Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2800/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın və texniki sənədin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1352/2021 saylı iş üzrə qəbul etdiyi 05 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1352/2021 saylı 05 avqust 2021-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağların bölgüsünə dair sxematik xəritəsində 56/57 nömrəsi öz əksini tapmamışdır. Habelə, elektron bazanın son məlumatlarına əsasən iddia olunan ərazilər fərdi bağçılıq üçün nəzərdə tutulan ərazilər deyil, “Bakıtuneltikinti” bağçılıq-yoldaşlıq təsərrüfatına aid ərazilərdir. Bundan əlavə, təqdim edilən orderin və arxiv arayışının həqiqiliyinə şübhə yarandığından idarə tərəfindən ünvanlanan sorğumuza cavab olaraq ünvan 12017- ci il tarixli saylı məktubunda qeyd olunmuşdur ki, BŞİH-nin idarə arxivi tərəfindən vətəndaş İddiaçı 14.08.2017-ci il tarixli Q-255-121 saylı arxiv arayışı təqdim olunmamışdır. Həmin sənəd, imzalar və möhür saxtadır. BŞİHnin idarə arxivində 1991-ci ilin noyabr ayından etibarən başlayan sərəncamlar qorunub saxlanılır. Odur ki, 09.10.1990-cı il tarixli sərəncam BŞİH-nin İdarə arxivi tərəfindən verilə bilməz. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdehin məhkəməyə ünvanladığı 11.09.2020-ci il tarixli məktubuna əsasən, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56 saylı torpaq sahəsi 60 saylı BTK nəzdində X1 adına 26.02.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, həmçinin vətəndaşın 12.10.2017-ci il tarixli müraciətində göstərilən ərazinin sxematik xəritəsində bağın nömrəsi yoxdur və bu ərazilər “Bakıtuneltikinti” X6 ayrılmış ərazilərdir, həmin məktuba əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 bağlar sahəsindəki 60 №li kooperativin 17 nömrəli orderinə əsasən X2 60 №li BTK nəzdində 56 №li bağ ayrılmışdır. Cavabdehin məhkəməyə ünvanladığı 30.04.2021-ci il tarixli və 17.05.2021-ci il tarixli məktublarına əsasən 33 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 56/57 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 29.12.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 60 nömrəli BTK nəzdində 56 saylı bağ sahəsi 17 nömrəli orderlə X2 ayrılmışdır və həmin bağ sahəsi 26.02.2018-ci ildə X1 adına mülkiyyət hüququ ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin müvafiq imtinasından sonra, iddiaçı ona ayrılmış bağ sahəsinə dair çıxarışın verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsilə razılaşmır, hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları kifayət qədər araşdırılmadan yekun qərar qəbul edilmişdir. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi yekun qərarını əsalandırarkən qeyd etmişdir ki, “...cavabdeh tərəfindən məhkəməyə 33 nömrəli BTK-ya ayrılmış ərazidəki bağ sahələrinin sxematik xəritəsi təqdim edilməmişdir, cavabdehin məhkəməyə təqdim etdiyi sxematik xəritə isə 33 nömrəli BTK-ya deyil, ”Krokus” MMC-yə aiddir, bundan başqa cavabdeh iddiaçıya ayrılmış 33 nömrəli BTK-nın ərazisində 56/57 nömrəli bağ sahəsinin digər bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.” Kollegiya ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməmiş olması həmin sübutun mövcudluğunu istisna edən hal deyildir. Məhkəmə AR İPM-in 12.1-ci maddəsinin tələblərinə əsasən, mübahisənin ədalətli həllinə təsir edə biləcək sübutları tələb etməli, hərtərəfli araşdırmalı idi. Məhkəmə kollegiyası bildirir ki, hazırki inzibati işin halları üzrə kifayət qədər araşdırma aparılmamış, məhkəmə ziddiyyətli hallara düzgün qiymət vermədən iş üzrə yekun qərar qəbul etmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, “... cavabdehin təqdim etdiyi sənədlərdə adı çəkilən X3 isə 33 nömrəli BTK-nın deyil, 60 nömrəli BTK-nın üzvü olmuşdur və həmin şəxsə 33 nömrəli BTK tərəfindən deyil, 60 nömrəli BTK tərəfindən qeyd edilən BTK-ya aid 56 nömrəli bağ sahəsi ayrılmışdır. Yəni iddiaçı ilə X5 adlı şəxs fərqli BTK-ların üzvləri olmuşlar və fərqli BTK-ların nəzdindəki torpaq sahələri həmin şəxslərə ayrılmışdır.” Buna münasibətdə kollegiya qeyd edir ki, X1 33 nömrəli deyil, 60 nömrəli BTK-nın üzvü olması və ona 60 nömrəli BTK tərəfindən bağ sahəsinin ayrılmış olması hələ həmin bağ sahəsinin iddiaçının iddia etdiyi bağ sahəsilə ayrı-ayrı ərazilər olması nəticəsinə gəlməyə əsas deyil. Belə ki, iş materiallarından görünür ki, Muradəliyeva Elmiraya ayrılmış bağ sahəsinin ünvanı iddiaçının iddia etdiyi bağ sahəsinin ünvanı ilə (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi) eynilik təşkil edir. Mübahisəli hal isə iddiaçının iddia etdiyi bağ sahəsinin 56/57 olduğu halda, Muradəliyeva Elmiraya ayrılmış bağın nömrəsinin 56 olmasıdır. Cavabdeh inzibati orqan isə iddiaçının iddia etdiyi 56/57 nömrədə bağ sahəsinin ümumiyyətlə bağların bölgüsünə dair sxematik xəritədə olmadığını bildirmişdir. Digər tərəfdən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 56 nömrəli bağ həqiqiliyi mübahisələndirilməyən ilkin hüquqmüəyyənedici sənədlər əsasında Muradəliyeva Elmiraya ayrılmış, qanunauyğun qaydada artıq dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən ziddiyyətli hallardan əlavə, məhkəmə həmçinin qərarında 33 nömrəli BTK Bakı şəhəri, Ləhiş bağlar sahəsində 55/56 nömrəli bağ sahəsinin iddiaçıya ayrılması və iddiaçıya bu barədə 13 nömrəli order verilməsini işin faktiki olaraq qiymətləndirmiş və qeyd etmişdir ki, “ ... iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan order olduğu halda onun verilməsinə əsas olan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur.” İş materiallarında olan, ünvan 12017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, BŞİH-nin idarə arxivi tərəfindən vətəndaş İddiaçı 14.08.2017-ci il tarixli Q-255-121 saylı arxiv arayışı təqdim olunmamışdır. Həmin sənəd, imzalar və möhür saxtadır. BŞİH-nin idarə arxivində 1991-ci ilin noyabr ayından etibarən başlayan sərəncamlar qorunub saxlanılır. Odur ki, 09.10.1990-cı il tarixli sərəncam BŞİH-nin İdarə arxivi tərəfindən verilə bilməz. Eyni zamanda, kollegiya qeyd edir ki, 14.08.2017-ci il tarixli Q-255-121 saylı arxiv arayışında Bakı şəhər İcra hakimiyyəti başçısının 09.10.1990-cı il tarixli, 6/317 saylı sərəncamının 3.4-cü bəndinə əsasən, İddiaçı 33 saylı bağ kooperativindən bağ sahəsi ayrılması göstərilmişdir. Yəni həmin arayışa əsasən, müvafiq bağ sahəsinə dair order iddiaçıya Bakı şəhər İcra hakimiyyəti başçısının 09.10.1990-cı il tarixli, 6/317 saylı sərəncamı əsasında verilmişdir. Lakin, iş materialllarında olan AR Milli Arxiv İdarəsinin Bakı Filialının məhkəməyə təqdim etdiyi 26.01.2021-ci il tarixli, 60 nömrəli məktubda, 09.10.1990-cı il tarixli sərəncam arxiv filialında olsa da, həmin sərəncamda İddiaçı adının qeyd olunmaması bildirilmişdir. Beləliklə, işin yuxarıda sadalanan halları sözügedən order və arxiv arayışını mötəbər sübut kimi qiymətləndirməyə əsas vermir. Sadlalan hallları nəzərə almayan birinci instansiya məhkəməsi yekun qərarında 14.08.2017-ci il tarixli Q-255-121 saylı arxiv arayışının saxta olmasına dair BŞİH-nin məlumatına, həmçinin AR Milli Arxiv İdarəsinin Bakı Filialının iddiaçının yeganə dəlili olan orderin verilməsinə əsas kimi göstərilən sərəncamda adının qeyd edilməməsinə dair məlumata qiymət vermədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7.-ci maddəsinə istinad edərək, həqiqiliyi şüphə altında olan həmin orderi mötəbər sübut kimi qiymətləndirmiş və bu əsasla iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində elektron bazanın son məlumatlarına əsasən iddia olunan ərazinin fərdi bağçılıq üçün nəzərdə tutulan ərazi deyil, “Bakıtuneltikinti” bağçılıq-yoldaşlıq təsərrüfatına aid ərazi olmasını qeyd etmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh orqan tərəfindən məhkəməyə həm 33 saylı BTK-nın, həm də “Bakıtuneltikinti” bağçılıq-yoldaşlıq təsərrüfatına aid sənədlər təqdim edilmiş, nə 33 saylı BTK-nın, nə də “Bakıtuneltikinti” bağçılıq-yoldaşlıq təsərrüfatının bağ sahələrinin ayrıldığı şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, bağ sahəsinin ayrılmasına dair order hüquqmüəyyənedici sənəd hesab edilsə də, hazırki halda orderin verilməsinə əsas olan sərəncamda iddiacının adının olmaması, həmin orderin mötəbərliliyini şübhə altına alır və hüquq müəyyən edən sübut kimi qəbul edilməsi imkanını istisna edir. Odur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, apelyasiya şikayətinin dəlilləri ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi işin ziddiyyətli hallarını kifayət qədər araşdırmadan, iş materiallarına düzgün hüquqi qiymət vermədən mübahisəli məsələnin həllinə dair yalnış nəticəyə gəldiyindən məhkəmənin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1352/2021 saylı iş üzrə qəbul etdiyi 05 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2800/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2800/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver