Məhkəmə qərarları › İş №2-1(103)-2807/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2807/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2807/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X10 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X8 üçüncü şəxs qismində göstərilməklə “torpaq sahəsinin zəbt edilməsinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4057/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Xəzər RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və X7 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.05 hektar torpaq sahəsinin üzərində tikilən qanunsuz hasarın və digər tikililərin sökülməsi üçün nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin elektron qaydada məlumatlandırılması barədə öhdəliyin Bakı şəhəri Xəzər RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinin sahibi tərəfindən dövlət mülkiyyətində olan torpaq ərazisinin qanunsuz olaraq zəbt edilməsi və bunun nəticəsində onun, o cümlədən digər şəxslərin həmin ərazidən istifadə etməsinin mümkünsüz hala gəlməsinə görə müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Sözügedən qurum tərəfindən ona göndərilən 08 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qeyd edilən məsələ Xidmətin Bakı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən və vətəndaşın iştirakı ilə araşdırılan zaman X7 tərəfindən (hazırda həmin əraziyə X2 edir) dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan hasarlanması faktı təsdiqini tapmışdır. Sözügedən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məktublar göndərildiyi qeyd edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan X7 tərəfindən zəbt edilməsi (və hasarlanması) faktı öz təsdiqini tapmışdır. Lakin, bu qanunsuzluğun qarşısının alınması üçün aidiyyəti orqanlar tərəfindən bu günə qədər heç bir tədbir görülməmişdir. Qeyd edilən cavab məktubundan da göründüyü kimi sözügedən ərazinin X7 və digər şəxslər tərəfindən qanunsuz olaraq hasarlanması və digər formada zəbt edilməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin, X3 hazırda Rusiya Federasiyasında olduğu üçün barəsində hər hansı bir tədbir görülməsinin mümkün olmadığı qeyd edilmişdir. Lakin, hal-hazırda faktiki olaraq qanunsuz olaraq hasarlanmış həmin dövlət torpaqlarına X2 edir və cavabdeh orqanlar həmin şəxs barəsində tədbirlər görməli və bu qanunsuz zəbtin qarşısını almalıdır. Belə ki, həmin qanunsuz zəbt nəticəsində onun, o cümlədən digər şəxslərin həmin ərazidən istifadə etməsi mümkünsüz hala gəlmişdir. Bundan sonra, o, Bakı Şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin X8 tərəfindən qanunsuz olaraq hasarlanması və digər formada zəbt edilməsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmiş və ərizəsinə cavab olaraq Bakı Şəhəri Cavabdehndən bildirilmişdir ki, ‘‘Cavabdeh Başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən ərizənizdə qeyd olunan ünvana təkrar baxış keçirilmişdir. Baxış zamanı ərizənizdə qeyd edilən ərazinin X4 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aid olduğu və illər öncə vətəndaş X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsindən əlavə olaraq 0,5 hektar torpaq sahəsini hasarladığı və vətəndaş X6 mövcud hasarın daxilində olan sahə kimi satdığı müəyyən edilmişdir. Qeyd olunan ərazidə vətəndaş X8 tərəfindən torpaq sahəsinin zəbt olunması faktı müşahidə edilməmişdir. Nümayəndəlikdən verilən məlumatda ərizənizdə qaldırdığınız məsələ ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunmuşdur”. Cavabdeh orqanın cavab məktubundan da göründüyü kimi cavabdeh sözügedən ərazinin X4 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aid olduğunu və həmin ərazinin qanunsuz olaraq hasarlandığı faktını təsdiq etmişdir, lakin həmin qanunsuz hasarlanmanın əraziyə faktiki sahiblik edən X5 etmədiyini əsas gətirərək qanunsuz zəbtin aradan qaldırılması üçün hər hansı tədbir görməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X8 üçüncü şəxs qismində göstərilməklə “torpaq sahəsinin zəbt edilməsinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3/2- M-1493-8/23 №-li məktubunda göstərilmişdir ki, Xidmətin Bakı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən və vətəndaşın iştirakı ilə araşdırılan zaman X7 tərəfindən dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlanması faktı təsdiqini tapmışdır. Bunlar barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin və 2020-ci İl 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” Əsasnaməsinin tələblərinə uyğun olaraq səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tərəflərindən məktublar göndərilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17 mart 2025-ci il tarixli 5-12/2-1319/2025 №li məktubda göstərilmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinin zəbt olunma tələbinə dair ünvanlanmış sorğuya Cavabdehndə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Cavabdeh Başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı evinin qarşısındakı boş torpaq sahəsinin torpaqdan istifadəyə dair heç bir hüquqi sənədi olmadan vətəndaş Beyektemir Malikə qeyri qanuni zəbt etmişdir, hal-hazırda məktubda üçüncü şəxs qismində adı çəkilən X1 istifadəsindədir. Sözü gedən torpaq sahəsi (39T X4419946; Y44711326 nömrəli kordinatlar) həyət yanı sahəsi 0.2 ha-dır. Həmin torpaq sahəsi (torpağa dair olan MH №0153733 saylı çıxarışın xx.xx.2008-ci ildən də öncə) hasarlanan zaman vətəndaş Beyektemir Malikə tərəfindən zəbt etdiyi 0.05 ha torpaq sahəsi də hasarlanmışdır. X1 istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH №0153733 saylı çıxarışı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxsin qeydiyyatını mübahisələndirərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik deyil. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-m1493-8/2023 saylı cavab məktubundan müəyyyən olunur ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mübahisəli ərazinin foto görüntülərindən də mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulması müəyyən olunmamışdır. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması müəyyən edilmir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar