Məhkəmə qərarları › İş №2-1(103)-2821/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2821/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2821/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X18 və X11 işə cəlb edilməklə) “torpaq sahəsinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-651/2023 saylı qərarından üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994cü il tarixli 407/286 nömrəli sərəncam əsasında Xəzər rayonu ərazisində yerləşən digər torpaq sahəsi üzərində digər fiziki şəxs (şəxslərin) adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış, plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X15 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X12 almış, alqı-satqı müqaviləsinə əsasən 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 65 kv.metr yaşayış sahəsi, 23,3 kv.metr köməkçi sahəsi olan 31 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 26 mart 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi ilkin mülkiyyətçi X16 fərdi ev tikintisi üçün keçmiş Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı ilə ayrılmışdır. İstifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi sonradan tərəfindən sökülərək yerində məlumatlandırma icraatı qaydasında yeni yaşayış evləri tikilmiş, həmin yaşayış evi üzərində mülkiyyət hüququnu sənədləşdirmək üçün 27 avqust 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilərək ona bu barədə məktubla cavab verilmişdir. İmtinanın əsası kimi məktubda qeyd olunur ki, arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tərəfindən təqdim edilmiş Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncam əsasında digər torpaq sahəsinə kadastr planı alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Həmçinin, torpaq sahəsinin texniki pasportla perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Halbuki, həmin sərəncam əsasında ayrılmış torpaq sahəsi 2006-cı ildən mübahisəsiz və fasiləsiz olaraq onun istifadə və sahibliyindədir və torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ həmin ildən cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Yaşayış evlərinə hüquqlarının qeydiyyatı ilə bağlı müraciətdən əvvəl həmin evlərin tikildiyi torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamın mövcud olub-olmaması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına tərəfindən nümayəndə vasitəsi ilə sorğu edilmiş, 23 avqust 2021-ci il tarixli, BA-03819-2021 nömrəli cavab məktubunda yuxarıda adı çəkilən sərəncamın Dövlət Arxivinin Bakı Filialında mövcud olması bildirilmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamın arxiv çıxarışından görünür ki, həmin sərəncam əsasında X16 Mərdəkan qəsəbəsindəki 5/260 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər hesab olunur. Göründüyü kimi, yuxarıda adı çəkilən qanunvericilik aktlarına və Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamına əsasən mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinin altındakı torpaq sahəsini onun əvəzsiz olaraq özəlləşdirmək hüququ vardır, onun mülkiyyətçisi olduğu yaşayış evi adıçəkilən sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində tikilmişdir. Buna baxmayaraq, cavabdeh adıçəkilən sərəncamla digər fiziki şəxs tərəfindən digər torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına səhlənkarlıq nəticəsində və yaxud bilərəkdən yol vermiş, bu qanunsuzluq nəticəsində onun qanunla qorunan hüquqları kobud surədə pozulmuş, nəticədə məlumatlandırma icraatı qaydasında yaşayış evlərinə mülkiyyət hüququnun qeydiyyatının aparılması mümkünsüz olmuşdur. Bu vəziyyət eyni zamanda tərəfindən yaşayış evlərinin altında olan torpaq sahəsinin gələcəkdə özəlləşdirilməsini də qeyrimümkün etmişdir. Qeyd etdiyi kimi müvafiq qanunvericiliyə əsasən onun həmin torpaq sahəsini də əvəzsiz özəlləşdirmək hüququ vardır, ona görə də, torpaq sahəsinə mülkiyyət hüququnun gələcəkdə dövlət reyestrində qeydiyyata alınması cavabdeh tərəfindən yol verilmiş qanunsuzluğa görə mümkün deyildir. Qeyd olunan hallara görə digər torpaq sahəsinin yuxarıda adıçəklən sərəncam əsasında cavabdeh tərəfindən ona məlum olmayan digər fiziki şəxsin adına qeydiyyata alınması tamamilə qanunsuzdur, ona görə də, həmin sərəncam əsasında digər torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd olunan sərəncam əsasında digər torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına dair aparılmış qeydiyyatın ləğv edilməməsi onun hüquqlarını kobud surətdə pozur, qanunla qorunan mənfeyinə və maraqlarına tamamilə ziddir. Belə ki, həmin sərəncama əsasən dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatı onun yaşayış evi və altındakı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına imkan vermir, konstitusion hüquqlarını tam məhdudlaşdırır, ona görə də, həmin sərəncamla torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər üçüncü şəxs kimi məhkəmə prosesinə cəlb edilməklə aparılmış qeydiyyat və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Belə ki, iddiaçının idarəyə müraciəti çıxarış və plan və ölçü sənədinin ləğv edilməsi ilə əlaqədar deyil, “Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı olmuşdur. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı əsasında X15 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********33000370 nömrəli “Torpaq sahəsinin Kadastr planı” verilmişdir. Həmin 0.12 ha torpaq sahəsi ilkin olaraq xx.xx.2007-ci il tarixdə X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, xx.xx.2007-ci il tarixli, 4Ə/3-418 nömrəli alqı-satqı müqaviləsi əsasında X8 adına özgəninkiləşdirilmişdir. xx.xx.2014-cü il tarixdə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi **********04-10301 reyestr nömrəsi ilə X8 adına dövlət reyestrində qeydiyyata alınmış, hazırda onun xüsusi mülkiyyətindədir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X11 iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarış və plan-ölçünün ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin qeyd edilən inzibati iş üzrə X8 və X15 3-cü şəxs qismində cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatəti təmin olunmuşdur. Hazırda o, X11 və X18 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb olunmuşlar. Düşünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarış və plan-ölçünün ləğv edilməsi tələbi”nə dair iddiası aşağıda sadaladığı hallara görə əsassızdır və iddia tələbi rədd edilməlidir. Belə ki, o, 04 oktyabr 2007-ci il tarixində AN-İ № ******* reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, 11/26218 saylı arayışına və kitab 76, vərəq 7289, qeydiyyat vəsiqəsi 110752976, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsində 5/260 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini 7657 (yeddi min altı yüz əlli yeddi) manat pul vəsaiti ödəyərək, X5 almışdır. Qeyd edir ki, həmin torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 10 may 1994-cü il tarixli, 407/286 saylı Sərəncamı ilə X16 ayrılmışdır. Mülki Məcəllənin 646-cı maddəsinin tələblərini rəhbər tutaraq, Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 135.4-cü maddəsində isə qeyd olunur ki, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Qanunvericiliyin normasına əsasən Fazil Bağırovla torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərini nəzərə alaraq Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İşə digər üçüncü şəxs olaraq cəlb edilən Fazil Bağırovla bağladığı müqavilə Bakı şəhəri 7-ci dövlət notariat kontorunun notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmişdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.3-cü maddəyə görə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İş materiallarından da görünür ki, Fazil Bağırovun daşınmaz əmlakı olan torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq, qeydiyyata alınmış və satıcı öz əmlakına dair Sərəncam vermək hüququndan istifadə edərək, ona satmışdır. Bununla yanaşı Mülki Məcəllənin 146-cı maddəsinin tələblərini nəzərə alaraq hüququnun qeydiyyatı üçün müvafiq qurumlara müraciət etmişdir. Belə ki, sözügedən notarial qaydada təsdiq olunmuş müqavilə əsasında xx.xx.2007-ci il tarixində, **********04 saylı reyestr nömrəsi, ********* saylı qeydiyyat nömrəsi, ******* saylı Seriya MH nömrəsi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alaraq, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq elətdirmişdir. Həmin çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********04 saylı, xx.xx.2007-ci il tarixli həmin torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəyə görə isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən isə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Daha sonra, o, mülkiyyətində olan həmin torpaq sahəsi üzərində tikinti və yenidənqurma işləri aparmış, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması barədə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 387 nömrəli sərəncamı ilə, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahəsi üzərindəki 1 mərtəbəli, yarımzirzəmili, 5 yaşayış otağı sahəsi - 82,7 kv.m, köməkçi sahəsi - 47,12 kv.m., açıq eyvan - 23,5 kv.m., yarımzirzəmi - 12,4 kv.m., torpaq sahəsində hamam - 6, kv.m., cəmi torpaq sahəsi - 1200,0 kv.m. - dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, onun adına çıxarış və texniki pasport verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində 11/2759 saylı daxil olma nömrəsi ilə torpaq sahəsinin, 1-ci mərtəbənin və yarımzirzəminin planı təsdiq olunmuş, həmin tarixdə də, ünvan 1 ünvanı ilə qeyd olunaraq, sözügedən tikiliyə fərdi yaşayış evi olmasına dair **********04-10301 reyestr nömrəli Texniki Pasport və qeydiyyat nömrəsi ********** olan, ******* RX seriyalı Çıxarış verilmişdir. Bununla da, həmin torpaq sahəsi və üzərində olan tikiliyə dair tam mülkiyyət hüququ təsdiq olunmuşdur. Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası adlanan 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin, MM-nin 148.2-ci maddəsinin tələbini nəzərə alaraq qeyd edilə bilər ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni zamanda, torpaq üzərində tikiliyə aid olaraq onu qeyd etmək istərdi ki, Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının tələb etdiyi kimi çıxarışın ləğvinə dair heç bir əsas yoxdur. Belə ki, iş materiallarına əlavə etdiyi sənədlərdən də görünür ki, torpaq sahəsini tam qanuni şəkildə əldə etmiş, onun üzərində yenidənqurma işlərini qanunvericiliyə uyğun həyata keçirmiş və bunu təsdiq etdirmişdir. Lakin, bununla yanaşı əgər həmin torpaq sahəsinə olan hüququ əsassız olaraq qeydə alınsa idi, Mülki Məcəllənin 178.5-ci maddəsinin tələbinə (əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır) 15 il ərzində nəinki, fasiləsiz və etirazsız sahiblik etmiş, həmçinin yenidənqurma işləri aparmış, bütün hüquq və vəzifələri vaxtında və qaydasında həyata keçirmişdir. İddiaçı iddia ərizəsində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 65 kv.metr yaşayış sahəsi, 23.3 kv.metr köməkçi sahəsi olan 31 nömrəli fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X6 aldığını qeyd etmişdir. Bildirir ki, sənədlərdən də göründüyü kimi, hal-hazırda mülkiyyətində olan torpaq sahəsinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.ünvan 2 göstərilməmişdir. Bununla yanaşı, o, sözügedən torpaq sahəsini satın aldığı zaman üzərində hər hansı tikili olmamışdır. İddiaçının sözügedən fərdi yaşayış sahəsinə 2006-cı ildən etibarən sahib olub, 2021-ci ilədək, 15 il müddətində maraqlanmaması ağlabatan hal deyil. Bütün bu illər ərzində o, aşkar şəkildə tikinti aparmış, yenidənqurma işləri görmüşdür. Bunu da, müvafiq dövlət orqanlarında təsdiq etdirmişdir. İddiaçının bununla bağlı hər hansı etiraz və ya iradı olmamış, iddia irəli sürməmişdir. Bununla yanaşı iddiaçı öz ərizəsində Fazil Bağırovla aralarındakı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini deyil, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 65 kv.metr yaşayış sahəsi, 23.3 kv.metr köməkçi sahəsi olan 31 nömrəli fərdi yaşayış evini aldığını qeyd etmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin 2006-cı ildən mübahisəsiz və fasiləsiz olaraq istifadə və sahibliyində olmasını yazmışdır. İddiaçının bu illər ərzində həmin torpaq sahəsi necə istifadə və sahibliyində olmuşdur ki, o, tikinti işləri aparmış və bu işləri rəsmiləşdirmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Hal-hazırki vəziyyətdən də görünür ki, qarşı tərəf haqqında mübahisə irəli sürdüyü əmlaka faktiki sahiblik etməyib. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İddiaçı 2006-cı ildən əmlakın onun fasiləsiz istifadəsində olduğunu qeyd etsə də, faktiki olaraq bunun doğru olmadığı sənədlərdən və hazırki vəziyyətdən aydın görünür. Mülki Məcəllənin 152.4-cü maddəsinin tələblərinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddiaçı belə bir hüququ olmamışdır. Ona görə də, şəxs barəsində mübahisə edilən əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarış və plan-ölçünün ləğv edilməsi tələb etmək hüququ yoxdur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinə istinad etmişdir. Belə ki, Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmçinin, həmin Məcəllənin 2-ci bəndində qeyd olunur ki, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Bu müddəadan da görünür ki, torpaq üzərində hüquqların ötürülməsi üçün notarial müqavilə lazım olsa da, iddiaçının belə bir müqaviləsi olmamışdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə isə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən isə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən isə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçının iddiasını əsaslandırdığı Torpaq Məcəlləsində qeyd olunan müddəalardan heç biri iddiaçıya mübahisəsi üçün əsas vermir. Bunun əksinə, Məcəllənin müddəaları torpaq sahəsinə olan hüququnu birbaşa tanıyır. Eyni zamanda, etiraza əlavə etdiyi sənədlərdən də görünür ki, Torpaq Məcəlləsində qeyd olunmuş və onun hüququnun yaranması kimi göstərilmiş sənədlərin hamısı var və qaydasındadır. Mülki Məcəllənin 166.3-cü maddəsinin tələbinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mülki Məcəllənin 157-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bununla yanaşı onun mülkiyyət hüququnun müdafiəsi Mülki Məcəllənin 1-ci maddəsində qeyd olunan vəzifələrindən biridir. Belə ki, 1.2-ci bənddə qeyd olunur: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək mülki hüququn vəzifələrindən biridir. Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin nəzərə çatdırmaq istərdi ki, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. İddiaçının iddiası təmin olunduğu təqdirdə onun mülkiyyət hüquqları pozulacaqdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Konstitusiyanın 29-cu maddəsinin tələbinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda qeyd etməlidir ki, Konstitusiyanın 29-cu maddəsinin V bəndində qeyd olunur ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. İş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi mülkiyyətçi olaraq öz öhdəliklərini yerinə yetirmiş, vergi və digər kommunal ödənişləri də, qaydasında və vaxtı vaxtında ödəmişdir. Bununla yanaşı qeyd edir ki, iddiaçının iddiası təmin edildiyi halda İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolu ilə təsbit olunmuş mülkiyyətin müdafiəsi hüququ pozulmuş olacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5302/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə X18 və X11 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-651/2023 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddianın təmin edilməsi, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X15 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək X8 pozulmuş mülkiyyət hüquqlarının bərpasının təmin edilməsi məqsədilə İddiaçı iddia tələbi təmin edilməklə, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X15 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə əlavə təqdim edərək "X8 pozulmuş mülkiyyət hüquqlarının bərpasının təmin edilməsi məqsədilə İddiaçı iddia tələbi təmin edilməklə, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X15 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarınının ləğv edilərək, iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı üçüncü şəxs X8 qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının əsaslı surətdə pozulmasına səbəb olmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarış və plan-ölçünün ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin qeyd edilən inzibati iş üzrə X8 və X15 3-cü şəxs qismində cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatəti təmin olunmuşdur. İddiaçı iddia tələbi aşağıda sadaladığı hallara görə əsassızdır. Belə ki, X11 04 oktyabr 2007-ci il tarixində AN-İ № ******* reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, 11/26218 saylı arayışına və kitab 76, vərəq 7289, qeydiyyat vəsiqəsi 110752976,xx.xx.2007-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsində 5/260 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini 7657 (yeddi min altı yüz əlli yeddi) manat pul vəsaiti ödəyərək, X5 almışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 10 may 1994-cü il tarixli, 407/286 saylı Sərəncamı ilə X16 ayrılmışdır. Qanunvericiliyin normasına əsasən Fazil Bağırovla torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərini nəzərə alaraq Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İşə digər üçüncü şəxs olaraq cəlb edilən Fazil Bağırovla bağladığı müqavilə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmişdir. İş materiallarından da görünür ki, Fazil Bağırovun daşınmaz əmlakı olan torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq, qeydiyyata alınmış və satıcı öz əmlakına dair sərəncam vermək hüququndan istifadə edərək, ona satmışdır. Bununla yanaşı, Mülki Məcəllənin 146-cı maddəsinin tələblərini nəzərə alaraq hüququnun qeydiyyatı üçün müvafiq qurumlara müraciət etmişdir. Belə ki, sözügedən notarial qaydada təsdiq olunmuş müqavilə əsasında xx.xx.2007-ci il tarixində, **********04 saylı reyestr nömrəsi, ********* saylı qeydiyyat nömrəsi, ******* saylı Seriya MH nömrəsi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alaraq, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq elətdirmişdir. Həmin çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********04 saylı, xx.xx.2007-ci il tarixli həmin torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra, X11 mülkiyyətində olan həmin torpaq sahəsi üzərində tikinti və yenidənqurma işləri aparmış, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması barədə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 387 nömrəli sərəncamı ilə, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahəsi üzərindəki 1 mərtəbəli, yarımzirzəmili, 5 yaşayış otağı sahəsi - 82,7 kv.m, köməkçi sahəsi - 47,12 kv.m., açıq eyvan - 23,5 kv.m., yarımzirzəmi - 12,4 kv.m., torpaq sahəsində hamam - 6, kv.m., cəmi torpaq sahəsi - 1200,0 kv.m. - dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, onun adına çıxarış və texniki pasport verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində 11/2759 saylı daxil olma nömrəsi ilə torpaq sahəsinin, 1-ci mərtəbənin və yarım zirzəminin planı təsdiq olunmuş, həmin tarixdə də, ünvan 1 ünvanı ilə qeyd olunaraq, sözügedən tikiliyə fərdi yaşayış evi olmasına dair **********04-10301 reyestr nömrəli texniki pasport və qeydiyyat nömrəsi ********** olan, ******* RX seriyalı Çıxarış verilmişdir. Bununla da həmin torpaq sahəsi və üzərində olan tikiliyə dair tam mülkiyyət hüququ təsdiq olunmuşdur. Mülki Məcəllənin Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası adlanan 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin, 148.2-ci maddənin tələbini nəzərə alaraq qeyd edilə bilər ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Belə ki, iş materiallarına da əlavə edilən sənədlərdən də görünür ki, torpaq sahəsini tam qanuni şəkildə əldə edilmiş, onun üzərində yenidənqurma işləri qanunvericiliyə uyğun həyata keçirilmiş və bu təsdiq edilmişdir. Lakin, bununla yanaşı əgər həmin torpaq sahəsinə olan hüququ əsassız olaraq qeydə alınsa idi, Mülki Məcəllənin 178.5-ci maddəsinin tələbinə (əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır) 15 il ərzində nəinki, fasiləsiz və etirazsız sahiblik etmiş, həmçinin yenidənqurma işləri aparmış, bütün hüquq və vəzifələri vaxtında və qaydasında həyata keçirmişdir. İddiaçı fərdi yaşayış sahəsinə 2006-cı ildən etibarən sahib olub, 2021ci ilədək, 15 il müddətində maraqlanmaması ağlabatan hal deyil. Bütün bu illər ərzində o, aşkar şəkildə tikinti aparmış, yenidənqurma işləri görmüşdür. Bunu da, müvafiq dövlət orqanlarında təsdiq etdirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-651/2023 saylı qərarı ilə bu şərtlər olmadan iş üzrə üçüncü şəxs olan X8 mülkiyyət hüququ pozulmuşdur. Hərçənd, iddiaçının pozulduğunu iddia etdiyi hüquq başqa bir mülki məhkəmə icraatı qaydasında təmin olunmalı olduğu halda digər bir vətəndaşın, mülkiyyətçinin hüquqlarının pozulması ilə iddiasının təmin olunması ədalətli deyildir. Məhkəmənin qərarında qeyd etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Gashi Xorvatiyaya qarşı” işi üzrə 2007-ci il 13 dekabr tarixli, § 40 və “Stolyarova Rusiya Federasiyasına qarşı” iş üzrə 2015-ci il 29 yanvar tarixli § 49 qərarlarındakı hüquqi mövqeyə əsaslanmışdır. Bu mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxslərin hesabına düzəldilə bilməz. Məhkəmə öz qərarında sözügedən bu qərarlardan fərqli mövqe tutmuş, iddiaçının pozulduğunu iddia etdiyi hüququnun müdafiəsini 3-cü şəxsin hüququnu pozaraq müdafiə etməyə çalışmışdır. İddiaçının təmin olunan iddiası ilə onun hüquqlarının müdafiəsi ictimai qaydaya, qanuna və əxlaqa zidd üsullarla həyata keçirilmişdir. İş materiallarından və məhkəmənin qərarından da aydın olur ki, İddiaçı və X9 məxsus fərdi yaşayış evləri və onların altında yerləşən torpaq sahələri başqa başqa ünvanlarda yerləşir. Həmçinin iş materiallarındakı sənədlərdən də görünür ki, X3 daşınmaz əmlaka tam qanuni əsaslarla mülkiyyət hüququ əldə etmiş, onun üzərində yenidənqurma işləri aparmışdır. Bu işlərdən sonra da o müvafiq qurumlara vaxtında müraciət edərək, daşınmaz əmlakı sənədləşdirmişdir. Məhkəmənin digər bir fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi üçün başqa bir fiziki şəxsin hüquqlarını və qanuni mənafelərini pozması qanunauyğun və ədalətli deyildir. Belə ki, iddiaçı mülki məhkəmə icraatı qaydasında öz pozulduğunu iddia etdiyi hüquqlarını müdafiə və bərpa edə biləcəyi halda bunu etməmişdir. Məhkəmə qərarında daşınmaz əmlakın ilkin olaraq iddiaçıya satıldığını və buna görə də üstünlük hüququnun iddiaçıda saxlanılmaqla Sərəncamın ləğv edilməli olduğunu bildirmişdir. İddiaçı iddia ərizəsində X12 Bakı şəhəri, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evini aldığını qeyd etmişdir. Haqqında mübahisə edilən Sərəncamın məzmunundan da göründüyü kimi həmin Sərəncam torpaq sahəsinə dair verilmişdir. Torpaq sahəsinə verilmiş Sərəncamla fərdi yaşayış sahəsinin alqı-satqısının aparılması və bunun nəticəsində də üstünlük hüququnun iddiaçıya verilməsi məntiqə uyğun deyildir. Bununla yanaşı, iddiaçı hal hazırda ləğvini iddia etdiyi Sərəncamla indiyə qədər tanış olmamışdır. Belə ki, həmin sənədlər iş materiallarında olmamış, sonradan arxivə sorğu verilməklə əldə edilmişdir. Lakin, 3-cü şəxs X11 torpaq sahəsinin ayrılması üçün verilmiş Sərəncamla torpaq sahəsinin alqı-satqısını həyata keçirmiş, Sərəncamın əslini əldə etmişdir. Bununla yanaşı, məhkəmə işə baxarkən prosessual normaların da pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə qərarında dəqiqləşmiş ərizənin icraata qəbul edildiyini qeyd etmişdir. Halbuki, iddiaçının dəqiqləşmiş ərizəsi yekun məhkəmə iclasına qədər yazılı şəkildə təqdim edilməmiş, bu barədə tərəflərə hər hansı şifahi və ya yazılı məlumat verilməmişdir. Həmin ərizə nə cavabdehə, nə də 3-cü şəxslərə təqdim olunmamış və elektron məhkəmə sisteminə yerləşdirilməmişdir. Ona görə də tərəflərin sözügedən ərizə barədə məlumatı olmamışdır. İnzibati Prosessual Məcəllənin tələbinə əsasən dəqiqləşmə məhkəmənin hazırlıq iclasında olmalı idi. İddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz verərək apelyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2- 1(112)-651/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-651/2023 saylı qərarının ləğv edilib, iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-651/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. -İşdə olan ərizələrdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi, ev 31 ünvanında yeni inşa edilmiş tikilinin adına qeydiyyata alınaraq çıxarışın və texniki paspotun verilməsi ilə bağlı müraciət etmişdir. Məhkəmə icraatının gedişatında iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair digər şəxslərin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. -İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********50 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təqdim edilmiş xx.xx.1994-cü il tarixli 407/286 saylı Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam əsasında digər torpaq sahəsinə dair kadastr planı alınaraq daşınmaz əmlakın dövlət reyestrində qyediyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Həmçinin, torpaq sahəsinin texniki pasportla perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. -İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş X18 barəsində keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 407/286 saylı sərəncamının təsdiq edilmiş kserosurətindən görünür ki, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, 2 nömrəli evdə yaşayan heç bir yerdə işləməyən X16 Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. -İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsində istifadədə olan 0.12045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 65 kv.m yaşayış, 23.3 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində, ********* qeydiyyat nömrəsi, xx.xx.2006-cı il qeydiyyat tarixi, **********25-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. -İşdə olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportun surətindən görünür ki, texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənədlə 1200,0 kv.m, həqiqi 1204,5 kv.m, tikinti altında 156,5 kv.m göstərilmişdir. -İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən tikilməsi ilə bağlı layihə tərtib edilmiş layihə məlumatlandırma icraatı qaydasında xx.xx.2021-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. -Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli **********86 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi, 31 saylı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin surətləri təqidm edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli 10 may 1994-cü il tarixli sərəncamına əsasən Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi X16 ayrılmışdır. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Şağan qəsəbəsi, 5/260 saylı sahədə vətəndaş X15 tikdiyi 2 mərtəbəli, mansardlı, 4 yaşayış otağı – 64.9 kv.m, köməkçi sahə - 112.8 kv.m, açıq eyvan - 41.5 kv.m, mansard – 67.5 kv.m, torpaq sahəsində tikili olmayan cəmi torpaq sahəsi – 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubuna əsasən X15 müraciətinə əsasən, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsindəki X17 tərəfindən tikilmiş fərdi yaşayış evinə aşağıdakı poçt ünvanı təyin edilmişdir: Şağan qəsəbəsi, M.ünvan 3onu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, tərtib edilmiş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənədlə 1200,0 kv.m, həqiqi 1204,5 kv.m, tikinti altında 156,5 kv.m göstərilmişdir. Bakı şəhəri 7 saylı dövlət notariat ofisində təsdiq edilmiş 17 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X18 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli arayışına əsasən ümumi sahəsi 155.80 kv.m, yaşayış sahəsi 65.0 kv.m, köməkçi sahəsi 90,80 kv.m olan 4 (dörd) otaqlı və 1200 kv.m torpaq sahəsində yerləşən Şağan qəsəbəsi, M.Cəbrayılov 31 ünvanında yerləşən evi İddiaçı satmışdır. -Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx/xx-8192/11 nömrəli xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri 7 saylı dövlət notariat ofisində 17 fevral 2006-cı il tarixdə 4Ə/1-54 və 04 oktyabr 2007-ci il tarixdə 4Ə/3-418 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin kserosurətləri təqdim edilmişdir. Təqdim edilmiş notariat işlərinin kserosurətlərinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007ci il qeydiyyat tarixli çıxarışa əsasən X15 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi AN-İ seriyalı, 013764 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 tərəfindən X1. -Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli **********17 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi, ev 31 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Sözügedən məktuba qoşma şəklində Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli, 10 may 1994-cü il tarixli, X16 Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılması barədə sərəncamı və fərdi yaşayış evinin xx.xx.2006-cı il tarixli texniki pasportu əlavə edilmişdir. İşdə olan digər sənədlərdən müəyyən edilmişdir ki, 3-cü şəxs X4 qəsəbəsində 5/260 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etdikdən sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış evi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 387 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı əsasında qeydiyyata alınmış, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerləşmə cizgisi Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən təsdiq edilmiş, cizginin Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli, xx.xx.1994cü il tarixli sərəncamı əsasında tərtib edilməsi göstərilmişdir. N.Sofiyeva sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq MH seriyalı, 00091750 nömrəli, üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqlarını isə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014cü il tarixdə qeydiyyata aldıraraq MH seriyalı, ******* nömrəli çıxarışlar əldə etmişdir. İşdən müəyyən olunur ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi X16 ayrılmışdır. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Şağan qəsəbəsi, 5/260 saylı sahədə vətəndaş X15 tikdiyi 2 mərtəbəli, mansardlı, 4 yaşayış otağı – 64.9 kv.m, köməkçi sahə - 112.8 kv.m, açıq eyvan - 41.5 kv.m, mansard – 67.5 kv.m, torpaq sahəsində tikili olmayan cəmi torpaq sahəsi – 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubuna əsasən X15 müraciətinə əsasən, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsindəki X17 tərəfindən tikilmiş fərdi yaşayış evinə aşağıdakı poçt ünvanı təyin edilmişdir: Şağan qəsəbəsi, M.ünvan 4di yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, tərtib edilmiş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənədlə 1200,0 kv.m, həqiqi 1204,5 kv.m, tikinti altında 156,5 kv.m göstərilmişdir. Bakı şəhəri 7 saylı dövlət notariat ofisində təsdiq edilmiş 17 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X18 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli arayışına əsasən ümumi sahəsi 155.80 kv.m, yaşayış sahəsi 65.0 kv.m, köməkçi sahəsi 90,80 kv.m olan 4 (dörd) otaqlı və 1200 kv.m torpaq sahəsində yerləşən Şağan qəsəbəsi, M.Cəbrayılov 31 ünvanında yerləşən evi İddiaçı satmışdır. Daha sonra, F.Bağırov tərəfindən həmin sərəncam əsasında ona ayrılmış 5/260 saylı sahədə yerləşən torpaq sahəsinə dair Əzizbəyov rayon İcra hakimiyyəti başçısının İ müavini tərəfindən təsdiq edilmiş cizgi də, əldə edilərək xx.xx.2007-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmiş və həmin torpaq sahəsini müvafiq çıxarış əsasında xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X2. Göründüyü kimi, F.Bağırov tərəfindən eyni sərəncam əsasında torpaq sahələrinə dair başqa yerləşmə cizgisi əldə edilmiş, İddiaçı satılmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində fərdi yaşayış evi tikdikdən sonra aidiyyəti qurumdan başqa ünvan almış, fərqli torpaq sahələrinə dair adına qeydiyyat vəsiqələri əldə etmiş və nəticədə eyni sərəncam əsasında fərqli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi və torpaq sahəsi ayrıayrılıqda İddiaçı və X1. İddiaçı və X9 məxsus fərdi yaşayış evlərinin və onların altında yerləşən torpaq sahələrinin başqa-başqa ünvanlarda yerləşməsi, fərdi yaşayış evlərinin və altlarında yerləşən torpaq sahələrinin üst-üstə düşməməsi, hər iki fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üçün hüquqmüəyyənedici sənədin 5/260 nömrəli sahədə 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı olması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla sözügedən sərəncam əsasında F.Bağırova ayrılmış torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ilkin olaraq iddiaçıya satılması halını nəzərə alaraq hesab etmişdir ki, eyni hüquqmüəyyənedici sənəd əsasında fərqli torpaq sahələrinə və üzərində inşa edilmiş fərdi yaşayış evlərinə dair hüquqların dövlət qeydiyyatına alınması mümkün olmadığından, üstünlük hüququ iddiaçıda saxlanılmaqla, sözügedən sərəncam əsasında F.Bağırovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2007-ci il tarixli torpağa dair qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İPM-in 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, İddiaçı və X9 məxsus fərdi yaşayış evlərinin və onların altında yerləşən torpaq sahələrinin başqa-başqa ünvanlarda yerləşməsi, fərdi yaşayış evlərinin və altlarında yerləşən torpaq sahələrinin üst-üstə düşməməsi, hər iki fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üçün hüquqmüəyyənedici sənədin 5/260 nömrəli sahədə 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı olması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-651/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar