Məhkəmə qərarları › İş №2-1(103)-281/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-281/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-281/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X2 və X3 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhəri 3 saylı Vəkil Bürosu) , cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 1 mən. 34 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının qeyri-yaşayış sahələrinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, xxxx prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə ünvanında (yeni ünvan-xxxx prospekti 12A) yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binada mənzil tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarı ilə ona ayrılmış 45 sayda qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" MTK-nın üzvü olaraq həmin Kooperativ tərəfindən Bakı şəhəri, xxxx prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə ünvanında (ünvan 4iş 17 mərtəbəli binada iddiaçının pay haqqının miqdarına müvafiq olaraq həmin binanın müxtəlif blok və mərtəbələrində ümumilikdə 45 ayrı-ayrı- blok “C”, 1ci mərtəbəsində yerləşən 1 №-li, sahəsi 413,34 kv. m olan; - blok “A”, 1-ci mərtəbəsində yerləşən 5 №-li, sahəsi 709,12 kv. m olan; - blok “A”, 1-ci mərtəbəsində yerləşən, sahəsi 2252,55 kv. m olan; - blok “A”, 3-cü mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189,35 kv. m olan; - blok “A”, 3-cü mərtəbəsində yerləşən 2 №-li, sahəsi 189,5 kv. m olan; - blok “A”, 3cü mərtəbəsində yerləşən 2 №-li, sahəsi 543,78 kv. m olan; - blok “A”, 3-cü mərtəbəsində yerləşən 3 №-li, sahəsi 186,15 kv. m olan; - blok “A”, 3-cü mərtəbəsində yerləşən 4 №-li, sahəsi 252 kv. m olan; - blok “B”, 3-cü mərtəbəsində yerləşən 3 №-li, sahəsi 152,44 kv. m olan; - blok “B”, 3-cü mərtəbəsində yerləşən 4 №-li, sahəsi 108,56 kv. m olan, - blok “A”, 4cü mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189,35 kv. m olan; - blok “A”, 4-cü mərtəbəsində yerləşən 2 №-li, sahəsi 189,5 kv. m olan; - blok “A”, 4-cü mərtəbəsində yerləşən 3 №-li, sahəsi 186,14 kv. m olan; - blok “A”, 4-cü mərtəbəsində yerləşən 4 №-li, sahəsi 252,18 kv. m olan; - blok “B”, 4-cü mərtəbəsində yerləşən 3 №-li, sahəsi 152,01 kv. m olan; - blok “A”, 5-ci mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189,35 kv. m olan; - blok “A”, 5-ci mərtəbəsində yerləşən 2 №-li, sahəsi 189,5 kv. m olan; - blok “A”, 5-ci mərtəbəsində yerləşən 3 №-li, sahəsi 184,2 kv. m olan; - blok “B”, 5-ci mərtəbəsində yerləşən 3 №-li, sahəsi 152,01 kv. m olan; - blok “B”, 5-ci mərtəbəsində yerləşən 4 №-li, sahəsi 108,56 kv. m olan; - blok “A”, 6cı mərtəbəsində yerləşən 2 №-li, sahəsi 189 kv. m olan; - blok “A”, 6-cı mərtəbəsində yerləşən 3 №-li, sahəsi 184,2 kv. m olan; - blok “A”, 6-cı mərtəbəsində yerləşən 4 №-li, sahəsi 249,8 kv. m olan; - blok “A”, 8-ci mərtəbəsində yerləşən 2 №-li, sahəsi 189,5 kv. m olan; - blok “A”, 10-cu mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189 kv. m-olan; - blok “A”, 10cu mərtəbəsində yerləşən 2 №-li, sahəsi 189 kv.m olan; - blok “A”, 10-cu mərtəbəsində yerləşən 3 №-li, sahəsi 184,2 kv. m olan; - blok “A”, 10- cu mərtəbəsində yerləşən 4 №-li, sahəsi 249,8 kv. m olan; - blok “A”, 11- ci mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189,35 kv. m olan; - blok “B”,11-ci mərtəbəsində yerləşən 4 №-li, sahəsi 108,56 kv. m olan; - blok “A”,13-cü mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189,35 kv. m olan; - blok “A”,13- cü mərtəbəsində yerləşən 2 №-li, sahəsi 187,6 kv. m olan; blok “A” 14- cü mərtəbəsində yerləşən 1 №-li, sahəsi 189,35 kv. m olan; - blok “A”,14-cü mərtəbəsində yerləşən 2 №-li, sahəsi 187,6 kv. m olan; - blok “A”, 14-cü mərtəbəsində yerləşən 3 №-li, sahəsi 174,98 kv. m olan; - blok “A”, 14- cü mərtəbəsində yerləşən 4 №-li, sahəsi 248,65 kv. m olan; - blok “A”, 15- ci mərtəbəsində yerləşən 1 №-li , sahəsi 189,35 kv.m olan; - blok “A”, 15-ci mərtəbəsində yerləşən 2 №-li, sahəsi 187,6 kv.m olan; blok “A”, 15-ci mərtəbəsində yerləşən 3 №-li, sahəsi 166,4 kv.m olan; - blok “A”, 15- ci mərtəbəsində yerləşən 4 №-li, sahəsi 248,65 kv.m olan , - blok “A”, 16- cı mərtəbəsində yerləşən , 1 №-li sahəsi 178 kv. m olan, - blok “A”, 16 –cı mərtəbəsində yerləşən 2 №-li, sahəsi 174 kv. m olan , - blok “A”, 16 –cı mərtəbəsində yerləşən 3 №-li, sahəsi 250 kv. m olan; - blok “B”, 16-cı mərtəbəsində yerləşən 2 №-li, sahəsi 231,75 kv. m olan; - blok “A”, 17-ci mərtəbəsində yerləşən 3 №-li, sahəsi 250 kv. m olan. qeyri-yaşayış sahələrini əldə etmişdir. Həmin daşınmaz əmlaklara pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə həmin qeyri-yaşayış sahələri ona verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin ona məxsus daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə təqdim olunmuş müraciətə qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul olunmaması səbəbindən imtina cavabı verilmişdir. Halbuki, həmin MTK-nın bir neçə digər üzvlərinin qeyri-yaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara müvafiq reyestrdən çıxarışlar verilmişdir. Göründüyü kimi, analoji işlər üzrə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin binada yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, 13-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə eyni Mənzil- Tikinti Kooperativinin üzvü olan bir neçə şəxsin həmin binada yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış onlara verilmişdir. Göründüyü kimi, artıq analoji işlər üzrə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin binada yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, xxxx prospekti, 12A ünvanda yerləşən binada bəzi vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüququ artıq dövlət reyestrində qeydiyyata alınmışdır. Bu da onu deməyə əsas verir ki, eyni əsaslar üzrə başqa fiziki şəxslərin mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdırsa, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından analoji iş üzrə iddiaçının tələbi də təmin edilməlidir. Artıq həmin binada yerləşən qeyri-yaşayış sahələrindən bir neçəsi xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına vətəndaşların etimadı qanunla qorunmalıdır. İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11, 15, 81, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsininİnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1547/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2878/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, X.Məmmədov) Bakı Apellyasiya Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1547/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda, iddiaçının vəkili iddiaçının Bakı şəhərində olduğunu, məhkəmə iclası barədə məlumatı olduğunu və üzrlü səbəbdən iştirak edə bilmədiyini qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin də olduğu binanın istismarına icazə sənədini müstəqil şəkildə əldə etmək hüququ olduğu halda bunu etməmiş, bu hala məhkəmə tərəfindən münasibət bildirilməmiş, məhkəmə İPM-in 12-ci maddəsinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki halını (istismara icazə sənədinin mövcudluğunu) araşdırmamışdır. Həmçinin iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərin hüquqları tanındığı halda, iddiaçının hüququnun tanınmasından imtinasının əsasları müəyyən edilməlidir. İş materiallarına əsasən: -«xxxx» MTK ilə İddiaçı arasında Bakı şəhəri, ünvan 6 məhəllə (xxxx prospekti 12A) ünvanında yerləşən binada yerləşən qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlanmışdır. İddiaçı, Bakı şəhəri, ünvan 7 ci məhəllə (xxxx prospekti 12A) ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə xx xxxxxxxx 2018-ci il tarixli, **********98 saylı məktubda cavab verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı sözügedən qeyriyaşayış sahələrinin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin və sözügedən qeyri-yaşayış sahələrinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan Sənədlərin Siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı; obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası bildirir ki, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini müqavilələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışları, maliyyə arayışları (notarial qaydada təsdiq edilməmiş) əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qərarında nəzərdə tutduğu hüquqi göstərişə (istismara icazə sənədinin mövcudluğunun araşdırılması) uyğun olaraq, məhkəmə kollegiyasının iclasında məhkəmənin tapşırığına əsasən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, **********59 saylı məktubda Bakı şəhəri, ünvan 6 məhəllə (xxxx prospekti 12A) ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməməsi qeyd edilmişdir. (Rəis müavini Eldar Mirzəyev tərəfindən imzalanmışdır.) Bununla bağlı olaraq iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair hər hansı sənəd mövcud olmadığından iddia qanuni sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərin hüquqları tanındığı halda, iddiaçının hüququnun tanınmasından imtinanın araşdırılması barədə göstərişi ilə bağlı qeyd edir ki, inzibati orqan tərəfindən digər şəxslərə verilmiş çıxarışlar məhkəmə qərarları əsasında verilmişdir ki, həmin məhkəmə icraatlarında qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul aktının olub-olmamasının araşdırılması iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin təmin edilməməsinin əsası qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul aktının mövcud olmamasıdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 ,94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-319/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiya və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar