Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2838/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Açar söz: pensiyanın yenidən hesablanması X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1276/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur.
2. İddiaçı 1987-ci il tarixindən hal-hazıra kimi hakim vəzifəsində işləyir.
3. İddiaçıya xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı hakim işlədiyi dövrdə il ərzində 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı və 1 aylıq vəzifə maaşına əlavə almış, həmin məbləğlərdən məcburi dövlət sosial sığorta haqqları üzrə tutulmalar da həyata keçirilmişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı və 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, müraciətə cavab verilməmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı və 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixindən hal-hazıra kimi hakim vəzifəsində işləyir. Hakim işlədiyi dövrdə, həmçinin Şuşa Rayon Məhkəməsində müvəqqəti olaraq sədr əvəzi kimi də fəaliyyət göstərmişdir. 2019-cu ilin may ayının 14-dən yaşa görə əmək pensiyası alır. İddiaçı bildiririk ki, ona sonradan məlum olmuşdur ki, pensiyanın hesablanması zamanı səhvə yol verilmiş, ödənilən pul təminatları pensiya məbləğinə daxil edilməmişdir. Belə ki, pensiyanın hesablanması zamanı 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, səlahiyyətlərin icrası ilə əlaqədar vəzifə maaşının 25 faizi həcmində pul təminatı və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmamışdır.
8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı pensiyanın hesablanması zamanı cavabdehə yox, ilkin olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdehə müraciət etməmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr pensiya yaşına çatmış sabiq hakimlərə şamil təyin edildiyindən, iddiaçıya isə 2019-cu ildə hakim kimi deyil, yaşa görə pensiya təyin edildiyindən iddia əsassızdır.
9. Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(112)-1276/2022 saylı qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ddiaçının pensiya işi məhkəmə tərəfindən tələb edilmiş və pensiyanın iddiaçıya avtomomatlaşdırılmış qaydada təyini ilə bağlı cavabdehin nümayəndəsi onun pensiya işinə dair elektron sistemdən çıxarış təqdim etmişdir ki, pensiya işinin elektron sistemdən çıxarışından da görünür ki, iddiaçının pensiya məbləğinin müəyyən edilməsi zamanı yuxarıda adıçəkilən ödənişlər edilməsinə və məcburi dövlət sosial sığorta haqqlarına cəlb edilməsinə baxmayaraq əsassız olaraq nəzərə alınmamışdır.
11. Cavabdehin iddiaya etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə hakim kimi pensiyaya çıxmış əmək pensiyaçı olmadığından və “Əmək pensiyaları haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olduğundan hazırkı iş üzrə cavabdeh də Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmalıdır.
12. “Əmək pensiyaları haqqında” Qanunun: 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: Pyaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH yaşa görə əmək pensiyasının yığım hissəsidir.
13. İstinad edilmiş normaların tələblərinə əsasən pensiya məbləği məbləği müəyyən edilərkən pensiya kapitalında yığılmış vəsait nəzərə alınmalı olduğundan, pensiya kapitalında yığılan vəsaitin isə müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğindən ibarət olması konkret olaraq müəyyən edildiyindən əmək pensiyaçıları üçün əsas hissəsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində artan pensiya kapitalının əmək pensiyasının məbləğinə birbaşa təsir edir. Başqa sözlə, şəxsin pensiya kapitalında toplanılan vəsait nə qədər çoxdursa, yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə ödəniləcək pensiya məbləği də çox olacaqdır ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqlarına cəlb edilmiş, pensiya kapitalında nəzərə alınmalı olan ödənişləri nəzərə almamaması əmək pensiyası məbləğinin artırılması ilə bağlı iddiaçının hüququnun pozuntusuna səbəb olur.
Apellyasiya şikayətinin dəlilləri:
14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(112)-1276/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 2019-cu il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda pensiyanın ödənişi davam etdirilir. İddiaçı pensiyanın yenidən hesablanması üçün pensiya təyin etmiş orqana deyil, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Daha sonra məhkəmə tərəfindən cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olaraq müəyyən edilmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən həmin əlavələr pensiya yaşına çatmış sabiq hakimlərə şamil olunur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2.sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8.fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.9.fərdi hesabın yığım hissəsi -sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınankönüllüsosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. 1.0.10.pensiya kapitalı- müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.12.əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.13. əmək pensiyasının yığım hissəsi fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası- 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun: 106-cı maddə-hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. 107-ci maddə- hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:
19. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından görünür ki, iddiaçıya 2019-cu ildə yaşa görə pensiya təyin edilərkən onun pensiya kapitalının məbləği düzgün müəyyən edilməmiş, hakım vəzifəsində işləyərkən aldığı və məcburi dövlət sosial sığorta haqqı tutulmuş ödənişlər-2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı və 1 aylıq vəzifə maaşına əlavə
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu, 10-cu maddələrinə əsasən əmək pensiyasının məbləği məbləği müəyyən edilərkən pensiya kapitalında yığılmış vəsait nəzərə alınmalı olduğundan, pensiya kapitalında toplanan vəsait nəzərə alınmalı olduğundan, bu vəsait isə fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğindən ibarət olduğundan iddiaçının aldığı ödənişlərin yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmaması üçün qanuni əsas yoxdur.
23. Cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, qulluq stajına görə hakimlərə əlavələr “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunur ki, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. İddiaçının iddia ərizəsində əmək pensiyası təyin edilərkən pensiya kapitalında nəzərə alınmalı olduğunu iddia etdiyi ödənişlər qeyd edilən normada nəzərdə tutulmuş qulluq stajına görə əlavələr olmadığından və həmin ödənişlər qulluq stajından asılı olmayaraq hakim vəzifəsinə təyin edilmiş bütün şəxslərə ödənildiyindən cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə istinad etməklə əsaslandırdığı apellyasiya şikayəti əsassızdır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissəsi:
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1276/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1276/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.