Məhkəmə qərarları › İş №2-1(103)-2806/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2806/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2806/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 Mirkamil oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9 Oktay oğlu və İddiaçı23 iştirakları ilə, İddiaçılar İddiaçı1 Mirkamil oğlunun və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası X3rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçılar İddiaçı1 Mirkamil oğlu və qeyriləri cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X4 06 sentyabr 2024-cü il tarixli 7 nömrəli protokolla qəbul edilmiş qərarının dəyişdirilməsi, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağan edilməsi müddəasında “turist avtobusları istisna olmaqla” ifadəsi “İçərişəhər sakinləri və turist avtobusları istisna olmaqla” kimi verilməsi və nəqliyyat vasitələrinin “İçərişəhər”ə cənub keçidindən (Qoşa Qala qapısı) giriş qadağasının İçərişəhər sakinlərinə aid edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunda yaşayan sakindirlər. COP 29 Beynəlxalq konfransının keçirilməsi ərəfəsində bir sıra inzibati orqanların təmsil olunduğu kollegial qurum olan cavabdeh Azərbaycan Respublikası X4 06 sentyabr 2024-cü tarixli iclasında 7 nömrəli protokolla onların maraqlarına toxunan qərar qəbul edilmişdir. Belə ki, həmin qərara əsasən aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq İçərişəhərdə yaşayan sakinlərin rahatlığının təmin olunması, turist marşurtlarının maneəsiz hərəkətinin yaradılması, İçərişəhər ərazisində yerləşən abidələrin kənar vibrasiya təsirindən qorunması məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağasının tətbiq edilməsi, Əziz Əliyev küçəsi Konstitusiya Məhkəməsinin binasının qarşısından Neftçilər prospektinədək olan hissənin nəqliyyat vasitələri üçün bağlanması, Konstitusiya Məhkəməsi binasının qarşısında avtonəqliyyat vasitələri üçün qanunsuz parklanmanın ləğv edilməsi, turist avtobusları üçün minib-düşmə zonasının yaradılması qərara alınmışdır. Həmçinin, qeyd edilən qərarda İstiqlaliyyət və Əziz Əliyev küçələri boyunca piyada və velosiped zolaqlarının yaradılması və nəqliyyat vasitələrinin “İçərişəhər”dən çıxışı üçün cənub keçidindən (Qoşa Qala qapısı) istifadə edilməsi, girişçıxış üçün isə şimal keçiddən (Neftçilər prospekti istiqamətindən) istifadə olunmasının təşkil edilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərara əsasən Konstitusiya Məhkəməsinin qarşısında turist avtobuslarının hərəkəti və parklanması üçün ərazinin yaradılması, İstiqlaliyyət küçəsi və Qoşa Qala qapısı ətrafında maneəsiz hərəkətin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılmışdır. “İçərişəhərdə” 3000-dən bir az artıq əhali yaşayır. Bunların maşınlarının sayı da 200-300 arasındadır. İçərişəhərə daxil olan qalan maşınlar Qoruğun öz administrasiyasının əməkdaşlarının, İçərişəhərdə yerləşən diplomatik korpusun, digər idarə, müəssisə, iaşə obyektlərinin (restoranların, otellərin) əməkdaşlarının və həmçinin restoranların müştərilərinə aid avtomaşınlardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. İddiaçılar iddia ərizəsinin məzmununa oxşar əsaslandırılmış apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən gəlməyən iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçıların tələbi Azərbaycan Respublikası X4 06 sentyabr 2024-cü il tarixli 7 nömrəli protokolla qəbul edilmiş qərarının dəyişdirilməsi, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağan edilməsi müddəasında “turist avtobusları istisna olmaqla” ifadəsi “İçərişəhər sakinləri və turist avtobusları istisna olmaqla” kimi verilməsi və nəqliyyat vasitələrinin “İçərişəhər”ə cənub keçidindən (Qoşa Qala qapısı) giriş qadağasının İçərişəhər sakinlərinə aid edilməməsi barədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı üzrə cavabdeh inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxs hesab edilmədiyindən ona yönəlmiş iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan da göründüyü kimi Azərbaycan Respublikası Nəqliyyatın Əlaqələndirmə Şurası inzibati orqan kimi təsbit edilməmişdir. Hazırkı iş üzrə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni tərəflərdən heç biri inzibati orqan olmadığından, mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti isə publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası X5 tərəfindən aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq İçərişəhərdə yaşayan sakinlərin rahatlığının təmin olunması, turist marşrutlarının maneəsiz hərəkətinin yaradılması, İçərişəhər ərazisində yerləşən abidələrin kənar vibrasiya təsirindən qorunması məqsədilə 06 sentyabr 2024-cü il tarixli, 07 nömrəli protokola əsasən İstiqlaliyyət küçəsi ilə Azərbaycan Prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağasının tətbiq edilməsi, Əziz Əliyev küçəsi Konstitusiya Məhkəməsinin binasının qarşısından Neftçilər prospektinədək olan hissənin nəqliyyat vasitələri üçün bağlanması, Konstitusiya Məhkəməsinin binasının qarşısında avtonəqliyyat vasitələri üçün qanunsuz parklanmanın ləğv edilməsi, turist avtobusları üçün minib-düşmə zonasının yaradılması qərara alınmışdır. Həmçinin, qərardad İstiqlaliyyət və Əziz Əliyev küçələri boyunca piyada və velosiped zolaqlarının yaradılması və nəqliyyat vasitələrinin “İçərişəhər”dən çıxışı üçün cənub keçidindən (Qoşa Qala qapısı) istifadə edilməsi, giriş-çıxış üçün isə şimal keçiddən (Neftçilər prospekti istiqamətindən) istifadə olunmasının təşkili nəzərdə tutulmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində qeyd edilir ki, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nəqliyyatı X2 qeyd edilir ki, X5 “X4 yaradılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamına uyğun olaraq ölkədə nəqliyyaın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastruktrunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegilal orqandır. Əsasnamənin 1.2-ci bəndində qeyd edilir ki, Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasnı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur. 1.3-cü bəndində qeyd edilir ki, Şura öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, habelə digər hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 1.4-cü bəndində qeyd edilir ki, Şuranın qərarlarının icrası Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir. 1.5-ci bəndində qeyd edilir ki, Şuranın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü vardır. 1.6-cı bəndində qeyd edilir ki, Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzszlik prinsinpləri əsasında qurur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarından, həmçinin Azərbaycan Respublikası Nəqliyyatı X1 də müəyyən edilir ki, Şura inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxsdir. Belə olan halda hesab edilir ki, birinci instanisya məhkəməsi işin halları tam araşdırılmadan, qanunvericiliyin tətbiqində səhvə yol verilməklə iddianın mümkünsüz olması qənaətinə gəlmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası X4 06 sentyabr 2024-cü tarixli iclasında 7 nömrəli protokolla qəbul edilən qərarın surəti işin materiallarında mövcud deyildir. Birinci instansiya məhkəməsi həmin qərarı əldə edib, işin materiallarına əlavə etməli və yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın mümkünlüyü məsələsini yenidən müzakirə etməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar