Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2821/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “müavinət məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək mərhum X3nun dəfni üçün təyin edilmiş müavinət məbləğinin geri qaytarılması və mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 xx.xx.2022-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək şəhid atası kimi şəhid ailəsinə görə 300 manat müavinət aldığını, bu müavinətin ödənilməyən illərə görə bir neçə ay ödəsələr də xx.xx.2020-ci ildən ona məlum olmayan səbəbdən kəsildiyini qeyd etmiş və bu barədə məlumat verilməsini xahiş etmişdir. Onun bu müraciətinə cavab olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli məktubla mərhum atasına bildirilmişdir ki, xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6354,49 manat artıq pul vəsatinin ödənildiyi, həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Daha sonra cavabdeh orqandan xəbər çıxmamış, atasının da səhhəti ağırlaşdığı üçün məsələ həll olunmamış qalmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O uzun müddət dövlət qulluğunda işləmiş, hətta 400 manat dövlət qulluğuna görə təqaüd almışdır. Bir hərbçi qardaşı şəhid olmuşdur və atasına şəhid ailəsi kimi müavinət də təyin edilmişdir. O və digər qardaşı da X11 ehtiyatda olan hərbi qulluqçudur. Atasını el adətinə uyğun olaraq Lerik rayonunda dəfn ediblər və dəfni ilə bağlı xərcləri o çəkib. Lakin nə ona, nə də digər ailə üzvlərinə onun dəfni üçün müavinət verilməmişdir. X2 müraciətinə xx.xx.2023-cü il tarixli verilmiş cavab məktubunda mərhum atasına guya artıq ödənilmiş pensiyanın məbləğinin yenidən hesablanaraq 6354,49 manatdan 875,84 manata azaldığı qeyd olunmuşdur. Həmin məktubda dəfn xərcinin çəkilməsinə görə ödənilməli olan 840 manat pul vəsaitinin qalıq borc 872,79 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi, qalıq borcun 32,79 manat təşkil etdiyi göstərilmişdir. Onun eyni məzmunlu müraciətinə də cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla eyni cavab vermişdir. O, sonuncu dəfə 2023-cü ilin dekabr ayında cavabdeh orqana müraciət edərək dəfn üçün müavinətin geri qaytarılmasını xahiş edib. Həmin ərizə də xüsusilə bildirib ki, cavabdehin heç bir qanuni əsaslandırması olmamış, istinad edilən “Əmək pensiyaları” haqqında qanunun 39.1-ci və 39.2-ci maddələrinin mətnin bu məsələyə düzgün tətbiq olunmadığı, dəfn üçün müavinətin birdəfəlik, tam və nağdsız qaydada ödənilən müavinət olduğunu xüsusi olraq bildirib. Həmin ərizəsinə cavab olaraq verilmiş 09.01,2024-cü il tarixli imtina məktubunda “Vaxtilə mərhum X8 artıq ödənilmiş pul vəsaitinin qalan 32,79 manat hissəsinin 2023- cü ilin dekabr ayında arvadı X6 əmək pensiyasından tutularaq büdcəyə bərpa edildiyi, hazırda qalıq borc məbləğinin olmadığı “qeyd olunmuşdur. Həmin məktubda həmçinin əvəzləşdirmənin guya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirildiyi göstərilmişdir. Halbuki həmin maddədə əvəzlişdirmənin birdəfəlik verilən müavinətin hesabına aparılması halı nəzərdə tutulmamışdır. Cavabdehin dəfn üçün müavinət hesabına apardığı əvəzləşdirmə qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi cavabdeh orqan xəbəri olmadan onların razılığı olmadan qanunsuz olaraq dəfn üçün müavinəti vərəsələrə heç bir xəbərdarlıq etmədən qanunsuz olaraq mərhum atasının qalıq borcuna silmişdir. Ümumiyyətlə cavabdeh artıq ödənilmiş əmək pensiyasını atasının sağlığında onun razılığı, ölümündən sonra vərəsələrinin razılığı ilə tuta bilərdi. Belə razılıq olmadıqda isə tutulma yalnız məhkəmənin qərarı əsasında aparılmalı idi. Cavabdeh isə razılığın və müvafiq məhkəmə qərarının olmamasına baxmayaraq qanunsuz olaraq dəfn üçün müavinətə və anamın pensiyasına tutma yönəltmişdir. Cavabdehin qanunsuz bu hərəkəti ilə ona və digər ailə üzvlərinə həmçinin mənəvi ziyan vurulmuşdur. Buna görə də cavabdeh vurduğu mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiya ödəməlidir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin “dəfn üçün təyin edilmiş müavinət məbləğinin geri qaytarılması” hissəsində rədd edilməsi barədə qərar, iddianın “mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ona ödənilməsi” hissəsində mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən mərhum Xureyman Qarayevə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 6354,49 manatdan 954,31 manata azaldılıb. Eyni zamanda, mərhum Xureyman Qarayevin pensiyasının (485,23 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyası 1 yanvar 2023cü il tarixindən 612,21 (485,23+10%+14,7%) manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 78,47 manat pul vəsaiti hesablanıb. Həmin 78,47 manat pul vəsaiti mərhuma artıq ödənilmiş 954,31 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıqödəmə 875,84 (954,31-78,47) manat təşkil edib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələr ödənilən şəxs vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş dövlət qulluqçusunun aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləği ilə həmin qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Qeyd olunanları nəzərə alaraq 5 may 2023-cü il tarixində (12 aprel 2023-cü il tarixindən hesablanmaqla) iddiaçının anası X9 mərhum Xureyman Qarayevə ödənilməli olan şərti əmək pensiyasının (612,21 manat) 80 faizi-489,77 manat məbləğində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin cari ilin aprel ayı üzrə (19 gün üçün) ödənilməli olan 3,05 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği mərhuma artıq ödənilmiş qalıq 875,84 manatdan çıxılaraq büdcəyə bərpa edilib (qalan artıq ödəmə 872,79 manat). Dəfn xərcinin çəkilməsinə görə Arzuman Qarayevə ödənilməli olan 840,00 manat pul vəsaiti də qalıq 872,79 manat borc məbləğindən çıxılaraq büdcəyə bərpa edilib. Hazırda qalan artıqödəmə 32,79 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, vaxtilə mərhum X8 artıq ödənilmiş pul vəsaitinin qalan 32,79 manat hissəsi 2023-cü ilin dekabr ayında X6 əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Hazırda qalıq borc məbləği yoxdur. Eyni zamanda, iddiaçının mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ona ödənilməsinə dair heç bir müraciəti olmamışdır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində yurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ödənilməsi hissədə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X7 ərizəsinə əsasən aparılan araşdırma nəticəsində onun pensiya məbləği 2022-ci ilin yanvar ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 497,00 manatdan 485,23 manata azaldılıb, həmçinin xx.xx.2007-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6354,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən mərhum Xureyman Qarayevə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 6354,49 manatdan 954,31 manata azaldılıb. Eyni zamanda, mərhum Xureyman Qarayevin pensiyasının (485,23 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən 612,21 (485,23+10%+14,7%) manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 78,47 manat pul vəsaiti hesablanıb. Həmin 78,47 manat pul vəsaiti mərhuma artıq ödənilmiş 954,31 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıqödəmə 875,84 (954,31-78,47) manat təşkil edib. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələr ödənilən şəxs vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş dövlət qulluqçusunun aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləği ilə həmin qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Qeyd olunanları nəzərə alaraq, 5 may 2023-cü il tarixində (12 aprel 2023-cü il tarixindən hesablanmaqla) iddiaçının anası X9 mərhum Xureyman Qarayevə ödənilməli olan şərti əmək pensiyasının (612,21 manat) 80faizi-489,77 manat məbləğində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin cari ilin aprel ayı üzrə (19 gün üçün) ödənilməli olan 3,05 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği mərhuma artıq ödənilmiş qalıq 875,84 manatdan çıxılaraq büdcəyə bərpa edilib (qalan artıqödəmə 872,79 manat). Dəfn xərcinin çəkilməsinə görə Arzuman Qarayevə ödənilməli olan 840,00 manat pul vəsaiti də qalıq 872,79 manat borc məbləğindən çıxılaraq büdcəyə bərpa edilib. Hazırda qalan artıqödəmə 32,79 manat təşkil edir. Əlavə olaraq bildirirlər ki, vaxtilə mərhum X8 artıq ödənilmiş pul vəsaitinin qalan 32,79 manat hissəsi 2023-cü ilin dekabr ayında X6 əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Hazırda qalıq borc məbləği yoxdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bildirirlər ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bildirirlər ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyinəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6- cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Heç bir halda etimad hüququ vətəndaşa səhv təyin edilmiş pensiya təyinatı barədə qərarın sonradan inzibati orqanın yeni inzibati aktı ilə dəyişdirilməsi kimi qanunla tanınmış imkandan məhrum edilməsinə rəvac verməməldir. Pensiya təyin edilməsi barədə qərar bir dəfə üçün tətbiq edilən inzibati akt deyildir, bu akt və onun yaratdığı hüquqi nəticə davam edən ictimai münasibətlərə qüvvədə qaldığı, ləğv edilmədiyi və ya dəyişdirilmədiyi müddətdə tətbiq edilməkdə davam edir. Odur ki, qanunsuz əlverişli inzibati aktın ləğvinə dar mənada “vətəndaş üçün əlverişli” inzibati aktın ləğvi baxımından deyil, geniş mənada “ictimai, dövlət maraqlarına əlverişsiz” baxımından yanaşılmalı və inzibati orqanın qanunla yol verdiyi “səhv”i düzəltmə imkanı tanınmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı mərhum atasının dəfn xərcinə görə cavabdeh müraciət etmiş, cavabdeh isə iddiaçının mərhum atasına ödənilən pensiya məbləğinin artıq hesablandığını iddia edərək dəfn xərcinin çəkilməsinə görə ödənilməli olan 840 manat pul vəsaitinin qalıq borc 872,79 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi, qalıq borcun 32,79 manat təşkil etdiyini bildirmişdir. İddiaçı hazırkı tələbində atasının dəfninə görə ödənilməli olan 840 manat pulun tutulmasını (əvəzləşdirilməsini) qanunsuz hesab edir və geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd olunan qanunvericilik normalarından görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutula bilər. Bu onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçının mərhum atasına müraciət edərək onun razılığını almamış və ya bununla bağlı məhkəmə qərarı qəbul edilməmişdır. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının mərhum atasının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda onun maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı işdə də iddiaçının mərhum atasının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə iddiaçının atasına və ya onun ölümündən sonra miras aktivini qəbul etmiş vərəsələrinə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının mərhum atasının razılığını almadan ödənilməli olan dəfn xərci ilə əvəzləşdirmişdir. “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0-cü maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.3. dəfn üçün müavinət; Həmin Qanunun 10-1.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Həmin Qanunun 10-1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dəfn üçün müavinət, şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir və həmin məbləğ birdəfəlik ödəmə olmaqla, artıq ödənilməsi hesab edilən pensiya məbləğindən tutula (və ya əvəzləşdirilə) bilməz. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6581/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-2821/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2821/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver