Məhkəmə qərarları › İş №2-1(103)-2801/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2801/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2801/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2727/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə ünvan 3əhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsindəki 19,76 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın, kadastr planının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı səhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 921 nömrəli xx.xx.2006-cı il tarixli məktubu ilə Gürgan-Pirallahı Bələdiyyəsinin sədrinə müraciət olunmuş və Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində istifadəsiz, zibilliyə çevrilmiş və antisanitariya vəziyyətində olan boş 5 (beş) ha torpaq sahəsinin, abadlaşdırılıb istirahət zonası yaradılması üçün, mövcud qanunvericiliyə uyğun olaraq, icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə etiraz edilməmişdir. Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 nömrəli protokol qərarı əsasında və Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 921 nömrəli xx.xx.2006-cı il tarixli məktubu nəzərə alınmaqla, Gürgan- Pirallahı Bələdiyyəsi ilə MMC arasında xx.xx.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə imzalanmış və həmin Müqavilə əsasında Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində 5 (beş) ha torpaq sahəsi abadlaşdırılması və istirahət zonası yaradılması üçün MMC-nin istifadəsinə təhvil verilmişdir. Bundan sonra, MMC tərəfindən həmin torpaq sahəsi zibil və tullantılardan təmizlənmiş, torpaq sahəsi abadlaşdırılmış, torpaq sahəsinin hamarlanması və yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda əmək və vəsait sərf edilmiş, o cümlədən 5000- dək yük maşını münbit torpaq gətirilmiş və eləcə də ərazi standart mişar daşı ilə hasara alınmışdır. Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarı ilə MMC-nin istifadəsində olan 5 ha torpaq sahəsi və ona bitişik əlavə 14,76 ha, ümumilikdə 19,76 ha torpaq sahəsi istirahət və turizm mərkəzinin tikintisi məqsədilə MMC-nin daimi istifadəsinə verilmişdir. Bununla yanaşı, Gürgan-Pirallahı Bələdiyyəsi tərəfindən MMC-nin daimi istifadəsinə verilmiş 19,76 ha torpaq sahəsinin 1:5000 miqyasda Sxematik Planı və Bakı səhərinin xəritəsindən Çıxarış və Torpaq sahəsinin Planı tərtib və təsdiq edilmişdir. Eləcə də, 19,76 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan istirahət və turizm mərkəzinin 2008-ci ildə Eskiz Layihəsi tərtib və təsdiq edilmişdir. Bundan sonra, Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarı ilə əvvəlki Qərarlar ləğv edilmiş və "xxxx" MMC-nin istifadə hüququna xitam verilmişdir. MMC iddiaçı qismində Gürgan- Pirallahı Bələdiyyəsinə (həmin iş üzrə cavabdehə) qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, bələdiyyənin qəbul etdiyi xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İİM-nin 2-1(82)-2537\2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin Gürgan-Pirallahı Bələdiyyəsinə qarşı iddiası təmin edilmiş və Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun Qərarı ləğv edilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 245/BM-1 saylı məktubu və həmin məktuba əlavə edilən “torpaq sahəsi üzərində istifadəsinə xitam verilmiş fiziki və hüquqi şəxslər, həmçinin torpağın ayrılmasına dair ləğv olunmuş sənədlər barədə” məlumat əsasında "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Bundan başqa, təqdim edilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli müqavilədə torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində müvafiq bələdiyyənin qərarına istinad olunmamışdır. Əlavə olaraq, sənədlər toplusuna əlavə olunmuş 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2-1(82)-2537/2013 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1694/2015 saylı məhkəmə işi üzrə İdarə tərəf qismində cəlb olunmamış və İdarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Həmçinin sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Eləcə də, təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi iş üzrə üçüncü şəxs (zəruri cəlbetmə) qismində cəlb edilmişdir. Üçüncü şəxs Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsi iddiaya dair münasibət bildirərək göstərmişdir ki, araşdırma zamanı bələdiyyənin iclaslarının arxiv protokollarında bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlarla heç bir əlaqəsi olmayan ‘'A.S.V-L" MMC-yə torpaq sahəsinin daimi istifadəyə verilməsi və ya ayrılması barədə nə iclasların gündəliyində, nə də iclaslarda müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərarlarda hər-hansı bir məlumat müəyyən edilməmişdir. Eyni zamanda həmin torpaq sahələrindən istifadə edilmədiyi, uzun müddət baxımsız və səmərəsiz saxlanıldığı, vergi ödənilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 50 ha torpaq sahəsi Yüksək Texnologiyalar Parkının daimi istifadəsinə verilmiş və torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda, keçmiş Bakı Şəhər İcra Hakimiyyəti MŞBİ ŞƏTPİ-nin xx.xx.2013-cü il tarixli 18/03-8/2805 nömrəli məktubunda həmin iddiaçının torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin xx.xx.2014-cü il tarixli xx/xx-1947 nömrəli məktubunda isə torpaq sahəsinin plan və ölçüsünün verilməsinin hüquqi cəhətdən əsassız və mümkün olmadığı göstərilmişdir. Bu barədə sənədlər və məlumatlar ünvan 3əhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1694/2015 saylı iş üzrə xx.xx.2015ci il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarlarında göstərilmiş və həmin işlərə baxılması zamanı aidiyyəti üzrə təqdim edilmişdir Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2727/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, açıq-aşkardır ki, məhkəmə, iddiaçı ilə cavabdeh və 3-cü şəxslər arasında yaranmış hüquq münasibətlərini müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Bakı şəhər İcra Hakimiyyəti iddiaçı qismində Pirallahı (əvvəlki adı Gürgan-Pirallahı) Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli 13 nömrəli və xx.xx.2007-ci il tatixli 16 nömrəli Qərarlarının "xxxx" MMC-yə turizm mərkəzinin yaradılması üçün torpaq sahələrinin ayrılması hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş; 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 1930\2015 nömrəli xx.xx.2015-ci il tarixli Qərarı ilə- İddia təmin edilmiş; Bakı şəhər İcra Hakimiyyəti Başçısının ünvan 3əhkəməsinə ünvanladığı 7- 376\17g nömrəli xx.xx.2015-ci il tarixli müraciətində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" MMC-yə aid hissədə bütünlüklə iddia tələbindən imtina edərək, həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir; ünvan 3əhkəməsinin 2-1(103)-1694\2015 nömrəli xx.xx.2015-ci il tarixli Qərardadı ilə iddiaçı Bakı şəhər İH-nin iddiadan qismən imtinası qəbul edilmiş, 2 saylı Bakı İİM-nin 2-1(82)- 1930\2015 nömrəli xx.xx.2015-ci il tarixli Qərarı qismən- xx.xx.2007-ci il tarixli 13 nömrəli və xx.xx.2007-ci il tarixli 16 nömrəli Qərarlarının "xxxx" MMC-yə 19,76 ha (1976 sot) torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, yuxarıda göstərilən qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilən faktları və halları nəzərə alaraq, bələdiyyə mülkiyyəti əsasında "xxxx" MMC-nin faktiki istifadəsində olan 19,76 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət reyestrinda qeydiyyata alınması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: ünvan 3əhkəməsinin 2-1(103)-2801/2025 saylı xx.xx.2025-cİ il tarixli qərardadı ilə zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Pirallahı rayonu Pirallahı Bələdiyyəsinin cəlb etmə növü dəyişdirilərək adi cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs hesab edilmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxs Pirallahı Bələdiyyəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Torpaq Məcəlləsinin: -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin maddənin 4-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Həmin maddənin 4-1-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. Həmin maddənin 6-cı bəndinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Həmin maddənin 7-ci bəndinə əsasən torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. -84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki inzibati iş üzrə iddiaçı aşağıda qeyd olunan hüquqmüəyyənedici sənədlərə və məhkəmə aktlarına istinad etməklə mübahisə predmeti olan torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının istinad etdiyi və iş materiallarına əlavə olunmuş sənədlər: - Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 13 avqust 2007-ci il tarixli 3 saylı müqaviləyə əsasən Əzizbəyov rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində 5.0 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2007-cı il tarixdə keçirilmiş yığıncağın 13 saylı protokolu əsasında icarə hüququ ilə "xxxx" MMC-nin istifadəsinə ayrılmışdır. - Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixdə keçirilmiş yığıncağının 16 saylı protokolunun qərarına əsasən AR Torpaq Məcəlləsinə, “Torpaq islahat və torpaq bazarı haqqında” AR Qanununa, AR Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı və 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il tarixli, 833 saylı sərəncamına uyğun olaraq, "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 08 saylı müraciətini nəzərə alaraq, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində bələdiyyənin xx.xx.2007-cı il tarixdə keçirilmiş yığıncağın 13 saylı protokolu əsasında icarə hüququ ilə istifadəsində olan 5.0 ha torpaq sahəsi və ona bitişik əlavə 14.76 ha-ümumilikdə 19.76 ha torpaq sahəsinin Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən istirahət və turizm mərkəzinin tikintisi məqsədilə "xxxx" MMC -nin daimi istifadəsinə verilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2013-cü il tarixli qərarı ilə Gürgən-Pirallahı bələdiyyəsinin 18 iyun 2013-cü il tarixdə keçirilmiş iclasın 07 saylı protokolunun qərarının “Bələdiyyə qərarlarının "xxxx" MMC”-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi haqqında”, “Bələdiyyə qərarlarının "xxxx" MMC”-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi haqqında” və “Bələdiyyə qərarlarının Bakı şəhəri, Buzovna qəs., G.Məmmədov küçəsi, ev 1, mənzil 10da yaşayan X13 torpaq sahəsinin ayrılması hissəsində ləğv edilmişdir. ünvan 3əhkəməsinin 2-1(103)-1682/15 saylı, 30 oktyabr 2015-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2537/2013 saylı iş üzrə qəbul etdiyi 06 noyabr 2013-cü il tarixli qərarından iş üzrə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. - ünvan 3əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1694/2015 saylı, 28 oktyabr 2015-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdeh Pirallahı Bələdiyyəsinə (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC”, X17, Pirallahı Rayon İcra Hakimiyyəti) qarşı məhkəmədə iddia qaldıraraq Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının "xxxx" MMC-yə, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının "xxxx" MMC” və X13 turizm mərkəzlərinin yaradılması üçün torpaq sahələrinin ayrılması hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC” və X17 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər, ünvan 3əhkəməsinin İİK-nın xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin iddiadan qismən imtinası qəbul edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarı qismən- Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının "xxxx" MMC-yə 27.29 ha torpaq sahəsinin ayrılması hissəsində, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının X13 3,31 ha torpaq sahəsinin ayrılması hissəsində, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarın "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. ünvan 3əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1694/2015 saylı, 28 oktyabr 2015-ci il tarixli qərardadı ilə üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC” və X11 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarının-Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının "xxxx" MMC-yə 5.93 ha torpaq sahəsinin ayrılması hissəsinin, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının X13 8.95 ha torpaq sahəsinin ayrılması hissəsinin ləğv edilməsi” hissəsində apellyasiya şikayətindən imtinası qəbul edilmiş və həmin hissədə apellyasiya icraatına xitam verilmişdir. Cavabdehin İddiaçı MMC-nin daimi istifadəsində olan 19,76 ha torpaq sahəsi ilə bağlı imtinasında qeyd edilir ki, “Təqdim edilən yerləşmə cizgisində torpaq sahəsinin dəqiq istinad və məsafələri göstərilməmişdir. xx.xx.2007-ci il tarixli müqavilədə torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir. Yerləşmə cizgisində müvafiq bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Bundan başqa, Həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Həmçinin sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Eləcə də, təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi bələdiyyə qərarlarında "xxxx" MMC-nin istifadəsində torpaq sahəsinin verilməsinə dair heç bir məlumat göstərilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Digər tərəfdən həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmadığından cavabdeh inzibati orqan iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən haqlı olmuşdur. Gürgən-Pirallahı Bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixli 16 saylı qərarı iddiaçının həmin qərarda nəzərdə tutulan torpaq sahəsi üzərində hüququnun qeydiyyat alınmasına əsas kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, Bakı səhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 921 nömrəli xx.xx.2006-cı il tarixli məktubu ilə Gürgan-Pirallahı Bələdiyyəsinin sədrinə müraciət olunmuş və Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində istifadəsiz, zibilliyə çevrilmiş və antisanitariya vəziyyətində olan boş 5 (beş) ha torpaq sahəsinin, abadlaşdırılıb istirahət zonası yaradılması üçün, mövcud qanunvericiliyə uyğun olaraq, icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə etiraz edilməmişdir. Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 nömrəli protokol qərarı əsasında və Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 921 nömrəli xx.xx.2006-cı il tarixli məktubu nəzərə alınmaqla, Gürgan- Pirallahı Bələdiyyəsi ilə MMC arasında xx.xx.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə imzalanmış və həmin Müqavilə əsasında Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində 5 (beş) ha torpaq sahəsi abadlaşdırılması və istirahət zonası yaradılması üçün MMC-nin istifadəsinə təhvil verilmişdir. Bundan sonra, MMC tərəfindən həmin torpaq sahəsi zibil və tullantılardan təmizlənmiş, torpaq sahəsi abadlaşdırılmış, torpaq sahəsinin hamarlanması və yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda əmək və vəsait sərf edilmiş, o cümlədən 5000- dək yük maşını münbit torpaq gətirilmiş və eləcə də ərazi standart mişar daşı ilə hasara alınmışdır. Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarı ilə MMC-nin istifadəsində olan 5 ha torpaq sahəsi və ona bitişik əlavə 14,76 ha, ümumilikdə 19,76 ha torpaq sahəsi istirahət və turizm mərkəzinin tikintisi məqsədilə MMC-nin daimi istifadəsinə verilmişdir. Bununla yanaşı, Gürgan-Pirallahı Bələdiyyəsi tərəfindən MMC-nin daimi istifadəsinə verilmiş 19,76 ha torpaq sahəsinin 1:5000 miqyasda Sxematik Planı və Bakı səhərinin xəritəsindən Çıxarış və Torpaq sahəsinin Planı tərtib və təsdiq edilmişdir. Eləcə də, 19,76 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan istirahət və turizm mərkəzinin 2008-ci ildə Eskiz Layihəsi tərtib və təsdiq edilmişdir. Bundan sonra, Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarı ilə əvvəlki Qərarlar ləğv edilmiş və "xxxx" MMC-nin istifadə hüququna xitam verilmişdir.MMC iddiaçı qismində Gürgan- Pirallahı Bələdiyyəsinə (həmin iş üzrə cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin qəbul etdiyi xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İİM-nin 2-1(82)-2537/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin Gürgan-Pirallahı Bələdiyyəsinə qarşı iddiası təmin edilmiş və Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli iclas protokolunun Qərarı ləğv edilmişdir. Həmçinin iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ünvan 3əhkəməsinə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizədə qeyd edilmişdir ki, hal-hazırda ünvan 3əhkəməsinin icraatında iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdehlər Pirallahı Bələdiyyəsinə, «Əjdəkan LTD MMC», "xxxx" MMC və X13, maraqlı şəxs Pirallahı Rayon icra Hakimiyyətinə qarşı Bələdiyyə qərarlarının ləğv olunması haqqında iddiasının təmin olunması barəsindəki 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 50 ha torpaq sahəsi Yüksək Texnologiyalar Parkının daimi istifadəsinə verilmişdir. Qeyd olunan toipaq sahəsi üzərində istifadə hüququ dövlət qeydiyyatına alınmış və reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək mütəxəssis tərəfindən yerində koordinatlar müəyyən edilərək tərtib edilmiş plan-sxem təqdim edərək Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda göstərilən sərəncamı ilə texnopark salınması üçün ayrılmış torpaq sahəsinin «Əjdəkan LTD MMC»-yə məxsus 5,93 ha hissədə, X14 məxsus torpaq sahəsinin isə 8,95 ha hissədə üst-üstə düşdüyünü, "xxxx" MMC-yə isə bir neçə min metr aralıda olduğundan ümumiyyətİə üst-üstə düşmədiyini bildirmişlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində Yüksək Texnologiyalar Parkının salınması üçün ayrılmış torpaq Sahəsinin cavabdeh "xxxx" MMCyə aid hissədə bütünlüklə, digər cavabdehlər "xxxx" MMC-yə və X13 məxsus olan torpaq sahələrinin bir qisminin üst-üstə düşməyən hissələrinə aid olan hüquqi sənədlərin ləğv edilməsini Bakı Şəhər İcra Hakimiyyəti tələb etmədiyinə görə həmin hissələrin mövcud sənədlər əsasında rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin aidiyyəti üzrə səlahiyyətli dövlət qeydiyyatı orqanlarına müraciət etmək hüququ vardır. Bu hüquq hər hansı bir formada Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhdudlaşdırılmamışdır. Sonda Azərbaycan Respublikası İPM-nin 1.2-ci, 27, 54 və 55-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 53, 54, 55-ci maddələrinin tələblərini rəhbər tutaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş iddianın cavabdeh "xxxx" MMC-yə və X13 aid torpaq sahələrinin Yüksək Texnologiyalar Parkını salınması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə iddianın təmin edilməsini, “ASV-L» MMC-yə aid hissədə bütünlüklə, digər cavabdehlər "xxxx" MMC-yə və X13 məxsus olan torpaq sahələrinin isə bir qisminin üst-üstə düşməyən hissələrində iddia tələbindən imtina etdiklərini bildirmiş və həmin hissədə icraata xitam verilməsini xahiş etmişlər. Həmçinin, Bakı şəhəri Pirallahı Bələdiyyəsinin "xxxx" MMC-nin təsisçisi X12 ünvanlanmış 01 may 2025-ci il tarixli 37 saylı məktubunda müxtəlif məhkəmə aktlarına istinad edilərək bildirilmişdir ki, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilən faktları və halları nəzərə alaraq "xxxx" MMC-nin faktiki istifadəsində olan 19,76 ha (1976 sot) torpaq sahəsinin bələdiyyə mülkiyyəti əsasında "xxxx" MMC-nin həmin torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət reyestrində qeydə alınmasına etiraz edilmir. Göründüyü kimi, iş üzrə birinci instansiya mərhələsində icraat zamanı bələdiyyə tərəfindən iddiaya etiraz təqdim edilsə də, işin sonrakı araşdırma mərhələsində sözügedən torpaq sahəsinə dair istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair etirazlarının olmadığı bildirişmişdir. Məhkəmə kollegiyası həmçinin ərazinin bələdiyyə ərazisi olmaması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İnzibati iş üzrə məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinin 10 fevral 2025-ci il tarixli 3-21-3—30/2-5115/2025 saylı cavab məktubuna qoşma olaraq mübahisəli torpaq sahəsinə dair ortofoto, müayinə aktı və qonşuluğundan qeydiyyatdan keçmiş torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərdən aydın olur ki, iddia olunan torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələri (reyestr nömrəsi **********15; **********16; **********12; **********03) vaxtilə Əzizbəyov rayon Gürgan-Pirallahı bələdiyyəsinin müxtəlif tarixli bələdiyyə qərarları və torpaq sahələrinin alqı-satqı aktlarına əsasən ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadə və mülkiyyətinə verilmişdir. Həmin çıxarışlardan göründüyü kimi mübahisəli torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələri yaşayış məntəqətəyinatlı torpaq sahələridir. Belə olan halda, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşma göstərilməsi hüquqi bərabərlik prinsipinə zidd hesab olunur. Göründüyü kimi, məhkəmə aktlarına və qüvvədə olan hüquqmüəyyənedici sənədlərə əsasən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi məhz barəsində qərarlar qəbul olunan zamanı Gürgan-Pirallahı bələdiyyəsinin mülkiyyətinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Bundan başqa, cavabdehin “Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü il tarixli qərarı İdarəyə rəsmi qaydada daxil olmamış, İdarə tərəf qismində cəlb edilməmişdir. Həmçinin müvafiq qərarla İdarənin üzərinə öhdəlik qoyulmamışdır.” imtina əsası ilə bağlı kollegiya qeyd edir ki, həmin məhkəmə işində 1 saylı Bakı Ərazi İdarəsinin iştirak etməməsi qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmiş faktların mötəbərliyinə və tərəflərin hüquq münasibətlərinə hər hansı bir qaydada təsir göstərmir və məhkəmə qərarı ilə müəyyən edilmiş faktları şübhə altına alına bilməz. Həmçinin apellyasiya araşdırması zamanı cavabdehin digər imtina əsası olan “elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Bundan başqa, həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur” imtina dəlili də yoxlanılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(103)-2801/2025 nömrəliyə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, məhkəmənin iddiaçı "A.S.V-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasına dair tələb olunan məlumatların məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı məktubunu baxılmış, Elektron Məhkəmə Sistemində (elektron kabinet) olan xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində : XY 446215.297 4475273.952 446165.129 4474785.410 445626.496 4474876.697 445607.742 4474873.933 445556.201 4474990.053 445588.384 4475002.711 445578.425 4475026.197 445659.895 4475061.072 445654.923 4475081.537 koordinatlarda olan 197898 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Aydın olduğu kimi, cavabdeh sözügedən torpaq sahələrinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış torpaq sahəsi , həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonasına aid etsə də aidiyyəti qurum ətraflı araşdırma apararaq sözügedən dəlili inkar etmişdir. Bu əsasla da məhkəmə kollegiyası Dövlət Neft Şirkətinin qəbul ediləcək məhkəmə aktı ilə maraqlarına toxunma məqamının olmamasına istinad edərək 3-cü şəxs statusuna xitam vermişdir. Cavabdehin digər imtina əsası olan “təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyəyn etmək mümkün olmamışdır” dəlilinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi ilə bağlı əvvəllər qəbul edilmiş məhkəmə aktlarında, həmçinin iş üzrə keçirilmiş müayinə aktlarında münasibət bildirilmiş, torpaq sahəsinin koordinatları məhz cavabdeh orqan tərəfindən müəyyən edilmişdir. Hazırda irəli sürülən dəlil müraciətə imtina edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qanuni əsas sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2835/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki,

9. Hazırki işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri X15 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən) imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Bununla da, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2727/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2727/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayonu Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 nömrəli protokol qərarına və Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı daimi istifadəsinə verilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən ümumilikdə 19,76 ha torpaq sahəsi üzərində İddiaçı daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində ünvan 3əhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar