Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2831/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycann Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla” bağlı ərizəsi əsasında Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(82)-3436/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardaddan ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Abşeron rayon Neft kəmərləri idarəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №li siyahısına müvafiq qaydada zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (55 yaş) güzəştli şərtlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə bununla əsaslandırılmışdır ki, İddiaçı barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 2017ci ilin iyun ayınadək Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 158 ünvanında qeydiyyatda olmuş, həmin tarixdən sonrakı müddətdə ona təyin olunmuş pensiyanın məbləğinin artırılması məqsədi ilə qeydiyyat ünvanı ünvan 1ləğinin məhkəmə qərarları əsasında artırılmasından sonra xx.xx.2018-ci il tarixində qeydiyyat ünvanı yenidən ünvan 2ilmiş və hazıradək həmin ünvanda qeydiyyatdadır. Pensiya işinə tikilmiş sənədlərdən aşkar edilmişdir ki, İddiaçı həmin dövrdə qanunvericiliklə müəyyən olunmuş 63 yaşından əmək pensiyasının təyin edilməsi ilə bağlı qaynar xəttə müraciət etmiş və ona müvafiq qanunvericiliyə uyğun pensiya təyinatı aparılmışdır. Lakin bu işdə maraqlı olan şəxslərin köməyi və istiqaməti ilə yuxarıda qeyd olunduğu kimi vətəndaşın qeydiyyat ünvanı məqsədli dəyişdirilmişdir. Fondun Nəsimi rayon şöbəsinin 14/276 №-li xx.xx.2017ci il tarixli göndərişində Fondun Xətai rayon şöbəsinin xx.xx.2017-ci il 283-2 №-li sorğusuna cavab olaraq İddiaçı yaşa görə 090991 Nq-İİ pensiya işini göndərməklə onun pensiyasının 679,61 manat məbləğində 2017-ci ilin iyun ayı daxil olmaqla ödənildiyi bildirilmişdir. Həmin arayışın üzərinə daxilolma ştampı vurularaq xx.xx.2017-ci il tarixində 19/247-04 №-si ilə şöbədə qeydiyyatdan keçirilmişdir. Vətəndaşın adından kompüterdə yazılmaqla qeydiyyat ünvanını dəyişdiyi üçün sənədlərini qəbul edib pensiyasının ödənilməsinə icazə verilməsi barədə xx.xx.2017-ci il tarixli ərizəsi şöbədə üzərinə daxilolma ştampı vurulmaqla 1730 №-si ilə xx.xx.2017-ci il tarixində qeydiyyatdan keçirilməklə həmin şöbənin pensiya təyinatı komissiyasının xx.xx.2017-ci il tarixli, №-si qeyd edilməmiş qərarı ilə xx.xx.2017- ci il tarixindən aylıq 679,61 manat olmaqla ömürlük yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyasının aylıq məbləği istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə artırılaraq xx.xx.2018-ci il tarixindən 718,35 manat müəyyən edilmiş və xx.xx.2018-ci il tarixədək ödənilmişdir. Bunlardan əlavə, vətəndaşın adından kompüterdə özünün imzasına uyğun olmayan imza edilməklə tarixi qeyd olunmamış, həmçinin vətəndaşın heç vaxt qeydiyyatda olmadığı “ünvan 4 ünvanını göstərməklə və ona heç bir aidiyyəti olmayan Fondun Binəqədi rayon şöbəsinə yazılmış, məzmunu “Yazıb Sizdən xahiş edirəm ki, mənə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 55 yaşdan əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını hesablayıb yenidən təyin edəsiniz” ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə pensiya təyinatı komissiyasında baxılaraq şöbənin müdiri E.Məmmədov və icraçı M.Bədəllinin imzası ilə xx.xx.2017-ci il tarixli 5180-01 №li məktubla xx.xx.2006-cı il tarixindən ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunduğu, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatın müasir formasının yaradıldığı, əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatının yeni normalara uyğunlaşdırıldığı və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin, yeni qaydaları ilə əhatə olunmalarının təmin edildiyi, Azərbaycan Respublikası 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından hesablamaların vahid prinsiplə əmək stajı göstəricilərinə əsasən aparılmasının təmin edildiyi məzmununda dərhal imtina yazılmaqla Xətai rayonu, 1-ci Əhmədli küçəsi, ev 6 ünvanında qeydiyyatda olan şəxs kimi İddiaçı cavab ünvanlanmışdır. Qeyd olunmalıdır ki, göndərişin, ərizənin və cavabın tarixləri eyni gündür. Pensiya işində olan məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “ona xx.xx.2007-ci il tarixindən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarına əsasən məlum olmuşdur ki, iddia ərizəsində İddiaçı yaşa görə pensiya alması faktı qeyd edilmişdir. Belə ki, həmin ərizədə vətəndaş şöbədən yaşa görə pensiya aldığını bildirmiş, qanunvericiliyə müvafiq olaraq güzəştli iş stajını nəzərə alınmaqla 55 yaşdan yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan və 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbini qoymuşdur. Məhkəmə iclası keçirilərkən vətəndaşa 63 yaşdan yaşa görə əmək pensiyası təyin olunduğu və ödənişin aparıldığı barədə araşdırma aparılmamışdır. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iştirak etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı və ya onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsində iştirak etməmişdir. Uçot vərəqinə tikilmiş əmək kitabçasının BP Exploration (Caspian Sea) Ltd Şirkəti tərəfindən təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1971-xx.xx.1972-ci il tarixləri arasındakı dövr ərzində Əhalinin Məişət Xidməti Nazirliyinin 14 №-li İstehsalat birliyinin Siyəzən şəhər filialında 4cü dərəcəli radiomexanik, xx.xx.1972-xx.xx.1972-ci il tarixləri arasındakı dövr ərzində rayon kabelli radioqəbuledici magistral istehsalat laboratoriyasında elektromexanik, xx.xx.1975-xx.xx.1975-ci il tarixləri arasındakı dövr ərzində X2 Qazma İşləri İdarəsində avadanlıqlara xidmət üzrə elektrik montyoru, xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Əhalinin Məişət Xidməti Nazirliyinin 2 №-li İstehsalat birliyinin Bakı şəhər idarəsində 3-cü dərəcəli radiomexanik, xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində “Bakneftmaş”-ın konstruksiya, neft yataqlarının istismarı üçün tətbiq edilən avadanlıqların tədqiqatı üzrə Xüsusi quraşdırma bürosunda 5-ci dərəcəli elektrik montyoru, xx.xx.1977-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Magistral X3 Birliyi Abşeron rayon Neft Kəmərləri İdarəsi) Neft Sənayesi Nazirliyi Başneftnəqliyyat Abşeron rayon neftötürücü idarəsində qurğuların elektromexaniki, hava xətti montyoru, çilingər vəzifələrində işləmiş, xx.xx.1997-ci il tarixindən BP Exploration (Caspian Sea) Ltd Şirkəti Şimal X4 elektrik texnik vəzifəsinə qəbul edilmiş, əmək kitabçasına edilmiş sonuncu qeydlə xx.xx.2012-ci il tarixində Nəqliyyat əməliyyatları departamentinə vəzifəsinin adı dəyişdirilərək texniki işlər üzrə texnik kimi keçirilmişdir. BP Exploration (Caspian Sea) Ltd Şirkəti tərəfindən təsdiq olunmuş 03.11,2016-cı il tarixli arayışında vətəndaşın xx.xx.1996-cı il tarixindən şirkətdə işlədiyi, arayışın yazıldığı tarixdə texniki xidmət üzrə texnik vəzifəsini tutduğu, aylıq məvacibinin 3085,0 manat olduğu, uzaq sahədə işlədiyinə görə aylıq vergi tutulmayan 462,75 manat ödəniş aldığı qeyd edilmişdir. Şirkətin 25.11,2016-cı il tarixli digər arayışında vətəndaşın adına 2004-2005-ci illər üzrə 24 ayın əmək haqqının cəmi məbləğinin 33327,81 dollar (ABŞ dolları ilə) olduğu müəyyən edilmişdir. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, xx.xx.1977-ci il tarixindən xx.xx.1997- ci il tarixədək bütün işlədiyi müddət zərərli əmək stajı kimi nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, zərərli (ağır) işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, Abşeron rayon Neft kəmərləri idarəsində işlədiyi dövrün zərərli əmək stajı hesab edilməsi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə iddiaçının işlədiyi vəzifələri Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 2 №-li siyahısına əsasən elektrik montyorlarını əmək şəraiti zərərli olan peşələrə aid etmiş, lakin hansı bölmə və ya kodla müəyyən olunduğunu qeyd etməmiş və yaxud araşdırmamış, vəzifəsini əsas göstərməklə şöbənin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da əvvəlki instansiyaların qəbul etdiyi qərarları əsas götürərək şöbənin kassasiya şikayətini təmin etməmişdir. Göstərilənlərlə yanaşı, şöbə tərəfindən də vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın alınması təmin və tələb edilməmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı güzəştli şərtlərlə deyil, yaşa görə əmək pensiyası almaq hüququ qanunvericiliklə xx.xx.2015-ci il tarixindən 63 yaşından yaranır. Həmin tarixdən (məhkəmə qərarları nəzərə alınmadan) vətəndaşın aylıq pensiya məbləği 31 il 6 ay sosial sığorta stajına uyğun hesablanmış sığorta hissəsi (69,00 manat), xx.xx.2006-xx.xx.2015- ci il dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı (418,28 manat) və baza hissəsi ilə birlikdə (100,0 manat) cəmi 587,28 manat, sonrakı indeksləşdirmə və baza hissəsinə artım nəzərə alınmaqla xx.xx.2016-ci ildən 606,77 manat, xx.xx.2016-cı ildən 616,77 manat, xx.xx.2017-ci ildən 679,61 manat, xx.xx.2018-ci il tarixindən 718,34 manat, xx.xx.2019-cu il tarixindən 739,89 manat, 01.01,2020-ci ildən 862,71 manat, (indeksləşdirmə artımı ilə) təşkil etməlidir. xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə cəmi ödənilməli məbləğ 35043,43 manat təşkil edəcək. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əmək haqqına əsasən hesablana bilməz. Araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixindən İddiaçı təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində məhkəmə qərarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 246245,88 manat (186091,12+60154,76) yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 35043,43 manat müəyyən edilmiş, əsassız ödənilmiş məbləğ 211202,45 manat (246245,88-35043,43) təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 dekabr 2020ci il tarixli **********3 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 22 fevral 2021 -ci il tarixli 02/2-347mat- 20/704 nömrəli məktubda cinayət işi başlanmaqla ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edildiyi qeyd olunmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3436/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır.
4. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti vermiş və “yeni açılmış hallarla” bağlı ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Tərəflərin izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərardadının qanunsuz olduğunu və ləğv edilməsini, ərizənin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, ərizənin təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
8. İş materallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasına əsasən 10.06.77 - 02.01.97-ci il tarixlərdə Abşeron rayon Neft Kəmərləri İdarəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 2 nömrəli siyahasına müvafiq qaydada zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2007-ci il tarixindən (55 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi; iddiaçıya, əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Abşeron rayon Neft Kəmərləri İdarəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 2 nömrəli siyahasına müvafiq qaydada zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2007-ci il tarixindən (55 yaş) güzəştli şərtlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yənidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-542/2018 qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Ərizəçinin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
18. Yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
19. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
20. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
21. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
23. Adıçəkilən Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar.
24. İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət.
25. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilir.
26. Digər bir mümkünlük şərti isə yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir.
27. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
28. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
29. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
30. Hazırki işin müəyyən edilən hallarından görünür ki, ərizəçi tərəfindən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə riayət olunmamış, ərizə onun verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməklə verilmişdir.
31. İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017ci il tarixli 2-1(82)-3436/2017 nömrəli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2018-ci il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir.
32. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 5 ildən artıq keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir.
33. Eyni zamanda, cavabdeh ərizədə, o cümlədən apellyasiya şikayətində iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanmasına istinad etsə də, iş materiallarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası şübhəli hallar olması əsası ilə xx.xx.2020-ci il tarixdə dayandırılmışdır.
34. Odur ki cavabdehin yuxarıda qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, xx.xx.2020-ci ildə Filialın hazırda ərizədə göstərdiyi bütün xüsusatlar ona məlum olmasına baxmayaraq, o yenə də müddəti ötürməklə, 4 ildən artıq müddət keçdikdən sonra yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmişdir.
35. Beləliklə, kollegiya hesab edir ki, yeni açılmış hallarla bağlı ərizə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət daxilində verilmədiyindən birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
39. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin apellyasiya şikayəti formal xarakterli olub yeni açılmış hallar ilə bağlı icraatın təzələnməsinə əsas verən hər hansı sübut və ya dəlil ilə əsaslandırılmadığından təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3436/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.