Məhkəmə qərarları › İş №2-1(103)-2826/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2826/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2826/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-1(112)-5992/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43.21 kv.m olan 2 otaqlı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-1(112)-5992/2025 saylı qərarı ilə (hakim L.Musayeva) iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla ünvan 2 ünvanında yerləşən (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 10 (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir Birinci instansiya məhkəməsi tərəfindən işə baxılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə əsasən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı hər hansı inzibati araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən yaşayış-sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən mübahisələndirilən daşınmaz əmlakın uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi və etimadın qorunması və bərabərlik prinsipi nəzərə alınmaqla (belə ki, iddiaçı bildirir ki, həmin sıradakı mənzillər qeyri-yaşayış sahəsi kimi istifadə edilir) daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır. Həmin qiymətləndirmənin aparılması üçün aidiyyəti qurumlardan (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) müvafiq rəylər alınmalıdır. Məhkəmənin mövqeyinə görə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün hesab edilmir. Bu səbəbdən ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İnzibati Prosessual Məcəllənin 73.2-cü maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının tələbi üzrə hər hansı inzibati araşdırma aparılmadığı, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat aparılmadığı və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ilə bu cür icraatın aparılaraq müvafiq qərarın qəbul olunması öhdəliyi inzibati orqanın üzərinə qoyulduğuna görə cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-1(112)-5992/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılması haqqında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-1(112)-5992/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılması haqqında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-1(112)-5992/2025 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar