Məhkəmə qərarları › İş №2-1(103)-2810/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2810/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2810/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Həmidovun sədrliyi və məruzəsi ilə Elmira Eyvaz qızı Nağıyeva və Cahangir Afər oğlu Yusifovdan ibаrət tərkibdə; Məhkəmə iclas katibi X2, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə iddiasına dair iş üzrə 2-1(112)- 2379/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2379/2021 saylı 22.04.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyinin 9 oktyabr 1990-cı il tarixli 6/317 nömrəli qərarı ilə ona Sabunçu rayonu Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün 05.09.2020-ci il tarixində ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən onun məktubuna cavab olaraq bildirilmişdir ki, onun yerinin nömrəsi ilə bağların nömrəsi xəritədə öz əksini tapmamışdır. Onun torpağı ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. Amma iddia edənin kim olduğu və hansı əsasla onun torpağına iddia etdiyini qeyd etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz ərizəsində göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, qeyd edilən 85/86 a saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin göstərilən ərazi ilə bağlı digər şəxsin müraciəti daxil olmuşdur. Bununla bağlı iddiaçıya 13.10.2020-ci il tarixli, **********26 saylı cavab ünvanlanmışdır. ünvan 1rixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi”nə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, ünvan 1rixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatına əsasən göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluğun mövcudluğu barədə iddiasının əslində əsassız olduğunu sübut etmək üçün həmin ərazinin ortofotosunu və oradakı qonşu sahələrin nömrələrini və həmin sahələrin nömrələri ilə iddiaçının ərazisinin düz gəldiyini məhkəməyə təqdim etsə də məhkəmə qərəzli mövqe sərgiləyərək bunu da nəzərə almamışdır. Həmçinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanladığı 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubda qeyd etmişdir ki, X1 və X3 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi idarənin arxivində aşkar olunmamışdır. İddiaçı bildirmişdir ki, bu iddia da tamamilə əsassızdır. Çünki, məlumdur ki, 1990-cı ildə order, torpaq sahəsi ayrılarkən təyin olunmuş şəxs tərəfindən əl ilə bir nüsxə yazılıb, imza və möhürlə təsdiq edilərək vətəndaşa verilmişdir. 1 nüsxə əl ilə yazılmış sənədin sürətinin İdarənin arxivində saxlanması məntiqsiz olardı. İdarənin arxivində yalnız orderin verilməsinə əsas olmuş qərarlar və vətəndaşların ad soy adları əks olunmuş icazə vərəqələri saxlanılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyəniddiaçını və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-2379/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 9 oktyabr 1990-cı il tarixli 6/317 №-li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 106 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi 85/86a №-li bağ ayrılmışdır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının 09 dekabr 2020-ci il tarixli 7-3735/17 məktubundan görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 1990-cı ilə dair qərarları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10.12.2020-ci il tarixli 994 nömrəli məktubundan görünür ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.12.2020-ci il tarixli **********92 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 85/86a nömrəli bağ sahəsinə dair hüquq müəyyənedici sənəd İdarənin arxivində aşkar olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 və X3 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi İdarənin arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10 iyun 2021-ci il tarixli BA-02494-2021 nömrəli məktubda qeyd edilmişdir ki, 25.05.2021-ci il tarixli, 2-1(112)-2379/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin qərarın təsdiq edilmiş ksero surəti 10 (on) vərəqdən ibarət sizə təqdim olunur. Keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09.10.1990-cı il tarixli, 6/317 saylı qərarına 106 nömrəli BTK-nin siyahısı əlavə edilməmişdir. İddiaçı Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativin 31 №-li orderini təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 85/86a nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi elektron kadastr məlumatına əsasən göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olduğuna, qeyd edilən 85/86 a saylı bağ sahəsinin sxematik xəritədə öz əksini tapmadığına, həmçinin göstərilən ərazi ilə bağlı digər şəxsin müraciəti daxil olmasına istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci və 10.2.2-ci maddələrinə əsasən torpaq sahəsinin planı və ölçüsü qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən Bakı şəhər icraiyyə komitəsinin X1 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 №-li kooperativinin 31 №-li orderi təqdim edilsə də, iddiaçıya orderdə istinad edilən Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən 9 oktyabr 1990cı il tarixli 6/317 №-li qərarı ilə torpaq sahəsi ayrılmamışdır. X6 Bakı filialının məktubundan görünür ki, 09.10.1990-cı il tarixli, 6/317 saylı qərar mövcuddur, lakin həmin qərarda vətəndaş İddiaçı haqqında heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsinin sxematik xəritəsində orderdə qeyd edilmiş 85/86a nömrəli bağ sahəsi öz əksini tapmamışdır. İddiaçı isə iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut, o cümlədən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinəd qeyd edilən əsaslardan hər hansı birini təqdim edə bilməmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 və X3 bağlar sahəsində 106 nömrəli bağ tikinti kooperativinin 31 nömrəli orderi İdarənin arxivində aşkar olunmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər inzibati orqana təqdim edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin bağ sahəsi ilə bağlı imtinasının qanuna zidd olmaması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 1rixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. ünvan 1rixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar