Məhkəmə qərarları › İş №2-1(103)-2820/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2820/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2820/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məlumatın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8185/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il № 1121№li sərəncamının 4.3-cü bəndi (bərə və əsas yük terminalının "xxxx" QSC-nin balansına nə vaxt verilməsi ) və 5-ci bəndinin (Tariflərin axırıncı dəfə nə vaxt baxıldığını) cavab vermək öhdəliyinin Azərbaycan Republikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il 1121№-li "xxxx" QSC-nin yaradılması haqqında Sərəncamının 4.3-cü bəndinin cavablandırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdehnə müraciət etsə də, cavabdeh öz növbəsində informasiya sorğusunun cavablandırılmasını öz üzərindən ataraq Azərbaycan Respublikasının Rəqəmsal tnkişaf və Nəqliyyat Nazirliyinə göndərmiş, Nazirlik isə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsaslanaraq aidiyyəti üzrə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına QSC-yə baxılması üçün ünvanlamışdır. Sərəncamda çox aydın şəkildə qeyd olunmuşdur ki, məhz Azərbaycan Respublikası Cavabdeh kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin. Sərəncamın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etsin. Azərbaycan Respublikası Cavabdeh 2007-ci il 28 avqust tarixli 136 №-li qərarının təsnifatında Cavabdeh İnzibati orqan kimi təstiq edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 2016-cı il 1 sentyabr tarixli338 №-li diqər qərarı ilə Liman müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisi kimi ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər siyahısına aid edilmişdir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 4-cü maddəsinə əsasən Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə belə qərarların və hərəkətləri qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir. Vətəndaşın hüquq və azadlıqlarına bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sənəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar. Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və qəbul olunması) üçün əsas sayılır, təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi(qərarların qəbul olunması) üçün əsas sayılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.01.; 4.0.05; 4.0.06. maddələrinə əsasən müraciətlərin baxılmasının əsas prinsipləri qanunçuluq və heç bir ayn-seçkiliyə və süründürməçiliyə yol verilməməsidir, və müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir. “Təbii inhisar haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1.7 bəndinə qörə liman təbii inhisar subyektidir. Həmin qanunun 6-cı maddəsinin 2.1-ci bəndinə əsasən və Azərbaycan Respublikasının “ Dəniz Limanları haqqında Qanununun 15-ci maddəsinə əsasən - limanda xidmətlərin qöstərilməsi qaydası Azərbaycan Respublikası Cavabdeh tərəfindən müəyyən olunmalı və liman xidmətlərinə,liman qurğularının istismarı,yükaşırma və dəniz üzqüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə qörə Tarif(qiymət) Şurası tərəfindən təsdiq edilməlidir. Həmin qanunun 15.4-cü maddəsinə əsasən Limanda göstərilən və təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.2. - 6.1.7. maddələrinə əsasən informasiyanın əldə olunmasının prinsiplərdən biri onun qanuniliyi, və dövlət tərəfindən qorunmasıdır və o cümlədən məhkəmə yolu ilə müdafiəsidir. Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və təbii inhisara malik olan hüquqi şəxslərin qöstərdikləri xidmətlərin tarifləri məhz yuxarıda qeyd olunan sərəncamın 5-ci bəndində öz əksini tapmışdır və məlumatın vacibliyinin alınması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-8185/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Məhkəmənin gəldiyi nəticə qanunsuz sayılmalıdır . Azərbaycan Respublikasının “Dəniz Limanları haqqında” Qanunun 15-ci maddəsinə əsasən-limanda xidmətlərin göstərilməsi qaydası Azərbaycan Respublikası Cavabdeh tərəfindən müəyyən olunmalı və liman xidmətlərinə, liman qurğularının istismarı, yükaşırma və dəniz üzqüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilməlidir. Göründüyü kimi qanun tələbi aydın şəkildə ifadə olunur müəyyən edən NK-nə aiddir və onu təsdiq edən Tarif (qiymət) Şurasıdır terminlər tam fərqli məna kəsb edir. NK-nin cavab verməmək bütün hallarda qanunsuzdur. Bir müəssisədə ki, Cavabdeh səlahiyyətlərini mənimsəyərək liman xidmət tariflərini özbaşına özü üçün qiymət təyin edirsə və bu qanunsuzduq artıq 6 il davam edərək qanuna çevrilirsə yəni hüquqi və fiziki şəxslərə saxta tariflər tətbiq olunaraq aldatma yolu ilə (dələduzluq) əmlakları ələ keçirilirsə yəni (pulları) bunlara bir başa cavabdeh (NK-i) məsuliyət daşıyır və daşımalıdır. (cavabdehin hərəkət hərəkətsizliyi). Cavabdeh bir müəssisə tərəfindən daha hansı səlahiyyətlərinin mənimsəmədi barədə hələlik üzə çıxan epizod yoxdur. Məhkəmə nəzarəti- icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedici hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. O cümlədən məhkəmə yol verilən qanun pozuntularının vaxtında aradan qaldırılması üçün tədbir görməlidir. Digər tərəfdən məhkəmənin vəzifəsi qanunçuluğun tətbiqində tələbində və icrasında heç biur təsir dairəsinə düşməyərək və ayrı-seçkiliyə qərəzsizliyə yol vermədən qanunlara tabe olmaqdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il № 1121№li sərəncamının 4.3-cü bəndi (bərə və əsas yük terminalının "xxxx" QSC-nin balansına nə vaxt verilməsi ) və 5-ci bəndinin (Tariflərin axırıncı dəfə nə vaxt baxıldığını) cavab vermək öhdəliyinin Azərbaycan Republikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, bərə və əsas yük terminalının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə verilməsi ilə bağlı iddiaçının Azərbaycan Respublikasının Cavabdehnə informasiya sorğusu baxılması üçün aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir. Odur ki, həmin sorğuya cavab verməli qurum aidiyyəti üzrə müvafiq nazirlikdir. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin fəaliyyətinə aid olan tariflərlə bağlı informasiya sorğusuna münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən sərəncama əsasən tariflərin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunması müəyyən edilmişdir. Bu səbəbdən də tariflərlə (onların dəyişdirilməsi ilə) bağlı birbaşa informasiya sahibi Azərbaycan Respublikası Cavabdeh deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cavabdeh həm bərə və əsas yük terminalının "xxxx" QSC-nin balansına verilməsi ilə bağlı, həm də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin fəaliyyətinə aid olan tariflərlə bağlı informasiya sorğusuna məlumat verməli deyildir. Belə ki, bərə və əsas yük terminalının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə verilməsi ilə bağlı iddiaçının informasiya sorğusuna cavab verməli qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin fəaliyyətinə aid olan tariflərlə bağlı informasiya sorğusuna münasibətdə isə cavab verməli qurum Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasıdır. Odur ki, iddiaçının iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-8185/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-8185/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar