Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-280/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 03/07-08 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7564/2023 saylı 06 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisində yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazində yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsini icarəçi "xxxx" MMC-yə icarəyə vermişdir. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin razılığına əsasən “İcarəçi” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Həmçinin həmin müqavilənin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanadizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “İcarəçi” tərəfindən ödənilir. xx.xx.2021-ci il tarixli kagız və karton istehsal edən ünvan 3 ünvanında yerləşən "xxxx" QSC-yə verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İnvestisiya Təşviqi Sənədində qeyd edilmişdir ki, “Bu sənəd “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 2016-cı il 18 yanvar 745 nömrəli Fərmanına uyğun olaraq verilir və AR Vergi Məcəlləsinin 102.1.23, 106.1.17, 164.1.26, 199.11 və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2 maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” AR Qanunun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etməyə hüquq verir. 03/07-08 saylı xx.xx.2023-cü il tarixli Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarının surətindən görünür ki, vətəndaş İddiaçı ünvan 3 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə görə yaranmış 660,55 manat məbləğində borcunun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinin məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi, qərarın icrasının Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla razılaşmayaraq onun ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01/İ-07 saylı 19 yanvar 2023-cü-ci il tarixli məktubda qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikasının ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət qeydu reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı az - iondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Bu Qanunun 2.2-ci maddəsində göstərliri ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən bələdiyyə vergiləri kimi müəyyən edilmiş fiziki şəxslərdən torpaq və fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin 200-cü və 208-ci maddələrinin tələbinə uyğun olaraq müəyyən edilir. Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlara görə torpaq vergisi onların daşınmaz əmlak üzərində mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Odur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Böyük-Şor küçəsi. 2A ünvanında yerləşən və mülkiyyət hüququ əsasında fiziki şəxs qismində mülkiyyətinizdə olan qeyriyaşayış sahəsinə görə siz əmlak və torpaq vergisi üzrə vergi ödəyicisi hesab olunursunuz. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Məcəllənin 78.3 və 78.4-cü maddələrində göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyici tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. O, da nəzərinizə çatdırılır ki, İnvestisiya təşviqi sənədini əldə edən “ENES" Qapalı Səhmdar Cəmiyyəti olduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.11 və 207.5-ci maddələrinə əsasən məhz həmin hüquqi şəxs də yalnız özünə məxsus daşınmaz əmlaklara görə 7 il müddətinə əmlak və torpaq vergisi üzrə vergi ödənişlərindən azaddır. Hazırda İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin 03/07-08 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən 0,15 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini iddiaçı 30 avqust 2019-cu il tarixdə "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli məktubuna əsasən və TV-10xx-xx-7639 nömrəl tədiyyə bildirişinə əsasən qanunsuz olaraq iddiaçıdan 483.92 manat torpaq vergisi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin bildirişinə əsasən isə 660.55 manat torpaq vergisi tələb edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına və qanuni istifadəsində olan torpaq sahəsinə görə bələdiyyənin vergi xidməti orqanında 2016-cı ildə onun adına yerli vergi ödəyici kodu (YVÖK) açılmış və hesablamalar aparılmışdır. Həmin qeyri-yaşayış sahəsinə görə illik hesablanmış 347,92 manat əmlak vergisi məbləği, eləcə də illik hesablanmış 136,00 manat torpaq vergisinin məbləği hər il vaxtı-vaxtında bələdiyyənin büdcəsinə ödənilmiş və onun 2021-ci ilin sonu vəziyyətinə borcu qalmamışdır. Lakin ötən 2022-ci il üçün hesablanmış əmlak, torpaq vergisi iddiaçı tərəfindən vaxtında bələdiyyənin büdcəsinə ödənilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər gün ötmüş gün üçün vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır ki, həmin faizin məbləği də 176,63 manat təşkil edir. Bələdiyyənin vergi xidməti orqanının əməkdaşı tərəfindən vergi ödəyicisi olan iddiaçıya ona məxsus daşınmaz əmlakını icarəyə verdiyi üçün bələdiyyəyə əmlak, torpaq vergisi ödəməli olmadığı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə müraciət edilərək iddiaçıdan bələdiyyə büdcəsinə yaranmış 660,55 manat borcunun 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə ödənilməsi tələb edilmiş, əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən barəsində qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə bələdiyyəyə daxil olmuş ərizəsində iddiaçı həmin əmlakı “İnvestisiya təşviqi sənədi”ni əldə etmiş "xxxx" QSC-yə icarəyə verdiyindən vergi ödəməkdən azad olduğunu əsas gətirərək, bələdiyyəyə borcu olmadığını göstərmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya “İnvestisiya təşviqi sənədi”ni əldə edən o olmadığından bələdiyyə büdcəsinə yaranmış vergi borcunu bələdiyyəyə ödəməli olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7564/2023 saylı 06 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, torpaq sahəsinə və qeyri-yaşayış binasına görə yaranmış 660.55 manat məbləğində borcun İddiaçı tutularaq bələdiyyə büdcəsinə ödənilməsi barədə cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 03/07-08 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2015-ci il və 23.07. 2020-ci il tarixli qərarları) Konstitusiyanın 73.1-ci maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur.Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin- vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin- vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusi ilə qeyd olunmalıdır ki, vergi orqanlarının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı formalaşdırdığı çoxsaylı hüquqi mövqelərini təkrarlayaraq bir daha qeyd edirik ki, dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır.Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özünün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına, iqtisadi, sosial, ekoloji və.s sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur. Dövlət xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalması funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır. Qeyd olunmalıdır ki, Konstitusiya müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmçinin şikayətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, inzibati icraat ğələdiyyə tərəfindən aparılmamış, bu barədə yekunda qəbul ediləcək qərarla bağlı iddiaçı dəvət olunmamış, o, dinlənilməmiş, bələdiyyəyə iddiaçı tərəfindən hər hansı icarə müqaviləsi də təqdim olunmamışdır. Cavabdeh olaraq iddiaçı ilə "xxxx" MMC arasında icarə müqaviləsinin bağlanmasından məlumatlı olmuşdur, belə ki, həqiqətən də indiyənədək smlak vergisi məhz həmin şirkət tərəfindən ödənilmişdi, daha sonra isə investisiya təşviqi sənədinə əsasən verginin ödənilməsindən imtina olunmuşdur ki, buna görə də vergilər mülkiyyətçi kimi iddiaçıya hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında bildirmişdir ki, bələdiyyə vergiləri bundan öncəki dövrlər üzrə də məhz icarəyə verdiyi şirkət tərəfindən vaxtlı-vaxtında ödənilmiş, şirkətə 20 aprel 2021-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmişdir. Bu təşviq sənədinə əsasən bir sıra güzəştlər vardır. Bu güzəştlərdən biri də şirkətin 7 il müddətinə əmlak vergisindən azad olmasıdır. Vergilər Məcəlləsinin 207.5-ci maddəsinə görə investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətində torpaq vergisini ödəməkdən azaddır. Hesab edir ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılsaydı o, şirkətlə arasında bağlanmış icarə müqaviləsini təqdim edərdi, hansı ki, həmin müqaviləyə əsasən torpaq vergisini ödəmək “İcarəçi”yə aid edilmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ”ENES” QSCnin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi, “03/07-08 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan İcarəyə verən - İddiaçı ilə icarəçi- ”ENES” MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli torpaq sahəsinin icarəsi müqaviləsinin 9-cü bəndində qeyd edilmişdir ki, tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Həmin müqavilənin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz,su. İstilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, Seriya RX0718492 nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına görə və qanuni istifadəsində olan torpaq sahəsinə görə bələdiyyənin vergi xidməti orqanında 2016-cı ildə onun adına yerli vergi ödəyici kodu (YVÖK) açılmış və hesablamalar aparılmışdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə illik hesablanmış 347,92 manat əmlak vergisi məbləği, eləcə də illik hesablanmış 136,00 manat torpaq vergisinin məbləği hər il vaxtlı-vaxtında bələdiyyənin büdcəsinə ödənilmiş və onun 2021-ci ilin sonu vəziyyətinə borcu qalmamışdır. Lakin ötən 2022-ci il üçün hesablanmış əmlak, torpaq vergisi onun tərəfindən vaxtında bələdiyyənin büdcəsinə ödənilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər gün ötmüş gün üçün vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır ki, həmin faizin məbləği də 176,63 manat təşkil edir. Bələdiyyənin vergi xidməti orqanının əməkdaşı tərəfindən vergi ödəyicisi İddiaçıla aparılmış danışıq zamanı ona məxsus daşınmaz əmlakını icarəyə verdiyi üçün o, bələdiyyəyə əmlak, torpaq vergisi ödəməli olmadığını bildirmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə, RB/887 saylı məktubla müraciət edilərək, bələdiyyə büdcəsinə yaranmış 660,55 manat borcunun 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə ödənilməsi ondan tələb edilmiş, əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən barəsində qanunamüvafıq tədbirlərin görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə bələdiyyəyə daxil olmuş ərizəsində İddiaçı ona məxsus əmlakını “İnvestisiya təşviqi sənədi”ni əldə etmiş "xxxx" QSC-yə icarəyə verdiyindən vergi ödəməkdən azad olduğunu əsas gətirərək, bələdiyyəyə borcu olmadığını göstərmişdir. Tərəflərindən vətəndaşın ərizəsinə baxılmış və xx.xx.2023-cü il tarixli, 01/1- 07 saylı məktubla ona ətraflı cavab verilərək, “İnvestisiya təşviqi sənədi”ni əldə edən o olmadığı üçün bələdiyyə büdcəsinə yaranmış vergi borcunu bələdiyyəyə ödəməli olduğu nəzərinə çatdırılmışdır. Qeyd olunanlara baxmayaraq, İddiaçı bələdiyyə büdcəsinə yaranmış vergi borcunu ödəməcəyini bildirdiyindən onun barəsində pul tələbinin məcburi ödətdirilməsinə dair M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 03/07-08 saylı qərar (inzibati akt) icra üçün xx.xx.2023-cü il tarixli, 03/89 saylı məktubla aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvanında mülkiyyət hüququ əsasında Sizə məxsus olan qeyriyaşayış binasını və torpaq sahəsini investisiya təşviqi sənədini almış hüquqi şəxs – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə icarəyə verməyiniz səbəbindən sözügedən daşınmaz əmlaklara görə 2022-ci il üçün hesablanmış 483,92 manat torpaq, əmlak vergisindən azad olduğunuz barədə Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikasının ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən bələdiyyə vergiləri kimi müəyyən edilmiş fiziki şəxslərdən torpaq və fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin 200-cü və 208-ci maddələrinin tələbinə uyğun olaraq müəyyən edilir. Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlara görə torpaq vergisi onların daşınmaz əmlak üzərində mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Odur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Böyük-Şor küçəsi, 2A ünvanında yerləşən və mülkiyyət hüququ əsasında fiziki şəxs qismində mülkiyyətinizdə olan qeyriyaşayış sahəsinə görə Siz əmlak və torpaq vergisi üzrə vergi ödəyicisi hesab olunursunuz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Məcəllənin 78.3 və 78.4-cü maddələrində göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyici tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. İnvestisiya təşviqi sənədini əldə edən Siz deyil, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.11 və 207.5-ci maddələrinə əsasən məhz həmin hüquqi şəxs də yalnız özünə məxsus daşınmaz əmlaklara görə 7 il müddətinə əmlak və torpaq vergisi üzrə vergi ödənişlərindən azaddır. Hazırkı iş üzrə Bələdiyyənin qərarı mübahisələndirildiyindən, sözügedən qərarın qanuniliyinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Sadalanan maddi hüquq normalarının tələbinə görə, torpaq vergisinin ödəyiciləri nəinki torpaq sahəsinin mülkiyyətçisi, həm də onun icarəçisi, ondan istifadə edən şəxs də ola bilər. Hazırkı işdə iddiaçı icarə müqaviləsi əsasında torpaq sahəsini "xxxx" QSC-yə icarəyə vermiş və həmin müqavilənin şərtinə görə vergilərin ödənilməsi vəzifəsi tərəflərin razılığı əsasında sonuncunun üzərinə qoyulmuşdur. Sözügedən torpaqla bağlı və əmlak vergisinin indiyənədək “İcarəçi” "xxxx" QSC tərəfindən ödənildiyi işin mübahisəsiz halıdır. Lakin mübahisələndirilən qərardan görünür ki, sonuncu dəfə müvafiq vergilər iddiaçıya hesablanmış və ondan tələb olunmuşdur. İş üzrə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mübahisələndirilən bələdiyyə qərarı nəinki yuxarıda sadalanan normaların tələbləri pozulmaqla, iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış icarə müqaviləsinin şərtləri nəzərə alınmadan, həm də inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət olunmadan qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya müvafiq verginin hesablanmasından öncə, cavabdeh orqan tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya hesablanmış verginin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya yalnız tədiyyə bildirişini göndərilməklə kifayətlənmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə inzibati icraatı öz təşəbbüsü ilə başladığı halda da iddiaçını həmin inzibati icraata dəvət edib dinləməli və bu zaman iddiaçı ilə digər şəxs arasında bağlanmış müvafiq icarə müqaviləsindən məlumatlı olduğu halda torpaq və əmlak vergisi ilə bağlı öhdəliyin kimin üzərində olmasını düzgün müəyyən edib, məsələyə onun hərtərəfli araşdırılmasından sonra düzgün qiymət verə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən bələdiyyə qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati akt maddi hüquq normalarının tələbləri pozulmaqla, inzibati icraat haqqında qanunvericiliyin müvafiq tələblərinə riayət olunmamaqla qəbul edildiyi üçün birinci instansiya məhkəməsi onun ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7564/2023 saylı 06 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-280/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-280/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver