Məhkəmə qərarları › İş №2-1(103)-2826/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2826/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2826/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı (üçüncü şəxs: Təhsil Nazirliyi) diplomun tanınması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1577/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı qarşı məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir İşin faktiki hallarına əsasən iddiaçı 2001-ci ildə RF-nın Dağıstan Dövlət Universitetinin Bakı şəhərində fəaliyyət göstərmiş filialının Hüquq fakültəsinin qiyabi şöbəsinə qanuni əsaslarla imtahanlar verərək qəbul edilmişdir. 6 il həmin universitetdə təhsil almış, hər il ərzində semestrlərdə iştirak etmişdir. Oranı bitirmiş onlarla məzunlar hazırda məsul vəzifələrdə çalışırlar. Qanuna müvafiq olaraq təhsil haqqı ödəmiş, 2007-ci ilin iyun ayının 6-da dövlət imtahanlarını müvəffəqiyyətlə verərək oranı bitirməsinə dair DİC ******* saylı diplom almışdır. Diplomu RF-nın Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il X3 uyğun olaraq 17.09.2008-ci ildə təsdiq edilərək Apostil möhrü vurulmuşdur. O, dəfələrlə Təhsil Nazirliyinə dipolmunun Azərbaycan Respublikasında qeydiyyatdan keçirilməsinə dair müraciətlər etmişdir Artıq 13-cü ildir o, diplomunu Təhsil Nazirliyindən qeydiyyatdan keçirə bilmir. Sonuncu dəfə ona 04 iyul 2019-cu il tarixdə cavabdeh tərəfindən cavab məktubu daxil olmuş və onun diplomumun tanınmasından imtina edilməklə, qeydiyyatdan keçirməlidir. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-1577/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, sonuncu dəfə 04 iyul 2019-cu il tarixində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsindən diplomun tanınmasından imtina cavabı almış, 25 iyul 2019-cu il tarixində isə iddia ərizəsi ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qanunsuz və əsassız olaraq iddianı mümkün saymamışdır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmədə bildirmişdir ki, iddiaçı həmin tələblə 2009-cu ildə iddia qaldırmış, ona imtina cavabı verilsə də vaxtında iddia qaldırmamışdır. Məhkəmə isə bu əsassız məntiqə əsaslanmışdır. Onun diplomunun tanınması beynəlxalq hüquq normalarına (Haaqa Konvensiaysına) və daxili qanunvericiliyə uyğun olduğu halda iddianın mümkün sayılmaması kobud qanun pozuntusudur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1046/2021 saylı 11.03.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamapsı barədə qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1373/2021 saylı 14.09.2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasınının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi işin qanuni həllini məhkəmənin səlahiyyətlərinə buraxdığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası, İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Mhəkəmənin qərarından irəli gələn göstərişləri nəzərə almaqla, təkrar apellyasiya qaydasında iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiaya məhkəməsi öz qərardadında iddianın mümkün sayılmaması barədə gəldiyi nətijənin aşağıdakılarla əsaslandırmışdır. «…İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 01.09.2009-cu il tarixdə müraciətin təmin edilməsindən imtina etmiş və bu barədə iddiaçıya məktubla cavab verilmişdir. Lakin iddiaçı yenidən eyni məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 18.06.2019-cu il tarixli məktubla eyni məzmunlu müraciətə 01.08.2009-cu ildə baxılaraq cavab verildiyini bildirmişdir. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə isə 9 ildən çox vaxt keçdikdən sonra 31.07.2019-cu ildə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, İPM-in qeyd olunan 38.2-ci maddəsinin tələbi baxımından, iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina cavabı iddiaçıya təqdim edildiyi və ya bu barədə yazılı məlumat verildiyi vaxtdan başlanır. Konkret halda isə iddiaçının sonuncu müraciətlərinə cavabdeh tərəfindən 18.06.2019-cu il tarixində cavab verilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi, iddiaçının əvvəlki müraciətinin cavabdeh tərəfindən 01.09.2009-cu il tarixli məktubla cavablandırılmasına gəldikdə isə, 2019-cu ildə iddiaçının təkrar müraciətlərinə verilmiş 18 iyun 2019-cu il tarixli cavab məktubunda əvvəlki (01.09.2009-cu il) məktuba istinad olunması imtinanın səbəbləri (məzmunu) kimi başa düşülməlidir. Ən azından, cavabdeh orqan iddiaçının sonrakı (2019) müraciətlərini «İnzibati icraat haqqında» qanunun 34.1-ci maddəsi ilə müəyyən olunan hüqundan istifadə edərək baxılmamış saxlamamış, onları mahiyyəti üzrə cavalandırmış, hətta iddiaçıya izah etmişdir ki,imtina təqdim olunduğun vaxtdan 30 gün müddətin məhkəmədə iddia qaldıra bilər. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını inzibati hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. İş materiallarından görünür ki, iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun verilmişdir və İPM-in 35-ci maddəsinin tələbləri baxımından, formal olaraq əsaslandırılmışdır, inzibati məhkəmə icraatı mümkündür. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati- Məhkəməsinin 2-1(112)-1577/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1577/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddia mümkün sayılsın. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar