Məhkəmə qərarları › İş №2-1(103)-2816/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2816/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2816/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), X10 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçı X7 və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən, xx.xx.1973-cü il təvəllüdlü X7 (bundan sonra – iddiaçı) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022- ci il tarixli **********8 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün o, xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, onun hazırki obyektiv vəziyyənin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebal araxnoiditlə nəticələnmiş qalıq əlamətləri.” Diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş əlillik alt sistemi sənədlərinə əsasən: -iddiaçıya ilk, üçüncü dərəcə əlillik dərəcəsi xx.xx.1999-cu il tarixdən 1 il müddətinə xx.xx.2000-ci il tarixədək təyin edilmiş, əlillik dərəcəsi müddəti bitdikdən sonra hər dəfə uzadılmış, xx.xx.2008-ci il tarixdən ona ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, əlillik dərəcəsinin müddəti bitdikdən sonra hər dəfə uzadılmış, sonuncu təyin olunmuş əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, əlillik dərəcəsi təyin edilməsindən imtina edilmiş, əlavə müalicəyə ehtiyacın olması – Səbəb: “İxtisaslaşmış stasionar müalicə davam etdirilsin.” qərarı verilmiş, xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik dərəcəsi yenidən qiymətləndirilmiş, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, göndərişin natamam doldurulması – Səbəb: “Nevroloji klinikada ixtisaslı müayinə. Ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar dəqiqləşsin” göstərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyəti “Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri.” diaqnozuna əsasən bir daha qiymətləndirilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

4. İddiaçı X7 əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyası tərəfindən 13 may 2022-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü X4 (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2778003AAB7S nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Z.Müslümova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 894 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmis qalıq əlamətləri" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sol körpücük sümüyün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, funksiyasının pozulmaması ilə. Soltərəfli xroniki adheviz orta otit, soltərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sol qulaqda eşitməməsi ilə, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi Xroniki periodontit. Hər iki gözün sadə miopik astipmatizmi 0,75D nəticəsində görmə itiliyinin 0,7- yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla’' diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Baş beynin diffuz travması. Keçirilmiş QKBT. Baş beyin hemorragik əzilməsindən sonrakı vəziyyət. Kəllədaxili travmaların nəticələri, Postravmatik araxnoidal kist. Postravmatik ensefalopativa, kognitiv funksiyaların-yaddaş. qavrama və özünəqulluğun pozulması ilə. Postkontuzion sindrom. Qabarıq asteno-nevrotik sindrom, aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə” diaqnozu araşdırılmışdır. Müayinə zamanı sol körpücük sümüyünün bitişmiş sınığından sonra sol yuxarı ətrafda əlillik təyinatına əsas verən hərəki məhdudiyyət qeyd edilməmişdir. Nevroloji statusda yüngül ocaqlı simptomatika izlənilsə də, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş hərbi biletə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın Hərbi xidməti ləğv edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq İmkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1570/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X17 tərəfindən T691/2023 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Z.A.Müslümovun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “088 saylı göndərişində qeyd edilən “S06.2-baş beynin diffuz travması, keçirilmiş QKBT-sı, baş beynin hemorragik əzilməsindən sonrakı vəziyyət. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, posttravmatik araxnoidal kist, posttravmatik ensefalopatiya, koqnitiv funksiyalarınyaddaş, qavrama və özünəqulluğun pozulması ilə. Ağırlaşma: F07.2- postkontuzion sindrom, qabarıq asteno-nevrotik sindrom, aqressiv və depressiv epizodlar, vegetativ krizlər ilə” diaqnozu onun hazırkı sağlamlıq durumunun xəstəlikləridir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1570/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin əyani müayinəyə əsasən yenidən qiymətləndirilməsi Agentliyə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2024- cü il tarixli 3-17-4/2-5603/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin H00091160SHH nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məktuba əyani müayinəyə dair qərarın surəti əlavə edilmişdir. Qərarda göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERAda xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli Y00019972ZVD nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Yenidən əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1- 12533/2023). Vətəndaş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1570/2023 nömrəli qərardadına və 3-17-4/2-M-606/2024 nömrəli bildirişə əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 894 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının bas beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloii nişanələr, davamlı astenonevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətlər diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol körpücük sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, funksiyanın pozulmaması ilə. Soltərəfli xroniki adheziv orta otit soltərəfli konduktiv davamlı aqıresitmə, pıçıltı nitqini sol qulaqla eşitməməsi ilə, sağ qulaqda 6m məsafədən eşitməsi ilə. Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. Xroniki periodontit. Hər iki gözün sadə miopik astiqmatizmi 0,75D nəticəsində görmə itiliyinin 0,7 qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Müayinə zamanı sol körpücük sümüyünün bitişmiş sınığından sonra sol yuxarı ətrafda əlillik təyinatına əsas verən hərəki məhdudiyyət qeyd edilməmişdir. Nevroloji statusda yüngül ocaqlı simptomatika izlənilsə də, əlillik təyinatına əsas verməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başgicəllənmə və boğulmadan şikayətlənmişdir. Psixi statusu: suallara aktiv, ətraflı cavablar vermiş, yüngül emosional labillik izlənilmiş, psixi pozuntular aşkarlanmamışdır. Müayinə zamanı əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika aşkar edilməmiş, reflekslər canlı çadrılmıs, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst saxlanılmışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başgicəllənmə və boğulmadan şikayətlənmişdir. Anamnezində insult keçirdiyini, günəş şüalarının təsiri altında özünü pis hiss etdiyini qeyd etmişdir. Müavinə zamanı saturasiyası Sp02-99%, nəbzi 89 vurğu, tənəffüsün sayı 16 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmişdir. Psixi statusu: suallara aktiv, ətraflı cavablar vermiş, yüngül emosional labillik izlənilmiş, psixi pozuntular aşkarlanmamışdır. Müayinə zamanı əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika aşkar edilməmiş, reflekslər canlı çağrılmış, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst saxlanılmışdır. Agentlikdə aparılan əyani müayinələrdə tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun ixtisaslı həkim ekspertlər, o cümlədən, psixiatr və nevropatoloq tərəfindən ətraflı müayinə olunmuşdur. Psixi sənədlər keçirilən iki əyani komissiyadan sonraki tarixlərdə qeyd olunur. Əvvəl qeyd olunan asteno-nevrotik diaqnozu ilə uyğunsuz hesab olunmuşdur. Vətəndaşın aktiv sürücülük vəsiqəsi olması müəyyən edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başında sıxılma hissi, zəif görmə, astma xəstəliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında günəş şüalarının ona pis təsir etdiyini, son zamanlar tütün məshullarından istifadəsini dayandırması nəticəsində başağrılarının daha da artdığını, əsəbləşən zaman yaxınlarına xəsarət yetirdiyini, intihara cəhd etdiyini bildirmiş, medikamentoz preparatlardan “Klonozepam” qəbul etdiyini qeyd etmişdir. Müayinə gedişatında komissiya üzvləri tərəfindən intihar cəhdinin səbəbi soruşulduqda vətəndaş ağlayaraq komissiya otağını tərk etmişdir. Təqdim olunmuş tibbi müalicə sənədlərinə əsasən 2023-cü ilin may ayında “dərman zəhərlənməsi” olduğu qeyd edilmişdir. Vətəndaş baş-beynin instrumental müayinə nəticələrini təqdim etməmiş, təqdim olunmuş psixi müalicə sənədlərinin son illərə aid olması müəyyənləşdirilmişdir. Həmçinin astma xəstəliyi ilə bağlı şikayət bildirsə də, bu diaqnozu təsdiqləyən müayinə və müalicə sənədlərini təqdim etməmiş, dərman qəbulu haqqında məlumat verməmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də, sol qaşüstü nahiyədə çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda əyani müayinə zamanı zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, emosional stabil izlənilmişdir. Bələdliyi məkana qarşı qorunmuş, tənqidi tam müşahidə edilmiş, intellektual mnestik sferası yaşına və yaşam tərzinə uyğun olmuşdur (anamnezində intihar cəhdi), qavrama pozuntusu aşkar edilməmiş, hal-hazırda psixi sferada produkti), Yadddaş və qavrama pozuntusu aşkar edilməmiş, hal-hazırda psixi sferada produktiv simptomatika izlənilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12908/22 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023- cü il tarixli 1197 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə” kimi qeyd edilsə də, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X12 xx.xx.2023-xx.xx.2023cü il tarixli 5956 nömrəli Çıxarışında diaqnoz “Kəskin per oral dərman zəhərlənməsi (fenezepam və s.), orta agır dərəcədə” kimi qeyd edilmişdir. Təqdim edilmiş hərbi biletində AR MM-nin “Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası” haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 iyun 1992-ci il tarixdən 13 fevral 1994-cü il tarixinə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. 20 oktyabr 1993-cü il tarixində döyüş əməliyyat tapşırığını yerinə yetirib geri qayıdarkən avtomobil qəzası nəticəsində ağır kəllə beyin travması almışdır. 20 oktyabr 1993-cü il tarixindən 15 dekabr 1993-cü il tarixinə qədər N saylı hərbi hissədə “ağır kəllə beyin travması, beyin əzilməsi, subaraxnodial qansızma, postravmatik ensefalopatiya, diensefal sindrom, postravmatik imenengiya diaqnozu ilə stasionar müalicə almışdır. 03 avqust 2006-cı il tarixində 894 nömrəli xəstəlik haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnaməyə əsasən Hərbi Həkim Komissiyası onun sağlamlığının vəziyyəti barədə diaqnoz və xəsarətin dərəcəsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən: keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beyin əzilməsi, subaraxnodial qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri; sol körpücük sümüyün orta 1/3-nin qeyri-düzgün bitmiş sınığı; soltərəfli xroniki adheziv orta-xlorit soltərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sol qulaqda eşitməməsi ilə, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə; Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi; xroniki periodontit. O, 1998-ci il tarixindən 2008-ci il tarixinə qədər İİİ qrup əllilik müavinəti almışdır. 2008-ci il tarixdən isə İİ qrup əlil olaraq ömürlük müavinət ilə təmin olunmuşdur. Lakin, 2016-cı ildə ona beş illik müddət təyin edilmişdir. 2021-ci ildə isə ona təyin olunan əlillik müavinəti tam olaraq kəsilmişdir. Bu barədə hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 20 aprel 2022-ci il tarixində Agentlikdə nəzarət qaydasında müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qərar qəbul edilmişdir. Bu barədə rəsmi olaraq Agentlikdən 14 iyun 2022-ci il tarixli məktub ünvanına daxil olmuşdur. Bu qərarı qəbul edərkən onun obyektiv vəziyyəti düzgün qiymətləndirilməmişdir. Belə ki, onu müayinəsi zamanı cavabdeh tərəfə göndəriş göndərilmişdir. Həmin göndərişdə keçirilmiş ağır kəllə beyin travması, baş beyinin əzilməsi, subaraxnodial qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri diaqnozu müəyyən edilmişdir. Lakin, göndərişdə göstərilən əlamətlərin əlillik dərəcəsinin müəyyən edilməsinə əsas verməməsi nəticəsinə gəlinmişdir. Bildirir ki, yuxarıda qeyd olunmuş məlumatlar və hazırki iddia ərizəsinə əlavə olunan sənədlər də, bunu təsdiqləyir, uzun illərdir ki, barmaqlarında və qarın nahiyəsində qıcolmalar, onurğa bel sümüyündə ağrılar, baş gicəllənmələr, nevrozdan boğulmalar, gözündə zəifləmə, sol qulağının eşitməməsi, sol ayağın və sol qolumda keyimələr, astma xəstəliyi, burun sınığı nəticəsində çətin nəfəs alma, qaraciyərində və beynində şiş xəstəliyi. Yuxarıda göstərilən səbəblərdən əlilliyin təyin olunmasına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq, 14 iyun 2022-ci il tarixli məktubla əlilliyin təyin olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən, ona İİ qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsi zəruridir.

9. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.1999- cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar: Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travması. Davamlı qalıq əlamətləri.Xr.xolisistit.Xr pielonefrit. Qabarıq A.N.S; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Qarın boşluğunu dəlib keçən güllə yarasına görə laporotomiyadan nazik bağırsağın tikilməsi.Peritonitə görə laporotomiyadan s\v Kəskin bağırsağ kecməməzliyi funk...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travması.davamlı qalıq əlamətləri.Xr.xolisistit.Xr pielonefrit.Qabarıq A.N.S; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma. infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travması.davamlı qalıq əlamətləri.Xr.xolisistit.Xr pielonefrit.Qabarıq A.N.S; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2015- ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => SQ6 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni Baş beynin diffuz travması.Keçirilmiş qapalı kəllə beyin travması,baş beyin əzilməsinin qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Hipertenzion sindrom.Kistoz serebral araxnoidit. Qabarıq asteno nevrotik vəziyyət.Travmatik subaraxnoidal qansızma: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş qapalı kəllə beyin travması.baş beyin əzilməsinin qalıq əlamətləri.Postravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik: “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması.Keçirilmiş qapalı kəllə beyin travması,baş beyin əzilməsinin qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Hipertenzion sindrom. Kistoz serebral araxnoidit.Qabarıq asteno nevrotik vəziyyət.Travmatik subaraxnoidal qansızma; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş qapalı kəllə beyin travması,baş beyin əzilməsinin qalıq əlamətləri.Postravmatik ensefalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması, Keçirilmiş QKBT.Baş beyin hemorragik əzilməsindən sonrakı vəziyyət Kəllədaxili travmaların nəticələri, Postravmatik araxnoidal kist Postravmatik ensefalopatiya. koqnitiv funksiyaların-yaddaş, qavrama və özünəqulluğun pozulması ilə Postkontuzion sindrom, Qabarıq asteno - nevrotik sindrom,aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış stasionar müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 9 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 10.01,2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: S06.2 Baş beynin diffuz travması, Keçirilmiş QKBT,Baş beyin hemorragik əzilməsindən sonrakı vəziyyət Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Postravmatik araxnoidal kist, Postravmatik ensefalopatiya,koqnitiv funksiyaların- yaddaş,qavrama və özünəqulluğun pozulması ilə. Ağırlaşma F07.2 Postkontuzion sindrom, Qabarıq asteno - nevrotik sindrom,aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Nevroloji klinikada ixtisaslı müayinə.Ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar dəqiqləşsin” səbəbi ilə imtina verilmişdir. Bakı 9 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “X1: XİX Sinif - Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə iddiaçı X7 əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən 13 may 2022-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü X4 (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2778003AAB7S nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Z.Müslümova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 894 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral araxnoiditlə nəticələnmis qalıq əlamətləri" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sol körpücük sümüyün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, funksiyasının pozulmaması ilə. Soltərəfli xroniki adheviz orta otit, soltərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sol qulaqda eşitməməsi ilə, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi Xroniki periodontit. Hər iki gözün sadə miopik astiqmatizmi 0,75D nəticəsində görmə itiliyinin 0,7yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla’' diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Baş beynin diffuz travması. Keçirilmiş QKBT. Baş beyin hemorragik əzilməsindən sonrakı vəziyyət. Kəllədaxili travmaların nəticələri, Postravmatik araxnoidal kist. Postravmatik ensefalopativa, kognitiv funksiyaların-yaddaş. qavrama və özünəqulluğun pozulması ilə. Postkontuzion sindrom. Qabarıq asteno-nevrotik sindrom, aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə” diaqnozu araşdırılmışdır. Müayinə zamanı sol körpücük sümüyünün bitişmiş sınığından sonra sol yuxarı ətrafda əlillik təyinatına əsas verən hərəki məhdudiyyət qeyd edilməmişdir. Nevroloji statusda yüngül ocaqlı simptomatika izlənilsə də, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş hərbi biletə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın Hərbi xidməti ləğv edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq İmkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyalar (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistemi tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırır: - Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərində dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilir, 5 elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sonuncu dəfə iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də öz əksini tapan diaqnozun iddiaçının hazırki sağlamlıq durumunu əks etdirməsi iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının nəticəsi üzrə təqdim edilmiş T691/2023 saylı ekspert rəyi ilə öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh tərəfindən məhkəmənin “iddiaçının əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməsi barədə” qərardadının icrası ilə əlaqədar qəbul etdiyi 16 fevral 2024-cü il tarixli 3-17-4/3-3-1230/2024 nömrəli qərarında həmin diaqnozların Agentlikdə aparılan əyani müayinələrdə tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun ixtisaslı həkimekspertlər, o cümlədən, psixiatr və nevropatoloq tərəfindən ətraflı müayinə olunması nəticəsində öz təsdiqini tapmaması, bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Lakin, həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlər, qərarda qeyd edilən ixtisaslı həkim-ekspertlərin, psixiatr və nevropatoloqun ayrıayrılıqda müvafiq rəyləri və yaxud bununla bağlı imzalı qeydləri məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlar və eləcə də, məhkəmə tibbi ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 tərəfindən təqdim edilmiş 7691/2023 saylı ekspert rəyi nəzərə alındıqda cavabdehin əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarında göstərilən nəticə işin halları ilə uyğunluq təşkil etmir.

13. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı 1999-cu ildən 2021-ci il tarixədək fasiləsiz olaraq İİİ və İİ dərəcə əlillik dərəcəsinə malik olmuş, hətta ilk öncə ona İİİ dərəcə, sonradan isə İİ dərəcə əlillik dərəcəsi təyin edilmiş və yəni, iddiaçının sağlamlıq vəziyyəti getdikcə yaxşılaşmamış, əksinə daha da, ağırlaşmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina zamanı bütün bu hallar ətraflı araşdırılmamış, bu xüsusatların heç birinə qiymət verilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 22 il boyunca fasiləsiz əlillik dərəcəsinə malik olması, həmin xəstəliklərdən əziyyət çəkməsi, eləcə də, hazırda onda müşaiyət olunan xəstəliklərin (diaqnozun) xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə ona əlillik dərəcəsinin təyin edilməsi zamanı mövcud olan diaqnozlarla eynilik təşkil etməsi cavabdehin qərarının əsassız olmasına bir daha dəlalət edir.

14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Qeyd edirik ki. vətəndaş bas-beynin instrumental müavinə nəticələrini təqdim etməmiş, təqdim olunmuş psixi müalicə sənədlərinin son illərə aid olması müəyyənləşdirilmişdir. Həmçinin astma xəstəliyi ilə baqlı şikayət bildirsə də, bu diaqnozu təsdiqləyən müavinə və müalicə sənədlərini təqdim etməmiş, dərman qəbulu haqqında məlumat verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 12908/22 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 1197 nömrəli Tibbi rəyində diaqnoz 11 Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə” kimi qeyd edilsə də, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X12 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5956 nömrəli Çıxarışında diaqnoz “Kəskin per oral dərman zəhərlənməsi (fenezepam və s. orta ağır dərəcədə” kimi qeyd edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. 2022-ci il iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

24. “İnzibati icraat haqqında” Qanunun:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsindən ibarətdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Lakin hazırkı halda isə ikinci dərəcə əlillik dərəcəsinin yətin edilməsi ilə bağlı qərar dəyişdirilmədiyi halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi hüquqi cəhətdən mümkün deyildir. Odur ki, iddiaçının nail olmaq istədiyi hüquqi maraq nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı da ona uyğunlaşdırılmalıdır.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Əvvəla qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, X6 əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması xahiş edilmişdir.

35. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddiasında ona əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

36. İşin hallarından görünür ki, iddiaçıya 1999-cu ildə üçüncü dərəcə əlillik təyin edilmiş, o, 2008-ci il tarixədək üçüncü dərəcə əlil olmuş, 2008-ci ildə əlillik dərəcəsi növbəti dəfə qiymətləndirilərək ona ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş və bundan sonra iddiaçıda yalnız ikinci dərəcə əlillik dərəcəsi mövcud olmuşdur. 1999-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas verən diaqnoz kimi “Keçirilmiş qapalı kəllə beyin travması. davamlı qalıq əlamətləri. Xr.xolisistit. Xr pielonefrit. Qabarıq A.N.S”; xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsinə əsas verən diaqnoz kimi “Baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə beyin travması, beyin əzilməsinin qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Hipertenzion sindrom. Kistoz serebral araxnoidit. Qabarıq asteno nevrotik vəziyyət. Travmadik subaraxnoidal qansızma.” qeyd olunmuşdur. İddiaçı barəsində əlillik dərəcəsinin təyin edilməsindən imtina edilən zaman onda mövcud olan sonuncu diaqnozlar “Baş beynin diffuz travması, keçirilmiş QKBT, Baş beynin hemorragik əzilməsindən sonrakı vəziyyət, kəllədaxili travmaların nəticələri, Postravmatik araxnoidal kist, Postravmatik ensefalopatiya, koqnitiv funksiyaların-yaddaş, qavrama və özünəqulluğun pozulması ilə Postkontuion sindrom, Qabarıq asteno – nevrotik sindrom, aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə.”; “S06.2 Baş beynin diffuz travması, Keçirilmiş QKBT, Baş beyin hemorragik əzilməsindən sonrakı vəziyyət Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Postravmatik araxnoidal kist, Postravmatik ensefalopatiya, koqnitiv funksiyaların-yaddaş, qavrama və özünəqulluğun pozulması ilə. Ağırlaşma F07.2 Postkontuzion sindrom, Qabarıq asteno – nevrotik sindrom, aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə.”; “Baş beynin diffuz travması, keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının baş beynin əzilməsi, subaraxnoidal qansızmanın mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcəli artması ilə keçən serebral aranoiditlə nəticələnmiş qalıq əlamətləri.” olmuş və ən sonuncu diaqnozun iddiaçının hazırki sağlamlıq durumunu əks etdirməsi iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının nəticəsi ilə təsdiq olunmuşdur.

37. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X17 tərəfindən T691/2023 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Z.A.Müslümovun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “088 saylı göndərişində qeyd edilən “S06.2-baş beynin diffuz travması, keçirilmiş QKBT-sı, baş beynin hemorragik əzilməsindən sonrakı vəziyyət. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, posttravmatik araxnoidal kist, posttravmatik ensefalopatiya, koqnitiv funksiyalarınyaddaş, qavrama və özünə qulluğun pozulması ilə. Ağırlaşma: F07.2 - postkontuzion sindrom, qabarıq asteno-nevrotik sindrom, aqressiv və depressiv epizodlar, vegetativ krizlər ilə” diaqnozu onun hazırkı sağlamlıq durumunun xəstəlikləridir.

38. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin əyani müayinəyə əsasən yenidən qiymətləndirilməsi Agentliyə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2024- cü il tarixli 3-17-4/2-5603/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin H00091160SHH nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2816/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X17 tərəfindən T534/2024 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından və iddiaçı Z.A.Müslümov tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. İş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün onun adma 9 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş 2778003AAB7S saylı Forma 88-də göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: S06.2 - Baş beyinin diffuz travması. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyinin hemorragik əzilməsindən sonrakı vəziyyət. Ağırlaşmalar: Kəllədaxili travmaların nəticələri. Posttravmatik araxnoidal kist. Posttravmatik ensefalopatiya, koqnutiv funksiyaların - yaddaş, qavrama və özünəqulluğun pozulması ilə. F07.2 - Postkontuzion sindrom. Qabarıq asteno-nevrotik sindrom, aqressiv və depressiv epizodlar və vegetativ krizlər ilə. Yanaşı xəstəliklər: K29.4 - Xroniki atrofık qastrit. Xroniki atrofık qastrit. Tez-tez baş verən kəskinləşmələrlə. İlO - Essensial (birincili) hipertenziya. Arterial hipertenziya 2B mərhələ, risk 3” diaqnozu ona stasionarda aparılmış bütün növ müayinələrdən sonra qoyulduğundan onun hazırda həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Z.A.Müslümovun bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir.

40. Göründüyü kimi cavabdeh orqan iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin əsaslarını sübut edə bilməmişdir.

41. Həmçinin, cavabdeh inzibati orqan iddiaçıya əlillik təyin edildiyi halda sonradan onun barəsində əyani müayinə nəticəsinə əsaslanaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

42. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

44. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

45. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

46. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

47. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

48. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək, iddiaçı X6 əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı X6 əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar