Məhkəmə qərarları › İş №2-1(103)-2824/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2824/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2824/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qərarının ləğv edilməsi, dayandırılmış sosial müavinətin bərpa edilməsi, müavinət dayandırıldıqdan sonra ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1962-cı il tarixdə doğulub.

2. İddiaçı xx.xx.1983-cü ildə X2 ilə nikaha daxıl olub, birgə nikahlarından Mirzə, Vasif, Asif və Günay adlı uşaqları doğulub.

3. İddiaçı xx.xx.2017-ci ildə əmək fəaliyyətinə başlayıb və N.Rəfiyev adına 104 № li tam orta məktəbdə kiçik xidmətedici işinə qəbul edilib. xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən 07.01,2020-ci il tarixli əmrlə işdən azad edilib.

4. İddiaçıya xx.xx.2019-cu ıl tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, ödənişlər 31,10.2023-cü ıl tarixədək ödənilmiş, 31,10.2023-cı iltarixində sosial müavinət ödənişləri dayandırılıb.

5. Cavabdehin 06.11,2023-cü il tarixli, 1-İMTK-2023/002822 №-li qərarı ilə iddiaçıya təyin edilmiş sosial müavinət ödənişləri dayandırılıb və həmin qərarla iddiaçıya xx.xx.2019- cu il tarixindən 31,10.2023-cü il tarixinədək sosial müavinət üzrə artıq ödəmə edildiyi qeyd edilib İddiaçı ödənişlərin bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) müraciət edib.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, qadınlara yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 01,07.2024-cü il tarixinədək 63 il 06 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, 21,12.2019-cu il tarixində qeyd olunan kateqoriya üzrə yaşa görə sosial müavinət hüququ yaranmadığı halda (əmək müqaviləsi qüvvədə olduğu halda) ona həmin tarixdən 31,10.2023cü il tarixinədək 3 və aha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmiş qadınlara sosial müavinət ödənilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək sosial müavinət üzrə artıq ödəmə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 06.11,2023-cü il tarixli, 1-İMTK-2023/002822 Ns-li qərarının ləğv edilməsi və xx.xx.2019- cu il tarixdən, 57 (əlli yeddi) yaşdan təyin edilmiş və dayandırılmış sosial müavinətin bərpa edilməsi, müavinət dayandırıldıqdan sonra ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).

8. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, imtina ilə razı deyil və imtinanı qanunsuz və əsassız hesab edir.Belə ki, təyin edilmiş sosial müavinət qanuni əsaslaria təyin edilmişdir. Ona sosial müavinət təyin edilən zaman qanunvericikdə dəyişiklik edilməmiş və o, həmin dövrdə 3 və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etdiyinə görə sosial müavinət hüququ əldə edib.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, 01.01,2020-ci il tarixədək qüvvədə olan Qanunun 7.0.2-ci yarımbəndinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi 31,10.2023cü il tarixdən dayandırılmışdır. Belə ki xidməti yoxlama zamanı xx.xx.2019cu il tarixdən xx.xx.2020ci il tarixədək iddianın adına aktiv əmək müsaviləsi olduğu halda, Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019cu il tarixdən yaşa sörə sosial müavinət təyin edildiyi məlum olmuşdur. Həmçinin hazırda da, iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Belə ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci yarımbəndindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-5855/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk baxışdan cavabdehin imtinası əsaslı görünsə də, yəni iddiaçıya sosial müavinət təyin edilən tarixdə onun adına aktiv əmək müqaviləsi olsa da, lakin məhkəmə hesab edir ki, bu hal qanunvericiliyin istinad olunan normalarına formal yanaşma kimi təfsir edilməklə, iddiaçıya sosial müavinətin düzgün olaraq təyin edilməməsi kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş iddiaçının sosial müavnət işindən müəyyən edilir ki, iddiaçı ona sosial müavinət tşyin eidlməsi ilə bağlı DSMF Suraxanı rayon şöbəsinə ərizə ilə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həmçinin eyni tarixli ərizə ilə iddiaçı Bakı şəhəri Suraxanı rayonu 104 saylı tam orta məktəbin direktoruna müraciət edərək işdən azad edilməsini xahiş etmişdir. Ərizəsi nərəzə alınaraq iddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.Bildirirlər ki, 01.01,2020-ci il tarixədək qüvvədə olan Qanunun 7.0.2-ci yarımbəndinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi 31,10.2023-cü il tarixdən dayandırılmışdır. Belə ki, xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı adına aktiv əmək müqaviləsi olduğu halda (işəgötürən: Bakı Şəhəri üzrə Təhsil İdarəsi) Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi məlum olmuşdur. İddiaçı iddia ərizəsində də xx.xx.2017-ci il tarixdən əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Qərarda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ona sosial müavinət təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etdiyi gün eyni zamanda işdən azad olunması barədə ərizə ilə işəgötürənə müraciət etmiş və ərizəsi nəzərə alınaraq xx.xx.2020-ci il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçının ərizəsini verdiyi gün işdən azad edilməməsi onun iradəsindən asılı olmayan hal olmaqla işəgötürənin səlahiyyətinə aid olan məsələdir və bu hal da iddiaçınn ziyanına şərh oluna bilməz. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirilər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini liğv edə bilər. Həmin Məcəllənin 10-cu maddəsində əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələrinə aid edilmişdir. Göründüyü kimi işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni xəbərdar etmək vəzifəsi olduğu halqa onun bu vəzifəni yerinə yetirməməsinin nəticəsi İşəgötürənin məsuliyyəti kimi şərh olunabilməz.Eyi zamanda bu hal işçiyə yaşa görə sosial müavinət təyin olunduğu tarixdə onun əmək müqaviləsinin qüvvədə olduğu faktını dəyişdirmir. Həmçinin, sözügedən qərarda məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı barəsində əlverişli inzibati aktı ləğv edərək sosial müavinət ödənişlərini dayandırarkən inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçınıı iştirakını təmin etməmişdir. Məhkəmənin sözügedən mövqeyi ilə bağlı bildirirlər ki, inzibati orqan öz səlahiyyəti çərçivəsində sosial müavinət ödənişini dayandırmağa haqlıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Sözügedən maddədə “qanunda başqa hallar nəzərdə tutulmamışdırsa” ifadəsindən istifadə edilir. Yəni inzibati orqan qanunla birbaşa nəzərdə tutulan hallarda maraqlı şəxsləri və ya onun nümayəndələrini dinləməkdən imtina edə bilər. Həmin hallar “İnzibati icraat haqqında” Qanunun 21.3- cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələblərinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: - maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; - ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; - barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Yuxarıdan qeyd edilən hallardan ikisi, yəni ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti və ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi sosial münasibətlər sferasının bir qolu olan pensiya hüquq münasibətlərinin təminatını həyata keçirən inzibati orqanların praktikasında bir qayda olaraq rast gəlinən hallardır. Bu baxımdan nəzərə alınmalıdır ki, ictimai və dövlət maraqlarının qorunması cəmiyyətin və dövlət hakimiyyəti strukturlarının başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv toplum üçün vacib əhəmiyyət daşıyır. İctimai maraq konkret fərdin deyil, çoxluğun marağını üstün sayan anlayışdır, bu maraq da dövlət maraqları ilə birbaşa bağlı olmaqla dövlət orqanları tərəfindən müdafiə olunmalıdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu: 1.0.2-ci yarımbəndinin 01.01,2020-ci il tarixədək süvvədə olan redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - ...3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud- övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayän şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Belə ki, iddiaçı cavabdehin onun müraciətini təmin etməkdən imtina barədə xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir.

25. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

26. Belə ki, işin faktiki hallarına görə iddiaçıya DSMF Suraxanı rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, ödənişlər xx.xx.2023-cü ıl tarixədək ödənilmiş, xx.xx.2023-cı il tarixində sosial müavinət ödənişləri dayandırılmışdır.

27. Məhkəmə ilk nəvbədə qeyd edir ki, iddiaçının tələbi ona hazırkı qanunvericiliyin tələblərinə əsasən sosial müavinət təyin edilməsinə deyil, ona 2019-cu ildə təyin edilmiş və sonradan dayandırılmış sosial müavinətin bərpa edilməsinə yönəlmişdir.

28. Ona görə də, məhkəmə dispozitivilik prinsipinin tələbləri baxımından cavabdehin bu barədə imtina məktubunda və etirazında qeyd edilənəlrələ bağlı hər hansı bir araşdırma aparmağa zərurət görmür və iddia tələbinə uyğun olaraq məhkəmə araşdırmasının həddi, iddiaçıya xx.xx.2019-cu ildə təyin edilmiş sosial müavinətin dayandırılmasının (və ya ləğv edilməsinin) əsaslılığının yoxlanılması ilə məhdudlaşır.

29. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı barəsində əlverişli inzibati aktı ləğv edərək (qərarda təyin edilmiş sosial müavinətin ləğv edilməsi göstərilməsə də, faktiki olaraq həmin qərardan sonra ödənişlər dayandırılmışdır) sosial müavinət ödənişlərini dayandırarkən inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir, bununla da “İnzibati icraat haqqında” Qanun (Bu Qərarın 19-cu bəndində istinad olunan) tələblərini pozmuşdur.

30. Bundan başqa, cavabdeh orqan tərəfindən həmin icraat qaydalarına əməl edilməməsi, eyni zamanda düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmiş, cavabdehin hərəkəti mahiyyət etibarı ilə də qanunsuz olmuşdur.

31. İstinad edilən normaların (Bu Qərarın 18-ci bəndində istinad olunan) hazırkı mübahisəyə münasibətdə dıspozıtıv şərtlərinin ödənilməsi üçün iddiaçının 57 yaşının tamam olduğu vaxt qanunun qüvvədə olan redaksiyasına əsasən, onun 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi və işləməməsi lazımdır. Bu şərtlər ödənildikdə iddiaçıya sosial müavinət təyin edilə bilər.

32. Birinci şərtin ödənilməsi işin mübahisələndirilməyən halıdır.

33. Cavabdeh ikinci şərtə istinad edərək iddiaçıya sosial müavinət təyin edilərkən iddiaçının adında aktiv əmək müqaviləsinin olmasına istinad edir. Məhkəmə cavabdehin mövqeyini əsaslı hesab etmir.

34. Belə ki, iş maeriallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2017-ci ildə əmək fəaliyyətinə başlamış və N.Rəfiyev adına 104 № li tam orta məktəbdə kiçik xidmətedici işinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir.

35. İddiaçı xx.xx.1962-ci təvəllüdlüdür və ona sosial müavinət 57 yaşın tamam olduğu xx.xx.2019-cu il tarixdə təyin edilmişdir.Məhkəmə Kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya sosial müavinət təyin edilən tarixdə onun adına aktiv əmək müqaviləsi olsa da, lakin bu hal qanunvericiliyin istinad olunan normalarına formal yanaşma kimi təfsir edilməklə, iddiaçıya sosial müavinətin düzgün olaraq təyin edilməməsi kimi qəbul edilməməlidir.

36. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş iddiaçının sosial müavnət işindən müəyyən edilir ki, iddiaçı ona sosial müavinət təyin eidlməsi ilə bağlı DSMF Suraxanı rayon şöbəsinə ərizə ilə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həmçinin eyni tarixli ərizə ilə iddiaçı Bakı şəhəri Suraxanı rayonu 104 saylı tam orta məktəbin direktoruna müraciət edərək işdən azad edilməsini xahiş etmişdir. Ərizəsi nərəzə alınaraq iddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad edilmişdir.

37. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu 104 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 970 № li arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.2017-ci il tarixli 40 № li əmrə əsasən Bakı şəhəri, N.Rəfiyev adına 104 N° li tam orta məktəbə kiçik xidmətedici işçi qəbul edilmişdir. 30.12 2019-cu il tarixdə işçiyə dekabr ayı üçün əmək haqqı ödənilmiş 31.12 2019, xx.xx.2020 - 06 01.2020 - ci il tarixləri qeyri iş günü olduğundan işçiyə əmək haqqı hesablanmamış və ödənilməmişdir. xx.xx.2020 - cı il tarixli 03 № li əmrə əsasən işçinin ərizəsi nəzərə alınmaqla işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

38. Göründüyü kimi, iddiaçı ona sosial müavinət təyin edilməsi barədə ərizə ilə müraciət etdiyi gün eyni zamanda işdən azad olunması barədə ərizə ilə işəgötürənə müraciət etmiş və ərizəsi nəzərə alınaraq xx.xx.2020-ci il tarixli əmrlə işdən azad edilmişdir.

39. Ölkədə 31 dekabr tarixinin və yeni ilin ilk günlərinin yeni il bayramına görə qeyri-iş günlərinin olması hamıya bəlli olan hal olmaqala sübuta ehtiyacı yoxdur.

40. Mülki Prosessual Məcəllənin 82.1 -ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

41. Eyni zamanda Əmək Məcəlləsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər (maddələr 69.1, 69.2, 69.3).

42. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın iddiaçıya sosial müavinət təyin edilən zaman onun adına aktiv əmək müqaviləsinin olması və nəticədə iddiaçıya qanunvcericiliyin tələblərinə uyğun olmadan sosial müavinətin təyin edilməməsi barədə gəlidiyi nəticə əsassızdır.

43. Belə ki, iddiaçı ona sosial müavinət təyin edilməsi ilə bağlı müraciəti ilə eyni anda işdən çıxma barədə iradə ifadəsini də bəyan etmiş və bu barədə ərizə ilə işə götürənə müraciət etmişdir.

44. İddiaçının ərizəsini verdiyi gün işdən azad edilməməsi onun iradəsindən asılı olmayan hal olmaqla işəgötürənin səlahiyyətinə aid olan məsələdir.

45. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyin sosial müavinət təyin edilməsi üçün işləməmək barədə tələbinin mahiyyəti ondan ibarətdir ki, sosial müavinət alan şəxs faktiki olaraq əmək faəliyyəti ilə məşğul olmasın və əmək haqqı almasın.

46. Təqdim edilən arayışda isə müəyyən edilir ki, iddiaçı işdən azad olma barədə ərizə verdiyi gündən sonrakı günlər qeyri-iş günləri hesab edildiyindən ona hər hansı əmək haqqı ödəmilməmişdir.

47. İddiaçının 57 yaşı 21 dekabr tarixində tamam olduğundan ona hüququnun yarandığı həmin gündən sosial müavinət təyin edilmişdir.

48. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 10-cu maddəsində əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələrinə aid edilmişdir. Göründüyü kimi işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni xəbərdar etmək vəzifəsi olduğu halda onun bu vəzifəni yerinə yetirməməsinin nəticəsi işəgötürənin məsuliyyəti kimi şərh oluna bilməz. Eyi zamanda bu hal işçiyə yaşa görə sosial müavinət təyin olunduğu tarixdə onun əmək müqaviləsinin qüvvədə olduğu faktını dəyişmir.

49. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, bu hal iddiaçının ziyanına şərh oluna bilməz ona görə ki, iddiaçı ona sosial müavinətin təyin edilməsi hüququ yarandığı tarixdən (2019-cu il 21 dekabr tarixində) deyil, həmin ilin 30 dekabr tarixində müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci və 10-cu maddəsinin tələblərinə əməl edilməməsi isə işçi ilə işəgötürən arasında hüquqi qiymətləndirmə aparılacaq münasibətlərə aiddir.

50. Bundan başqa cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, inzibati orqan qanunla birbaşa nəzərdə tutulan hallarda maraqlı şəxsləri və ya onun nümayəndələrini dinləməkdən imtina edə bilər. Həmin hallar “İnzibati icraat haqqında” Qanunun 21.3- cü maddəsi ilə tənzimlənir.

51. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh şikayətində “İnzibati icraat haqqında” Qanunun 21.3- cü maddəsinə istinad etsə də həmin maddədə nəzərdə tutulan hallar hazırkı işdə müəyyən olunmur.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

53. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

54. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

56. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar