Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2814/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili üzrə Baş İdarəsi) qarşı “riskli vergi ödəyiciləri sıyahısından çıxarılma və qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiаçı İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili üzrə Baş İdarəsi) qarşı “riskli vergi ödəyiciləri sıyahısından çıxarılma və qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********368900 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" qərarı ilə İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********026500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2022-ci il üzrə iddiaçı barəsində 7.163,16 manat əlavə gəlir vergisi hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun riskli vergi ödəyiciləri sıyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı riskli vergi ödəyiciləri sıyahısından çıxarılması və 2022-ci il gəlir vergisi üzrə 01 sentyabr 2023-cü il tarixli **********026500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfındən qəbul edilmiş xx.xx.2023cü il tarixli **********368900 saylı qərara əsasən İddiaçı Ağaməmməd qızı riskli vergi ödəyicisi olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində cəmi 144,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205/75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.11, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Yuxarıda göstərilənlər barəsində iddiaçı tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə məktub ilə vergi orqanına müraciət edilərək riskli hesab edilməsi üçün qeyd edilmiş məlumatlar barədə bildirilmişdir ki, 2022-ci il ərzində tərtib edilmiş müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün ləğv edilmişdir. Bu səbəbdən 2022-ci il üzrə dövriyyənin olmadığı barədə vergi orqanına məlumat təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən müqavilər üzrə təqdim edilmiş qaimələr də ləğv edilmiş və fəaliyyətinin dayandırılması ilə bağlı müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən fəaliyyət dayandırılmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamışdır.
7. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.11, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 144.5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205/75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********343000 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən, xx.xx.2022-ci il tarixli **********368900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, vergi ödəyicisi tərəfindən təqdim edilmiş riskli elektron qaimə- fakturaların ləğv edildiyi müəyyən edilsə də, təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. 2022-ci il üzrə iddiaçı tərəfindən 144538 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunmasına baxmayaraq 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi (və ya göstəricilərin azaldılmaqla təqdim edilməsi) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" haqqında xx.xx.2023-cü il tarixli **********703200 nömrəli məktub göndərilərək müvafiq dövr üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlər və əsaslanıdırılmış izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlər və izahat məktubu təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 7163,16 manat (51345,28 - 15529,49)*20%) vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********026500 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar üzrə vergi məbləği qanunamüvafiq qaydada hesablanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2024 nömrəli, xx.xx.2024-cü il qərarı ilə (hakim H.Ağalarov) iş üzrə iddia təmin edilmiş, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə həvalə edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********026500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi qərara alınmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2725/2024 nömrəli, xx.xx.2024-cü il qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin iştirakı:
10. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada tərəflərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili bildirmişdir ki, həmin tarixdə Şəki Apellyasiya Məhkəməsində məhkəmə iclası olacağı üçün məhkəmə iclasında iştirak edə bilməyəcək. Bu səbəbdən onun iştirakı olmadan iclasın keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir.
11. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
12. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2814/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2024 nömrəli, xx.xx.2024-cü il qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
14. Belə ki, iş materiallarında olan vergi orqanı tərəfindən iddiaçıya göndərilmiş məktubdan görünür ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********026500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********026500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi” hissəsi üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
17. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.
18. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
19. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili üzrə Baş İdarəsi) qarşı tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********026500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov