Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2830/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 üçüncü şəxs qismində cəlb olunmaqla) “texniki pasportun ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023cü il tarixli, 2-1(112)-1623/2023 saylı qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair "Azərdövlətsutəslayihə" İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağların torpaq bağ sahəsinə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə" İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısına uygun olaraq iddiaçıya 7-ci cənub küçəsində 229 və və 231 saylı bağ sahələri ayrılmışdır. İddiaçı ona məxsus 0.12 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdehin imtinasında bildirilmişdir ki, ona ayrılmış torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş ərazi ilə üst-üstə düşür, faktiki həmin sahə qonşu hasarın daxilindədir və həmin sahənin üstündə bağ evi tikilib. İddiaçı iddia tələbi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh X5 tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının digər iddia tələbi təmin edilərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsində qeydin ləğv olunması, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, X2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin zəbt olunmuş 450,0 kv.m torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)-73/2022 saylı qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməsi (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə iddia tələbinin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına 1200 kv.m torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərin-qeydlərin mübahisələndirilməsi hissəsində inzibati mübahisə olmaqla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır) qət edilmişdir. İş üzrə qətnamə qəbul edilərkən kifayət qədər araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X3 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv. metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki, onun faktiki istifadəsində olan torpaq sahəsi sənədi olan torpaq sahəsindən çoxdur, X2 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri ayrılmışdır. İş materiallarında olan X9 notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, "Azərdövlətsutəslayihə” LABda xadimə işləyən İddiaçı Bağçılıq cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və onun həmin ərazidə sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahələri daimi istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş “X19 və Ekspertiza Mərkəzi" MMCnin 15 fevral 2022-ci il tarixli, 46 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən yerində araşdırılmışdır. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə ərazinin bağ torpaq sahələrinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin 1000 (min) kv.metri iddiaçının 229 və 231 saylı bağ torpaq sahələri ilə, 200 (iki yüz) kv.metri isə 227 saylı bağ torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələrinin koordinatları bağ torpaq sahələrinin bölgü sxeminə uyğundur və həmin bağ sahələri X3 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda və bu çıxarışa əsasən tərtib olunmuş torpaq sahəsinin planında qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya məxsus 229 və 231 saylı torpaq sahələri cavabdehə məxsus çıxarış və onunla bağlı planda əks olunmuş torpaq sahələri ilə üst-üstə düşür. Cavabdehin istifadəsində olan 1000 (min) kv.metr ölçüdə torpaq sahələri üst-üstə düşür, yerləşmə vəziyyəti və koordinata əlavə edilmiş sxemdə qeyd edilir. Beləliklə, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 kv.m, sənəd üzrə 1200,0 kv.m, əlavə istifadədə 855,9 kv.m torpaq sahəsi mövcuddur. Həmçinin, X2 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən iddiaçının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İddia tələbinə münasibətdə sözügedən bağ evi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd - xx.xx.2016-cı il tarixli, ******* nömrəli, alqı-satqı müqaviləsi əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(112)-1623/2023 saylı qərarı ilə (hakim M.Qarayeva) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X5 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2023 saylı 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə formal cəhətdən onu işə üçüncü şəxs qismində cəlb etmişdir. Bununla bağlı ona nə iddia ərizəsi, nə də ki, digər sənədlər təqdim edilməyib. Onun məhkəmə proseslərinə cəlbi yalnız məhkəmə qərarından görünür. Qeyd olunan halla bağlı iş materiallarında hər hansı xəbərnamə ola bilməz, olsa belə oradakı imzalar ona aid deyil. Birincisi məhkəmə müəyyənləşdirməyib ki, iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi var, yoxsa yoxdur. Belə ki, mübahisələndirilən qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri göstərilmişdir. Bağ sahəsinə dair üzvlük kitabçası və digər sənədlər arxiv qovluğunda aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Göründüyü kimi qeyd olunan bu şərtin olmadığı görən məhkəmə qərəzli şəkildə iddiaçıya təklif etmişdir ki, iddia tələbini dəyişdirsin. Çünki iddiaçının ilkin tələbi çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Sonradan hansısa qeyri-müəyyən səbəbdən iddiaçı tələbi dəyişmiş və qanuni şəkildə xüsusi mülkiyyətdə olan bağ sahəsinə verilmiş texniki pasportun ləğv edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, iş üzrə alınmış ekspert rəyləri arasında kifayət qədər böyük ziddiyyətlər vardır. Bu ziddiyyətləri aradan qaldırmaq üçün ilkin olaraq zəruri sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməli, daha sonra yenidən ekspertiza təyin edilməli idi. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2018-ci il tarixli 26520 saylı ekspert rəyinə əsasən 233/235 saylı bağ sahələrinin koordinatları müəyyənləşdirilməyib və həmin bağ sahələrinin Balacaxanım Qədiməliyevanın mülkiyyətində olan bağ evi ilə üst-üstə düşüb-düşmədiyi, müsbət halda hansı hissədə düşməsi müəyyənləşdirilməyib. Həmin rəyə əsasən iddiaçıya guya ayrılmış 229/231 saylı bağ sahələrinin Balacaxanım Qədiməliyevanın mülkiyyətində olan bağ evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyənləşdirilməyib. Həmin rəyə əsasən Balacaxanım Qədiməliyeva tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə 755 m2 sahədə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyinə əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X3 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki, onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. X2 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üstüstə düşür. Bütün bu uyğunsuzluqlar bağçılıq-yoldaşılığın ayrıc aktı ilə bağçılıqyoldaşılığın bölgü sxemi arasında uyğunsuzluğun olmasından irəli gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəy anlaşılan dildə yazılmayıb. Göründüyü kimi ləğvi tələb edilmiş texniki pasport bağ evinə aiddir. Bağ evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilməsinə və yaxud həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsusluğuna dair iş materiallarında konkret sübut yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2- 1(112)-1623/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. - İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 330/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən göründüyü kimi, İddiaçı cavabdeh X3 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. -İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)-73/2022 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərardadı ilə iddia tələbinin Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına 1200 kv.m torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərin qeydlərin mübahisələndirilməsi hissəsində inzibati mübahisə olmaqla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır). -İş materiallarında olan Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə X12 Komitəsi ilə “Meliorator” bağçılıq-yoldaşlıq üzvlərinin birgə iclasının 21 aprel 1999-cu il tarixli 2 saylı Protokolundan Çıxarışa əsasən, Bakı şəhər Yaşıllaşdırma İdarəsinə təqdim edilməsi üçün “Meliarator” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin və onlara təhkim edilmiş torpaq sahələrinin yekun siyahısına əsasən 7-ci Cənub küçəsi, 229 və 231 nömrəli 1200 m2 olan bağ sahələri İddiaçı ayrılmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2018-ci il tarixli, 26520 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsinə əsasən qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, ümumi hasar daxilində 2055,0 kv.m torpaq sahəsi var, onun 1200,0 kv.m torpaq sahəsinə İddiaçı iddia edir, iddia edilən torpaq sahəsində 417,1 kv.m sahəsi olan tövlə tikilisi və 6,6 kv.m hovuz tikilisi olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, həmin torpaq sahəsinin 0,12 ha hissəsinə istifadə hüququ tanınmışdır və X2 adındadır. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, verilmiş koordinatlara əsasən istifadə olunan torpaq sahəsi 0,0850 ha təşkil edir. Qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, bağçılıq-yoldaşlığının ayrıc aktı ilə bağçılıq-yoldaşlığının bölgü sxemi arasında uyğunsuzluq olduğundan, eləcə də yeni bağların bölgüsü bağçılıq-yoldaşlığının ayrıc aktına uyğun aparılmadığından bu sualların cavablandırılması mümkün olmadı. Qərardadın yeddinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən X5 tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 755,0 kv.m təşkil edir. -İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan göründüyü kimi, Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri göstərilmişdir. Bağ sahəsinə dair üzvlük kitabçası və digər sənədlər arxiv qovluğunda aşkar olunmamışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Bağ sahəsi 233 saylı bağ evi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X5 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233/235 saylı bağ evini X11 almışdır. -İş materiallarında olan xx.xx.2016-cı ildə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233 saylı bağ evinin texniki pasportunda əks olunmuş torpaq sahəsinin planından göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu Dübəndi Bağ sahəsi, 233 saylı evi X2 adına dövlət reyestrində qeydiyyata alınmış və torpağın faktiki sahəsi 0.12 (ha), tikintialtı sahə 0.00756 (ha və digər sahələr 0.11244 (ha) təşkil edir. - İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli, 60 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, X2 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X3 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855,9 m2 torpaq sahəsi mövcuddur. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı qzının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. - İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Qədiməliyeva Balacaxanım Zeynal qızına məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 80 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X4 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. - İş materiallarında olan Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri ayrılmışdır. - İş materiallarında olan X9 notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, “Azərdövlətsutəslayihə” LAB-da xadimə işləyən İddiaçı Bağçılıq cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və onun həmin ərazidə sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahələri daimi istifadəsinə verilmişdir. İş materialarına əlavə edilmiş “X19 və Ekspertiza Mərkəzi” MMC-nin 15 fevral 2022ci il tarixli, 46 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən yerində araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə ərazinin bağ torpaq sahələrinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin 1000 (min) kv.metri iddiaçının 229 və 231 saylı bağ torpaq sahələri ilə 200 (iki yüz) kv.metri isə 227 saylı bağ torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. İddiaçı iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələrinin koordinatları bağ torpaq sahələrinin bölgü sxeminə uyğundur və həmin bağ sahələri X3 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda və bu çıxarışa əsasən tərtib olunmuş torpaq sahəsinin planında qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. 2. İddiaçı məxsus 229 və 231 saylı torpaq sahələri cavabdehə məxsus çıxarış və onunla bağlı planda əks olunmuş torpaq sahələri ilə üst-üstə düşür. Cavabdehin istifadəsində olan 1000 (min) kv.metr ölçüdə torpaq sahələri üst-üstə düşür, yerləşmə vəziyyəti və koordinata əlavə edilmiş sxemdə qeyd edilir. İşdən müəyyən olunur ki, Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə-X12 Komitəsi ilə "Meliorator" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 2 saylı 21 aprel 1999-cu il tarixli protokolu, bağçılığın üzvlük kitabçasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələri iddiaçıya ayrılmışdır. Hazırda həmin torpaq sahəsi üçüncü şəxs X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını realizə edə bilmir. Belə ki, iddiaçının Bakı şəhər X17 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə-X12 Komitəsi ilə "Meliorator" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 2 saylı 21 aprel 1999-cu il tarixli protokolu, bağçılığın üzvlük kitabçasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələri üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. İş materiallarında olan və tərəflər arasında olan digər mülki məhkəmə mübahisələri zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini tədqiq edilərək müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportda iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları göstərilmişdir. “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Belə ki, mülki iş üzrə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2019cu il tarixli, 60 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, X2 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X3 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki, onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855,9 m2 torpaq sahəsi mövcuddur. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı qzının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Qədiməliyeva Balacaxanım Zeynal qızına məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 80 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X4 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür Üçüncü şəxs tərəfindən verilən apelyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri göstərilmişdir. Bağ sahəsinə dair üzvlük kitabçası və digər sənədlər arxiv qovluğunda aşkar olunmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bundan başqa, apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qərəzli şəkildə iddiaçıya təklif etmişdir ki, iddia tələbini dəyişdirsin. Çünki iddiaçının ilkin tələbi çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Sonradan hansısa qeyri-müəyyən səbəbdən iddiaçı tələbi dəyişmiş və qanuni şəkildə xüsusi mülkiyyətdə olan bağ sahəsinə verilmiş texniki pasportun ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPMin 13cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu səbəbdən də birinci instansiya məhkəməsi qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə yardım etmiş, hər hansı prosessual pozuntuya yol verməmişdir. Bundan başqa apelyasiya şikayətində göstərilmişdir ki, iş üzrə alınmış ekspert rəyləri arasında kifayət qədər böyük ziddiyyətlər olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 kv.m, sənəd üzrə 1200,0 kv.m, əlavə istifadədə 855,9 kv.m torpaq sahəsi mövcuddur. Həmçinin, X2 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən İddiaçı iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. İşin bu halları Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)- 73/2022 saylı qətnaməsi ilə müəyyən edilərək iddiaçıya Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına 1200 kv.m torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin-qeydlərin inzibati icraat qaydasında mübahisələndirilməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 4. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Maddə 58.1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 65. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İPM-in 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, iddiaçının Bakı şəhər X14 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə-X12 Komitəsi ilə "Meliorator" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 2 saylı 21 aprel 1999-cu il tarixli protokolu, bağçılığın üzvlük kitabçasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələri üzərində gözlənilən mülkiyyət hüququ yaranması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(112)-1623/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2830/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2830/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver