Məhkəmə qərarları › İş №2-1(103)-2827/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2827/2025

11.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2827/2025 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdehin hüquq varisinin nümayəndəsi X8 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən, İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1979-cu ildə anadan olmuş və Bakı şəhərində yaşayır. Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı ilə Binəqədi rayonu 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m üçün 20800 manat ödəmək şərti ilə) İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi tərəfindən "Binəqədi rayonu 6 mkrnun qərb hissəsində İddiaçı zibil tullantılarından təmizləyib abadlaşdıraraq istifadə etdiyi bağ sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin (600 kv.m) situasiya planı" tərtib edilmişdir. İddiaçı ##.##.2024-cü ildə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək göstərilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin Idarə ##.##.2024-cü il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, bundan başqa, təqdim edilmiş "Torpaqların alqı-satqısına dair akt" ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamış, bundan başqa, torpaq sahəsi ##.##.2005-ci il tarixli *** nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında ##.##.2005-ci il tarixli *** nömrəli qərara istinad olunmuşdur. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m torpaq sahəsinə, ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m torpaq sahəsinə, ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m torpaq sahəsinə, ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı Inzibati Məhkəməsində 2-1(112)-6740/2025 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı Inzibati Məhkəməsinin qərardadı ilə Bakı Şəhəri Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə göstərilən işdən "Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən İddiaçı ayrılan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması, torpaq sahələrinə dair çıxarışların, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi üzrə icraat ayrılmış və məhkəmədə 2-1(112)-7947/2025 nömrəsi ilə ayrıca iş kimi qeydiyyata alınmışdır. Iddiaçı göstərilən tələbini belə əsaslandırmışdır ki, cavabdehin heç bir araşdırma aparmadan verdiyi imtina ilə Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərini pozmuşdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən ayrılan Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın, plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına dair Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxsin imzası yoxdur. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir. Cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Həmin torpaq sahəsi "Torpaq islahatı haqqında" Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Belə ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair iddiaçının və digər şəxslərin adına bələdiyyə qərarı əsasında çıxarışlar verilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir. Eyni zamanda, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və istinad məsafələri qeyd edilməmişdir. Bundan əlavə, torpaq sahəsi ##.##.2005-ci il tarixli *** nömrəli qərar ilə ayrılsa da, alqı-satqı aktında ##.##.2005-ci il tarixli *** nömrəli qərara istinad olunmuşdur. Elektron kadastr baza məlumatına əsasən, göstərilən sahə * nömrəli Zığ-Zeytunçuluq sovxozunun (Binəqədi rayonuna düşən hissəsi) Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, baza məlumatlarına əsasən, sahə Zeytunçuluq sovxozunun ərazisi olduğundan Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Həmçinin, sahə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpaqlarına aiddir. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin zeytun ağacları olan ərazinin bir hissəsində yerləşdiyi məlum olmuşdur. Eyni zamanda, sahənin bir hissəsinə X3 müraciəti qeydə alınmışdır. Bakı Inzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamış, həmçinin, Binəqədi Rayon Icra Hakimiyyəti məhkəmə mübahisəsinə cəlb edilməmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, torpaq sahəsi Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən, sahənin 2008-ci ilə qədər Abşeron inzibati ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ##.##.2008-ci il tarixli **** nömrəli Sərəncamla * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞIH-nin idarəçiliyinə qaytarılmışdır. Baza məlumatlarına əsasən, sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclası zamanı cavabdehin hüquq varisinin nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Iddiaçı İddiaçı, üçüncü şəxslər Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti və Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlmədiyinə, üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etmədiklərinə görə məhkəmə iclası onların iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Bələdiyyə qərarının qəbul edildiyi ##.##.2005-ci ildə qüvvədə olan redaksiya): 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, nəticədə mahiyyəti üzrə düzgün olmayan qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Işdən göründüyü kimi, iddiaçının hüquqi marağı Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayonun qərb hissəsində yerləşən, ona ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsindən ibarətdir. Kollegiya ilk növbədə qeyd edir ki, "Bələdiyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununa görə, müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin mülkiyyətinə ayrılan və ya ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşməsi mötəbər sübutlar əsasında müəyyən edilmədən qərar qəbul edilmişdir. Iş Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə kollegiyasının *-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Cavabdeh * saylı Bakı Ərazi Idarəsindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı Şəhəri Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsi Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşirmi?

2. X3 iddia etdiyi torpaq sahəsi ilə iddiaçının iddia etdiyi və işdə olan (i.v.18) situasiya planında göstərilən iddiaçıya ayrılmış torpaq sahəsi faktiki olaraq üst-üstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin aşağıdakı koordinatlarda yerləşdiyi göstərilmişdir:

400494.3800 4476184.7797 400509.9400 4476173.8697 400511.8003 4476176.5253 400533.6939 4476168.9332 400525.1548 4476157.0874 400483.9217 4476171.0604

Qərardadda qoyulmuş suallarla bağlı isə ekspert rəyində aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Torpaq Məcəlləsini, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, "Bələdiyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununda qeyd olunanları, eləcə də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini, Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 600 kv.m torpaq sahəsinin Bakı Şəhəri Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir.

2. X3 iddia etdiyi torpaq sahəsinin yeri barədə dəqiq məlumat olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı Şəhəri Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə bələdiyyə mülkiyyətində olmuşdur. Lakin məhkəmə kollegiyası tərəfindən həmin torpaq sahəsi yerində müayinə olunarkən müəyyən edildi ki, Bakı şəhərindəki X9 mərasim zallarının olduğu binanın sağ tərəfində kənarları dekorativ metal barmaqlıqlarla bağlanmış böyük zeytun bağı vardır. Müayinədə iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X5 zeytun bağının bir hissəsini göstərərək iddiaçıya ayrılmış 600 kv.m sahənin məhz həmin sahə olduğunu bildirdilər. Göstərilmiş torpaq sahəsi bilavasitə bağın ərazisində yerləşdiyinə görə ayrıca yolu yoxdur, sahəyə çatmaq üçün zeytun ağaclarının arası ilə piyada keçmək lazım gəlir. Sahənin hasarı, yaxud sərhədlərini bildirən hər hansı nişan, eləcə də sahədə tikili yoxdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu verilərək göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin 2040cı ilədək inkişafına dair Baş planı"nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına əsasən rekreasiya zonası (meşə parklar, yaşıllaşdırılan ərazilər) kimi müəyyən edilib-edilməməsi barədə məlumat tələb olunmuşdur. Həmin Komitədən daxil olmuş ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına əsasən rekreasiya zonası (meşə parklar, yaşıllaşdırılan ərazilər) kimi müəyyən olunmuşdur. Göründüyü kimi, bilavasitə kollegiya tərəfindən keçirilmiş yerində müayinə nəticəsində torpaq sahəsinin böyük bir zeytun bağının ortasında yerləşərək ümumi istifadədə olan torpaqlara aid olması və həmin sahənin rekreasiya zonası (meşə parklar, yaşıllaşdırılan ərazilər) kimi müəyyən edilməsi məlum olmuşdur. Ona görə də kollegiya hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi həmin sahəni xüsusi mülkiyyətə verməkdə haqlı olmamışdır. Belə olan halda, bələdiyyənin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş qərar sayıla və iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas verə bilməz. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş və iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Beləliklə, kollegiya bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və yeni qərar qəbul edilərək iddia rədd olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin "Ekspertiza xərclərinə dair bildiriş"indən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə görə, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Hazırkı iddia rədd olunduğuna görə kollegiya hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməli və ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və yeni qərar qəbul olunsun. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən alqı-satqı yolu ilə 6-cı mikrorayon qərb hissəsində yerləşən, İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası rədd edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar