Məhkəmə qərarları › İş №2-1(103)-2811/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2811/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2811/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X5 Əzəm qızının, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 qanuni nümayəndəsi X5 Əzəm qızının Cavabdehnə qarşı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla) «şəxsiyyət vəsiqəsi ilə təmin edilmə» tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-531/2015 nömrəli, 09 aprel 2015-ci il tarixli qərarından İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 qanuni nümayəndəsi X5 Əzəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 qanuni nümayəndəsi X5 Əzəm qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-5106/2014 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-531/2015 nömrəli, 09 aprel 2015ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-975/2015 saylı qərarı ilə İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 qanuni nümayəndəsi X5 Əzəm qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-531/2015 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-1177/2015 saylı qərarı ilə İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 qanuni nümayəndəsi X5 Əzəm qızının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)- 975/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan ərizəçilər X11, X9, Ruhullah Rustami, X10 Alikozie, Nafisa Ahmadzadeh, Beheshta Ahmadzadeh, X12 və X8 milli səlahiyyətli orqanların onların övladlarına şəxsiyyət vəsiqəsi verməkdən və Azərbaycan vətəndaşı kimi tanımaqdan imtina etmələrinin onların Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüquqlarına müdaxilə təşkil etdiyinə dair şikayət vermişlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi ərizələrin hallarının və onların qaldırdıqları maddi məsələlərin oxşarlığını nəzərə alaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Reqlamentinin 42-ci Qaydasının 1-ci bəndinə uyğun olaraq həmin ərizələrə birlikdə baxılmasını məqsədəuyğun hesab etmişdir. X2 nümayəndəsi 2018-ci il 8 noyabr tarixli məktubla Qeydiyyat şöbəsinə müraciət edərək Beheşta Əhmədzadənin öz ərizəsini məhkəmə qarşısında davam etdirmək istəmədiyini bildirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin a) bəndinə əsasən hesab etmişdir ki, artıq Beheşta Əhmədzadə ilə bağlı şikayətə baxmağa haqlı deyildir. Sonda Beheşta xanım Əhmədzadəyə aid olan 34491/16 saylı ərizə siyahıdan çıxarılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haşemi və başqaları Azərbaycana qarşı” xx.xx.2022-ci il tarixli qərarı ilə xanım Beheştə Əhmədzadənin barəsində olan 34491/16 saylı ərizənin siyahıdan çıxarılması, digər ərizəçilərin vəsatətlərinin mümkün elan edilməsi, “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 8-ci maddəsinin pozulmuş hesab edilməsi, cavabdeh dövlət tərəfindən dəymiş mənəvi ziyana görə ərizəçilərin hər birinə 2100 avro kompensasiya ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(a)/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2015-ci il 5 noyabr tarixli 2-1(102)-1177/2015 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 24 iyun tarixli 2-1(103)- 975/2015 nömrəli qərarları Mustafa və İddiaçı2lərə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(a)/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarında qeyd olunur ki, Mustafa Əhmədzadə xx.xx.1998-ci il təvəllüdlüdür. Bu isə onun tam mülki prosessual fəaliyyət qabiliyyəti qazandığını təsdiq edir. İşə yenidən baxılarkən işin bu halı da nəzərə alınmalı və ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi üzrə prosessual qanunvericiliyin tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən icra edilməli olan prosessual hərəkətdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı X5 Əzəm qızı, iddiaçının vəkili X4 apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-531/2015 nömrəli, 09 aprel 2015-ci il tarixli qərarı Mustafa və İddiaçı2lərə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Mustafa Əhmədzadə xx.xx.1998-ci il, İddiaçı2 isə xx.xx.2005-ci il təvəllüdlüdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan iddiaçının işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan iddiaçı ilə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki iddiaçının öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin iddiaçı qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni iddiaçı bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan iddiaçının əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Əsl iddiaçının əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan iddiaçının əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(a)/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərarında da göstərilmişdir ki, Mustafa Əhmədzadə xx.xx.1998-ci il təvəllüdlüdür, tam mülki prosessual fəaliyyət qabiliyyəti qazanmışdır, işə yenidən baxılarkən işin bu halı da nəzərə alınmalı və ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi üzrə prosessual qanunvericiliyin tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən icra edilməli olan prosessual hərəkətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-531/2015 nömrəli, 09 aprel 2015-ci il tarixli qərarı Mustafa və İddiaçı2lərə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş qeyd olunan hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti iddianın təmin edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı3, Əhmədzadə Mustafa, İddiaçı2 qanuni nümayəndəsi Əhmədzadə Nafisa tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-531/2015 nömrəli, 09 aprel 2015ci il tarixli qərarı Mustafa və İddiaçı2lərə aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar