Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-28/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə ünvan 6 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən (hazırki ünvan: Yeni ünvan 2 saylı binanın 50.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandılrmışdır ki, Yeni Yasamal yaşayış massivi 3-də (VÖEN - **********) yerləşən "xxxx" MMC ilə xx.xx.2010-ci il tarixdə həmin ünvanda (yeni ünvan: Yeni Yasamal 2-ci yaşayış massivi 3 A) tikilməkdə olan binasının kürsü mərtəbəsində yerləşən 50,6 kv.m qeyri-yaşayış sahəsinin ona satılması barədə aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 54600 (əlli dörd min altı yüz) manat tam ödəyərək borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. Binanın tikintisi 2008-ci ildə tam başa çatmışdır. Bir neçə ildən sonra, bina Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən yaradılmış Dövlət Qəbul Komissiyasının xx.xx.2016-cı il tarixli aktına əsasən sakinlərlə məskunlaşmış qaydada istismara qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə zəruri olan rəsmi sənədlərini təqdim etməklə müraciət etməsinə baxmayaraq, heç bir hüquqi əsası olmadan müxtəlif bahənələrlə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan: Yeni ünvan 5ylı binanın 50,6 kv.m ibarət qeyri-yaşayış sahəsinin Dövlət Reyestrində qeydiyyata alınması və ona Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış verilməsi barədə ərizəsini təmin etməmişlər. Beləliklə də, uzun illərdən bəri binanın həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə baxmayaraq, hazırki vaxta kimi qeyriyaşayış sahəsinə xüsusi mülkiyyət hüququ haqqında çıxarış ala bilmir. Halbuki, eyni mərtəbədə onun yeri ilə qonşuluğunda olan qeyri yaşayış sahəsinə məhkəmə qərarı ilə çıxarış verilmişdir. Bununla da, konstitusion hüquq və azadlıqlarım kobud şəkildə pozulmaqda davam edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyriyaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkan, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-4/016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********25 saylı, xx.xx.2021-ci il tarixli və **********445 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. ünvan 6 qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2ci yaşayış massivi, 3 A ünvanında yerləşən 50.6 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkan, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Aparılmış yenidən qurma (rekonstruksiya) işləri ilə əlaqədar müvafiq hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsi 50.6 kv.m, faktiki sahəsi isə 37.8 kv.m-dir. Həmçinin, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)- 4/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadın daxil olduğu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4127/2022 nömrəli qərarında qeyd olunan Bakı Kommersiya Məhkəməsinin 8(82)-4/2016 saylı, xx.xx.2021-ci il tarixli qərardadı icra edilməsi üçün İdarəyə daxil olmuş, lakin Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 4932-211166/17 saylı məktubunda “Sabunçu Rayon Məhkəməsinin 8(82)-4/2016 saylı, xx.xx.2021-ci il tarixli qərardadı icra olunması üçün Sizə göndərilir” qeyd olunduğundan qərardadın icrası tərəfimizdən mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) dedikdə obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2 çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, ünvan 6 qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, 14 iyun 2013-cü il tarixli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinin sifarişi üzrə 14 iyun 2013-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyinə dəlalət edir ki, qeyd olunan hal da istinad edilən məhkəmə təcrübəsini şərtləndirir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının alğı-satqı müqaviləsi əsasında aldığı qeyri-yaşayış sahəsi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 iyun 2013-cü il tarixli müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdeh imtina məktubunda qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olmasına, sonradan qapı və pəncərə oyuğunun açılmasına, pilləkan, eyvan sahəsinin quraşdırılmasına istinad etsə də, sözügedən halın olması məhkəmə araşdırması öz təsdiqini tapmamışdır. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 iyun 2013-cü il tarixli “Yaşayış binasında qeyri mənzil sahəsinin tikintisi haqqında müqavilə”-nin surətindən görünür ki, müqavilənin predmetinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci yaşayış massivi 3a ünvanında yerləşən "xxxx" MMC-nin tikilmiş olan binasının kürsü mərtəbəsində yerləşən 50.6 kv.m qeyri-yaşayış yerini payçı İddiaçı qızına verməyi, İddiaçı isə həmin qeyri-yaşayış yerini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qiymət əsasında MMC-yə ödəməyi öhdəsinə götürür. Göstərilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 50.6 kv.m-dir. Mənzilin ümumi dəyəri 54600 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01 nömrəli, 14 iyun 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İ giriş, kürsü mərtəbəsində ümumi shaəsi 50.6 kv.m olan, qeyri-yaşayış sahəsinin pay dəyəri 54600 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Bu günə qalıq yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 14 mərtəbəli İ girişli yaşayış binası (kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilmişdir. Poçt ünvanı: Bakı şəhəri, Yasamal rayou, Yeni Yasamal – 2 yaşayış masivi, 3 A verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 8(82)-4/2016 saylı, 06 avqust 2021-ci il tarixli qərardadından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)- 44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 8(82)-4/2016 saylı, 07 iyun 2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(82)-404/2014 nömrəli işi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Sabunçu rayon İcra Şöbəsinin icra məmuru A.X.Talıbovun təqdimatı əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Y.Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbsin maraqlarına toxunan şəxs İddiaçı ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı ilə götürülməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı qanuni qüvvəsini alaraq, xx.xx.2021-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********25 nömrəli, xx.xx.2021-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyriyaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkən, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8982)-4/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının daxil olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********45 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********25 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktbda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, faktiki olaraq göstərilən 37.9 kv.m olan qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın kürsü mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin daxilində yüngül konstruksiyadan 10,0 kv.m antresol sahə düzldilib. Qonşu sahə ilə arabağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin pəncərəsinin bir hissəsi qapı ilə əvəzlənib. Göstərilən 37.9 kv. Olan qeyri-yaşayış sahəsinin sxemi əlavə olunur. Göründüyü kimi qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən, yenidən qurma (rekonstruksiya) işləri ilə əlaqədar müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuş, iddiaçının hüquqları pozulmamışdır. Apellyasiya baxışı zamanı cavabdehə ünvanlanmış X2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, 3A ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair **********26-05301-083001 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təqdim olunması barədə sorğuya 30 dekabr 2023-cü il tarixli cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, həmin işlə bağlı X3 məxsus qeyri-yaşayış sahəsinə çıxarış verilməsindən imtina edilməsinin əsası qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismarına icazə sənədləri və mənzil-tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarışın təqdim edilməməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, ünvan 6 qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. ünvan 6 qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-28/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-28/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver