Məhkəmə qərarları › İş №2-1(103)-2834/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2834/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2834/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2834/2023 (Açar sözlər: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması”) Bakı şəhəri 10 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-381/2023 saylı, 04 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 446 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

2. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi tərəfindən bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Dövlət Şirkətinin 446 nömrəli Tikinti İdarəsi 05 iyun 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.

3. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Qeydiyyatı idarəsi tərəfindən bildirilmişdir ki, idarədə olan reyestrə əsasən "xxxx" Açıq tipli Səhmdar Cəmiyyəti (VÖEN:**********) ləğv edilmiş "xxxx" Dövlət Şrkətinin 9 müəssisəsinin bazasında yaradılmışdılr və onların hüquq və öhdəliklərinin varisidir.

4. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən İddiaçı əmək kitabçasının surətindəki qeydlərə və SOCAR-ın Baş ofisinin Hüquq idarərəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********30490089X00078 nömrəli məktubundakı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərin əsasında yazılmış qeydlərə uyğun olaraq hazırlanmış əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı haqqında arayış təqdim edilmişdir. Həmin arayışa əsasən o “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli neft və qazçıxarma sexində xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 1 nömrəli neft mədənində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək «təmirçi çilingər», həmin sexdə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli neft mədənində xx.xx.1992-ci il tarixdən xx.xx.1992ci il tarixədək «neft və qaz hasilatı üzrə operator», Quyuların yeraltı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək «quyuların yeraltı təmiri üzrə operator» peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət (09 il 04 ay 19 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin (a) “Fəhlələr” bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.

5. Qeyd: “Binəqədineft” NQÇİ-nin 3 nömrəli neft və qazçıxarma sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulmamışdır.

6. xx.xx.1981-ci ildə (əmr № 1723 k, xx.xx.1981-ci il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, iddiaçı hərbi xidmətə çağırılması iiə əlaqədar işdən azad olunmuşdur.

7. xx.xx.1984-cü ildə (əmr № 680 k, xx.xx.1984-cü il) “Kirovneft” NQÇİ-nin 1 №-li Neft mədəninə 3-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir.

8. xx.xx.1985-ci ildə (əmr № 992 k, xx.xx.1985-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur.

9. xx.xx.1986-cı ildə (əmr № 107 k, xx.xx.1986-cı il) “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) 1 №-li Neft mədəninə 3-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci ildə (əmr № 610 k, xx.xx.1987-ci il) 4-cü dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir.

10. xx.xx.1991-ci ildə (əmr № 183 k, xx.xx.1991-ci il) neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir.

11. xx.xx.1992-ci ildə (əmr № 720 k, xx.xx.1992-ci il) QYƏTS-yə 4-cü dərəcəli quyuların yeraltı təmiri operatoru peşəsinə keçirilmişdir.

12. xx.xx.1993-cü ildə (əmr № 130 k, xx.xx.1993-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur.

13. xx.xx.1996-cı ildə (əmr № 363 k, xx.xx.1996-cı il) “Binəqədineft” NQÇİ-nin 3 №-li NQÇS-nə 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir.

14. xx.xx.2002-ci ildə (əmr № 368 к, xx.xx.2002-ci il) 5-ci dərəcəli əmtəə operatoru peşəsinə, keçirilmişdir.

15. xx.xx.2005-ci ildə (1 №-li protokol) idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur (Əsas: Fond: 65, Siyahı: 1, İş: 76, 84, 109, 115, 125, 130, 134, 149, 158, 130, 170, 181).

16. İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979xx.xx.1981-ci illərdə texniki peşə təhsili almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı ildə adına açılmış ИТ-İ № ******* nömrəli əmək kitabçasındakı və SOCAR-ın verdiyi **********80020123X00274 saylı arayışdakı 1980-2006-cı il dövr üçün iş stajının təsdiq edilməsi və ona 57 yaşın tamam olduğu xx.xx.2019-cu il tarixdən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

18. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə anadan olub. xx.xx.1979xx.xx.1981-ci illərdə Texniki Peşə məktəbində təhsil alıb. Əmək fəaliyyətinə xx.xx.1980ci ildə “Kirovneft” NQÇİ-nin 1 nömrəli NQÇS-nə təmirçi-çilingər kimi başlayıb. xx.xx.1981- xx.xx.1983-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1980-ci ildə adına açılmış əmək kitabçası itdiyinə görə xx.xx.1996-ci ildə adına dublikat (təkrar) ИТ-İ № ******* nömrəli əmək kitabçası açılmışdır. Lakin hansısa anlaşılmazlıq ucbatından 1980-1986-cı illər üzrə iş stajı əmək kitabçasında qeyd edilməmişdir. İşlədiyi təmirçiçilingər peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuşdur. Buna görə də 57 yaşının tamam olduğu 2019-cu il tarixdə sənədlərini cavabdeh tərəfə təqdim etsə də, onun xx.xx.2006-cı ilə qədər olan dövr üzrə ümumi stajı düzgün hesablamayaraq, ona 2 dəfə güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişlər. Bildirir ki, xx.xx.1980-xx.xx.1986-cı illər üzrə işləməyi barədə arayışı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00274 saylı arayışında öz əksini tapmışdır. Digər tərəfdən 1993- 1996-cı illər üzrə iş stajı əmək kitabçasının 41, 42, 43cü səhifələrində qeyd olunmasına baxmayaraq iş stajı hesablanarkən cavabdeh tərəfindən nəzərə alınmamışdır.SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən verilmiş xx.xx.2019-cu il tarixli “iş stajı haqqında” arayışa əsasən xx.xx.1962-ci il il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-cı ildə (əmr № 1651 k, xx.xx.1980-cı il) “Kirovneft” NQÇİ-nin 1 №-li NQÇS-nə (neft mədəni) 2-ci dərəcəli təmirçiçilingər peşəsinə işə qəbul edilmişdir.57 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajı 25 ildən az (20 il 6 ay 18 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

19. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 6 ay 18 gün (xx.xx.1979-xx.xx.1981-cü il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1993-ci il və xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.“Binəqədi OYL Kompani” şirkətinin iddiaçıya dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı şirkətdə çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının (güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı) 10.2 və 10.5 bəndinin «a» yarımbəndində göstərildiyi qeyd edilmişdir.İddiaçının 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli təkrar müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur.Mərkəzi Filiala təqdim etdiyi “Binəqədi OYL Kompani” şirkətinin ona dair 18 iyul 2022- ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Binəqədi OYL Kompani" şirkəti Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 7 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.2005-xx.xx.2008ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

20. İddiaçının 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022- ci il tarixli təkrar müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Binəqədi OYL Kompani” şirkətinin sizə dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vuluması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Binəqədi OYL Kompani” şirkətinin fəaliyyət sahəsi Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

21. İddiaçı tərəfindən iddia tələbi 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilmişdir.

22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-381/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müraciət etmişdir.

24. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 37 ilə yaxındır.

25. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş yeri tərəfindən verilən arayışda iddiaçının 2007-ci ilə qədər işlədiyi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər (2130200a- 18559), neft və qaz hasilatı üzrə operator (2130200a-15824), quyuların yeraltı təmiri üzrə operator (2130200a15870) peşəsi (cəmi 9 il 4 ay 17 gün), eləcə də 2007-ci ildən sonra işlədiyi əmtəə operatoru və neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru peşəsi (cəmi 13 il 11 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (a) Fəhlələr yarımbəndində “neft və qaz hasilatı üzrə operatorları” vəzifəsinə və 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.

26. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

27. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur.

28. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

29. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

31. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 381/2023 saylı, 04 may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəgiq göstərilməlidir. Həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr peşələr və vəzifələr müvafiq İcra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğularının operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş “Binəqədi OYL Kompani” şirkətinin xx.xx.2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixdən bugünədək Neftin, qazın hazırlanması və vuluması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi “Binəqədi OYL Kompani” şirkətinin fəaliyyət sahəsi Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 381/2023 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

34. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

35. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - . 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: - 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (a) Fəhlələr yarımbəndində “neft və qaz hasilatı üzrə operatorları” vəzifəsinə və 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

41. Məhkəmə Kollegiyası iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

42. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müraciət etmişdir.

43. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə stajı iddiaçının ümumi stajı 37 ilə yaxındır.

44. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğularının operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş “Binəqədi OYL Kompani” şirkətinin xx.xx.2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009cu il tarixdən bugünədək Neftin, qazın hazırlanması və vuluması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi “Binəqədi OYL Kompani” şirkətinin fəaliyyət sahəsi Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil.

45. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən iş stajına münasibətdə nəzərə alınmalıdır ki, iş yeri tərəfindən verilən arayışda iddiaçının 2007-ci ilə qədər işlədiyi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər (2130200a-18559), neft və qaz hasilatı üzrə operator (2130200a-15824), quyuların yeraltı təmiri üzrə operator (2130200a15870) peşəsi (cəmi 9 il 4 ay 17 gün), eləcə də 2007-ci ildən sonra işlədiyi əmtəə operatoru və neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru peşəsi (cəmi 13 il 11 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (a) Fəhlələr yarımbəndində “neft və qaz hasilatı üzrə operatorları” vəzifəsinə və 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Bundan başqa “Binəqədi OYL Kompani” şirkətinin iddiaçıya dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı şirkətdə çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının (güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı) 10.2 və 10.5 bəndinin «a» yarımbəndində göstərildiyi qeyd edilmişdir.

46. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

47. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur.

48. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

49. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

50. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-381/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-381/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar