Məhkəmə qərarları › İş №2-1(103)-2814/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2814/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2814/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, Mədətli Fərid Ilham oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndələri və vəkilləri vəkil2 və vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan * saylı ünvanda yerləşən 1965,0 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) *-*(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE00000000000002088501) köçürülməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ünvan 3 ünvanda yerləşən 0,1880 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan * saylı ünvanda yerləşən 32,8 kv.m sahəli bağ evə dair mülkiyyət hüquqları dövlət reyestrində 190054 nömrə ilə reyestr kitabında qeydə alınmışdır. Həmin evə dair 1998-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportdan görünür ki, evin yerləşdiyi torpaq sahəsi 0,1965 ha təşkil edir. 2012-cü ildə ona məxsus ünvan 4 ** saylı ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 28,0 kv.m sahəli ev, o cümlədən bağ qonşusu X3 məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən * saylı ev İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən saxta sənəd əldə edilməklə zəbt edilərək mənimsənilmiş, axırıncı tərəfindən həmin torpaq sahələrində olan bağ evləri sökülmüş, əmlakdan istifadə və sahiblik hüquqları məhdudlaşdırılmışdir. Faktla bağlı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə aralarında məhkəmə mübahisələri mövcud olmuş, nəticədə də * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2013-cü il tarixli *in(**)-****/**** saylı qərarı ilə iddiaçılar İddiaçı və X3 Bakı şəhər Icra Hakimiyyətinə qarşı qaldırdığı ##.##.2012-ci il tarixli, *** saylı sərəncamın ləğv edilməsinə dair tələbi qismən təmin edilmiş, Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2012-ci il tarixli, *** saylı sərəncamı onlara məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21 ünvanda yerləşən * saylı və X3 məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21 ünvanda yerləşən * saylı yaşayış evlərin həyətyanı sahələrdə (texniki pasportda uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Istinad edilmiş qərardan üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verdiyi apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2014-cü il tarixli *-*inz(***)-**/**** saylı və Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2014-cü il tarixli *-*(***)-***/**** saylı qərarları ilə təmin edilməmiş, mübahisə ilə bağlı çıxarılmış birinci və ikinci instansiya məhkəməsinin qərarları dəyişdirilmədən saxlanılmışdır. Daha sonra * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *in(**)-****/**** saylı qərarı ilə iddiaçılar İddiaçı və X3 DƏDRX-nin Bakı ərazi idarəsinə, üçüncü şəxslər “xxxx” MMC və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qarşı qaldırdıqları iddia təmin edilərək “xxxx” MMC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2.53672 ha torpaq sahəsinə dair DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən DƏDR-də *** saylı reyert kitabının ***** nömrəli vərəqədə aparılmış qeydiyyat və RX seriyalı ******* saylı çıxarış Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21 ünvanda yerləşən * saylı və Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21 ünvanda yerləşən * saylı yaşayış evlərin həyətyanı sahələrdə (texniki pasportda uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmişdir. Istinad edilmiş qərardan üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2015-ci il tarixli, *-*inz(***)-***/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəməyə təqdim edilmiş qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, onun və X3 cavabdehlər İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və reyestr xidməti Idarəsinə qarşı qaldırdıqları alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv edilməsinə dair tələblərin qismən təmin edilməsi, “xxxx” MMC ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs aralarında bağlanmış ##.##.2013-cü il tarixli AN-1 ******* nömrəli alqı satqı müqaviləsinin onlara aid hissədə (Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi 21-ci döngədə yerləşən 1 otaqlı, 32,8 kv.m yaşayış sahəsindən ibarət * saylı yaşayış evinin və Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi 21-ci döngədə yerləşən 1 otaqlı 25,2 kv.m sahəli * saylı fərdi yaşayış evi texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınmaz əmlakın reyestrində *** nömrəli kitabın ***** nömrəli vərəqəsində aparılmış qeydiyyat ona və digər iddiaçıya münasibətdə ləğv edilmiş, həmin qeydiyyat əsasında da İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ##.##.2013-cü il tarixli ************ reyestr nömrəli çıxarış ona və digər iddiaçıya münasibətdə ləğv edilmiş, bu barədə müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Reyestr Xidmətinə həvalə edilmişdir. Istinad edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilərək icra edilmişdir. MM-nin 82.3-cü maddənin tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar yenidən araşdırılmır və mübahisləndirilmir. Bu əsasla da hesab edir ki, məhkəmənin işin həqiqi halları ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərə almadan gəldiyi nəticə əsaslı və qanuni hesab edilə bilməz. Qanuni qüvvəyə minmiş qeyd edilmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2012-ci il tarixli, *** saylı sərəncamı ilə ona (o cümlətən X3) məxsus torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sərəncamına verildikdən sonra axırıncı tərəfindən həmin torpaq sahəsində mövcud olan mülkiyyətlərində olan evlər sökülərək dağıdılmış, yerində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən çimərliyə gələn avtomaşınlar üçün dayanacaq meydançası yaradılmış, bu günədək də onlara məxsus torpaq sahəsindən həmin qaydada qanunsuz istifadə olunur. Belə olduğu halda hesab edir ki, məhkəmə mübahisə edilən ünvanda yerləşən ona məxsus fərdi yaşayış evin sökülməsi səbəblərinə əhəmiyyət vermədən həmin evin yerləşdiyi, texniki pasportda göstərilmiş torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydə alınması və adına reyestrdən cıxarışın verilməsinə dair tələbini rədd etməkdə haqlı olmamışdır. Digər tərəfdən məhkəmə belə bir nəticəyə gələrkən eyni əsaslar və eyni tələb əsasında çıxarılmış və qanuni qüvvəsini almış * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallara da əhəmiyyət verməmişdir. Istinad edilmiş qərardan görünür ki, məhkəmə həmin qərarla iddiaçı X3 Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, döngə 21, * saylı fərdi yaşayış evinin (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sökdüyü) 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd edilmiş qərardan cavabdehin verdiyi apellyyasiya və kassasiya şikayətləri təmin edilməmiş, DƏDRX idarəsi həmin qərarı icra edərək X3 adına ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. O ki qaldı məhkəmənin iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/**** saylı ##.##.2025-ci il tarixli ekspert rəyi ilə mübahisə edilən 0,1898 ha torpaq sahəsi ************ reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahəsinin bir hissəsi olması müəyyən edildiyini və o, həmin qeydi mübahisələndirmədən hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığına dair nəticəsinə, hesab edir ki, məhkəmənin bu nəticəsi də cavabdehin elektron məhkəmə sistəminə yüklənmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı məktuba əlavə edilmiş ##.##.2024-cü il tarixli, 2-1(112)-5638/2024 (2530100506, **********) nömrəli mütəxəssis rəyi ilə tam təkzib olunur. Məlum məsələdir ki, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə razılaşmayaraq İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ************ reyestr nömrəli çıxarış * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli *in(**)-****/**** saylı qərarı ilə ləğv edildiyini, həmin qərardan verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2015-ci il tarixli, *-*inz(***)-***/**** saylı qərarı ilə təmin edilmədiyini və o vaxtdan da DƏDRX idarəsi tərəfindən həmin qərar icra edildiyinə istinad edərək məhkəmədən iş üzrə təkrar mütəxəssis rəyi tələb edilməklə məhkəmətikinti ekspertizasının keçirilməsi haqda qərardad qəbul edilməsi haqda vəsatət qaldırıb. Eyni zamanda da bu haqda Azərbaycan Respublikası Iqtisadiyyat nazirinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə rəsmi ərizə ilə müraciət edərək ##.##.2025-cü il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyi ilə müəyyən edilmiş yanlışlıqların aradan qaldırılması, mübahisə ilə bağlı işin həqiqi hallarına uyğun obyektiv rəyin verilməsini təmin etməyi xahiş edib. Çox təəssüf ki, məhkəmə işin həqiqi hallarını obyektiv araşdıraraq düzgün hüquqi qiymət vermək əvəzinə vəsatətini təmin etməmiş, lakin cavabdeh DƏDRX-nin * saylı ərazi idarəsi iş üzrə tam araşdırma aparmaqla daha öncə verdikləri mütəxəssis rəyində göstərilmiş halları tam təkzib edən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyi məhkəməyə təqdim etmişdir. Bu əsasla da hesab edir ki, birinci instansiya məhkəməsinin MM-nin 139.1, 152.1-ci maddələrinin tələblərinə düzgün istinad etmədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qərarda istinad etdiyi maddələrini düzgün tətbiq etmədən ona məxsus 0,1880 ha torpaq sahəsi ************ reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahəsinin bir hissəsi olmasının müəyyən edilməsi, onun isə həmin qeydi mübahisələndirmədən məhkəməyə hazırki iddia ilə müraciət etdiyinə dair gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi Cavabdeh ilə əvəz edilmişdir. Bakı Apellayasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hazırki iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, iddiaçının nümayəndələri və vəkilləri vəkil2 və vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış. Iddia tələbindən görünür ki, iddiaçı İddiaçı ünvan * saylı ünvanda yerləşən 1965,0 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Iddiaçı 1998-ci ilin iyul ayında atası X2 adına tərtib edilmiş Texniki Pasportda göstərilən torpaq sahəsinə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına 2 texniki pasport əlavə edilmişdir. Hər iki texniki pasport 1998-ci ilin iyul ayında tərtib edilmişdir. 1-ci texniki pasport X2 adına tərtib edilmişdir, torpaq sahəsi 2000 kv.m (tikintialtı 35.0 kv.m, həyət 1965.0 kv.m), tikili 28.0 kv.m (yaşayış sahəsi 28.0 kv.m) göstərilmişdir (Iş mat. səh. 8-13). Iddiaçı iddia tələbində məhz həmin texniki pasporta istinad edir. Həmin texniki pasportda ünvan A.Salahzadə küçəsi, Döngə 21, ev 1 qeyd edilir. 2-ci texniki pasport isə İddiaçı adına tərtib edilmişdir, torpaq sahəsi 1880.0 kv.m (tikintialtı 97.0 kv.m, həyət 1783.0 kv.m), tikili 32.8 kv.m (yaşayış sahəsi 32.8 kv.m) göstərilmişdir (Iş mat. səh. 78-81). Həmin texniki pasportda isə ünvan A.Salahzadə küçəsi, Döngə 21, ev 1v qeyd edilir. Göründüyü kimi, hər iki texniki pasport eyni tarixdə tərtib edilmişdir, iddiaçının və onun atasının adına tərtib edilmiş ayrı-ayrı texniki pasportlarda torpaq sahələri və tikililər fərqlidir. Beləliklə, iki texniki pasport mövcuddur, iddiaçı atasının adına tərtib edilmiş texniki pasporta istinad edir. Iş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bilgəh qəsəbəsində 1 yaşayış otaqlı yaşayış sahəsi 28.0 kv.m olan yaşayış evinə iddiaçının atası X2 hüququ qeydə alınmışdır, əsas kimi Abşeron rayon XDS IK-nin **/** nömrəli ##.##.1988-ci il tarixli qərarı göstərilmişdir. Digər bir Qeydiyyat Vəsiqəsinin surətindən isə görünür ki, Bilgəh qəsəbəsində 1 yaşayış otaqlı yaşayış sahəsi 32.8 kv.m olan yaşayış evinə iddiaçının atası X2 hüququ qeydə alınmışdır, əsas kimi Sabunçu rayonu IH-nin Bilgəh qəsəbəsi nümayəndəsinin ** nömrəli ##.##.1997-ci il tarixli qərarı göstərilmişdir. Iş materiallarına əlavə edilmiş və iddiaçının istinad etdiyi məhkəmə qərarlarında (* saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *in(**)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qərarı, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2014-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli qətnaməsi) mübahisə predmeti isə iddiaçının atasına məxsus yaşayış evi və onun həyətyanı sahəsi (qeyd olunan texniki pasport və qeydiyyat vəsiqəsi) ilə əlaqədar olmuşdur. Iddiaçı onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə üçüncü şəxsin qeydiyyatının ləğv edildiyini bildirsə də, bununla bağlı məhkəmə mübahisələri iddiaçının deyil, onun atasının mülkiyyətində olan yaşayış evi və evin qeyd olunan texniki pasportdakı torpaq sahəsi ilə bağlı olmuşdur, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlərlə bağlı üçüncü şəxslə aralarında məhkəmə mübahisəsi olmamışdır. Iddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatda Abşeron rayonu Bilgəh-Zəfəran sovxozunun ##.##.1998-ci il tarixli * nömrəli əmrinə əsasən ona 0.18 ha torpaq sahəsinin ayrıldığını və orada inşa etdiyi 32.8 kv.m fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınanaraq qeydiyyat vəsiqəsinin verildiyini bildirir. Lakin məhkəməyə təqdim etdiyi Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bilgəh qəsəbəsində 1 yaşayış otaqlı yaşayış sahəsi 32.8 kv.m olan yaşayış evinə iddiaçının atası X2 hüququ qeydə alınmışdır, əsas kimi Sabunçu rayonu IH-nin Bilgəh qəsəbəsi nümayəndəsinin ** nömrəli ##.##.1997-ci il tarixli qərarı göstərilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı İddiaçı adına tərtib edilmiş texniki pasportla bərabər cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə Sabunçu RIH başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndəsinin ##.##.1998-ci il tarixli sərəncamının surəti də əlavə edilmişdir. Həmin sərəncamdan görünür ki, Abşeron rayon Bilgəh Zəfəran sovxozunun ərazisində əkinə yararsız sahədə iddiaçı İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır, lakin torpaq sahəsi 0.10 ha göstərilmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş Abşeron RIH Abşeron rayon Dövlət Arxivinin arxiv çıxarışından görünür ki, Abşeron rayonu Bilgəh-Zəfəran sovxozunun ##.##.1998-ci il tarixli * nömrəli əmrinin surətinə əsasən iddiaçı iddiaçı İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır, lakin torpaq sahəsi 0.18 ha göstərilmişdir. Iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan torpaq sahəsi texniki pasporta əsasən 0.1880 ha olsa da, faktiki olaraq 0.1898 ha təşkil edir (0.0018 ha artıqdır). Torpaq sahəsinin sərhədlərinin bir tərəfi daş hasar, üç tərəfi isə şərtidir. Qeydiyyat vəsiqəsində qeyd olunan ümumi sahəsi 32.8 kv.m. olan fərdi yaşayış evi faktiki olaraq sökülüb. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən fərdi yaşayış evi faktiki mövcud olmadığından, eyni zamanda baş planda istinad məsafəsi göstərilmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsi ************ reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahənin bir hissəsidir. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi texniki pasporta əsasən 0.1880 ha təşkil edir. Torpaq sahəsinin sərhədlərinin bir tərəfi daş hasar, üç tərəfi isə şərtidir. Qeydiyyat vəsiqəsində qeyd olunan ümumi sahəsi 32.8 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq sökülüb. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2015-ci il tarixli icra vərəqəsi və * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)- ****/**** saylı qərarı əsasında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan 2.53672 ha torpaq sahəsinə dair verilmiş (************ reyestr nömrəli) X4 və İddiaçı aid hissədə etibarsız hesab edilərək ləğv edildiyi üçün üst-üstə düşmə yoxdur. Qeyd olunan əsaslarla faktiki olaraq iddia olunan 0.1880 ha torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına xüsusi mülkiyyət üzrə yerdəqalan 2.1487 ha torpaq sahəsi ilə eyni hasar daxilində yerləşir. Məhkəmə kollegiyası ##.##.2025-ci il tarixli ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, yuxarıda sadalananlardan da göründüyü kimi, məhkəmə mübahisəsi iddiaçının deyil, onun atasının mülkiyyətində olan yaşayış evi və evin qeyd olunan texniki pasportdakı torpaq sahəsi ilə bağlı olmuşdur, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlərlə bağlı üçüncü şəxslə aralarında məhkəmə mübahisəsi olmamışdır. Iş materiallarından isə görünür ki, iddiaçı İddiaçı adına 1998-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportda torpaq sahəsi 1880.0 kv.m göstərilmişdir, eyni zamanda Sabunçu RIH başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndəsinin ##.##.1998-ci il tarixli sərəncamının surətinə əsasən Abşeron rayon Bilgəh Zəfəran sovxozunun ərazisində iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır, bundan başqa, Abşeron rayonu Bilgəh-Zəfəran sovxozunun ##.##.1998-ci il tarixli əmrinin surətinə əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.18 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçı hansı hüquqmüəyyənedici sənədə əsasən göstərilən torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasını tələb etdiyini dəqiq göstərə bilmir, buna uyğun olaraq torpaq sahəsinin yerləşmə cizgisini, koordinatlarını təqdim edə bilmir, faktiki yerini göstərə bilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsi iddiaçının istifadəsində olmamışdır, iddiaçı torpaq sahəsinin yerini göstərə bilmir. Həm cavabdehin mütəxəssisləri tərəfindən, həm də ekspertlər tərəfindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya baxışı zamanı keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, göstərilən sahə ümumi torpaq sahəsinin daxilindədir, iddiaçının iddia etdiyi torpaq sahəsi digər sahələrdən şərti ayrılmamışdır, iddiaçı torpaq sahəsinin yerini göstərə bilmir. Iddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin daxilindədir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı 1998-ci ilin iyul ayında atası X2 adına tərtib edilmiş Texniki Paspotda göstərilən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini xahiş edir. Lakin iddiaçının atası vəfat etmişdir, belə olan halda iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələblərinə əsasən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini tələb edə bilər. Bunun üçün isə əvvəlcə iddiaçı notariat orqanına vərəsəlik işinin açılması üçün müraciət etməli, bundan sonra hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün cavabdehə müraciət etməlidir, müraciətinə imtina cavabı alındığı təqdirdə eyni tələblə məhkəməyə müraciət etməli, yekunda qeyd olunan arayışı əldə etdiyi təqdirdə həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün müraciət edə bilər. Hazırki halda isə iddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən atasının adına olan texniki pasporta və atasının torpaq sahəsi ilə bağlı məhkəmə qərarlarına istinad edərək həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar