Məhkəmə qərarları › İş №2-1(103)-281/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-281/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-281/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X10, X13, X5 və "xxxx" MTK) qarşı “order və sərəncamın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3480/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: İddiaçı, X10 və digərləri, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) “order və sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-3475/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı X11, X14, X6, "xxxx" MTK, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi maraqlı şəxslər olmaqla “mənzilə dair orderin və onun verilməsinə əsas olan sərəncamın qüvvədən düşmüş hesab edilməsi” tələbinə dair 2-1(112)-3475/2021 saylı iş üzrə məhkəmə icraatının Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: İddiaçı, X10 və digərləri, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) “order və sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)-3480/2021 saylı inzibati iş üzrə icraata birləşdirilməsi qərara alınmışdır. Məhkəmənin 07.07.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçı qismində "xxxx" MTK-ya münasibətdə iş üzrə icraata xitam verilmişdir. Həmçinin, məhkəmənin 07.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanrıverdiyevin adına verilmiş order və orderin verilməsinə əsas olan Bakı Şəhər İcra Hakimiyyətinin 57 saylı Sərəncamının ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3480/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06.05.2015-ci il tarixdə "xxxx" MTKnın hüquqi varisi olduğu "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən dörd otaqlı ümumi sahəsi 154 kv.m olan mənzil əmlakın alqı-satqısına dair müqaviləyə əsasən onun adına rəsmiləşdirilmişdir. Mənzilinin əvvəlki alıcısı olmuş X10 və həyat yoldaşı X7 06 may 2015-ci il tarixli ərizələrlə əmlaka dair pay hüquqlarından imtina etmişlər və əlavə olaraq mənzilə dair verilmiş orderin ləğv edilməsi ilə əlaqədar notarial təsdiqli ərizə də təqdim etmişlər. Lakin sonradan əvvəlki payçı olan R.Tanırverdiyev mənzil barədə qanunsuz sənədlər toplayaraq öz adına sənədləşdirərək özgəninkiləşdirilmiş və oğlu Elmar Tanırverdiyevin adına keçirmişdir. AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının surətinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 29.10.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X10 qeyd olunan mənzili oğluna bağışlamışdır. 16.03.2017-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 özünə məxsus mənzilii 150000 manata X1 və A. Yunusa çıxarış da verilmişdir. Halbuki, mənzilin olduğu bina 2020ci ilin fevral ayından istismara qəbul olunmuşdur. Tanırverdiyev Rövşən ona heç bir məlumat vermədən hüquqlarından istifadə edərək guya orderin itməsi barədə qəzetdə elan dərc etdirib, dublikatını Bakı Şəhər İcra Hakimiyyətindən alaraq mənzili öz adına özəlləşdirmişdir. Daha sonra Tanırverdiyev Rövşən öz nümayəndəsi X15 vasitəsilə övladı X8 bağışlamış, sonuncu isə nümayəndə X15 vasitəsilə mənzili öz atasının dostu X25 guya 150000 manata satmışdır. Bundan başqa, order inzibati orqan olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İdarəsi tərəfindən verilmiş mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlıdır. İkinci bir məsələ order X2 mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəddir. Eyni zamanda, tərəflər arasında daha əvvəl də eyni məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmə işi mövcud olmuş, Ali Məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilərək mövcud mübahisəyə inzibati icraat qaydasında baxılmalı olması qeyd olunmuşdur. Artıq, 3 ilə yaxındır ki, tərəflər arasında məhkəmə mübahisəsi gedir. Bakı Şəhər İcra Hakimiyyəti heç bir məsələni araşdırmadan sadəcə X2 qəzetdə orderin itməsi ilə bağlı verdiyi elanla qənaətə gələrək orderin dublikatını vermişdir. Bundan başqa, irəli sürdüyü iddia mübahisələndirmə haqqında iddia yox, müəyyən etmə və ya tanınma haqqında iddiadır. Əsas tələb order və sərəncamın qüvvədən düşmüş hesab olunması ilə bağlıdır. Orderin ləğv edilmiş hesab edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə müraciət etsə də, idarədən onlara imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3480/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə dair R.Tanrıverdiyevin adına verilmiş 23.03.2006-cı il tarixli orderi və orderin verilməsinə əsas olan Bakı Şəhər İcra Hakimiyyətinin 57 saylı 06.03.2006-cı il tarixli Sərəncamını mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etmiş və qərardadını belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi 23.03.2006-cı il tarixli order mülki hüquq subyektləri olan iki tərəf, yəni hüquqi və fiziki şəxs arasında yaranan xüsusi hüquq münasibətlərini rəsmiləşdirən sənəddir, yəni ümumi (publik) hüquq sahəsinə aid olan məsələni nizamlayan sənəd - inzibati akt deyildir. İddiaçı mübahisələndirilən 23.03.2006-cı il tarixli orderin və 06.03.2006-cı il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ilə mübahisələndirdiyi order barədə, X11 tərəfindən həmin orderlə ona ayrılan mənzilin İddiaçı satması səbəbi ilə ləğv edilməsinə dair notarial qaydada ərizə verdiyi və həmin ərizə əsasında "xxxx" MTK ilə qeyd edilən mənzilə dair müqavilə bağladığı gün məlumatlı olmuşdur. Beləliklə, İddiaçı mübahisələndirilən orderin məzmunundan ən geci 06.05.2015-ci il tarixdə məlumatlı olsa da, həmin order və orderin verilməsinə əsas olan sərəncamın ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, “X3 06.05.2015-ci il tarixdə notarial qaydada verdiyi ərizə əsasında "xxxx" MTK ilə İddiaçı arasında 06.05.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1 giriş, 3 mərtəbə, yaşayış sahəsi 158,0 kv.m olan, 4 otaqlı 10 saylı mənzilə dair müqavilə bağlanılmışdır. Göründüyü kimi, İddiaçı hazırkı iddia ilə mübahisələndirdiyi order barədə, X11 tərəfindən həmin orderlə ona ayrılan mənzilin İddiaçı satması səbəbi ilə ləğv edilməsinə dair notarial qaydada ərizə verdiyi və həmin ərizə əsasında "xxxx" MTK ilə qeyd edilən mənzilə dair müqavilə bağladığı gün məlumatlı olmuşdur. Beləliklə, İddiaçı mübahisələndirilən orderin məzmunundan ən geci 06.05.2015-ci il tarixdə məlumatlı olsa da, həmin order və orderin verilməsinə əsas olan sərəncamın ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materialları ilə iddiaçının mübahisələndirilən orderin məzmunundan X11 tərəfindən həmin orderlə ona ayrılan mənzilin İddiaçı satması səbəbi ilə ləğv edilməsinə dair notarial qaydada ərizə verdiyi və həmin ərizə əsasında "xxxx" MTK ilə qeyd edilən mənzilə dair müqavilə bağladığı gün, ən geci 06.05.2015-ci il tarixdə məlumatlı olması, X10 tərəfindən orderin itməsi barədə qəzetdə elan dərc edilməsindən, orderin dublikatını alaraq mübahisəli mənzili öz adına özəlləşdirilməsindən məlumatlı olması müəyyən edilmir. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(005)-130/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı X4, X9 və X21 cavabdeh qismində müəyyən edərək Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 H, mənzil 10 (ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 148,3 kv.m olan dördotaqlı yaşayış mənzilinin X2 adına özəlləşdirilməsinin etibarsız hesab olunmaqla 25.10.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu C.Məmmədovun təsdiqlədiyi 29.10.2016-cı il tarixli, 4Ə-2319 saylı bağışlama müqaviləsinin və Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu K.Rəhmanovun təsdiq etdiyi 16 mart 2016-cı il tarixli, AN-İ ******* saylı, 4Ə-163 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və X22 adına DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.03.2017-ci il tarixli, Seriya RX, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin M-24 saylı, 09.12.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda ünvan 4 M3, mənzil 2) küçəsi, ev 11H, mənzil 10 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasında 4 otaqlı mənzili üzrə X2 adına verilmiş 010734 saylı, 23.03.2006-cı il tarixli orderin ləğv edilməsi və dublikat orderin etibarsız hesab edilməsi barədə müvafiq rəsmiləşmənin aparılması barədə müraciətinə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Bundan sonra iddiaçı “mənzilə dair orderin ləğv edilmiş hesab olunmaqla, dublikatın etibarsız hesab olunması” tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-3480/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar