Məhkəmə qərarları › İş №2-1(103)-2817/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2817/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2817/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X15 Asəf qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar X14, X12, X6 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ərizədə göstərilən torpaq sahələrinin müvafiq qaydada aidiyyəti orderlər üzrə mərzçəkmə ilə dəqiqləşdirilərək sənədləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər . İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixli 120 saylı sərəncama əsasən 203 saylı X3 və İstismarı Birliyi tərəfindən 44 saylı order əsasında X10 Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 438 a saylı, 8 saylı order əsasında X9 0,12 ha sahəsi olan 440 saylı, 14 saylı order əsasında İddiaçı 0,12 ha sahəsi olan 439 saylı və 43 saylı order əsasında X1 0,12 ha sahəsi olan 439 a saylı bağ sahəsi ayrılmışdır. Müxtəlif vaxtlarda ayrı-ayrı təşkilatlara müraciət etmələrinə baxmayaraq qeyd edilən torpaq sahələrinin müvafiq qaydada sanədləşdirilməsinə nail ola bilməmişlərYaxın qohum olduqları üçün həmin torpaq sahələrini birlikdə mişar daşı ilə hasarlamaq və aidiyyəti üzrə istifadə etmək istəsələr də aidiyyəti olmayan insanlar tərəfindən sökülmüşdür. Bununla bağlı hazırkı tələb üzrə cavabdehə müraciət etsələr də müsbət cavab ala bilməmiş, ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Daha sonra iddiaçılar X14, X12 və İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müvafiq aidiyyəti orderlər üzrə torpaq sahələrinin yerini dəqiqləşdirərək sənədləşdirilməsini və cavabdehin imtinasının qanunsuz hesab edilərək çıxarışların verilməsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5239/2023 nömrəli qərardadı ilə iddiaçılar X14, X12 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin yerini dəqiqləşdirərək sənədləşdirilməsi və cavabdehin imtinasının qanunsuz hesab edilərək çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2-1(112)-5239/2023 nömrəli inzibati işdən iddiaçı X14, X12 və İddiaçı aid hissələr yeni nömrə verilməklə müstəqil iş kimi ayrıca icraatlara ayrılmışdır. Məhkəmənin eyni tarixli və nömrəli digər qərardadı ilə iddia ərizəsi X2 aid hissədə qeyrimümkün hesab edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “438v” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023- cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlandığı müəyyən edilmişdir. (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan əlavə, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, BTK sxemində qeyd olunan bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd edilən torpaq sahəsi digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. Qeyd edilənlərlə yanaşı, ümumi sahəyə digər fiziki şəxslərin (X14 və X12) müraciətləri olmuşdur. Qeyd olunan səbəbləridən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********24 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 saylı qərarına uyğun olaraq 238 №li BTK tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli order üzrə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 439 v saylı 0,12 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 20.04.023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 438a saylı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 nömrəli sərəncamından çıxarışdan görünür ki, həmin sərəncama əsasən İddiaçı Ləhiş bağ massivində yerləşən 238 nömrəli BTK-dan bağ sahəsi ayrılmışdır. Əsas: Fond-478, siyahı 1, saxlama vahidi-9 -Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 238 nömrəli kooperativ tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli orderin əslinə baxış keçirilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 238 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 439 v nömrəli bağ sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 saylı qərarına uyğun olaraq 238 №li BTK tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 14 nömrəli order üzrə Ləhiş bağ massivindən ona ayrılmış 0,12 ha sahəsi olan 439 v nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 21 yanvar 1992-cı il tarixli 120 nömrəli sərəncamı əsasında 238 №li BTK-dan 0,12 ha sahəsi olan 439 v saylı bağ sahəsinin iddiaçıya ayrılmasına dair xx.xx.1992-ci il tarixli, 14 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Orderin verilməsi üçün əsas olan Bakı şəhər X17 İcraiyyə Komitəsinin 21 yanvar 1992-cı il tarixli, 120 nömrəli qərarının arxiv əsası mövcuddur, həmçinin sərəncamın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, X3 və istismarı birliyi tərəfindən iddiaçıya 439v saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1992-ci il tarixli, 14 nömrəli orderin olmaması iş üzrə mübahisəli hal deyil. Həmin orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi isə iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin əsli və yuxarıda vurğulandığı kimi, verilməsi üçün əsas olmuş qərar mövcuddur. İddia olunan bağ sahəsinin iddiaçının istifadəsində olmaması məsələsi ilə bağlı qeyd olunur ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxs özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal hüquqların qeydiyyatından imtinanın əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası X14 və X7 müraciətləri ilə bağlı qeyd edir ki, ilkin iddia ərizəsi və iş materiallarından görünməsi ilə yanaşı məhkəmə iclaslarında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, qeyd olunan şəxslər iddiaçının qohumlarıdır və onlar hər biri ayrı-ayrı orderlər əsasında ayrılmış fərqli bağ sahələri üzərində hüquqlara iddia edirlər. Belə ki, iş materiallarında olan X14, X12, İddiaçı, X5 tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədə aşağıdakılar bildirilmişdir: “Bildirmək istəyirik ki, xx.xx.1992-ci il tarixli 120 saylı sərəncama əsasən Ləhiş bağlar massivinin, 203 saylı BTK nəzdində X11 438a saylı 0.12 hektar torpaq sahəsi olan bağ ayrılmış; xx.xx.1990-cı il tarixli 4/143 saylı sərəncama əsasən Ləhiş bağlar massivinin, 181 saylı BTK nəzdində X9 440a saylı 0.12 hektar torpaq sahəsi olan bağ ayrılmış; xx.xx.1992-ci il tarixli 120 saylı sərəncama əsasən Ləhiş bağlar massivinin 238 saylı BTK nəzdində İddiaçı 439v saylı 0.12 hektar torpaq sahəsi olan bağ ayrılmış və həmçinin xx.xx.1992-ci il 120 saylı sərəncama əsasən, Ləhiş bağlar massivinin 203 saylı BTK nəzdində X1 0.12 hektar torpaq sahəsi olan 439 a saylı bağ ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, yaxın qohumlar olduğumuzdan əvvəllər tərəfimizdən 2 dəfə ümumi hasar çəkilmiş, lakin naməlum şəxslər tərəfindən hasarımız sökülüb dağıdılmışdır. Hal hazırda hərə öz daş hasarını ona məxsus sahədə tikmək üçün sizin təşkilat tərəfindən mərzçəkmə işlərinin aparılması vacibdir. Bununla əlaqədar olaraq yuxanda adı çəkilən ünvanlarda yerləşən torpaqlar üzərində dəqiq mərzçəkmə işlərinin aparılması üçün tərəfinizdən tabeçiliyinizdə olan lazımi qurumlara göstəriş verməyinizi xahiş edirik”. Göründüyü kimi, qeyd olunan şəxslər mərzçəkmə qaydalarına uyğun olaraq istifadələrinə olan torpaq sahələrinin koordintlarının dəqiqləşdirilməsi üçün müraciət etmiş və ümumi sahə də iddiaçı ilə birlikdə həmin şəxslər tərəfindən hasarlanmışdır. Cavabdeh tərəfindən iddiaçının naturada göstərdiyi sahənin bağların bölgü sxeminə əsasən hansı bağ sahəsinə uyğun gəlməsi, bağlararası yola uyğun gəlməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, qeyd olunan məsələlərlə bağlı məhkəmə tərəfindən cavabdeh inzibati orqana mütəxəssis rəyinin verilməsi üçün müraciət edilmiş və aşağıdakı məzmunda cavab alınmışdır: “Müraciətinizlə əlaqədar bildiririk ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmışdır. Göstərilən ümumi sahə 4392 kv.metr təşkil edir. Bundan əlavə sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmadı. Bu səbəblərdən araşdırılma aparılması və mütəxəssis rəyinin verilməsi tərəfimizdən mümkün olmamışdır.” Göründüyü kimi, verilmiş cavab torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması və iddia olunan sahənin bağların bölgü sxeminə uyğunsuzluğu ilə bağlıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsinin ümumi ərazi daxilində yerləşməsi və torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması əsası qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Həm də yuxarıda istinad olunan “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 7.2-ci bəndindən göründüyü kimi, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin və torpaq mülkiyyətçisinin (istifadəçisinin) iştirakı ilə aparılır. Bundan başqa Mübahisə predmeti olan torpaq sahəsinin ölçüsü, qonşu bağ sahələri ilə eyni hasar daxilində yerləşməsi, ümumiyyətlə konfiqurasiyası ilə bağlı uyğunsuzluqların aradan qaldırılması məsələsi iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. İddia olunan “439 v” saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının məsuliyyəti ilə bağlı məsələ olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar