Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-28/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, 3-cü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil3, 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X18, İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Cavabdeh 103 saylı 21 may 2018-ci il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2021 saylı 25 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 12, mənzil 22/23/24 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına xx.xx.2013-cü il tarixli 11/135634 inventar nömrəli mənzilə dair tərtib olunmuş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 22/23/24 saylı mənzil 3-cü mərtəbədə yerləşir, otaqların ümumi sayı 4, ümumi sahəsi 118,7 kv. metr, yaşayış sahəsi 95.8 kv. metrdir. (Xüsusi qeyd: arxiv sənədlərinə əsasən mənzilin yaşayış sahəsi 82,5 kv. metr olmasına baxmayaraq, texniki inventarlaşdırma zamanı yaşayış sahəsi 95,8 kv. metr aşkar edilmişdir). Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, 195,2 kv. metrdən ibarət sahəsi olan ünvan 12, mənzil 21 (yeni qaydalarla: AZ 1000, ünvan 10 xüsusi mülkiyyət hüququ ilə X4 adına Daşınmaz əmlakın dövlət reyestrində 1578 nömrəli reyestr kitabının 144262 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, X1 rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, ona məxsus Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən 21 saylı möcvcud mənzilinin faktiki ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 70.5 kv. metr təşkil edən 21 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışına əsasən vətəndaş X6 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən 21 saylı mövcud mənzilin faktiki ümumi sahəsi 201,2 kv. metr olmaqla vətəndaş X6 istifadəsindədir. Həmin Sərəncamla Cavabdeh Nəzdində X12 İdarələrarası Komissiyanın Ə-97-091 saylı xx.xx.2018-ci il tarixli aktın təsdiq edilməsi və Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8 ünvanda yerləşən evin 21 saylı mənzilin faktiki ümumi sahəsinin 201,2 kv. metr hesab edilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 12, mənzil 21 (yeni qaydalarla: AZ1000, ünvan 5 X4 xüsusi mülkiyyətindədir. Onun adına ünvan 12, mənzil 21 (yeni qaydalarla: AZ1000, ünvan 5 ünvanında yerləşən mənzilə dair xx.xx.2017-ci il tarixli 11/16242 inventar nömrəli (reyestr nömrəsi **********30-05101-093004) texniki pasport tərtib olunmuşdur. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Cavabdeh 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamının ləğv edilməsi, mənzilinin dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və mənzilinə dəyən zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, adında və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, 8 nömrəli arxitektur bina sayılan yaşayış binasının 24 nömrəli mənzili və İlham Rzayevə məxsus 23 nömrəli mənzili həmin binanın 21 nömrəli mənzilinin sahibi Kamil Əliyev adlı şəxs tərəfindən ağır yüklənməyə məruz qaldığından ona məxsus mənzilin divarlarında hər gün genişlənən çatlar əmələ gəlmiş, mənzilin tavanı deformasiyaya uğramışdır. O, ailə üzvləri ilə həyatı təhlükə qarşısında qalmışdır. Qeyd olunan mənzilin dam hissəsində özü üçün iri həcmli tikinti işləri aparan adının Kamil olduğu bildirilən şəxs açıq-aşkar onun mənzilinə böyük mənada zərərlər vurmuş və vurmaqda davam edir. Aparılan tikinti işlərinin dayandırılması üçün tərəfindən, eləcə də binanın nəzarəti həvalə edilmiş Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bütün müraciətlər cavabsız qalmış, səbəb kimi isə həmin tikintinin aparılmasına Bakı şəhər Cavabdeh başçısının 103 saylı 21 iyun 2018-ci il tarixli Sərəncamının olması göstərilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2021 saylı 25 may 2021-ci il tarixli qərarı ilə iddia tələblərinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24 saylı mənzilin sakini Əliyev Vüqar tərəfindən yanğın baş verməmişdən əvvəl soba yandırılmış, lakin onun sobaya düzgün nəzarət etməməsi, tüstü bacasının ifrat dərəcədə qızmasına səbəb olmuş və nəticədə yaxınlıqda yerləşən yanan materialların alışması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 21 iyun 2018-ci il tarixli 103 №-li sərəncamının surətindən müəyyən olunur ki, X1 rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, ona məxsus Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanında yerləşən 21 saylı mövcud mənzilinin faktiki ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən ümumi sahəsi 70.5 kv metr təşkil edən 21 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışına əsasən vətəndaş X6 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, ünvan 6 ünvanda yerləşən 21 saylı mövcud mənzilin faktiki ümumi sahəsi 201,2 kv.metr olmaqla vətəndaş X6 istifadəsindədir. Belə ki, Cavabdeh nəzdində X12 İdararələrarası Komissyanın Ə-97-091 saylı, 24 .05.2018-ci il tarixli aktına əsasən aşağıdakılar qərara alınmışdır: 1. Cavabdeh Nəzində X12 İdarələrarası Komissiyanın Ə-97-091 saylı, xx.xx.2018-ci il tarixli aktı təsdiq edilsin; 2. Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8 ünvanda yerləşən evin 21 saylı mənzilin faktiki ümumi sahəsi 201,2 kv. metr hesab edilsin; 3. Sərəncamın surətləri vətəndaş X8, Səbail rayon polis idarəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə göndərilsin. Sabil rayon MKTB-nin 07 avqust 2018-ci il tarixli, R-3 nömrəli məktubunda isə qeyd edilmişdir ki, 21 -ci mənzildə yaşayan X24 ail oğlu mənzildə təmir işlərini Cavabdeh 21 iyun 018-ci il tarixlil 03 saylı sərəncamı ilə təsdiq edilmiş layihə əsasında aparmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərbası üzrə Dövlət Xidmətinin xx.xx.2018- ci il tarixli, 160-01/TN nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, qeyd olunan bina ‘Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar nömrəsi 3304, tikilmə tarixi 1893-cü il) dövlət qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dğvlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 24 iyun 2019-cu il tarixli 35-05 Ns-li arayışda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş ünvan 7 ünvanında yerləşən üç mətəbəli yaşayış binasının (inventar № 3304) üzərində dördüncü mərtəbənin inşa edilməsi faktı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezdentinin 27 dekabr 2013-cü il tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş ’’Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-cı illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tarix və mədəniyyət abidələrinə baxış kəsirilən zaman aşkar edilmişdir və qanunamüvafiq tədbirlərin görülməsi uçun Bakı şəhəri Səbail rayonu polis idarəsinə, Bak, şəhər prokuroruna, Səbail rayon İcra Hakımıyyəmm başçısına müraciət məktubları ünvanlanmışdır. Yuxarıda qeyd olunan işlərin görülməsi nətəcəsində dövlət tərəfindən müfahizə olunan abidəyə qanunazidd müdaxilə olunmuşdur və Dövlət Xidməti tərəfindən rayon icra hakimiyyətinə, hüquq mühafisə orqanlarına edilmiş müraciət nəticəsi olmamışdır. Aparılmış tikinti işlərinin ağırlıq çəkisi 50 tona yaxındır. Arxitektur binanın dam hissəsində beton materialla örtük çəkilməklə aparılmış tikinti işləri ağır daş tikinti materiallarından istifadə edilməklə aparılmışdır. 3-cü şəxs- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X18, İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin mülahizəsi: Mülahizə onunla əsaslandıılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən (xx.xx.2022-ci il tarixli 2-1 (103)-179/2022 saylı) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin tabeliyində olan qurumun mütəxəssisinə Kamil Əliyev tərəfindən dövlət qeydiyyatına götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsi olan ünvan 14 binada tikinti işlərinin aparılmasının binanın görünüşünə və dayanıqlılığına xələl gətirilməsi məsələsinin aydınlaşdırılması tapşırılmışdır. Məsələ ilə bağlı “Azərdövlətsənayelayihə”DLİ tərəfindən verilən mütəxəssis rəyində ünvan 14 yaşayış binasının dam hissəsində inşa edilmiş mansard mərtəbəsinin binanın dayanıqlılığına xələl gətirməsini yalnız vizual baxışla təyin edilməsinin mümkün olmadığı və bunun üçün əlavə olaraq instrumental müayinə- tədqiqat işlərinin aparılması vurğulanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 avqust 2008-ci il tarixli, 68 №-li əmri ilə təsdiq edilmiş “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na (AzDTN 1.7-1) əsasən detal müayinədə binanın konstruksiyalarında ilkin müayinə zamanı aşkar edilmiş qüsurlar və onların əmələ gəlmə səbəbləri, yükdaşıyan konstruksiyaların faktiki vəziyyəti, qüsur və zədələnmə parametrlərinin instrumental qaydada müəyyənləşdirilməsi, əsas yükdaşıyan konstruksiya və onların elementlərinin faktiki yükgötürmə, deformasiya göstəricilərinin müəyyənləşdirilməsi yükgötürmə qabiliyyəti və deformasiyalılığı mövcud sınaq üsulları ilə dərindən tədqiq edilir, lazımi hesablar əsasında binanın istismara yararlığı və texniki vəziyyətinin dərəcəsi (kateqoriyası) müəyyənləşdirilir. Nəticədə binanın gücləndirmə layihələrinin işlənilməsi və sair göstəricilər haqqında ekspert rəyi verilir. Qeyd olunanlara əsasən abidəyə vurulan zərərin müəyyən edilməsi üçün detal (instrumental) müayinənin aparılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində 8 ünvanında yerləşən yaşayış binası (inventar nömrəsi) yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 531 nömrəli Qərarına əsasən dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri (o cümlədən, memarlıq abidələri) dövlət əhəmiyyətli tikinti obyektləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər”ə əsasən dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrində (o cümlədən, memarlıq abidələrində) bərpa, gücləndirmə və yenidənqurma işlərinin aparılmasına icazənin verilməsi üçün vizual və instrumental müayinələrin aparılması əlavə tələb kimi müəyyən edilmişdir. Göründüyü kimi müvafiq sahədə aparılan tikinti zamanı obyektin tikintisinə icazə verilərkən əlavə tələblər nəzərə alınmalı və abidədə yenidənqurma işləri aparılan zaman abidənin vizual və instrumental müayinəsi aparılmalı idi. Bundan əlavə olaraq bildirilir ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 25-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyinin) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyinin) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Qanunun 5-ci maddəsinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın (Azərbaycan Milli Elmlər Akademiyasının) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla Mədəniyyət Nazirliyi) tərəfindən təsdiq edilir. Hazırki işdə belə razılıqlar alınmamışdır. ünvan 14 binada qanunvericiliyin tələbləri pozularaq tikintinin aparan şəxslər tərəfindən binada əlavə tikilmiş mansardın sökülməsi, binanın dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və binada aparılan tikinti işləri ilə bağlı verilmiş müvafiq icazələrin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları: 3-cü şəxs X14, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, eyni zamanda ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X18, İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X15 apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, ünvan 14 binada qanunvericiliyin tələbləri pozularaq tikintinin aparan şəxslər tərəfindən binada əlavə tikilmiş mansardın sökülməsi, binanın dam hissəsinin əvvəlki vəziyyətinə qaytarılması və binada aparılan tikinti işləri ilə bağlı verilmiş müvafiq icazələrin ləğv edilməsi barədə qətnamə çıxarılmalıdır. Eyni zamanda ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-28/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2021 saylı 25 may 2021-ci il tarixli qərarının qismən, “mənzilinin dam hissəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddia tələblərinin rədd edildiyi” hissədə ləğv edilməsi və həmin iddia tələblərinin qeyri-mümkün sayılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçının “Bakı şəhəri Cavabdeh 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamının ləğv edilməsi” barədə iddia tələbi vaxtında verildiyi üçün məhkəmə kollegiyası tərəfindən mümkün sayılmışdır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “Bakı şəhəri Cavabdeh 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamının ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının həmin tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Cavabdeh 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının və 3-cü şəxs- Kamil Əliyevin xüsusi mülkiyyətində olan mənzillər eyni ünvanda və eyni binada (1893-cü ildə inşa edilmişdir) yerləşir. İddiaçı onun mülkiyyətində olan mənzilin dam hissəsində 3-cü şəxs- Kamil Əliyev tərəfindən aparılmış dəyişikliklərin onun evində çatlar yaratdığına, mənzilin divarlarında hər gün genişlənən çatların əmələ gəldiyinə, mənzilinin tavanının deformasiyaya uğradığına, onun mənzilində baş vermiş dəyişikliklərlə bağlı ona kifayət qədər zərər vurulduğuna, ailə üzvləri ilə həyatı təhlükə qarşısında qaldığına, binanın memarlıq abidəsi olmasına baxmayaraq Kamil Əliyev tərəfindən müvafiq qurumun icazəsi alınmadan tikinti işləri həyata keçirildiyinə və bunun sonradan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 21 iyun 2018-ci il tarixli 103 saylı sərəncamla rəsmiləşdirildiyinə istinad edərək həmin sərəncamın ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ünvan 12, mənzil 21 (yeni qaydalarla: AZ 1000, ünvan 10 ünvanına dair X4 adına xx.xx.2018-ci il tarixdə tərtib olunmuş **********30-05101-093004 reyestr nömrəli texniki pasportun göstəricilərinə əsasən zal-yaşayış otaqlarının sahəsi 35,8 kv. metr, 19.4 kv. metr, 73,8 kv. metr, 21,3 kv. metr, 14,8 kv. metr, mətbəxin sahəsi 10,2 kv. metr, dəhlizin sahəsi 2,8 kv. metr, sanitar qovşaqlarının sahəsi 2,8 kv. metr, 7.4 kv. metr, balkonun sahəsi 1,1 kv. metr, lociyanın sahəsi 5,8 kv. metr, ümumilikdə 195,2 kv. metr təşkil edir. Cavabdeh 03 avqust 2018-ci il tarixli məktubundan görünür ki, 24-cü mənzilin sakinləri tərəfindən qış aylarında divar sobasını yüksək təzyiqlə yandırdıqlarına görə bacadan sızma nəticəsində 21-ci mənzildə yanğın baş vermiş və dam örtüyü sıradan çıxmış, 21-ci mənzilin yeni sakini vətəndaş Kamil Əliyev dam örtüyünü bərpa edərək qonşunun dam örtüyündə artırma işlərinə başlamış və damın səviyyəsini qaldırmışdır. Səbail rayon MKTB-nin R-3 saylı 07 avqust 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 21-ci mənzildə yaşayan X16 mənzildə təmir işlərini Cavabdeh 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş layihə əsasında aparmışdır. Bakı şəhəri Cavabdeh nəzdində X12 İdarələrarası Kommissiyanın Ə-97-091 saylı xx.xx.2018-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində 8 ünvanda yerləşən ümumi sahəsi 70.5 kv.m olmaqla 21 saylı mənzil həqiqətən X9 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində 8 ünvanda yerləşən evin 21 saylı mənzilinin faktiki ümumi sahəsi 201.2 kv.m olmaqla X9 istifadəsindədir. Cavabdeh nəzdində X12 İdarələrarası Komissiya vətəndaş X9 istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində 8 ünvanda yerləşən evin 21 saylı mənzilinin faktiki ümumi sahəsinin 201.2 kv.m olmasını qanunauyğun hesab etmişdir. Bundan sonra Bakı şəhəri Cavabdeh başçısının 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamı qəbul edilmiş və həmin sərəncamda göstərilmişdi ki, X1 rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, ona məxsus Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən 21 saylı möcvcud mənzilinin faktiki ölçülərinin dəqiqləşdirilməsini xahiş etmiş, təqdim olunmuş sənədlərə əsasən ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 70.5 kv. metr təşkil edən 21 saylı mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışına əsasən vətəndaş X6 mülkiyyətində olduğu, yerində aparılmış yenidən ölçmə zamanı Səbail rayonu, Rəsul Rza küçəsi 8 ünvanda yerləşən 21 saylı mövcud mənzilin faktiki ümumi sahəsinin 201,2 kv. metr olmaqla vətəndaş X6 istifadəsində olduğu məlum olmuş, həmin Sərəncamla Cavabdeh Nəzdində X12 İdarələrarası Komissiyanın Ə-97-091 saylı xx.xx.2018-ci il tarixli aktı təsdiq edilərək, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 8 ünvanda yerləşən evin 21 saylı mənzilinin faktiki ümumi sahəsi 201,2 kv. metr hesab edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 160-01/TN saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, qeyd olunan bina “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar nömrəsi 3304, tikilmə tarixi 1893-cü il) dövlət qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 35-05 saylı 24 iyun 2019-cu il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş ünvan 7 ünvanında yerləşən üç mərtəbəli yaşayış binasının (inventar № 3304) üzərində dördüncü mərtəbənin inşa edilməsi faktı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tarix və mədəniyyət abidələrinə baxış keçirilən zaman aşkar edilmişdir və qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri, Səbail rayonu polis idarəsinə, Bakı şəhər prokuroruna, Cavabdeh başçısına müraciət məktubları ünvanlanmışdır. Bəhs edilən ünvanda tikinti fəaliyyəti qanunvericiliyin tələblərinə ziddmüvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmışdır. Məlumdur ki, “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin göstərişinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti) tərəfindən təsdiq edildikdən sonra aparılır. Həmçinin abidələrdə görülən inşaatmöhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (X18, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin) nəzarəti altında aparılır (sözügedən Qanunun 26-cı maddəsi). Lakin yuxarıda qeyd olunan işlərin görülməsi nəticəsində dövlət tərəfindən mühafizə olunan abidəyə qanunazidd müdaxilə olunmuşdur və Dövlət Xidməti tərəfindən rayon icra hakimiyyətinə, hüquq mühafizə orqanlarına edilmiş müraciətin nəticəsi olmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/2979 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 12 ünvanında yerləşən X8 məxsus 21 saylı mənzilin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX-1434959 saylı çıxarışa əlavə olunmuş texniki pasportun göstəricilərinə uyğundur. Lakin Cavabdeh Başçısının “X6 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi haqqında" 103 nömrəli, 21 yun 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən X8 məxsus ünvan 12 ünvanında yerləşən 21 saylı mənzilində aparılan dəyişikliklər nəticəsində həmin ünvanda İddiaçı məxsus 22, 23, 24 saylı mənzillərə zərər vurulub-vurulmamasını və vurulubsa zərərin dəyəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X2 Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən adı çəkilən Agentlikdən mütəxəssis rəyi alınmamış və məhkəmə ekspert rəyinə əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı 2-1(103)-2143/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadla İddiaçı məxsus 22, 23, 24 saylı mənzillərin X8 məxsus tikinti işlərinin aparıldığı sahənin altında yerləşib-yerləşmədiyinin, İddiaçı məxsus mənzildə mövcud zədələrin məhz Kamil Əliyev tərəfindən bəlli sahədə tikinti işlərinin aparılması nəticəsində yaranıbyaranmadığının, həmin tikinti işlərinin aparılmasının dövlət qeydiyyatına götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsi olan sözügedən binanın görünüşünə və dayanıqlılığına xələl gətirib-gətirmədiyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X2 Agentliyindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayilayihə”dən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsində qərardadda qoyulmuş 1-ci və 2-ci suala cavab verilərək, “ünvan 13 ünvanda yerləşən yanayış binasının dam hissəsində vətəndaş Kamil Əliyev tərəfindən inşa edilmiş mansard mərtəbəsinin bir hissəsi təxminən 40 kv.m. yaşayış sahəsi 11,6 kv.m. isə eyvan (lociya) sahəsinin 3-cü mərtəbədə yerləşən İddiaçı məxsus mənzillərin üzərinə yerləşdiyi, yaşayış evinin 22, 23 və 24 saylı mənzillərində tədqiqat hissəsində qeyd olunan qüsurların (arakəsmə divarlarında çatların, bəzək elementlərinin yararsız vəziyyətdə olmasının) mənzilin uzun müddət təmirsiz istismar edilməsi, hal-hazırda istismar edilməməsi və atmosfer sularının daxilə sızması nəticəsində olması” bildirilmiş, 3-cü suala, yəni “Kamil Əliyev tərəfindən bəlli sahədə tikinti işlərinin aparılmasının dövlət qeydiyyatına götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsi olan ünvan 14 binanın görünüşünə və dayanıqlılığına xələl gətirməsi” sualına isə cavab olaraq “yaşayış evinin dam hissəsində inşa edilmiş mansard mərtəbəsinin dayanıqlığına xələl gətirməsini yalnız vizual baxışla təyin etməyin mümkün olmadığı, mansard mərtəbəsinin binaya təsir edib-etməməsinin instrumental müayinə-tədqiqat işləri nəticəsində müəyyən edilməsinin mümkün olması” deyə cavab verilmişdir. Qeyd olunan mütəxəssis rəyindən görünür ki, hazırki inzibati iş üzrə mütəxəssis tərəfindən rəy verilərkən məhkəmə qərardadında qoyulmuş 3-cü sual ilə bağlı araşdırılma natamam aparılmış və nəticədə suala cavab verilməmişdir. Kollegiya hesab etmişdir ki, hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması, eyni zamanda qərardadda qeyd edilmiş “Kamil Əliyev tərəfindən bəlli sahədə tikinti işlərinin aparılması dövlət qeydiyyatına götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsi olan ünvan 14 binanın görünüşünə və dayanıqlılığına xələl gətirib-gətirmədiyinin dəqiq müəyyən edilməsi” məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X2 Agentliyinin mütəxəssis rəyinin alınması zəruridir. Bu məqsədlə məhkəmənin xx.xx.2022-ci il tarixli qəradadı ilə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X2 Agentliyinin mütəxəssisinin qarşısında “Kamil Əliyev tərəfindən bəlli sahədə tikinti işlərinin aparılması dövlət qeydiyyatına götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsi olan ünvan 14 binanın görünüşünə və dayanıqlılığına xələl gətirib-gətirməməsinin müəyyən edilməsi” sualı qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Dövlət Layihə İnstitutu “Azərdövlətsənayilayihə”dən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsində göstərilmişdi ki, ünvan 14 ünvanda yerləşən yaşayış evinin dam hissəsində qalınlığı 0.7 metr olan əsas yükdaşıyan divarların üzərində yüngül konstruksiyadan inşa edilmiş mansard mərtəbəsinin binanın dayanıqlığına xələl gətirməsini yalnız vizual baxışla təyin etmək mümkün deyildir. Mansard mərtəbəsinin binanın dayanıqlığına təsir edib-etməməsini (xələl gətirib-gətirmədiyini) müəyyən etmək üçün əlavə olaraq instrumental müayinə-tədqiqat işləri aparılmalıdır. Məhkəmə kollegiyası tərəfindən sözügedən yaşayış evinin mansard mərtəbəsinin binanın dayanıqlılığına təsir edib-etməməsinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən instrumental müayinə-tədqiqat işlərinin aparılıb rəy verilməsinə nail olunmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası hazırki işdə iddiaçının tələbinin cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamın ləğvi ilə bağlı olduğunu nəzərə alaraq aşağıdakı qaydada araşdırma aparılmasını işin yekunlaşdırılıb qərar qəbul edilməsi üçün yetərli saymışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən abidələrdə görülən inşaatmöhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti altında aparılır. Hazırki işdə İddiaçı və 3-cü şəxs Kamil Əliyevə məxsus mənzillərin memarlıq abidəsi olan 1893-cü ildə inşa edilmiş binada yerləşməsi işin mübahisəsiz halıdır. Həmin bina (1893) “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar nömrəsi 3304, tikilmə tarixi 1893-cü il) dövlət qeydiyyatına götürülmüşdür. İşin faktiki hallarına görə, binanın 21-ci mənzilində yanğın baş verdiyi üçün dam örtüyü sıradan çıxdığından 21-ci mənzilin sakini Kamil Əliyev dam örtüyünü bərpa edərək qonşunun dam örtüyündə artırma işlərinə başlamış və damın səviyyəsini qaldırmışdır. Bakı şəhəri Cavabdeh nəzdində X12 İdarələrarası Kommissiyanın Ə-97-091 saylı xx.xx.2018-ci il tarixli aktına əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində 8 ünvanda yerləşən Kamil Əliyevə məxsus 21 saylı, ümumi sahəsi 70.5 kv.m olan mənzilin yenidən ölçmə işləri aparılarkən məlum olmuşdur ki, həmin mənzilin faktiki ümumi sahəsi 201.2 kv.m. təşkil edir. Həmin akta əsasən mənzilin ümumi sahəsinin 201.2 kv.m. olması qanunauyğun hesab edilmiş və bundan sonra sözügedən akt cavabdeh inzibati orqanın mübahisələndirilən sərəncamı ilə təsdiq edilərək, həmin mənzilin sahəsi 201.2 kv.m. hesab edilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, 3-cü şəxsə məxsus mənzildə dam örtüyünün bərpası ilə bağlı görülən işlər memarlıq abidəsi kimi qorunan sözügedən binanın üzərində faktiki olaraq dördüncü mərtəbənin inşa edilməsinə gətirib çıxarmışdır. Bu fakt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 195 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tarix və mədəniyyət abidələrinə baxış keçirilən zaman aşkar edilmiş və həmin qurum tərəfindən müvafiq tədbirlərin görülməsi üçün bir sıra aidiyyatı orqanlara müraciətlər olunsa da, həmin müraciətlərin nəticəsi olmamışdır. Nəzərə alınmalıdır ki, 3-cü şəxs Kamil Əliyevə məxsus məzildə (və onun damında) aparılan tikinti işləri yalnız cavabdeh inzibati orqan olan Cavabdeh 103 saylı 21 iyun 2018ci il tarixli sərəncamı əsasında aparılmışdır, hansı ki, bu sərəncamın qəbulu zamanı yuxarıda adıçəkilən binanın memarlıq abidəsi olması nəzərə alınmaqla qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı alınmalı idi. Lakin iş materiallarından da görünür ki, belə bir razılıq cavabdeh inzibati orqan tərəfindən alınmamış, 3-cü şəxsə məxsus mənzilin ölçülərində dəyişiklik olunacağı, yəni ölçülərin 70.5 kv.m. əvəzinə 201.2 kv.m. artacağı və bu artımın mənzilin üzərində yeni inşa edilmiş dam örtüklə yanaşı, qaldırılan 4-cü mərtəbə hesabına olacağı barədə sözügedən quruma məlumat verilməmiş, nəticədə həmin işlər sözügedən qurumun nəinki qanunun tələbinə görə nəzarəti altında aparılmamış, hətta onun məlumatı olmadan belə qanunsuz aparılmışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən 3-cü şəxs Kamil Əliyevə məxsus “mənzilin ölçülərinin dəqiqləşdirilməsi” adı altında qəbul edilmiş 21 iyun 2018-ci il tarixli sərəncam əslində yeni ölçüləri təsdiq etməklə, faktiki olaraq aparılmış tikinti işlərinin mövcudluğunu təsdiqləmiş, yəni ölçülər yuxarıda da qeyd olunduğu kimi, məhz bəzi tikinti işlərinin aparılması hesabına dəyişmiş, bu tikinti işlərinin aparılması ilə də dolayısı yolla memarlıq abidəsi olan binanın vəziyyətinə müdaxilə olunduğundan (bu müdaxilə sonradan mübahisələndirilən sərəncamla “qanuniləşdirilmişdir”), bu barədə aidiyyatı quruma məlumat verilmədiyindən cavabdehin qəbul etdiyi sərəncam qanunsuz olmuşdur, buna görə də ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırki işdə inzibati orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçının mülkiyyət hüququna toxunur, belə ki, ölçüləri dəqiqləşdirilən 3-cü şəxsə məxsus mənzil iddiaçıya məxsus mənzilin üstündə yerləşir və həmin ölçülərin artmasının iddiaçının mənzilinə təsir edəcəyini inzibati orqan nəzərə alaraq iddiaçını inzibati icraata cəlb etməmiş, onu dinləməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibati icraat qaydalarına riayət olunması ilə bağlı halları təsdiq edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. O ki qaldı cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə dair etirazının dəlillərinə, bu barədə qeyd olunur ki, həmin dəlillərin heç biri cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın qanuni sayılması və ləğv olunmaması üçün əsas vermir. Kollegiya onu da nəzərə alır ki, iş üzrə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq iddiaçıya məxsus mənzildəki çatlar və s. qüsurların məhz 3-cü şəxs tərəfindən mənzilində tikinti işlərinin aparılması nəticəsində yaranması faktı təsdiq olunmasa da, cavabdeh inzibati orqan tərəfindən 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncam qəbul edilərkən həmin sərəncamla 3-cü şəxsə məxsus mənzilin yeni ölçülərinin təsdiq edilməsi ilə həmin mənzilin altında yerləşən mənzillərin iddiaçıya məxsus olması nəzərə alınmalı və bu ölçülərin dəqiqləşdirilməsinin iddiaçının mənzilinə təsir edə biləcəyi baxımından iddiaçı həmin inzibati icraata cəlb olunub, dinlənilmədiyi, bununla da inzibati icraat qaydalarına cavabdeh tərəfindən əməl olunmadığı həmin inzibati aktın İPM-nin 70.1-ci maddəsinin tələbləri (İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda- inzibati aktın ləğv edilməsi barədə qərar qəbul olunması tətbiq olunur) baxımından ləğv edilməsi üçün əsas yaradır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməməklə düzgün nəticəyə gəlməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırki işdə birinci instansiya məhkəməsi bu qərarın əsaslandırıcı hissəsində qeyd olunan halları araşdırmamış və nəticədə natamam araşdırma apararaq iddianın rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2021 saylı 25 may 2021-ci il tarixli qərarı “sərəncamın ləğv edilməsi tələbinin rədd edilməsi” barədə hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli və cavabdeh inzibati orqanın qəbul etdiyi 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncam ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2021 saylı 25 may 2021-ci il tarixli qərarı “103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamın ləğv edilməsi tələbinin rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Bakı şəhəri Cavabdeh 103 saylı 21 iyun 2018-ci il tarixli sərəncamı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-28/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-28/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver