Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2838/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X7 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 835/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı mübahisələndirmə haqqında iddia (İPM m.32.1.) ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 aprel 2022-ci il tarixdə ona 5 il müddətinə təyin edilmiş İİ dərəcə əlilliyinin ləğv edilməsi barədə qərarın qanunsuz hesab edilməsi, ona İİ qrup əlilliyin təyin edilməsi və ödənilməyən aylar üzrə pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… xx xxxxxx 1961-ci ildə doğulmuşdur. 2017-ci ildə "‘Qarışıq astma, bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozu ilə ona İİ qrup əlillik təyin olunub. 5 il müddətində İİ qrup əlilliyə görə pensiya almışdır. 2022-ci ilin aprel ayında 5 il müddət başa çatdığı üçün X10 X2 müalicə alıb epikriz götürmüşdür. 2022-ci ilin aprel ayında sənədlərini Cəbrayıl MRX HMK təqdim etmişdir. Sənədləri növbəti əlilliyin təyin edilməsi üçün sistemə vurulmuşdur. 2022-ci ilin may ayında ona İİ qrup əlillik təyin edilmişdir. Bundan sonra mütəmadi olaraq hər ay ona təyin olunan pensiyanı almışdır. 2022-ci ilin noyabr ayında təkrar komissiyadan keçmək üçün onu Azərbaycan Respublikası ƏƏSM Naziliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət etmişdirlər. O, 12 dekabr 2022-ci il tarixdə həmin təşkilatda komissiyadan keçmişdir. Həmin vaxtdan əlilliyi ləğv edilib və pensiyası dayandırılıb. Cavabdeh orqanın 08 fevral 2023-cü il tarixdə ünvanına daxil olan 30 yanvar 2023-cü il tarixli 3-17-4/2-D-1967/2023 saylı məktubunda 18 aprel 2022-ci il tarixdə ona təyin edilmiş 5 il müddətinə 2-ci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilməsi və həmin qərardan 30 gün müddətinə Azərbaycan Respublikası ƏƏSM Naziliyinə və ya məhkəməyə şikayət vermək hüququmun olması izah edilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin qərar qanunsuz hesab edilməli və ona İİ qrup əlilliyin təyin edilməsi və ödənilməyən aylar üzrə pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməlidir. Belə ki, cavabdeh orqan tərəfindən 18 aprel 2022-ci il tarixdə ona 5 il müddətinə təyin edilmiş 2-ci dərəcə əlilliyinin ləğv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 zidd olmuşdur. İşin faktiki hallarına əsasən ona 2 dəfə 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. 12 dekabr 2022-ci il tarixdə Dövlət Tbbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində heç bir şəxsi müayinə edilmədən, tibbi aparatlardan istifadə edilməklə yoxlanılmadan, yalnız qısa fərdi söhbət aparıldıqdan sonra əlillik dərəcəsi ləğv edilmişdir. Bu isə qanunvericiliyin tələblərinə ziddir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-835/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: "…Məhkəmənin 3 dəfə məhkəmə tibbi ekspertizası təyin etməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla qərar qəbul etməsinə şərait yaratmışdır. Halbuki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11şaylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının’’ 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqamn diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Obyektiv müayinədə sağ ağciyər boyunca səs keçiriciliyi zəifləmiş, digər nahiyyələrdə sərt tənəffüs eşidilmiş, soi aşağı paylarda cüzi xıriitı və vızıltı eşidilmişdir. ET-X4 xx.xx.2022-ci ii tarixli 3358 nömrəli Spirometriya müayinə nəticəsi “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” kimi qeyd olunsa da obyektiv müayinədə öz əksini tapmamışdır. Maddi hüquq normalarının tələbləri baxımından, Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, tibb müəssisəsinin göndərişi əsasında iddiaçıda aşkar olunan xəstəlikləri üzrə onun əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aşığıdakı kimi qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixdə baxılmış göndəriş üzrə: Səbəbi: Ümumi xəstəlik, X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 -Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma infekslon allergik forma, nəzarət olunmayan tənginəfslik, kəskinləşmə mərhələsi, hormondan asıllıq. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamaziığı, Keçirilmiş naməlum prosesdən sonra sağ ağciyərdə qalıq bərk ocaqlar. Tənəəffüs çatmamaziığı ildərəcə, tez-tez boğulma tutmaları ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9.J35-J37.1 J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0338003AAMGN nömrəli tibbi göndərişi üzrə 8.04.2022-ci il tarixdən X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma, Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə”, meyar 2.2 ikinci dərəcə əlillik= 2.2.4 ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J 35- J37.1J41..., ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin növbəti müayinənin həmin nəticələri, sonradan, Agentliyinin Tibbi Sosial Ekspert Komissiyasının 30 dekabr 2022-ci il tarixli Qərarı ilə ləğv edilərək qərara alınmışdır ki, diaqnoz əlillik əlaməti təyin etmir. Bunun səbəbi kimi həmin qərarda aşığıdakılar qeyd olunmuşdur: «… Cəbrayıl rayon sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin Q338003AAMGN nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci ii tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********2). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinə zamanı şikayətləri vaxtaşırı baş verən boğulma tutmalarından olmuş, daim dərman istifadə etdiyini bildirmiş, ambulator və stasionar müalicələrə aid tibbi sənədlər təqdim etmişdir. Obyektiv müayinədə sağ ağciyər boyunca səs keçiriciliyi zəifləmiş, digər nahiyyələrdə sərt tənəffüs eşidilmiş, sol aşağı paylarda cüzi xıriltı və vızıltı eşidilmişdir. ET X4 xx.xx.2022-ci il tarixli 3358 nömrəli Spirometriya müayinə nəticəsi “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” kimi qeyd olunsa da obyektiv müayinədə öz əksini tapmamışdır. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsaslanaraq “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilib,..» İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı konkret halda cavabdehin sözügedən xx.xx.2022-ci il tarixli əlverşsiz inzibati aktı ilə onun etimad göstərdiyi, 5 il müddətinə əlillik təyinatı barədə xx.xx.2022-ci il tarixli əvvəlki qərarının ləğv edilməsini əsassız hesab edilərək, ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, aşğıdakılara görə iddiaçı tələbində haqlıdır. Birincisi, iddia ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, forma və məzmunca İPM-in 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmuşdur və İnzibati icraat haqqında” Qanunun 73.2-ci və İPM-in 38.1-ci maddələri ilə müəyyən olunan iddia müddəti buraxılmamışdır (Mübahisələndirilən 30 dekabr 2022-ci il tarixli qərarda hüquqi müdafiə vasitələri və ondan istifadə qaydası izah edilməmişdir.). İşə əlavə olunmuş, cavabdehin mübahisələndirilən qərarından (i.v.55) görünür ki, burada cavabdeh hüquqi – müəyyənlik prinsipinin bütün həddlərini aşaraq, iddiaçıya xx.xx.2022-ci il tarixdə öz qərarı ilə təyin etdiyi əlilliyini, onu əyani müəyinə adı altında sorğulamaqla və adi müşahidə üsulu ilə, yəni primitiv bir üslubda, tibbi sənədlərinə münasibətdə müqayisəli surətdə qiymət verərək onun əlilliyini ləğv etmişdir. Halbuki, bu üslubda əlillik vəziyyətinin qiymətləndirilməsi ən azından tibbin müasir imkanlarına tamamilə ziddir. İkincisi, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin obyektiv həllinə nail olmaq istqaməində məhkəmə tibbi ekspertizalar təyin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertlərinin rəyləri alınmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli qərardadının icrası qaydasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş T 499/2023 saylı ekspert rəyində ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: - Vətəndaş İddiaçı 43 saylı şəhər poliklinikasında xx.xx.2023-cü il tarixdə ambulator müayinələri zamanı “J45.8-bronxial astma, infeksion allergik forma, J46- tənəffüs çatmamazlığı İİ dərəcə, kəskin ventilyasiya pozğunluğu, qarışıq tipli” diaqnozu müəyyən edilmişdir. - Vətəndaş İddiaçı hazırda həmin xəstəlikdən əziyyət çəkir və qeyd edilən diaqnoz Forma 088-də qeyd edilmiş diaqnozla uyğunluq təşkil edir. - Həmin xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) yoxdur, lakin kəskinləşdiyi halda müalicəyə cəlb oluna bilər. Daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tibbi ekspertizası da Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertləri tərəfindən icra olunaraq 807/2023 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə Komissiya 1961-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişdir: “ 1. Vətəndaş İddiaçı 43 saylı şəhər poliklinikasında xx.xx.2023-cü il forma, J46-tənəffus çatmamazlığı İİ dərəcə, kəskin ventilyasiya pozğunluğu, qarışıq tipli” diaqnozu müəyyən edilmişdir. Belə ki, o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. 2,3. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0338003AAMGN nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnozdakı əsas xəstəlik, 2.1-2.6 yarımbəndlərində olan əsas xəstəliklə eynilik təşkil edir və hazırda iddiaçıda rast gəlinir. Lakin, onların ağırlaşmaları yarımbəndlərdə olanlarla və iddiaçının hazırkı sağlamlıq durumu ilə tam uyğunluq təşkil etmir.” Daha sonra, əlavə sualların araşdırılması zərurəti daxilində, məhkəmənin xx.xx.2024-cü il tarixli üçüncü bir qərardadı ilə məhkəmə-tibb ekspertizası təyin edilərək, Məhkəmə-Tibbi Ekspertiza və X6 aşaığıdakı nəticəyə malik T 91/2024 saylı ekspert rəyi alınmışdır: 1-6. Cəbrayıl rayon mərkəzi xəstəxanasında İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0338003AAMGN nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Bronxial atma qarışıq forma, nəzarət olunmayan ağır gedişli, kəskinləşmə mərhələsi, hormondan asılı vəziyyət, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, hiperkapniya, xroniki respirator hipoksemiya və xroniki respirator alkaloz” xəstəliklərdən əziyyət çəkir və sualda qeyd edilən hallardan 1.5 bəndi ilə tam uyğunluq təşkil edir. Təkrar və əlavə tibbi ekspertizaların qeyd olunan nəticələrindən göründüyü kimi, iddiaçının sağlamlıq vəziyyətinin xx.xx.2022-ci il tarixli 0338003AAMGN nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnoza uyğun olduğu, onun “Bronxial atma qarışıq forma, nəzarət olunmayan ağır gedişli, kəskinləşmə mərhələsi, hormondan asılı vəziyyət, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, hiperkapniya, xroniki respirator hipoksemiya və xroniki respirator alkaloz” xəstəliklərdən əziyyət çəkdiyi qeyd olnmuşdur (Rəydə, həmçinin, iddiaçı barəsində “Bakı Şəhəri Təcili və X8 Stansiyası” PHŞ-nə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə kəskinləşmənin intensivliyi və çağırış olduğu qeyd edilmişdir). İddiaçı barəsində sonuncu dəfə 0338003AAMGN nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz “Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə” qeyd edilmiş və əsas diaqnoz üzrə xəstəliyin beynəlxalq təsnifatı olaraq aşağıdakılar göstərilmişdir: J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma olmaqla, Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə” olmaqla “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4-cü bəndinə “ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J 35-J37.1J41” uyğun olmuş və həmin diaqnoz ikinci dərəcə əlillik təyinatına əsas vermişdir. Göründüyü kimi, sonuncu 088 forma göndərişdə təsbit olunan xəstəliklər həm qüvvədən düşmüş, həm də hazırda qüvvədə olan meyarlara uyğun gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərədə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, sonuncu göndəriş əsasında Komissiya tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın qəbulunu zəruri edən faktiki şərtlər mövcud olmuşdur. İnzibati icraat haqqında Qanunun 13.1-ci maddəsinin tələbinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsi isə nəzərədə tutur ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Beləliklə də, qeyd olunanlar baxımından, cavabdeh Agentliyin 3012.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əlillik təyin olunması barədə qərarının ləğv olunması əsassız olmuş, onun qanunla qorunan hüququnu pozmuşdur. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi isə nəzərdə tutur ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən hərətərəfli araşdırma aparılmaqla, iş üçün əhmsiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmış, işin həqiqi hallarına uyğun nəticəyə gəlmişdir (Hətta cavabdeh, məhkəmənin həqiqətin müəyyən edilməsi istiqamətində üç dəfə məhkəmə-tibbi ekspertizası keçirməsi nəticəsində işin həqiqi hallarının aşkar edilməsindən narazılığını belə, apellyasiya şikayətində işıqlandırmaqdan çəkinməmişdir.) Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hallara yol verilmədiyini, maddi hüquq normaları baxımından məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-835/2024 saylı xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-835/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2838/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2838/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver