx.2007-ci il tarixli 10/k nömrəli əmrdən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən 3 ay müddətinə öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; - 01 aprel 2012-ci il tarixli 5 nömrəli əmrdən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən 1 ay müddətinə öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. - 01 iyun 2012-ci il tarixli 8 nömrəli əmrdən görünür ki, iddiaçı xx.xx.2012 ci il tarixdən 1 ay müddətinə öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; - 05 yanvar 2015-ci il tarixli 02 nömrəli əmrdən görünür ki, “Azər-Rabitə" MMC öz fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırıldığına görə iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; - 01 iyun 2015-ci il tarixli 08 nömrəli əmrdən görünür ki, "xxxx" MMC öz fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırıldığına görə iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci tarixə qədər öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; - 01 avqust 2015-ci il tarixli 10 nömrəli əmrdən görünür ki, "xxxx" MMC öz fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırıldığına görə iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək -5 il 10 ay 4 gün “Azərrabitəinşaat” ATSC-də “kabelçi” vəzifəsində, "xxxx" MMC-də isə xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 17 ay öz hesabına məzuniyyətdə olduğu dövr istisna olmaqla, 10 il 7 ay “iş icraçısı” vəzifəsində işlədiyi müddət nəzərə alındıqda, onun güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. İddiaçının müvafiq dövrlərdə işlədiyi vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nında qeyd olunmuşdur. Cavabdeh bu halların əksini təsdiq edən hər hansı bir sübutu nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. O ki qaldı cavabdeh qurumun “”iddiaçının müvafiq pensiya altsistemindən çıxarışa əsasən “mühəndis” vəzifəsində işləməsi və həmin vəzifədə çalışdığı dövrün zərərli iş stajına hesablana bilməməsi” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, pensiya altsistemindəki məlumatın işəgötürən qurum tərəfindən texniki cəhətdən səhv işlənilməsinə görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Həmçinin verilmiş sorğulara cavab olaraq təqdim edilmiş əmrlərdən görünür ki, iddiaçı müvafiq dövrlərdə “mühəndis” deyil, məhz “iş icraçısı” peşəsində işləmişdir ki, bu peşə də ona güzəştli şərtlərlə pensiyaya çıxmaq haqqını verir. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin e-2-1(112)- 3053/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3053/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar