Məhkəmə qərarları › İş №2-1(103)-2825/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2825/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2825/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair işi üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraicət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X3 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin ümumi iş stajınız 25 ildən az (9 il 9 ay 1 gün (xx.xx.1982-xx.xx.1984-cü il. xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlərvə 2017-2018-ci illər üzrə 10 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Əlavə olaraq bildiririk ki, 14 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanız araşdırılarkən 8-11 səhifələrinin 11,12 və 14- cü qeydlərində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, güzəştli iş stajınızın artırılması məqsədilə həmin qeydlərə sonradan düzəliş edildiyi aşkar görünür. Bu səbəbdən də, həmin qeydlərdəki dövrü iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, 15 il zərərli əmək şəraiti ilə işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə iddiaçıya əmək pensiyasının hesablanıb təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə “Bakıbaştikinti” Trestinin 1 saylı Tikinti İdarəsində xx.xx.1989-cu il tarixli, 79/k saylı əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmişdir. Attestasiyadan keçərək xx.xx.1996-ci il tarixli, 26 saylı əmrlə həmin idarədə 6-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə təsdiq edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 720 saylı Sərəncamı ilə Bakı Baş Tikinti Tresti İdarəsinin İdarə Aparatı ləğv edilib və Baş İdarənin tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlar birbaşa BŞİH başçısının xx.xx.1999-ci il tarixli, 693 saylı Sərəncamı ilə BŞİH nəzdində yaradılmış “Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti”nin tabeliyinə verilib. Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin xx.xx.2000-ci il tarixli, 14 saylı Sərəncamına əsasən 1 nömrəli Təmir- Tikinti İdarə müəssisəsi ləğv edilib. xx.xx.2000-ci ildən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin nəzdində 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi yaradılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixli 11/k saylı əmrlə öz xahişilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən çıxanadək həmin idarədə 15 il zərərli iş hesab edilən elektrik qaynaqçısı işləmişdir. 40 illik əmək fəaliyyətinin 15 ilini zərərli işlə bağlı olduğundan əmək pensiyasına çıxmaq istəyir. Bununla bağlı AR ƏƏSMN tabeliyində X10 Xüsusi Şərtlərlə Təyinatlar üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin həmin Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-102345/2024 saylı cavab məktubu ilə imtina cavabı verilmişdir. Mərkəzi Filial eyni zamanda heç bir subut və fakt göstərmədən subyektiv mülahizələrlə əmək kitabçasındakı 8-11 səhifələrin 11,12 və 14-cü qeydlərdə göstərilənlərə şübhə ilə yanaşıb. Həmçinin sonrakı əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmayıb. Hesab edir ki, AR ƏƏSMN tabeliyində X10 Xüsusi Şərtlərlə Təyinatlar üzrə Mərkəzi Filialının imtinası qanunsuz və əsassızdır və qanunvericiliyə uyğun olaraq ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçı Z.X4 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi ış stajı 25 ildən az olduğundan, həmçinin güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (xx.xx.2024-cü il tanxli 3-17-1/2-1-102345/2024 nömrəli məktub). Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış - güzəştli iş arayışı təqdim olunmamışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (9 il 9 ay 1 gün (xx.xx.1982xx.xx.1984-cü il. xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2017-2018-ci illər üzrə 10 ay )) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Əlavə olaraq iddiaçının 14 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 8-11 səhifələrinin 11, 12 və 14-cü qeydlərində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, güzəştli iş stajının artırılması məqsədilə həmin qeydlərə sonradan düzəliş edildiyi aşkar görünür. Halbuki bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdig edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalaqı”na ziddir. Bu səbəbdən də həmin qeydlərdəki dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-4233/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən,onun ümumi iş stajı 25 ildən az (9 il 9 ay 1 gün (xx.xx.1982-xx.xx.1984-cü il. xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2017-2018-ci illər üzrə 10 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Əlavə olaraq bildiririk ki, iddiaçının 14 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 8-11 səhifələrinin 11,12 və 14-cü qeydlərində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, güzəştli iş stajının artırılması məqsədilə həmin qeydlərə sonradan düzəliş edildiyi aşkar görünür. Halbuki bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na ziddir. Bu səbəbdən də həmin qeydlərdəki dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə həmçinin qeyd etmişdir ki, 1) Əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. 2) Arxiv İdarəsində saxlanılan BBTİ 1 saylı Tikinti İdarəsinin arxiv sənədlərinin natamam olması isə iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən qeyd edilən məlumatların natamam olması iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı. İddiaçının işlədiyi müəssisə - “Bakıbaştikinti” Trestinin 1 saylı Tikinti İdarəsi mövcud olmuş və onun həmin müəssisədə işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, cavabdeh iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi PТ-İ ******* nömrəli əmək kitabçası ilə təsdiqlənir. Nəticə etibarı ilə iddiaçının xx.xx.1989-xx.xx.2004-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərinə və ümumilikdə işin hallarına münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçıya hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 60 yaşının tamam olması; - ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamış, xx.xx.1982-xx.xx.1984-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdeh iddiaçının ümumi iş stajının 9 il 9 ay 1 gün, güzəştli iş stajının isə mövcud olmadığını əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2017-2018-ci illər üzrə 10 ay ümumi iş stajına daxil edilmiş, güzəştli arayış təqdim edilməməsi səbəbindən tarixlərdə işlədiyi dövr güzəştli iş stajı hesablanmamış, bundan əlavə xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər əlavə edilməmişdir. İddiaçının PТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdə “Bakıbaştikinti” Trestinin 1 saylı Tikinti İdarəsində xx.xx.1989-cu il tarixli, 79/k saylı əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmişdir. Attestasiyadan keçərək xx.xx.1996-ci il tarixli, 26 saylı əmrlə həmin idarədə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə təsdiq edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 720 saylı Sərəncamı ilə Bakı Baş Tikinti Tresti İdarəsinin İdarə Aparatı ləğv edilib və Baş İdarənin tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlar birbaşa BŞİH başçısının xx.xx.1999-ci il tarixli, 693 saylı Sərəncamı ilə BŞİH nəzdində yaradılmış “Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti”nin tabeliyinə verilib. Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin xx.xx.2000-ci il tarixli, 14 saylı Sərəncamına əsasən 1 nömrəli Təmir-Tikinti İdarə müəssisəsi ləğv edilib. xx.xx.2000-ci ildən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin nəzdində 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi yaradılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixli 11/k saylı əmrlə öz xahişilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.1989-xx.xx.2004-cü il tarixləri əhatə edən dövr – onun zərərli əmək şəraitində işlədiyi dövrün güzəştli iş stajı hesab edilməsinə dair özündə dəqiq məlumatlar əks etdirən işəgötürənin arayışı -- güzəştli iş arayışı olmaması səbəbindən güzəştli iş stajına daxil edilməmişdir. X7 Bakı filialı tərəfindən təqdim edilən arayışda yalnız 1986-1991-ci illərə dair əmək haqqı cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə məlumatlar mövcud olduğundan xx.xx.1986xx.xx.1991-ci illərdə işlədiyi dövr ümumi iş stajına daxil edilmişdir. Cavabdeh eyni zamanda xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının “Bakıbaştikinti” Trestinin 1 saylı Tikinti İdarəsində işlədiyinə dair əmək kitabçasının 11, 12 və 14-cü bəndlərində aparılan qeydlərdə sonradan qaralanaraq dəyişiklik olunduğu əsas gətirərək iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2004-cü ilədək iş stajını güzəştli iş stajına əlavə etməmişdir. 242657 nömrəli atestatın surətinə əsasən İddiaçı xx.xx.1980- xx.xx.1981-ci illərdə təhsil alaraq kiçik bağban peşəsi üzrə texniki təhsil üzrə tam kursu bitirmişdir. V 673032 nömrəli diplomun surətinə əsasən İddiaçı xx.xx.1981- xx.xx.1982-ci illərdə təhsil alaraq elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1982- xx.xx.1984-cü illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə (bağban peşəsi üzrə 1 il 3 ay 19 gün) və xx.xx.1981- xx.xx.1982-ci illərdə (9 ay 5 gün elektrik qaynaqçısı peşəsi üzrə (bu təhsilinə xx.xx.1981-ci il tarixdə başlasa da, bağban peşəsi üzrə təhsilini xx.xx.1981-ci il tarixdə bitirdiyi üçün üst-üstə düşən dövrlərdən yalnız biri nəzərə alınmaqla, elektrik qaynaqçısı peşəsi üzrə təhsil müddəti digərinin bitdiyi vaxtdan, yəni xx.xx.1981-ci il tarixdən hesablanmışdır) təhsil müddəti, xx.xx.1982xx.xx.1984-cü illərdə hərbi xidmət müddəti (1 il 11 ay 22 gün) və işlədiyi dövrlər xx.xx.1985-xx.xx.1985 (7 ay), xx.xx.1986-xx.xx.1986 (3 il 4 ay 9 gün), xx.xx.1989xx.xx.2004-cü il tarixləri (14 il 11 ay 17 gün), habelə 2017-2018-ci illərdə 10 ay iş stajı toplanıldıqda ümumilikdə 23 il 9 ay 12 gün edir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunda nəzərdə tutulan dispoziya şərtləri ödənilmir. Başqa sözlə, iş materiallarında olan sübutlardan iddiaçının 25 il ümumi sığorta stajına malik olması müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar