Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2837/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4464/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən Ö/T 15 ünvana yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-4464/2024 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-4464/2024 saylı qərarından İddiaçı1 vəkli Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir və verilmiş apellyasiya şikayəti vəkli Vəkil tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili şikayətin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq məhkəmə Kollegiyasının sualına cavabında bildirmişdir ki, iddiaçı ona etibarnamə vermək istəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavadeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavadehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətini imzalayan şəxs İddiaçı1 vəkili Vəkil olmuşdur. Lakin Vəkil İddiaçı1 tərəfindən order verilsə də, onun İddiaçı1 adından apellyasiya şikayəti verməsinə (imzalanmasına) dair etibarnamə iş materiallarına əlavə olunmamışdır.İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədə isə inzibati xətalar üzrə səlahiyyətlərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının vəkilinə apellyasiya şikayəti verməsinə (imzalanmasına) dair etibarnamə təqdim etməsi üçün məhkəmə iclası təxirə salınmış, lakin sonuncu məhkəmə iclasında Vəkil məhkəmə Kollegiyasının sualına cavabında bildirmişdir ki, iddiaçı ona etibarnamə vermək istəməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4464/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4464/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındanından iddiaçının vəkilinin apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2837/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2837/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver