Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2819/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2819/2023 (Açar sözlər: “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1115/2023 saylı, 12 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" ASC tərəfindən verilmiş 01/01 nömrəli xx.xx.2021-ci il tarixli arayışla, 001 nömrəli xx.xx.2023-cü il tarixli və 006 nömrəli xx.xx.2023-cü il tarixli məktublarla təsdiq olunur.
2. "xxxx" ASC tərəfindən verilmiş 01/01 nömrəli xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir: “X1 ondan ötrü ki, “BBTİ”-nin 1 saylı Evtikmə kombinatında 11 noyabr 1988-ci il tarixindən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr 875, xx.xx.1988-ci il). 01 mart 1989-cu il tarixindən baş korpus sahəsində dəmirbeton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir ( Əmr № 161, xx.xx.1989 il). 01 noyabr 1989-cu il tarixindən baş korpus sahəsində dəmirbeton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmişdir (Əmr № 928,xx.xx.1989 il).İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2006-cı il tarixədək əmək stajı 22 il 08 ay 11 gün təşkil edir.
3. 19 noyabr 2004-cü il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 1- ci bəndinə əsasən işdən azad edilmişdir. Əmr.N 45/k. xx.xx.2004-cü il). Göstərilən dövrdə D.Mamedov baş korpus sahəsində dəmir - beton konstruksiyaları üzrə qəlibçi işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 №-li qərarı təsdiq edilmiş güzəştli siyahının 14.10 dəmir-beton və beton məmulatlarının istehsalı üzrə öz əksini tapmışdır.”
4. "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 001 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir: “İddiaçı "BBTİ"-nin 1 saylı Evtikmə Kombinatında işlədiyi 1-ci dərəcəli fəhlə vəzifəsi və 2-ci, 3- cü dərəcəli qəlibçi vəzifəsində yerinə yetirdiyi əmək funksiyaları dəmir-beton və beton məmulatlarını quraşdırmaqdan, və digər məmulatları bir yerdən, başqa yerə daşımaqdan ibarət olmuşdur. Formal olaraq vəzifəsi qəlibçi yazılsa da əslində -dəmir-beton məmulatlarını fəhlə kimi bir yerdən başqa yerə daşımış və dəmir -beton məmulatlarından istifadə edərək beton istehsal edən fəhlələrin gördükləri digər işləri görmüşdür. Eyni zamanda onun işlədiyi sahə süni isitmə ilə beton məmulatlarının qurudulduğu sahə olmuşdur. Bir sözlə insan səhəti üçün zərərli sahədə işləmişdir.”
5. "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 006 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007cı il tarixli 12 №-li qərarı təsdiq edilmiş güzəştli siyahının 14.10 dəmir-beton və beton məmulatlarının istehsalı üzrə öz əksini tapmışdır.
6. "xxxx" ASC-nin yuxarıda qeyd edilən arayışlarından müəyyən edilir ki, iddiaçının 1989- 2004-cü illərdə işlədiyi vəzifələrin xüsusiyyətləri, o cümlədən iş şəraiti (vəzifənin adı fərqli ifadə olunsa da) təsvir olunmuş və həmin vəzifələrin
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifələrinə uyğundur. Məhkəmə icraatında cavabdeh tərəf həmin arayışlardakı məlumatların qeyri-mötəbərliyi ilə əlaqədar hər hansı dəlil gətirmədiyindən, belə hal icraatda müəyyən edilmədiyindən, həmin sənədlər mötəbər qiymətləndirilir. Göründüyü kimi, işdə olan arayış və digər sənədlərdən məlum olur ki, iddiaçının 2006-cı ilədək işlədiyi “qəlibçi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” bəndində nəzərdə tutulmuş peşələrə aid olduğundan, o, ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq (15 il 08 ay 18 gün) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajına malik sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XVİİ bölməsi, 2180800a kodu ilə təsdiq olunmuş “fəhlələr” peşəsi müəyyən edilmişdir.
8. HЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət dövrü 02 il 24 gün təşkil etmişdir.
9. Б 370869 nömrəli Diplomun surətindən görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil dövrü 02 il 10 ay 19 gün təşkil etmişdir.
10. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli Arayışında göstərilmişdir ki, İddiaçı 1976-cı il tarixində Şəki şəhəri 43 nömrəli Texniki peşə məktəbinə təhsil forması əyani olan “inşaatçı-xarrat” ixtisas qrupuna daxil olmuş, xx.xx.1979-cu il tarixində həmin məktəbi bitirmişdir və onun adına yazılmış Б 370869 nömrəli Diplom blankı Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixə ümumi stajının 25 ildən çox olduğunu nəzərə almaqla ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının adına açılmış Əmək kitabçasından və 21 iyul 1979-cu il tarixli “diplomdan görünür ki, 1976 -1979-cu illərdə peşə təhsili almışdır, xx.xx.1979-xx.xx.1980-cı illərdə xarrat kimi, 1980-1982-ci illər ordu sıralarında xidmət, xx.xx.1984-xx.xx.1988-ci illər xarrat, xx.xx.1988-ci ildə fəhlə, xx.xx.1989-xx.xx.2004-cü il tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçi işləmişdir. Bundan başqa “BAKİ İNŞAAT -1 AÇİQ SƏHİMDAR CƏMİYYƏTİ” nin 20 aprel 2021-ci il tarix aydınlaşdırıcı arayışına görə İddiaçı 11 yanvar 1988-ci il tarixdən 19 noyabr 2004-cü il tarixədək fəhlə qəlibləyici kimi işləmişdir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş güzəştli siyahının 14.10-cü dəmir beton məmulatlarının istehsalçısı kimin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Göründüyü kimi İddiaçı 25 ildən artıq onun 16 ili güzəştli şərtlərlə ümumi iş stajı vardır. Bundan başqa İddiaçı adına olan şəxsiyyət vəsiqəsindən görünür ki, o xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Əmək pensiyaları haqqında qanunun (10 mart 2017-ci il N 543-VQD tarxli dəyişikliyə qədər) 9.1-ci maddəsinə görə Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, çalışmışlarsa və fərdi, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Məmmədov X2 38-ci maddəsinə və Əmək pensiyaları haqqında qanuna müvafiq olaraq onun pensiya hüququ vardır . Pensiya hüququnu təmin etmək məqsədi ilə İddiaçı cavabdah Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş güzəştli siyahının 14.10-cü bəndində nəzərdə tutulan dəmir beton məmulatlarının istehsalçısı kimin güzəştli şərtlərlə pensiya almaq hüququnun olmadığını əsas gətirərək pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan başqa cavabdeh, İddiaçı iş stajını 23 il 1 ay 12 gün hesablamış, sığorta stajının və yığımın, minimum əmək pensiyasının təmin edilmədiyini bildirərək pensiya təyin etməkdən imtina olunmuşdur.
13. Daha sonra xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2017-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin müraciət etdiyi taxidən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
14. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı daha əvvəl ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********6 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi xx.xx.1983-cü il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasının və xx.xx.1980-ci il tarixli, ******* nömrəli hərbi biletinin surətinə əsasən ümumi sığorta stajının xx.xx.2004-cü il tarixədək 23 il 1 ay 12 gün olmaqla, tələb olunan müddətdən (25 ildən) az olduğunu bildirmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (10 mart 2017- ci il tarixli N 543-VQD nömrəli dəyişikliyə qədər) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi ödənilməsi şərtilə daxil edilir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixi, 12 nomrəli, Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən islahatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materialları bölməsinin (14) beton və beton məmulatlarının istehsalı bəndində (14.10) fəhlələr: Sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinisti və yeraltı qalereya fəhlələri peşələri nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən 20 aprel 2021-ci il tarixində təqdim edilmiş 01\01 nömrəli aydınlaşdırıcı arayışda qeyd edilir ki, iddiaçı 1 mart 1989-cu il tarixdən 19 noyabr 2004-cü il tarixədək adı çəkilən müəssisənin baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə fəhləqəlibləyici vəzifəsində çalışmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi qəlibçi peşəsi sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləycilərin maşinistləri və yeraltı qalereya fəhlələri vəzifələrinə uyqun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının mövcud olması mümkün deyildir. Bundan başqa, XŞTMF-ə təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il, 1 ay, 12 gün) olmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 19206,39 manat təşkil edir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1- cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (ışın) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə ış yerindən yə ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə iş yerindən 1 arayış əlavə etmişdir."xxxx" ASC tərəfindən 20 aprel 2021-ci il tarixində təqdim edilmiş 01X01 nömrəli aydınlaşdırıcı arayışda qeyd edilir ki İddiaçı 1 mart 1989-cu il tarixdən 19 noyabr 2004-cü il tarixədək adı çəkilən müəssisənin baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə fəhlə- qəlibləyici vəzifəsində çalışmışdır Göründüyü kimi, iddiaçının işlədiyi qəlibçi peşəsi sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləycilərin maşinistləri və yeraltı qalereya fəhlələri vəzifələrinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının mövcud olması mümkün deyildir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19206,39 manat təşkil edir. Bundan başqa, XŞTMF-ə təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il, 1 ay, 12 gün) olmuşdur. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər həm ümumi, həm də güzəştli şərtlərlə sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət gədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
15. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1115/2023 saylı, 12 may 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2017-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin müraciət etdiyi taxidən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. xx.xx.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur.
17. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtina dəlili həmçinin ondan ibarətdir ki, iddiaçının 25 ildən az (23 il 1 ay 12 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) ümumi iş stajına malik olduğunu bildirir. Hər bir halda cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır.
18. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının iş stajının hesablamalarından görünür ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı qeyd edilmiş iş stajları, o cümlədən xx.xx.1980-xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınsa da, iddiaçının təhsil dövrü, həmçinin xx.xx.1982xx.xx.1984- cü il tarixləri və xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı iş stajı nəzərə alınmamışdır. Cavabdeh inzibati orqan təhsil dövrünün (1976-1979), o cümlədən xx.xx.1982-xx.xx.1984-cü il tarixləri və xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı iş stajının nəzərə alınmamasını nə imtina məktubunda, nə iddiaya dair yazılı etirazda qeyd etməmişdir.
19. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 1976-ci ildən xx.xx.1979-cu il tarixədək Şəki şəhəri 43 nömrəli Texniki peşə məktəbini “İnşaatçı-xarrat” peşəsi üzrə texniki peşə məktəbin tam kursunu bitirməsi iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus Б 370869 nömrəli Diplomun notarial qaydada təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır.
20. Cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmayan təhsil dövrünün iddiaçının iş stajına hesablanmaması üçün hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının iş stajına hesablanmalıdır.
21. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasındakı 5 nömrəli qeydə əsasən iddiaçının işə qəbul edilmə qrafasında tarix qeyd edilməsə də, işə qəbul edilmə ilə bağlı əmrin tarixi və nömrəsi (Əmr № 89, xx.xx.1982), həmçinin işə qəbul edildiyi müəssisə və vəzifə qeyd edilmiş və həmin qeydlər müəssisənin ştampı ilə təsdiq edilmişdir, 6 nömrəli qeyddə isə xx.xx.1984-cü il tarixdə iddiaçının həmin müəssisədə işlədiyi vəzifə üzrə 4-cü dərəcənin verilməsi qeyd edilmişdir. Lakin, imtina məktubundan və iddiaya dair yazılı etirazdan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin müəssisədə olan iş dövrünü xx.xx.1982-ci il tarixindən nəzərə almalı olduğu halda xx.xx.1984-ci il tarixdən nəzərə almış və əmək kitabçasındakı 11 nömrəli qeydə əsasən iddiaçının xx.xx.2004-cü il tarixdən öz xahişi ilə işdən azad olunması (Əmr № 45/k, xx.xx.2004) öz əksini tapsa da, cavabdeh inzibati orqan iddiaçının həmin müəssisədə olan işdən azad olma tarixini xx.xx.2004-cü ildən hesablayaraq onun “2 il iş müddətini” stajına hesablamamışdır. 22. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən dövrlərin iddiaçının iş stajına hesablanmaması üçün hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının iş stajına hesablanmalıdır.
23. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci, 31.1-ci, 32.1-ci, 32.1-1-ci, 37.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə, 4.1.1-ci yarımbəndinə, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə, 67-ci maddəsinin 3cü bəndinin “v” yarımbəndinə, 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci, 12.1.-ci, 12.2.-ci, 12.3.-cü,19.1-ci maddələrinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
24. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1115/2023 saylı, 12 may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsaslandırarkən məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin təqdim etdiyi arayışa əsaslanmış və qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında işlədiyi vəzifə formal olaraq qəlibçi yazılsa da, gördüyü iş dəmir-beton məlumatlarını fəhlə kimi bir yerdən başqa yerə daşımaq olmuşdur. Bu hissədə güzəştli stajın tamamlandığı qeyd edən birinci instansiya məhkəməsi ümumi staja münasibətdə həm təhsil illərini sığorta stajına daxil etmiş, həm də əmək kitabçasında işə girmə tarixi göstərilmədiyi halda 1982-1984-cü illər üzrə iddiaçının əmək kitabçasında qeyd olunmuş dövrləri sığorta stajına daxil etmişdir. Hesab edir ki, aşağıdakı səbəblərdən birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. İlk öncə qeyd etmək istərdi ki, İddiaçı inzibati orqana xx.xx.2021-ci il tarixli müraciət ərizəsində güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunmasını hansı yaşdan istədiyi qeyd olunmamış, belə halda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının iş stajı araşdırılmış, həmin tələblərə uyğun olaraq iddiaçıya cavab verilmişdir. Yəni, iddiaçı öz ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, konkret olaraq hansı yaşdan istədiyini qeyd etməmişdir. Bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd etmək istərdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri göstərilsə də, təhsil dövrü sığorta stajına daxil edilən dövrlər arasında göstərilməmişdir. İddiaçıya münasibətdə inzibati icraat qüvvədə olan qanunvericiliyə müvafiq olaraq aparıldığı üçün təhsil dövrü sığorta stajına daxil edilməmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
27. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın - 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur.
31. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun - 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir.
32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin - 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun - 12-ci maddəsinə əsasən: - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
38. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Qərarın 29-32-ci bəndləri) çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənatə gəlmişdir ki, iddia tələbi əsaslıdır.
39. Belə ki, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.
40. Qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; - 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; - 57 yaşı tamam olmalıdır.
41. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.
42. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" ASC tərəfindən verilmiş 01/01 nömrəli xx.xx.2021-ci il tarixli arayışla, 001 nömrəli xx.xx.2023-cü il tarixli və 006 nömrəli xx.xx.2023-cü il tarixli məktublarla təsdiq olunur.(“İşin halları”nda sadalanmışdır).
43. işdə olan arayış və digər sənədlərdən məlum olur ki, iddiaçının 2006-cı ilədək işlədiyi “qəlibçi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” bəndində nəzərdə tutulmuş peşələrə aid olduğundan, o, ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq (15 il 08 ay 18 gün) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajına malik sayılır.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XVİİ bölməsi, 2180800a kodu ilə təsdiq olunmuş “fəhlələr” peşəsi müəyyən edilmişdir.
45. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur.xx.xx.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur.
46. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina dəlili həmçinin ondan ibarətdir ki, iddiaçının 25 ildən az (23 il 1 ay 12 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) ümumi iş stajına malik olduğunu bildirir. Hər bir halda cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır.Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının iş stajının hesablamalarından görünür ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı qeyd edilmiş iş stajları, o cümlədən xx.xx.1980-xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınsa da, iddiaçının təhsil dövrü, həmçinin xx.xx.1982-xx.xx.1984- cü il tarixləri və xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı iş stajı nəzərə alınmamışdır. Cavabdeh inzibati orqan təhsil dövrünün (1976-1979), o cümlədən xx.xx.1982-xx.xx.1984-cü il tarixləri və xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı iş stajının nəzərə alınmamasını nə imtina məktubunda, nə iddiaya dair yazılı etirazda qeyd etməmişdir.
47. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 1976-ci ildən xx.xx.1979cu il tarixədək Şəki şəhəri 43 nömrəli Texniki peşə məktəbini “İnşaatçı-xarrat” peşəsi üzrə texniki peşə məktəbin tam kursunu bitirməsi iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus Б 370869 nömrəli Diplomun notarial qaydada təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır.Həmçinin, iş materiallarında olan - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli Arayışında göstərilmişdir ki, İddiaçı 1976-cı il tarixində Şəki şəhəri 43 nömrəli Texniki peşə məktəbinə təhsil forması əyani olan “inşaatçı-xarrat” ixtisas qrupuna daxil olmuş, xx.xx.1979-cu il tarixində həmin məktəbi bitirmişdir və onun adına yazılmış Б 370869 nömrəli Diplom blankı Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
48. Məhkəmə, cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmayan təhsil dövrünün iddiaçının iş stajına hesablanmaması üçün hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının iş stajına hesablanmalıdır.
49. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir.
50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
51. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır.
52. Məhkəmə Kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı aşağıdakıları qeyd edir: “zəruri pensiya kapitalının mövcud olması” ilə bağlı tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixəndək qazanmışdır.Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
53. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə xx.xx.2021- ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapdığından, təyin ediləcək pensiya məbləği əvvəlki dövr (əvvəlki 3 il) üçün ödənilməlidir.
54. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1115/2023 saylı, 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1115/2023 saylı, 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.