Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2810/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinovdan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. H3 seriyalı ******* №li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. ЛB № 019867 saylı diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1981-ci il Azərbaycan Mühəndis İnşaat İnstituna daxil olmuş və xx.xx.1986-cı il tarixdə çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisası üzrə tam kursu bitirmişdir.
3. İddiaçıya məxsus xx.xx.1983-cü il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “X6 Tikinti TQİ-də (iş stajı: 11 ay, 28 gün) xx.xx.1986-cı il tarixdə usta vəzifəsinə qəbul edilmişdir; xx.xx.1986-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə usta vəzifəsinə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixdə “Aqro Sənayetikinti” Tresti MPMK-20 köçükülməsi ilə əlaqədar işdən azad edilmişdir.
“Aqro sənaye Tikinti Tresti 20 №-li Rayonlararası Səyyar Mexanikləşdirilmiş Dəstə”də (iş stajı: 01 ay, 16 gün) xx.xx.1989-cu il tarixdə fəhlə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir.
“Bakı Santexnik Elektromontaj tresti”ndə (iş stajı: 07 ay, 19 gün) xx.xx.1989-cu il tarixdə 12 №-li xüsusi santexnika idarəsinə İİ dərəcəli çilingər santexnik vəzifəsinə qəbul edilmişdir; xx.xx.1990-cı il tarixdə İİİ dərəcəli çilingər santexnik kimi hesab edilmişdir; xx.xx.1990-cu il tarixdə 18 №-li Tikinti quraşdırma idarəsinə köçürülməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.
18 №-li Tikinti quraşdırma Sənaye tikinti tresti Bakı Baş Tikinti idarəsində (iş stajı: 01 il, 03 ay, 18 gün) xx.xx.1990-cı il tarixdə tikinti ustası vəzifəsinə qəbul edilmişdir; xx.xx.1990-cı il tarixdə mühəndis kimi keyfiyyətin idarə edilməsi mərkəzinə köçürülmüşdür; xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 11 №-li Sosial Mədəni tikinti- trestində (iş stajı: 01 il, 01 ay, 06 gün) xx.xx.1991-ci il tarixdə Bakı Baş tikinti texniki şöbəsinə İ dərəcəli mühəndis kimi qəbul olunmuşdur; xx.xx.1992-ci il tarixdə 7 saylı tikinti müəssisəsinə köçürülməklə işdən azad edilmişdir; Bakı Baş Tikinti idarəsinin 11 №-li Sosial mədəni tikinti trestindən 7 №-li Tikinti idarəsində (iş stajı: 07 il, 05 ay, 16 gün) xx.xx.1992-ci il tarixdə tikinti ustası vakansiyasına qəbul edilmişdir; xx.xx.2000-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
“Akvopolis limited” Təmir-Tikinti trestində (iş stajı: 02 il, 04 ay, 06 gün) xx.xx.2001-ci il tarixdə texniki şöbəyə İ dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir; xx.xx.2002-ci il tarixdə 9 №-li Təmir-Tikinti İdarəsinə köçürlmə yolu ilə işdən azad edilmişdir.
“Akvopolis limited” Təmir-Tikinti trestinin 9 №-li Təmir-Tikinti İdarəsində (iş stajı: 04 il, 02 ay, 29 gün) xx.xx.2002-ci il tarixdə sahə rəisi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2006-cı il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativində (iş stajı: 01 il, 01 ay, 03 gün) xx.xx.2006-cı il tarixdə texniki nəzarətçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2007-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (iş stajı: 02 il, 04 ay, 28 gün) xx.xx.2011-ci il tarixdə sahə rəisi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2013-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (iş stajı: 06 ay, 20 gün) xx.xx.2013-cü il tarixdə sahə rəisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (iş stajı: 03 ay, 09 gün) xx.xx.2014-cü il tarixdə mühəndis vəzifəsinə qəbul edilmişdir; xx.xx.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
“X1 BM” Məhdud Məsuliyyətli Cəmiyyətində (iş stajı: 02 il, 13 gün) xx.xx.2015-ci il tarixdə Qobustan tikinti sahəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
“X4” Firmasında (iş stajı: 01 il, 01 ay, 01 gün) xx.xx.2017-ci il tarixdə iş icraçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.2018-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
"xxxx" Qapalı Səhmdar Cəmiyyətində (iş stajı: 02 il, 10 gün) xx.xx.2019-cu il tarixdə cəmiyyətin tikinti departamentinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı verilmiş 17 iyul 2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Dövlət
4. Arxivinin Bakı filialında saxlanılan BBTİ 12 saylı Xüsusi Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1964-cü il təvəllüdlü vət. İddiaçı xx.xx.1989cu il tarixli, 40/S saylı əmrlə xx.xx.1989-cu il tarixdən 2-ci dərəcəli çilingərsantexnik vəzifəsinə işə qəbul olunması və xx.xx.1990-cı il tarixli, 10/S saylı əmrlə xx.xx.1990-cı il tarixdən iş yerininin dəyişdirilərək işdən azad edilməsi barədə məlumatlar mövcuddur. BBTİ 18 saylı Tikinti Quraşdırma İdarəsinin 1990-1991-ci illərə dair, BBTİ “Соцкульстрой” 11 saylı trestinin 1991-1992-ci illərə dair və BBTİ 7 saylı Tikinti İdarəsinin 1992-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
5. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-S-222125/2024 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret hallan (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi bəndinin (1.2.3) mütəxəsisslər yarımbəndində (b) karxanalarda məşğul olan sahə ustaları və doğrayıcı fabriklərin, sahələrin (sexlərin) ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Çukurova X4 BM” MMC-nin ona dair arayışında xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iş icraçısı və "xxxx" QSC-nin ona dair arayışında xx.xx.2024-cü il tarixdən bugünədək sahə mühəndisi vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi sahə və vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.”
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ona yəni, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-xx.xx.1986-cı illərdə, xx.xx.1988 - xx.xx.1989-cu illərdə “Baş Meliorasiya Su Tikinti” X6 Tikinti Quraşdırma İdarəsində tikinti ustası olaraq işləmişdir. Həmçinin, xx.xx.1990- xx.xx.1990-cı illərdə Bakı Baş Tikinti İdarəsinin (BBTİ) Sənaye Tikinti trestinin 18 nömrəli Tikinti Quraşdırma İdarəsində və xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək BBTİnin 11 nömrəli sosial mədəni tikinti tresti 7 nömrəli Tikinti idarəsində tikinti ustası vəzifəsində işləmişdir. İşlədiyi müddətlər əmək kitabçasında qeyd olunub, lakin yuxarıda göstərilən təşkilatlar ləğv olunub və beləliklə, sənədlər arxivə verilməmişdir. Həmin illərdəki əmək stajları təsdiq olunmadığı üçün hazırda Dövlət Sosial Müdafiə Fondu ona güzəştli əmək pensiyası təyin edə bilmir və bu səbəbdən bu illərdəki əmək stajlarını qəbul etmir.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməli olduğu halda təqdim edilən bir neçə qısamüddətli iş dövrünə aid arayışlarda yanlız iddiaçının işlədiyi vəzifə və işlədiyi müddət göstərilmişdir. Güzəştli iş stajı barədə təqdim edilmiş və araşdırılması mümkün olan arayışlarda isə iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi bəndinin (1.2.3) mütəxəsisslər yarımbəndində (b) karxanalarda məşğul olan sahə ustaları və doğrayıcı fabriklərin, sahələrin (sexlərin) ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Çukurova X4 BM” MMC-nin ona dair arayışında xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iş icraçısı və "xxxx" QSC-nin arayışında xx.xx.2024-cü il tarixdən bugünədək sahə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə və vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq təqdim edilən arayışlarda qeyd edilən dövrlər qəbul edilsə belə, iddiaçının tələb olunan güzəştli iş stajı tamamlanmır. Göründüyü kimi qanunvericilklə birbaşa olaraq şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və agır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin xüsusi formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd ış materiallarına əlavə olunmalıdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında olan qeydin adına vizual şəkildə baxılaraq ehtimali şəkildə Siyahıya uyğun olmasının müəyyən edilməsi (müəssisənin fəaliyyət dairəsi, gördüyü işin xarakteri, məşğulluq göstərdiyi fəlaiyyət növü müəyyən olmadan) qanunvericiliklə mümkün hesab edilə bilməz. Göründüyü kimi qanunvericilklə birbaşa olaraq şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin xüsusi formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
23. Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığı üçün ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
24. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası, hərbi biletin və diplomun surətinə əsasən, onun ümumi iş stajı 34 il, 06 ay, 06 gün (hərbi xidmət dövrü: 01 il, 05 ay, 25 gün + təhsil dövrü: 04 ay, 09 ay, 19 gün + əmək kitabçasında qeydlər: 28 il, 02 ay, 22 gün) təşkil edir.
25. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə güzəştli iş stajı barədə təqdim edilmiş və araşdırılması mümkün olan arayışlarda iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu müəyyən edilməməsi ilə bağlı olmuşdur.
26. Bununla bağlı işin apellyasiya baxışı zamanı "xxxx" MMC, “X9” MMC, “X1 BM” MMC, “X4” Firmasına, "xxxx" MMC-yə, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə müvafiq sorğular göndərilmişdir.
27. Bakı şəhər İcra Hakimiyyətindən sorğuya cavab olaraq 18 saylı Bakı Tikinti Sanaye Trestinin sənədlərinin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığını, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən isə Baş Melorasiya və Su Tikinti İdarəsinin müstəqil qurum olaraq fəaliyyət göstərdiyi və onların tabeçiliyində olmaması səbəbindən sorğunun cavablandırılmasının mümkün olmaması bildirilmişdir.
28. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixinədək “X4” Firmasında iş icraçısı kimi çalışmışdır. Adıçəkilən vəzifə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısına (kod 2290100b-24441, bölmə XXVİİ) və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”na (bölmə 29. bənd b) müvafiqdir.
29. “X9” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü ilə kimi “X9” Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində çalışmışdır. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısına (kod 2290100b-24441, bölmə XXVİİ) və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”na (bölmə 29, bənd b) uyğundur.
30. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı kimi fəaliyyət göstərmişdir. Qeyd olunan bu vəzifə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısındakı (kod 2290100b-24441, bölmə XXVİİ) və xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısındakı vəzifə kodlarına (bölmə 29, bənd b) uyğundur. Məlumat üçün qeyd edək ki, İddiaçı birbaşa iş günü ərzində zərərli iş mühitində tikinti işlərini yerinə yetirmişdir. Tikinti sahəsinin zərərliliyini nəzərə alaraq, 5 günlük (8 saatlıq) iş rejimində işlənilmiş, ilin sonunda məzuniyyətinə əlavə günlər verilmiş və əlavə işlər olduqda (çox nadir hallarda) həmin günlər üçün ikiqat hesablamalar aparılmışdır.
31. “X4” Firması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi X1 Məhdud Məsuliyyətli Cəmiyyətində iş-icraçısı kimi fəaliyyət göstərmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısına (kod 2290100b-24441, bölmə XXVİİ) VƏ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərar ilə təsdiq edilmiş (bölmə 29, bənd b) “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verəri istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”na (bölmə 29, bənd b) müvafiqdir.
32. Kollegiya qeyd edir ki, göründüyü kimi pensiya hüququ yaranan xx.xx.2024-cü il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 06 ayından çox yəni, 12 il, 09 ay, 05 gün (xx.xx.1986-xx.xx.1986, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990xx.xx.1990, xx.xx.1992-xx.xx.2000, xx.xx.2015-xx.xx.2017, xx.xx.2017-xx.xx.2018) təşkil edir.
33. Eyni zamanda kollegiya onu da qeyd edir ki, “X4” Firması, "xxxx" MMC, “X9” MMC və "xxxx" MMC tərəfindən verilmiş “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışma dair” arayışda göstərilmişdir ki, “iş icraçısı” peçəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmışdır.
34. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.