Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2818/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4500/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı apellyasiya məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,109 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4500/2022 saylı 12 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4500/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir (hakim: H.Ağalarov) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və digər üçüncü şəxs məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbi ilə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iddia geri götürülmüş sayılmaqla inzibati mübahisə üzrə məhkəmə icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinə dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022- ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixə məhkəmə iclasları təyin edilmiş və iddia ərizəsində qeyd etdiyi ünvanına (ünvan 2dir, lakin iddiaçı tərəf heç bir məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya (iddia ərizəsində qeyd etdiyi ünvana) göndərilmiş bildirişlərdə, o cümlədən sonuncu, xx.xx.2022-ci il tarixli bildirişdə və hüquqi yardım məktubunda məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş və bu barədə qanunvericiliyin tələbləri izah edilmişdir.” Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilən normanın mənasına görə nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia ərizəsi geri götürülmüş sayıla bilər. Həmçinin, məhkəmə iddianın geri götürülmüş hesab edilməsi nəticəsinə gələrkən onun icraatdan yayınmasına dair passiv davranışı iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına da əsas ola bilər. İşdən aydın olur ki, hazırki işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərinə məhkəmə iclasları təyin edilmiş, lakin qeyd edilən tarixlərin heç birində iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin iş materiallarından qeyd edilən iclaslar barədə İddiaçı ünvan 3 ünvanına poçt vasitəsilə məhkəmə bildirişləri göndərilməsi görünsə də, həmin bildirişlər ünvanın tam olmadığı səbəbindən geri qaytarılmışdır. İddiaçının həmin bildirişlər barədə məlumatlı olmasına dair hər hansı sübutun olması iş materiallarından müəyyən edilmir. Eyni zamanda, işdən görünür ki, məhkəmə tərəfindən iddiaçıdan məhkəmə iclasına gəlməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2-1(112)-4500/2022 saylı sərəncam qəbul edilmiş, məhkəmə icraatından yayınmasının nəticələri izah olunmuşdur. Lakin, həmin sərəncam barədə də İddiaçı məlumatlı olmasını sübut edn hər hansı sənəd də iş materiallarında mövcud deyildir. Həmcinin qeyd olunan iclaslar barədə iddiacının məlumatlandırılması ücün SMS bildiriılərin göndərilməsi də iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən iddiacının məhkəmə iclasları barədə məlumatlı olması kimi qiymətləndirilməsi düzgün olmamışdır. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı yuxarıda sadalanan məhkəmə iclaslarında iştirak etdiyini və yalnız sonuncu xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının məhkəmə iclaslarının yeri və vaxtı, həmçinin məhkəmə icraatından yayınmasının nəticələri barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan “üzürsüz səbəbdən icraatdan yayınma əsası” ilə inzibati iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4500/2022 saylı, 13 iyul 2022-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2818/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2818/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver