Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-28/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X10 və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı «Azərbaycan» Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Sabunçu Rayon İcra Hakimiyyəti, X15 və X9) qarşı torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2- 1(82)-3194/2018 saylı qərarından cavabdeh və üçüncü şəxs E.Əliyevin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı «Azərbaycan» Nəşriyyatı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu Rayon İcra Hakimiyyətinə, X13 və X5 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X11 və X4 adlarına verilmiş torpaq sahəsinin planı və ölçülərinin etibarsız sayılması barədə qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «… Azərbaycan SSR Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi «Kommunist» Nəşriyyatına (hazırkı «Azərbaycan» Nəşriyyatına) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli «X7 X23» verilmişdir. X22 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınmışdır. «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatı Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun (iddiaçının) qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6123/2016 saylı iş üzrə 20 dekabr 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir. Həmçinin «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik Sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X11 X1 aldığı 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13 yanvar 2016-cı il tarixdə qeydiyyata alınaraq ona **********45 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 reyestr nömrəli çıxarışda 0,12 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci məhəllə, 23 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. X2 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X5 verilmiş «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli «X7 X23»nda 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər 0,12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş X5, alqı-satqıdan sonra isə X14 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində «Azərbaycan» Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 0,12 ha torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilməlidir. Lakin «Azərbaycan» Nəşriyyatının müraciəti ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir…» 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 3194/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsinə dair X14 verilmiş **********45 nömrəli və X4 adına verilmiş **********45 nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız sayılmışdır. Cavabdeh və üçüncü şəxs E.Əliyev apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə daxil olan ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.Bundan əlavə bu qərarlar barədə İdarəyə hər hansı rəsmi məlumat daxil olmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya qanunamüvafiq məktub ünvanlanmışdır. Bundan əlavə Bakı şəhəri, Sabunçu rayonu,Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin 12 iyun 1992-ci il tarixli,14/84 saylı qərarına, həmin qərarın arxiv çıxarışına və Sabunçu Rayon İcra Hakimiyyətinin Nardarn qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminə əsasən X4 adına mülkiyyət hüququ üzrə ilkin hüquqi qeydiyyata alınmış və bu barədə onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış və **********45 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bundan sonra müvafiq torpaq sahəsinə dair X9 ilə X16 arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X11 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi müvafiq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun aparılmışdır və bununla bağlı İdarənin hər hansı qanunsuz hərəkət və hərəkətsizliyi olmamışdır. Həmçinin, müvafiq torpaq sahələrinin qeydiyyatı ilə bağlı İdarənin qanunsuz hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Üçüncü şəxs E.Əliyev isə apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdə faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir…» İş apellyasiya məhkəməsinin icraatına daxil olduqdan sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-1064/2019 saylı qərardadı ilə X9 üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli, 2-1(103)-1064/2019 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X10 apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarından üçüncü şəxs X15 və onun vəkili Vəkil2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2765/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli, 2-1(103)-1064/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməsyə göndərilmişdir İşə təkrar apellyasiya qaydasında baxılarkən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-719/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndislik-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli 10/3093 saylı məktubu ilə təyin olunmuş mütəxəssis rəyi verilmədiyindən ekspertizanın icra olunmasından imtina olunmuşdur. xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə mütəxəssis rəyi Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Bundan sonra, işə baxılması üçün 13 oktyabr 2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş və bu barədə işdə iştirak edən şəxslərə 29 iyul 2022-ci il tarixli məhkəmə bildirişləri göndərilmişdir. Məhkəmə kollegiyasının həmin (yəni hazırkı) iclasında iştirak edən apellyator cavabdehin nümayəndəsi Ə.Nizamlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, apellyator üçüncü şəxs E.Əliyev və nümayəndəsi Vəkil2 də apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İddiaçının iddia ərizəsinin məzmununa və onun hazırkı məhkəmə iclasında iştirak edən nümayəndələrinin məhkəməyə verdiyi izahatlarından göründüyü kimi, cavabdeh tərəfindən üçüncü şəxs E.Əliyevin adına tərtib olunmuş, habelə, əvvəlki mülkiyyətçinin adına tərtib olunmuş planı və ölçüləri verilməsi ilə bağlı hərəkətləri mübahisələndirilərək, qanunsuz hesab edilməsini və həmin plan və ölçülərin etibarsızlığının tanınması məhkəmədən tələb edilir. «İnzibati icraat haqqında» 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in 34.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının istinad etdiyi əsaslar ondan ibarətdir ki, “Azərbaycan” Nəşriyyatına (əvvəlki: “Kommunist” Nəşriyyatına) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə yardımçı təsərrüfat yaradılması üçün ayrılaraq bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X7 X23” verilmiş və Maştağa Südçülük- Tərəvəzçilik sovxozunun torpağından istifadə etməsinə dair yerquruluşu layihəsi tərtib olunmuş, bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunmuşdur. İddiaçı qeyd edilən əsaslardan çıxış edərək üçüncü şəxs X14 və həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatına yardımçı təsərrüfat yaradılması üçün verilmiş 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Lakin iddiaçının istinad etdiyi, əsasların hər biri ayrı-ayrılıqda tədqiq olunduqda, iddia tələbində haqlı olduğu təkzib olunur. Birincisi, iddiaçının istinad etdiyi, “X7 X23”nda - Bilgəh dəmir yolu ilə paralelikdə yerləşən düzbucaqlı (dörtərəfli) formasında, eni 300 m uzunluğu isə 500 m olan plancizgidə mübahisəli torpaq sahəsinin konkret olaraq döngə nöqtələrinin koordinat göstəriciləri mövcud olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü qətiyyən müəyyən edilməsi mümkün deyil. İkincisi, iddiaçı ona ayrılmış mübahisəli 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kadastr göstəricilərini özündə əks etdirən plan-ölçünün tərtib olunmasında və baza məlumatlarına işlənilməsində hərəkətsizlik nümayiş etdirmiş, bu isə ona gətirib çıxarmışdır ki, konkret halda, üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin sözügedən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq ərazisinin hüdudları çərçivəsində yerləşdiyini sübuta yetirmək iqtidarında deyildir. İşə əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş iki mütəxəssis rəyinin bir-biri ilə ziddiyyət təşkil etdiyindən, həmin rəylərdə göstərilən nəticələrin inandırıcılıq sarıdan isə mötəbər məlumatlar kimi qəbul edilməsi isə mükünsüzdür. Ən azından ona görə ki, həmin rəyi verən qürumlar sistemləşdirilmiş baza məlumatlarına malik deyillər, həm də onların kadastr və yerquruluşu sahəsində müvafiq akkreditasiya və sertifikasiyaya, habelə məhkəmə praktikasında kifayət qədər təcrübəli mütəxəssis səviyyəsinə - malik olmaları da müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına gəldikdə isə, birincisi, hazırkı mübahisənin cavabdeh tərəfi və üçüncü şəxsləri həmin mülki işdə iştirak edən şəxslər olmamışlar, deməli, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallar (faktlar) onlara münasibətdə sübuta yetrilmiş hallar (faktlar) kimi qəbul oluna bilməz. Çünki, MPM-in 82.3-cü maddəsinin imperativ tələbi isə onu nəzərədə tutur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, sözügedən məhkəmə qərarında işin halları da hazırkı işin halları ilə tamamilə fərqlidir. Belə ki, həmin iş üzrə qərarda mübahisələndirilən torpaq sahəsinə dair cavabdehin hüquqmüəyyənedici sənəd-sübutu mövcud olmadığından subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Konkret halda isə hazırkı işin üçüncü şəxslərinin mülkiyyətində olan torpaq sahələri isə onlara - torpaq qanunvericiliyinin tələblərinə uyğun olan sənədlər əsasında ayrılmışdır. Ali Məhkəməninxx.xx.2019-cu il tarixli 2-1(102)- 2765/2019 saylı qərarında qeyd olunan göstərişləri çərçivəsində, təkrar apellyasiya mərhələsində işə baxılarkən ziddiyyətli halların aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmə mühəndisliktexniki ekmpertizası təyin olunmasına dair xx.xx.2020-ci il tarixli qərardadının icrası olaraq, xx.xx.2022-ci il tarixində Apellyasiya Məhkəməsinə təqdim olunmuş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMCnin xx.xx.2022-ci il tarixli Bakı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: “1. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 195 saylı qərarı ilə təsdiq edilmiş Torpaq istifdəçiliyinin planı əsasında Abşeron rayon ZDS İK tərəfindən Komitəsi tərəfindən «Kommunist» nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X7 aid dövlət aktlarının qeydiyyatı xx.xx.1981-ci il tarixdə 64 № ilə qeydə alınmış B000369 №-li «X7 aid Dövlət Aktında göstərilən iddia edilən, 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən, sözügedən 15ha torpaq sahəsinin, ümumi ərazinin yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. «Kommunist» nəşriyyatına ayrılmış torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən hazırda mübahisələndirilən ərazi olub-olmamasını da müəyyən etmək mümkün olmamışdır.
2. X14 məxsus, **********45 daşınmaz əmlakın dövlət reyestr №-li torpaq sahəsinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatları üstüstə düşür.
3. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasındaAbşeron rayon X6 İcraiyyə Komitəsi tərəfindən "Kommunist" Nəşnyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X7 aid dövlət aktlarının qeydiyyatı kitabında 20.02 1981 -ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X7 aid Dövlət Aktfnda göstərilən iddia edilən, 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən sözügedən 15 ha torpaq sahəsi ilə X14 məxsus, **********45 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələnnin də üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 4… Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasındaAbşeron rayon X6 icraiyyə Komitəsi tərəfindən "Kommunist" Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X7 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981 -ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X7 aid Dövlət Aktfnda göstərilən iddia edilən, 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən sözügedən 15 ha torpaq sahəsinin ayrıldığı vaxt hansı kateqoriya torpaqlara aid olmasını da müəyyən etmək mümkün olmamışdır.
5. X14 məxsus, **********45 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahəsi faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir, kateqoriyasının sonradan dəyişdirilməsi barədə məlumat aşkar edilməmişdir. X14 məxsus, **********45 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahəsi ayrıldığı vaxtlarda yerləşdiyi ərazinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aid olmuşdur. X14 məxsus, **********45 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahəsin ayrıldığı vaxt dövlət mülkiyyətində olmuşdur və hal- hazırda xüsusi mülkiyyətdədir, Göründüyü kimi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin mütəxəssisi tərəfindən tədqiqatı aparılarkən, iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının iddiaçı tərəfindən təqdim edilməməsi səbəbindən - ümumi ərazinin yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşib-yerləşməməsini və hazırda mübahisələndirilən ərazi olub-olmamasını, habelə ayrıldığı vaxt həmin torpağın hansı kateqoriya torpaqlara aid olmasını, bununla da üçüncü şəxs X14 məxsus, **********45 dövlət reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əksinə, həmin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, üçüncü şəxsin X14 məxsus **********45 dövlət reyestr nömrəli torpaq sahəsi - faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir, onların kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar olunmamış, həmin torpaq sahələrinin ayrıldığı və bundan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınan vaxtlarda yerləşdyi ərazinin kateqoriyası da “yaşayış məntəqəsi” kateqoriyalı dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmə kollegiyası tədqiq olunan mütəxəssis rəyinin nəticələri üzrə əldə olunan məlumatlara inandırıcı yanaşır və onları sübut həmiyyətli məlumatlar kimi qiymətləndirir. Birincisi ona görə ki, rəy dolğun şəkildə əsaslandırılmış və həmin rəyi verən şəxsin çalışdığı qürum kadastr və yerquruluşu tədqiqatı sahəsində müvafiq sistemləşdirilmiş baza məlumatlarına malik olan və məhkəmələr tərəfindən təyin olunan torpaqşünaslıq tədqiqatlarında kifayət qədər təcrübəsi olan, uzun müddət fəaliyyət göstərən bir qürumdur. İkincisi, iddia edilən, üçüncü şəxs X14 məxsus, **********45 dövlət reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olan, əvvəlki mülkiyyətçinin (digər üçüncü G.İbrahimova) adına verilmiş plan və ölçülər – səlahiyyətli orqanların müvafiq inzibati aktları (qərar və sərəncamlar, çıxarışlar) əsasında tərtib olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin əvvəlki mülkiyyətçinin torpaq sahəsi ayrılarkən qüvvədə olan (xx.xx.1991-ci il 254 Xİİ №-li Qanunla) 23-cü maddəsi ilə də nəzərdə tuturdu ki, torpaq sahələrinin verilməsi yer quruluşu sənədləriən uyğun torpaqayırma qaydasında həyata keçirilir və torpaqayırma aktında torpağın məqsədli təyinatı göstərilir. Eyni zamanda, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşə əlavə olunmuş arxiv sənədlərinə əsasən müəyyən olunur ki, fərdi yaşayış evinin tikintisi üçün əvvəlki mülkiyyətçi olan üçüncü şəxs X5 Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 14/84 №-li xx.xx.1992-ci il tarixli qərarı və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən 1200 kv torpaq sahəsi ayrılmışdır. İşdən görünür ki, həmin qərar əsasında verilmiş torpaq sahəsi üçüncü şəxs tərəfindən özəlləşdirilib reyestr qeydiyyatından keçdikdən sonra üçüncü şəxs E.Əliyev satın alaraq öz adına daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmiş və həmin torpaq sahəsinə dair ona torpağa dair plan və ölçü tərtib olunub verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hikimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmax əmlakın özgəninkiləşdirilməsinə , icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar; -8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin , mənzillərin açıq hərracdan əldə olunmasına dair şəzadətnamələr, mənzil sertifikatı , daşınmaz əmlak üzərinəd hüqşuqun əmələ gəlməsi üçün əsalardır. Həmin Qanunun 10.2-ci maddəsinin tələbində də məhz qeyd olunur ki, qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən üçüncü şəxslərin adına verilmiş plan və ölçülər qanunvericiliyi tələblərinə uyğun verilmiş, qanunsuz hərəkətlərə yol verilməmişdir. İPM-in 14.3-cü maddəsinin təlbinə görə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məcəllənin qeyd olunan tələbi baxımından, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəqiq yerini müəyyənləşdirməyə imkan verən sənədləri, o cümlədən, kadastr və coğrafi göstəricilərini əks etdirən plan və ölçünün təqdim edilməklə, üçüncü şəxslərə verilmiş plan və ölçülərin onun istifadəsinə ayrılmış 15 ha torpaq sahəsinin hüdudlarına aid koordinatlar çərçivəsində yerləşdiyini sübut etmək vəzifəsi onun üzərinə düşdüyü halda, həmin hallar (faktiki şərtlər) onun tərəfindən sübuta yetirilmir. Belə olan halda, cavabdeh orqan tərəfindən üçüncü şəxsin adına tərtib olunmuş adıçəkilən reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərinin verilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələbrinə uyğun olmuşdur. Ona görə də iddiaçının üçüncü şəxsinlərin mülkiyyət sənədlərinin, bununla da, dolayısı ilə də onların adına verilmiş planölçünün ləğv edilməsini (etibarsızlığını) tələb etməkdə haqlı hesab oluna bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş üzrə hərtərəfli araşdırmış aparılmamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış,, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın təmin olunması barədə əsassız qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin (E.Əliyevin) apellyasiya şikayətlərinin birinci instansiya məhkəəsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3194/2018 saylı qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 3194/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı “Azərbaycan” Nəşriyyatının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Fuad Talışınski
Azad İmanov