Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2812/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının vəkili X2 iştirakı ilə. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7321/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022 tarixlərə təyin edilən kodu KY221867832 olan və İddiaçı MMC-də keçirilməli olan plandankənar (növbədənkənar) yoxlama haqqında cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. İddianın əsaslarına görə İddiaçı MMC-nin fəaliyyəti təşkilatların, qurumların və şirkətlərin məktubların çatdırılmasını həyata keçirir. Şirkət olaraq 6 ilə yaxındır sürətli poçt daşıması sahəsində fəaliyyət göstərir. Cavabdehə barələrində yalan və böhtan xarakterli şikayət ərizələri göndərilməklə, iş fəaliyyətlərinin iflic vəziyyətə düşməsinə, imiclərinin korlanmasına və işçilərinin bir çoxunun işdən ayrılmasına gətirib çıxarmışdır. Artıq onların sahibkarlıq fəaliyyətləri bu yoxlamaların əlindən batmaq üzərədir. Buna görə də hesab edir ki, cavabdehin tərəfindən xx.xx.2022 xx.xx.2022 tarixlərinə təyin edilən plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7321/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaqla, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, növbədən kənar yoxlama haqqında xx.xx.2022-ci il tarixli qərar 3 əsasa istinad edilərək qəbul edilmişdir: 1. fziki şəxslər Ə.Məmmədov və C.Hətəmovun şikayətləri (qəbzlərin guya saxtalaşdırılması və h İquqlarının pozulması; 2. İlk şikayətin araşdırılması üçün şirkətin lisenziyada göstərilən ünvanda fəaliyyət göstərməməsi; 3. Şikayətin araşdırılm ası ilə əlaqədar MMC-ilə əlaqənin mümkünsüz olması arqumenti rəhbər tutulmuşdur. Həmin 3 arqumentin heç biri sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsihaqqında Qanunun tələbləri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili T.Hüseynov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş (məhkəməyə göndərilən nümayəndələrə etibarnamə verilməmişdir), İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan, iddianın mümkünlük məsələsinə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib və iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “xx.xx.2022 – xx.xx.2022 tarixlərə təyin edilən kodu KY221867832 olan və İddiaçı MMC-də keçirilməli plandankənar (növbədənkənar) yoxlama haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” qərarının ləğv edilməsi barədə iddia tələbinin məhkəmə icraatının mümkünlüyü şərtləri ödənilmir. Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən qərarından görünür ki, vətəndaşlar X3 və X1 poçt xidməti göstərilməsi üçün lisenxiya almış Alib Experss” MMC tərəfindən qəbzlərin saxtalaşdırılması və bunun nəticəsində nazirləyə daxil olan davamlı şikayətlərinin olması, həmçinin, MMC-nin lisenziyada göstərilən ünvanda fəaliyyət göstərməməsi və onunla laqnin mümkünsüz olması nzərə alınaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən insanların həyat və ya sağlamlığına,, dövlətin təhlükəsizliyin və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasıa yol veriln yoxlamaların Siyahısına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 12 may 143 N-li qərarı ilə təsdiq edilmiş “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar 1785 No-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında” Əsasnamənin 5.5.3-cü yarımbəndi rəhbər tutularaq iddiaçının xx.xx.2022 – xx.xx.2022-ci il dövrü üzrə fəaliyyətinndə yoxlama aparılması qərara alınmışdı və və yoxlama zamanı sualların siyahısından yoxlanılacaq sualların nömrləri 1, 2, 3 təyin edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır. Həmin Qanunun 19.7-ci maddəsinə əsasən yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır, onun rəhbəri tərəfindən təsdiq edilir və yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi təmin olunur. Azərbaycan Respublikasının Kabinetinin 2014-cü il 12 may 143 No-li qərarı ilə təsdiq edilmiş “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”nın 2.1-ci bəndinə yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır və yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında” Əsasnamənin 5.5.3=cü maddəsinə əsasən nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir. Cavabdehin mübahisələndirilən qərarının qeyl olunan məzmununa və işə əlavə olunmuş “Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa” əsasən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə ona verilən səlahiyyətlər və öhdəliyi çərçivəsində fiziki şəxslərin davamlı şikayətləri nəzərə alınmaqla, İddiaçı MMC-də xx.xx.2022 – xx.xx.2022-ci il dövrü üzrə fəaliyyətində plandankənar (növbədənkənar) yoxlama aparılması barədə qərar qəbul olunmuş və həmin qərarla təyin olunmuş yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Cavabdehin mübahisələndirilən qərarından görünür ki, iddiaçını məsuliyyətə cəlb edən, onun hüquqlarını məhdudlaşdıran hər hansı hakimiyət xarakterli tədbir nəzərdə tutulmamışdır. Həmin qərarda təsbit olunan müddəalar yalnız cavabdeh inzibati orqana qanunvnericiliyə uyğun hüquq verən və onun öz üzərinə yoxlama aparmaq vəzifəsi qoyan müddəaları aktı ehtiva edir. Başqa sözlə, həmin qərar subyektivlik baxımından, iddiaçı üçün onun hüquqlarını pozan əlverşsiz inzibati akt meyarlarına uyğun gəlmir. Belə olan halda da, iddiaçının həmin qərarın ləğv edilməsi tələbinə dair hazırkı iddia tələbi, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış olan mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın mümkün sayılmamasını, nəticə etibarı ilə, işin qeyd olunan halları və maddi və prosessual hüquq normalarının qeyd olunan tələbləri baxımından, düzgün nəticə kimi qiymətləndirir. Ona görə dəməhkəmə kollegiyası iddiaçının həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7321/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7321/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2812/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2812/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver