Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2811/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «sənədlərin götürülməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2-1(112)-1242/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sənədlərin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2-1(112)-1242/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkan iddiaçının nümayəndəsi X2 şifahi vəsatət ilə məhkəməyə müraciət edərək, sənədlərin götürülməsi üçün səbəb olan şərait aradan qalxdığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə cavabdeh barəsində məsuliyyətə cəlb edilmə barədə 12.08.2021-ci il tarixli **********148968 nömrəli qərarı təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış yoxlama artıq başa çatmış və cavabdeh barəsində məsuliyyətə cəlb edilmə barədə qeyd olunan qərar qəbul edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş Cavabdeh məsuliyyətə cəlb edilməsi haqqında tərtib edilmiş 12.08.2021-ci il tarixli **********148968 nömrəli qərardan görünür ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aparılmış və bu barədə artıq qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində göstərilən sənədlərin götürülməsi üçün səbəb olan şərait artıq aradan qalxdığından və tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verildiyi üçün cavabdehin apelyasiya şikayəti araşdırılmamalı və ona münasibət bildirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı sənədlərin götürülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2811/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2811/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver