Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-282/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2859/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2859/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim E.Mustafayev). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 2018-ci il Sanatoriya – kurort yollayışı ilə təmin olunmadığı üçün hər orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 2000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İİ dərəcəli müharibə əlili kimi 2018- ci il üçün Sanatoriya kurort yollayışının verilməsi üşün xx.xx.2018-ci il tarixdə ərizə ilə Nazirlik yanında Fondun Bakı şəhəri Xəzər şöbəsinə müracit etmişdir. Nazirlik yanında Fondun Bakı şəhər Xəzər rayon şöbəsi tərəfindən 2018-ci ildə Nazirlik tərəfindən şöbəyə Günəşli sanatoriyası üçün yollayış daxil olduqda növbəlik qaydasında putyovka ilə təmin olunacağı barədə xx.xx.2018-ci il tarixli № **********0 saylı məktubla yazılı qaydada məlumat verilmişdir. 2018-ci il ərzində həmin şöbənin məsul əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxlayanda bildirilmişdir ki, hələlik şöbəyə sanatoriya-kurort yollayışı daxil olmayıb. xx.xx.2019-cu il tarixdə yenidən həmin şöbəyə gedərək Sanatoriya-kurort yollayışı daxil olub olmaması ilə maraqlandı. Şöbənin həmin sahə üzrə məsul şəxsi olan Südabə adlı bir xanımın iştirakı ilə şöbəyə Sanatoriya-kurort yollayışı ilə təmin olunmaq üçün müraciət etmiş və yollayış ilə təmin olunmamış vətəndaşların ilkin sənətlər qovluğuna baxış keçirərkən ona aid ilkin sənətlər həmin qovluqda olmadığı aşkar olunmuşdur. Mövcud vəziyətin qanunvericiliyin tələbinə zidd olduğunu və ilkin müraciət sənətlərinin tapılmasını tələb etmişdir. Təxmini yarım saatdan sonra həmin məsul şəxs ilkin müraciət sənətlərini hardansa taparaq ona şifahi olaqar bildirmişdir ki, sizin ilkin sənətlərinizi görmədiyi üçün siz 2018-ci il üçün Sanatoriya-kurort yollayışı ilə təmin olunmamısınız. Nazirlik yanında Fondun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli № **********0-li məktubundada növbəlik qaydasında neçənci növbədə olması göstərilməməsi onun deməyə əsas verir ki, həmin qaydaların tələblərinə əməl olunmamışdır. 2018-cı il üzrə sanatoriya-kurort yollayışı ilə təmin olunmadığı halda E-sosial iternet portalı vasitəsi ilə əldə etdiyi sosial arayışdakı məlumatlara əsasən2018-ci il Sanatoriya - kurort yollayışı ilə təmin olunduğu göstərilmişdir. Bütün bunlarla əlaqadar olaraq tərəfindən xx.xx.2019-ci tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun direktoru Z.H.Babayevə e-poçt vasitəsi ilə və xx.xx.2019-ci tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi X7 X6 poçt vasitəsi ilə etdiyi şikayətə heç bir rəsmi cavab verilmədiyindən mövcud qanunvericiklərin tələbinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə DSMF-nun Bakı Şəhər Xəzər rayon şöbəsi tərəfindən Günəşli sanatoriyasına 029247-li yollayışı ilə təmin olunmuşdur. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1470/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Xanhüseyin oğlunun iddiası mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2211/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Xanhüseyin oğlunun iddia ərizəsi və ona əlavə edilmiş sənətlər ona qaytarılaraq iş üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2211/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından İddiaçı Xanhüseyin oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan sonra o Nazirlik yanında DSMF-nun Bakı Şəhər Xəzər rayon şöbəsinə inzibati orqan olaraq onun 2018-ci il üzrə Sanatoriya-kurort yollayışı ilə təmin olunmadığı üçün həmin orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə xeyrinə 2000.00 manat “kompensasiya” ödənilməsinə dair xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət etdi. Həmin ərizəyə cavab olaraq Nazirlik yanında Fondun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2019- ci il tarixli № **********1-li məktubda ərizəsinə mahiyətinə uyğun cavab verilməmiş və dolayısı ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Bakı Şəhər Xəzər rayon şöbəsinin inzibati orqan olaraq 2018-ci il üzrə Sanatoriya- kurort yollayışı ilə təmin olunmadığı üçün həmin orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə xeyrinə 2000.00 (iki min) manat “kompensasiya” ödənilməlidir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, ona İİ dərəcəli müharibə əlili kimi 2018-ci il üçün sanatoriya kurort yollayışının verilməsi üçün xx.xx.2018-ci il tarixdə ərizə ilə Nazirlik yanında Fondun Bakı şəhəri Xəzər şöbəsinə müracit etmişdi.Nazirlik yanında Fondun Bakı şəhər Xəzər rayon şöbəsi tərəfindən 2018-ci ildə Nazirlik tərəfindən şöbəyə Günəşli sanatoriyası üçün yollayış daxil olduqda növbəlik qaydasında putyovka ilə təmin olunacağı barədə xx.xx.2018- ci il tarixli № **********0 salı məktubla ona yazılı qaydada məlumat verilmişdi.2018-ci il ərzində həmin şöbənin məsul əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxladıqda bildirilmişdir ki, hələlik şöbəyə sanatoriya-kurort yollayışı daxil olmayıb. xx.xx.2019-ci il tarixdə yenidən həmin şöbəyə gedərək sanatoriya-kurort yollayışı daxil olub-olmaması ilə maraqlandıqda şöbənin həmin sahə üzrə məsul şəxsi olan Südabə adlı bir xanımın iştirakı ilə şöbəyə sanatoriya-kurort yollayışı ilə təmin olunmaq üçün müraciət etmiş və yollayış ilə təmin olunmamış vətəndaşların ilkin sənətlər qovluğuna baxış keçirərkən ona aid ilkin sənətlər həmin qovluqda olmadığl aşkar olunmuşdur. O, mövcud vəziyyətin qanunvericiliyin tələbinə zidd olduğunu və onun ilkin müraciət sənətlərimin tapılmasını tələb etdikdən sonra təxmini yarım saatdan sonra həmin məsul şəxs tərəfindən ilkin müraciət sənətlərimi hardansa taparaq və ona şifahi olaqar bildirilmişdir ki, ikin sənədlərini görmədiyi üçün o, 2018-ci il ücn sanatoriya-kurort yollayışı ilə təmin olunmamışdır.Nazirlik yanında Fondun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli**********0 saylı məktubunda da növbəlik qaydasında onun neçənci növbədə olmasının göstərilməməsi onu deməyə əsas verir ki, həmin qaydaların tələblərinə əməl olunmamışdır. 2018-cı il üzrə sanatoriya-kurort yollayışı ilə təmin olunmadığı halda E-sosial internet portalı vasitəsi ilə əldə etdiyi sosial arayışdakı məlumatlara əsasən onun 2018-ci il sanatoriya- kurort yollayışı ilə təmin olunduğu göstərilmişdir. Bütün bunlarla əlaqadar olaraq iddiaçı tərəfindən xx.xx.2019-ci tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun direktoru Z.H.Babayevə e-poçt vasitəsi ilə və xx.xx.2019-ci tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə poçt vasitəsi ilə etdiyi şikayətə heç bir rəsmi cavab verilmədiyindən mövcud qanunvericiliyinin tələbinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bundan əlavə xx.xx.2019-cu il tarixdə DSMF-nun Bakı Şəhər Xəzər rayon şöbəs tərəfindən Günəşli sanatoriyasına 029247-li yollayışı ilə təmin olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1470/2019-saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Xanhüseyin oğlunun iddiası mümkün sayılmamışdır.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2211/2019-saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Xanhüseyin oğlunun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona qaytarılaraq iş üzrə icraata xitam verilmişdir və ondan o apelyasiya şikayəti vermişdir.Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2012/2019-saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2211/2019-saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci istansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.Bundan sonra o, Nazirlik yanında DSMF - nun Bakı Şəhər Xəzər rayon şöbəsinə inzibati orqan olaraq onun 2018-ci il üzrə sanatoriya- kurort yollayışı ilə təmin olunmadığı üçün həmin orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə xeyrimə 2000.00 manat “kompensasiya” ödənilməsinə dair xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq Nazirlik yanında Fondun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2019-ci il tarixli **********1 saylı məktubunda ərizəsinə mahiyətinə uyğun cavab verilməmiş və dolayısı ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2016- cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Laçın rayonu, Fərəcan kəndində anadan olmuşdur, ünvan 2 mənzil 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 100286 saylı, xx.xx.2015-ci il tarixli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirən zaman İİ qrup əlil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsi xx xxxxxx 2018ci il tarixdə iddiaçının müraciətinə **********0 saylı cavab məktubunda iddiaçıya “Günəşli” sanatoriyasına putyovka (yollayış) ilə təmin olunmaq üçün xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması və xx.xx.2017- ci il tarixdə “Günəşli” sanatoriyasına putyovka (yollayış) ilə təmin olunması, Nazirlik tərəfindən şöbəyə “Günəşli” sanatoriyası üçün putyovka (yollayış) daxil olduqda onun növbəlilik qaydasında putyovka ilə təmin olunacağı barədə bildirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsi xx xxxx 2019-cu il tarixdə iddiaçıya **********1 saylı məktub ünvanlayaraq ilk dəfə xx.xx.2017-ci il tarixdə sanator-kurort putyovkası ilə təmin olunmaq üçün müraciət edilməsi ilə əlaqədar bildirmişdir ki, həmin müraciət əsasında xx.xx.2017-ci il tarixdə Günəşli sanatoriyasına 010638 nömrəli putyovka ilə təmin edilib. Növbəti dəfə xx.xx.2018-ci il tarixdə şöbəyə sanator-kurort yollayışı ilə təmin olunması barədə təkrar müraciət edib. Növbəlilik qaydasında xx.xx.2019-cu il tarixdə Günəşli sanatoriyasına 029247 nömrəli yollayışı ilə təmin edilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa şəhər şöbəsindən İİ qrup HXVYY Prezident təqaüdü aldığı və Şuşa şəhərində qeydiyyatda olduğu üçün növbəti dəfə sanator-kurort putyovkası ilə təmin olunmaq üçün həmin şöbəyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi iddianı həm ümumi, həm də "kompensasiyanın ödənilməsi tələbinə dair” iddia növlərinə xas olan xüsusi mümkünlük şərtlərinə cavab verdiyindən mümkün saymışdır. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı növbəlilik qaydasında xx.xx.2019-cu il tarixdə Günəşli sanatoriyasına 029247 nömrəli yollayış ilə təmin edilməsinə baxmayaraq, cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2859/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-282/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-282/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver