Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-280/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə qarşı “mənzil qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3820/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə qarşı “adına özəlləşmiş və heç bir yaşayış olmayan Nəcəf Nərimanov küçəsi, ev 5a, 1 nömrəli mənzildə xx.xx.1997-ci il təvəllüdlü X4, 2 nömrəli mənzildə xx.xx.1975-ci il təvəllüdlü X9, xx.xx.1956-cı il təvəllüdlü X6 və xx.xx.1982-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılması, qanunsuz qeydiyyata düşmüşlər barəsində korrupsiya faktı əsasında cinayət işi başladılması və Apellyasiya məhkəməsi vasitəsi ilə DİN-nə xəbərdarlığın bütün heyətə təqdim olunması barədə göstəriş göndərilməsinə və Nərimanov pasport qeydiyyat şöbəsinin rəisindən ona vurulmuş mənəvi və maddi ziyana görə 5000 manat maaşından tutularaq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 2004 və 2005-ci ildə N.Nərimanov küçəsi 5A saylı binanın 1,2,3 saylı mənzillərini alqı-satqı müqaviləsi əsasında almış və qeyd edilən mənzillər iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. O aldığı 3 mənzillərə 20 ildən artıq bu günə qədər nə özünü, nə də digər şəxsləri pasport qeydiyyatına salmamışdır. İddiaçı mənzillərdə külli miqdarda su borclarının yaranmasını eşidərkən, ayrı ayrılıqda adam başına su istifadəsi əsasında şişirtmələri öyrənərkən, 1 nömrəli mənzildə xx.xx.1997-il il təvəllüdlü X4, 2 nömrəli mənzildə xx.xx.1975-ci il təvəllüdlü X9, xx.xx.1956-cı il təvəllüdlü X6 və xx.xx.1982-ci il təvəllüdlü X1, Nərimanov Polis İdarəsi tərəfindən xəbəri olmadan qanunsuz və hansısa korrupsiya cinayəti əsasında qeydiyyata alınmasından xəbərdar olmuşdur. İddiaçının Tsepkova adında vətəndaşdan aldığı mənzil 1-də heç bir elektrik, su, qaz istifadəsi yoxdur, 20 ildir ki, heç yaşayış da olmamışdır. 02 nömrəli mənzildə Hüseynova Məhluqə 03 nömrəli mənzildə isə X8 məcburi köçkünləri məskunlaşmışdır. İddiaçının aldığı mənzillərin ev sahiblərinin qeydiyyatdan çıxarılmasına dair xx.xx.2019-cu il tarixli 2(009)- 1078/2019 nömrəli məhkəmə qətnaməsi almış və Azərsu ASC-уə təqdim etmişdir. N.Nərimanov küçəsində ev 5A, 1 və 2 saylı mənzildə qanunsuz pasport qeydiyyatına salınmışlar qeydiyyatdan dərhal çıxarılmalıdır. Polis pasport qeydiyyat idarəsi rəhbərliyi barəsində prokurorluq orqanına vəsatət göndərməklə, qeydiyyata qanunsuz düşmüşlər dindirilməli, cinayət işi başlanmalıdır. Bunlara əsasən məhkəmənin obyektiv və daxili inamı əsasında cinayəti gizlətmə faktları yaranmasının qarşısı alınmaqla qəti qərar qəbul etməlidir. Mənə maddi və mənəvi ziyan vurulmasına dair məhkəmə qətnaməsində əks etdirməlidir. Bakı İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə, İddia “qanunsuz qeydiyyata düşmüşlər barəsində korrupsiya faktı əsasında cinayət işi başladılması və Apellyasiya məhkəməsi vasitəsi ilə DİN-nə xəbərdarlığın bütün heyətə təqdim olunması barədə göstəriş göndərilməsinə və Nərimanov pasport qeydiyyat şöbəsinin rəisindən ona vurulmuş mənəvi və maddi ziyana görə 5000 manat maaşından tutularaq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3820/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiа tələbi təmin еdilmiş və İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, 1 nömrəli mənzildən X2, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, 2 nömrəli mənzildən isə X9, X6 və X1 pasport qeydiyyatından çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, eyni ünvanla - ünvan 1öhnə bina, digəri isə yeni tikilmiş kooperativ binadır. İddiaçı eyni ünvanlı köhnə binada, o isə eyni ünvanlı yeni kooperativ binada mənzilin mülkiyyətçisidir. Məhkəmə bu faktiki halı araşdırmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3820/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 218404 nömrəli “Qeydiyyat Vəsiqəsi”nə əsasən, Nəcəf Nərimanov küçəsi, 5a saylı evin, 2 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüququ dövlət qeydiyyatından keçirilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 218327 nömrəli “Qeydiyyat Vəsiqəsi”nə əsasən, Nəcəf Nərimanov küçəsi, 5a saylı evin, 1 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüququ dövlət qeydiyyatından keçirilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli, arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, 1 nömrəli mənzildə qeydiyyatdadır - X4. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, 2 nömrəli mənzildə qeydiyyatdadırlar - X9, X6 və X3. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-2740/2024 **********40 nömrəli “Məlumatın və sənədlərin surətinin verilməsi barədə” məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, 1 və 2 saylı mənzillərə dair X4, X9, X6 və X1 istifadə hüquqlarının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq həmin ünvanlara dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. - Bakı şəhəri Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 50/2-3610/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, X9 xx.xx.2006-cı il, X6 xx.xx.2005-ci il, X3 01,07.2002-cı il tarixdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəfimizdən məhv edilmişdir. Əlavə olaraq X4 oğlu 1 saylı Bakı '‘ASAN xidmət” mərkəzində qeydiyyata alınmışdır. Odur ki, məktubda qeyd olunan məsələ ilə bağlı 1 saylı Bakı “ASAN xidmət’ mərkəzinə müraciət edilməyi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında «Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun mənаsınа görə şəхs fаktiki yаşаdığı və оlduğu yеr üzrə qеydiyyаtа аlınmаlıdır. Həmin qаnunа əsаsən yаşаyış yеri üzrə və оlduğu yеr üzrə qеydiyyаtın məqsədi şəхslərin uçоtа аlınmаsı, оnlаrın bаşqа şəхslərin, dövlət və cəmiyyət qаrşısındа vəzifələrin icrа еdilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a, 1 və 2 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Belə olan halda üçüncü şəxsin həmin ünvanda qeydiyyatda qalması iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından maneə törədir. Başqa sözlə, iddiaçı həmin evin mülkiyyətçisi olduğuna görə üçüncü şəxsin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3820/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3820/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-280/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-280/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver