Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2801/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2648/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə iddiaçının ailə üzvlərinin (X1, X5, X2) daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsi, ailə üzvləri nəzərə alınmaqla ona ödənilməmiş kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2648/2022 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı ailə üzvlərinin (X1, X5, X2) mənzil növbəsinə daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 1.2-ci və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı X3 ilə Binəqədi rayon İcra Hakimiyyəti arasında məhkəmə mübahisəsi olmuş, bu mübahisə zənnində iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etdiyi müəyyən olunmuş, məhkəmə qərarı ilə onun mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi ödənilməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan sonra cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətlərə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən baxılmış və iddianın əsaslı olması səbəbi ilə şikayətlərin təmin edilməməsinə qərar verilmişdir. Bundan sonra cavabdeh tərəfindən məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə Sərəncam qəbul edilmiş, vətəndaş İddiaçı Səddar oğlunun ehtiyatda olan baş gizir kimi Binəqədi rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək ona kirayə haqqının ödənilməsi qərara alınmışdır. İddiaçı bildirir ki, hazırda onun ailə üzvlərinin mənzil növbəsinə götürülməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdə 15 ildən çox xidmət etdiyindən və mənzil növbəsinə götürüldüyündən, onun ailə üzvləri də mənzil növbəsinə götürülməli və onlara münasibətdə kirayə xərci ödənilməlidir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı iddia ərizəsində hüququnun yaranması günündən ona kirayə haqqının ödənilməsi olduğunu qeyd etsə də, hansı hüquqdan bəhs etdiyini və həmin hüququn konkret yaranma tarixini bildirməmişdir. Halbuki bu hüquq iddiaçıda onun mənzil növbəsinə götürülməsi ilə bağlı məhkəmə qərarının icra olunması barədə Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncamın qəbul edilməsi tarixdən yaranmışdır. Bu səbəbdən də, iddiaçıya müvəqqəti mənzil kirayəsi xərcləri mənzil növbəsinə götürülməsi barədə Sərəncam qəbul edildiyi tarixdən ödənilmişdir. İddiaçının ailə üzvlərinə ödənilməməsinin səbəbi isə onunla bağlıdır ki, İddiaçı bundan qabaq məhkəmədə iddia qaldıraraq, yalnız özünün mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qaldırdığı iddiada ailə üzvlərini qeyd etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi əvvəlki illər üzrə kirayə xərcinin ödənilməsini tələbi ilə bağlı qeyd etmişdir ki, mənzil növbəsinə götürüldüyü ilə əlaqədar iddiaçıya 2020ci ilin dekabr ayından kirayə xərclərinin ödənilməsi təmin edilir. İddiaçının hazırki tələbin həmin hissəsi ailə üzvlərinə kirayə xərcinin 2020-ci ilin dekabr ayından ödənilməsidir. Halbuki, Ali Məhkəmənin qərarı nəzərə alınmaqla cavabdeh məhz həmin qərarın icrası ilə əlaqədar kirayə haqqının 2020-ci ilin dekabr ayından ödənilməsi ilə bağlı sərəncam vermişdir ki, ailə üzvlərinin kirayə xərclərində nəzərə alınmalı olması yeni iddianın predmetidir və hazırda məhkəmənin həmin kirayə xərclərinin də ödənilməsini təmin etməsi, xərclərin 2020-ci ilin dekabr ayından nəzərə alınmaqla ödənilməsi əsası qismində çıxış etmir. Eyni zamanda Mənzil Məcəlləsinin 68.3-cü maddəsinə, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci, 3.1-ci, 3.2-ci və 4cü bəndlərinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi mənzil uçotuna götürülmüş şəxslərdən başqa ailə üzvlərinin sayı ilə bağlı məlumatların təqdim edilməsi, bununla bağlı dövlət büdcəsindən ailə üzvlərinə də kirayə xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması və s. barədə məsələlər konkret olaraq tənzimlənmişdir ki, iddiaçının ailə üzvlərinin də nəzərə alınmaqla uçota tək şəxs götürülsə də, ailə üzvlərinin də daxil edilməklə ödənişin məhz 2020-ci ilin dekabr ayından ödənilməsinin tələb edilməsi yuxarıda göstərilən müddəaların tələblərinə uyğun deyil. Bu zaman nəzərə alınmalıdır ki, ailə üzvlərinin də müəyyən edilməklə kirayə xərclərinin ödənilməsi məhz hazırkı iş üzrə gəlinən nəticədir, həmin hal əvvəlki məhkəmə icraatının predmeti olmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, qanunvericilikdə kirayə xərcinin əvvəlki dövrlər üzrə ödənilməsi ilə bağlı müddəa təsbit olunmamışdır. Belə olan halda da, iddia qeyd olunan hissədə əsassızdır. Həmçinin “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79- 1-ci maddəsinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin bir neçə qərarını əsas gətirmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1187/20 saylı 05 may 2020-ci il tarixli; 2-1(102)-242/2021 saylı xx.xx.2021 tarixli qərarında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçuya münasibətdə onların ailə üzvləri ili birlikdə mənzil növbəsinə götürülməli olması və mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməli olması ilə bağlı mövqeyi irəli sürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kirayə xərcinin əvvəlki dövrlər üzrə ödənilməsi ilə bağlı hissədə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2648/2022 saylı qərarı iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2801/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2801/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver