Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-284/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********198361 saylı 31.03.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4361/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 3 ünvanda yerləşən müxtəlif ölçüdə qeyri-yaşayış binalarının icarəyə verilməsi ilə bağlı "xxxx" ASC ilə X20, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X12, X2, X23, X24, X13, X3, X7, X14, X8, X8, X6, X5, X17, X9, "xxxx" MMC, X21, X21, "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC arasında bağlanmış müqavilələrdən görünür ki, müxtəlif ölçüdə qeyriyaşayış sahələri 1 kv.m. üçün icarə haqqı 0.50 manat və 1.07 manat məbləğində həmin şəxslərin icarəsinə verilmişdir. Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********170837 saylı 06.12.2018-ci il tarixli qərarına əsasən "xxxx" ASC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyəti növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmişdir. Yoxlama 07.12.2018-ci il tarixdə başlanmış və 24.12.2019-cu il tarixdə başa çatmışdır. Yoxlamanın nəticələrinə dair **********170845 saylı 10.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 29989.05 manat, ƏDV-nin 87233.19 manat azaldılması müəyyən edilərək ümumilikdə 117222,24 manat məbləğində verginin azaldılmasına görə 32917,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bununla bağlı aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********198361 saylı 31.03.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, vergi orqanı 22 yanvar 2019-cu il tarixdə yoxlamanın dayandırılması haqqında qərar qəbul etmiş, yoxlama müddətinin ekspertiza keçirilməsinə görə 22 yanvar 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək müvəqqəti dayandırılmasına qərar vermiş, yoxlamanın bərpa edilməsi haqqında 18 fevral 2019-cu il tarixli qərar qəbul etmiş, eyni tarixli (18 fevral 2019-cu il) qərarla yenidən yoxlamanın 18 fevral 2019-cu il tarixdən 19 mart 2019-cu il tarixədək dayandırılmasını qərara almışdır. Bu qərarları da eyni qaydada vergi orqanı nə elektron qaydada, nə də yazılı sifarişli məktubla Qaydalarda qeyd olunan müddətdə yoxlanılan subyektə təqdim etmiş, buna görə də həmin sənədlərin hər hansı hüquqi qüvvəsi yoxdur. Tərəflər arasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2- 2(82)-560/2019 saylı “sənədlərin götürülməsinə dair” iş üzrə məhkəmə prosesi zamanı vergi orqanının nümayəndəsi sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə yoxlanılan subyektə təqdim olunmadığını etiraf etmiş, ekspertiza təyin olunması haqqında qərar olmadan yoxlama müddətinin dayandırılmasını formal olaraq, sırf yoxlamanın müddətini dayandırmaq üçün etdiyini bildirmişdir. Vergi orqanı müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarla yoxlamanı 22 yanvar 2019-cu il tarixdən başlayaraq dayandırmışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır. Buna əsasən yoxlamanın dayandırılma müddəti 22 oktyabr 2019-cu il tarixdə başa çatmışdır. Vergi orqanı 19 mart 2019-cu il tarixdə yoxlamanın müddətinin 30 iş günü (50 gün) müddətinə artırılması haqqında qərar qəbul etmişdir. Daha sonra, 7 noyabr 2019cu il tarixdə yoxlama müddətinin 30 iş günü artırılması barədə qərar qəbul etmişdir. Halbuki Vergi Məcəlləsinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi, vergi orqanı artıq bir dəfə 19 mart 2019-cu il tarixdə yoxlamanın müddətini artırdığı üçün 7 noyabr 2019cu il tarixdə yenə də 30 gün müddətinə yoxlamanın müddətini artıra bilməzdi. Həmçinin, vergi qanunvericiliyi vergi yoxlamasının artırılması müddətini iş günü ilə deyil, təqvim günü ilə hesablamaqdadır. Vergi Məcəlləsində təqvim günü və iş günü ifadəsi qeyd olunur, təqvim günü ilə hesablanan müddətlərdə isə sadəcə gün olaraq qeyd edilir. Buna görə də vergi orqanı Vergi Məcəlləsində təqvim günü olaraq müəyyən edilən müddəti öz qərarında iş günü olaraq göstərməsi qanunsuz və əsassızdır. Hətta vergi orqanının qəbul etdiyi qərarda qeyd etdiyi kimi, müddət iş günləri ilə hesablansa belə, yoxlamanın müddəti 20 dekabr 2019-cu il tarixdə başa çatmışdır. Həmçinin aşkar edilmişdi ki, 7 noyabr 2019-cu il tarixli qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilməmişdir. Müəyyən olunur ki, vergi orqanı tərəfindən yoxlama başa çatdırılmalı olsa da, qanunsuz olaraq yoxlamanın müddəti artırılmaqla davam etdirilmişdir. Hal-hazırda səyyar vergi yoxlaması başa çatdığı üçün, vergi orqanının bu yoxlama çərçivəsində sənədləri tələb etməsi hüququ mövcud deyildir. Qeyd edilənlərlə müəyyən olunur ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilməmişdir. Halbuki, Vergi Məcəlləsi belə bir qərarın qəbul edilməsini bir vəzifə kimi vergi orqanının üzərinə qoymuşdur. Yoxlamanın dayandırılması barədə qərar qəbul olunmadığı üçün səyyar vergi yoxlaması müddətinin axımı kəsilməmiş və növbədənkənar səyyar vergi yoxlaması 21 fevral 2019-cu il tarixdə başa çatmış olmalı idi. Yoxlama müddəti başa çatdıqdan sonra qəbul edilən qərarlar etibarsızdır. Vergi orqanının qəbul etdiyi qərar əsasında “Azərekspertiza” Birliyi tərəfindən 7 fevral 2020-ci il tarixli ekspert rəyi tərtib olunmuşdur. Bu rəylə ünvan 4 ünvanında yerləşən icarəyə verilmiş obyektlər üçün 1 kv.m tikililərə 3 manat, boş sahəyə 0,50 manat hesablanmışdır. Rəy təpmamilə əsassız və qərəzli olaraq, vergi orqanının nəzarəti və tələblərinə uyğun şəkildə aparılmışdır. Müstəqil ekspert "xxxx" MMCnin MB seriyalı 13/398 saylı 23 aprel 2020-ci il tarixli rəyindən görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən icarəyə verilən obyekt üçün 1 kv.m sahənin icarə bazar dəyəri 1,20 manat göstərilmişdir. Göründüyü kimi, icarə haqlarının məbləğində hər hansı uyğunsuzluq, bazar dəyərinin aşağı olma kimi hallar mövcud deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması barədə vergi ödəyicisinə müraciət edilsə də, həmin sənədlər yoxlamaya təqdim edilməmişdir. Bundan sonra sənədlərin vergi ödəyicisindən götürülməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, lakin yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Vergi yoxlaması baza məlumatları, bank sənədləri, "xxxx" ASC və "xxxx" ASC-dən alınmış məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş icarədarların cədvəli, eləcə də vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Həmçinin yoxlayıcı orqan tərəfindən 12 dekabr 2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış, yoxlamaya AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Keçirilmiş ekspertizanın nəticələrinə görə yoxlamaya 6 fevral 2020-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Rəyə əsasən yoxlanılan dövrdə icarəyə verilmiş açıq sahələrin 1 kv.m-nin icarə haqqı 0,50 manat (ƏDV ilə), tikili obyektlərin 1 kv.m-nin icarə haqqı 3 manat (ƏDV ilə) müəyyən edilmişdir. Səyyar vergi yoxlaması bir qayda olaraq 30 günlə məhdudlaşır. Eyni zamanda qanunvericilik həmin müddətin artırılmasını da müəyyən edir. Həmin maddədə nəzərdə tutulan 90 günlük müddət səyyar vergi yoxlamasının başa çatma deyil, artırılması müddətini müəyyən edir. Göründüyü kimi, qanunun müddəası səyyar vergi yoxlamasının keçirilmə müddəti olan 30 günlük müddətin ən çox 60 gün deyil, ən çox 90 gün artırılmasını nəzərdə tutur ki, belə olan halda iddiaçının irəli sürdüyü dəlil əhəmiyyətsizdir. Həmçinin Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4361/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında inzibati aktın ləğvi əsası olaraq müəyyən edilmiş dəlillərdən biri bundan ibarətdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hisəsi, yəni 2015 və 2016-cı illər üzrə müvafiq vergilər AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Məhkəmənin həmin dəlili ilə əlaqədar bildirilmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar 06.12.2018-ci il tarixdə qəbul edilmiş, yoxlama dövrü ƏDV üzrə 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək, mənfəət vergisi üzrə isə 2015-ci ildən 2017-ci ilədək olan dövrü əhatə etmişdir. Noyabr ayı üzrə ƏDV hesabatının təqdim edilməsi müddətinin dekabr ayının 20-dək olduğunu, həmçinin 2015-ci ilin mənfəət vergisi üzrə hesabatın təqdim edilməsi müddətinin 31 mart 2016-cı ilədək olduğunu nəzərə alsaq, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarda yoxlanılan dövrünün qanunvericiliyin tələbinə uyğun olaraq müəyyən edildiyi aşkar görünür. Yox əgər məhkəmə bu fikrini yoxlamanın nəticəsi üzrə qəbul edilmiş inzibati aktın yoxlanılan dövrdən 3 il keçdikdən sonra qəbul edilməsi ilə əlaqələndirirsə, belə olan halda da məhkəmənin dəlili vergi qanunvericiliyinin tələbinə ziddir. Bundan başqa məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan xidmətin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edilən dəlilini iddiaçının özü tərəfindən müstəqil qaydada alınaraq məhkəməyə təqdim olunmuş və məhkəmə araşdırması zamanı alınmış mütəxəsis rəyində qeyd olunan qiymətlərin iddiaçının özünün müəyyən etdiyi qiymətlərdən 30 faizdən çox fərqləndirməməsi ilə əlaqələndirmişdir. Məhkəmənin istinad etdiyi ekspert rəylərinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməzliyi aşağıdakı faktlarla təsdiq edilir: "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən edilir ki, ekspert onun qarşısında qoyulmuş suala cavab verərkən yalnız bir neçə internet saytlarında olan elanlara istinad etmişdir. Bundan başqa, ekspert tərəfindən internet resurslarında anoloqlar müəyyən edilərkən də yanlışlığa yol verilmişdir. Belə ki, ekspert hesablama apararkən 1 istehsal sahəsi və 4 anbar olmaqla internet resurslarında yerləşdirilmiş elanların məlumatlarına istinad etmişdir. Lakin iddiaçının yoxlamaya təqdim etdiyi məlumatlarla, həmçinin yoxlama zamanı iddiaçının icarəyə verilmiş əmlaklarına baxış keçirilməsi zamanı iddiaçının əmlaklarının əksəriyyətinin anbar kimi icarəyə verilmədiyi müəyyən edilir. Həmçinin ekspert tərəfindən anoloqlar müəyyən edilərkən iddiaçıya məxsus əmlakların ərazi xüsusiyyətlərinə oxşar olmayan əmlaklar seçilmişdir. Təsadüfi deyil ki, ekspert özü də rəyində qeyd etmişdir ki, ətrafda ictimai əhəmiyyətli obyektlərin (Ulduz şokolad fabriki, X33, Keşlə dəmiryol stansiyası) mövcudluğu ərazini cəlbedici edir. Həmçinin ekspert qeyd etmişdir ki, iddiaçıya məxsus əmlakların sosial infrastruktur obyektlərinə yaxınlığı və gediş-gəliş yollarının əlverişli olması əmlakın dəyərinə müsbət təsir edən amillər kimi qeydə alınıb. Göründüyü kimi, ekspert iddiaçıya məxsus əmlakların dəyərini artıran müsbət fərqləndirici xüsusiyyətləri qeyd etsə də, seçdiyi anoloqlar ümumiyyətlə belə xüsusiyyətlərə malik olmamışdır. Qeyd edilənlərdən bir daha aydın olur ki, iddiaçıya məxsus əmlakların ekspert tərəfindən müəyyən edilmiş 1 kv.m-nin aylıq icarə haqqı məbləğinin 1,3 manat olması ümumiyyətlə reallığı əks etdirmir. Bundan başqa "xxxx" MMC ilə antena qurğusunun icarəsi ilə bağlı iddiaçı arasında bağlanmış müqavilə üzrə vergi öhdəliyi bazar qiyməti ilə deyil, "xxxx" MMC-yə iddiaçı tərəfindən təqdim edilmiş E-VHF-lərə əsasən müəyyən edildiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Elektrik enerjisi və su təchizatı üzrə xərclərə görə iddiaçıya ƏDV məbləğlərinin hesablanması hissəsinə gəlincə isə, iddiaçı tərəfindən icarəyə verilən obyektlərin icarəçiləri müstəqil abonent olaraq "xxxx" ASC və "xxxx"ASC ilə müqavilə bağlamamış, istifadə etdikləri elektrik enerjisi və su təchizatı ilə bağlı ödənişləri tarifə uyğun olaraq nağd qaydada iddiaçıya ödənilmişdir. İddiaçı faktiki olaraq elektrik enerjisindən və sudan istifadəni icarəçilərə ötürmüşdür. Buna baxmayaraq iddiaçı “Azərsu" ASC və "xxxx" ASC-dən əldə etdiyi fakturalar üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşmə şəklində dövlət büdcəsindən geri almış, bununla kifayətlənməyərək, icarəçilərdən elektrik və su təchizatı üzrə aldığı məbləğləri öz xərci kimi bəyan edərək, daha yüksək məbləğdə gəlir əldə etmiş, eyni zamanda icarəçilərin də hüquqlarını pozmuşdur. Belə ki, iddiaçıya elektrik və su təchizatı üzrə ödənilmiş məbləğlər iddiaçının vəsaiti hesabına ödənilmədiyindən (icarə müqavilələrində bu xərc icarəçilərin üzərinə qoyulur) həmin ödənişlər icarəçilərin xərci hesab olunur, iddiaçı isə həmin xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərinə sala bilməzdi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X29 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********170837 saylı 06.12.2018-ci il tarixli qərarına əsasən "xxxx" ASC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar səyyar vergi yoxlamasının aparılması təyin edilmiş, yoxlama 07.12.2018-ci il tarixdə başlanmış və 24.12.2019-cu il tarixdə başa çatmış və yoxlamanın nəticələrinə dair **********170845 saylı 10.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 29989.05 manat, ƏDV-nin 87233.19 manat azaldılması müəyyən edilərək, ümumilikdə 117222,24 manat məbləğində verginin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32917,47 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bununla bağlı aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********198631 saylı 31.03.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, vergi orqanının 06.12.2018-ci il tarixli qərarına əsasən ASC-də 01.11.2015-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyəti növbədənkənar səyyar vergi yoxlaması aparılmaqla yoxlanılmışdır. Hazırda iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********198361 saylı 31.03.2020-ci il tarixli qərarının ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək ona istinad etmişdir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamış, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015 və 2016-cı illər üzrə müvafiq vergilər AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmış, mənfəət vergisi və ƏDV (bir hissədə) iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadən qanunsuz hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur (maddə 36.1, 36.2, 36.3). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda və səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Hazırki işdən görünür ki, iddiaçıda keçirilməsi qərara alınan növbədənkənar səyyar vergi yoxlaması Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən 10 dekabr 2019-cu il tarixdə qeydiyyatdan keçmiş, yoxlanılan dövr 01.11.2015-01.11.2018-ci illəri əhatə etmiş, bu növbədənkənar yoxlamanın təyin edilmə əsası- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. Lakin bu növbədənkənar vergi yoxlamasının keçirilmə əsasını təşkil edən sənədlər vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin növbədənkənar səyyar vergi yoxlamasının müddəti – 7 dekabr 2018-ci il tarixdən 22 yanvar 2019- cu il tarixədək nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Yəni, qanunvericiliyin tələbinə görə təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsinin ümumi müddəti 90 gündən artıq davam edə bilməz. İşdən görünür ki, səyyar vergi yoxlaması 22 yanvar 2019-cu il tarixdən 21 fevral 2019cu il tarixədək (31 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 18 fevral 2019-cu il tarixdən 19 mart 2019-cu il tarixədək (30 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi; 7 may 2019-cu il tarixdən 4 iyun 2019-cu il tarixədək (29 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 31 may 2019cu il tarixdən 28 iyun 2019-cu il tarixədək (29 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 24 iyun 2019cu il tarixdən 26 iyul 2019-cu il tarixədək (33 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 22 iyul 2019cu il tarixdən 23 avqust 2019-cu il tarixədək (33 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 20 avqust 2019-cu il tarixdən 16 sentyabr 2019-cu il tarixədək (28 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 16 sentyabr 2019-cu il tarixdən 11 oktyabr 2019-cu il tarixədək (26 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi; 10 oktyabr 2019-cu il tarixdən 12 noyabr 2019-cu il tarixədək (34 gün müddətinə) dayandırılmış, buna əsas kimi vergi ödəyicisinin müvafiq qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsinin SVY bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilməsi göstərilmişdir. Həmçinin səyyar vergi yoxlamasının müddəti 14 mart 2019-cu il tarixdən 7 may 2019cu il tarixədək (54 gün müddətinə) artırılmış, buna əsas kimi yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması göstərilmiş, sonradan bu müddət 07 noyabr 2019-cu il tarixdən 24.12.2019-cu il tarixədək (48 gün) artırılmış, aktın tərtibi müddəti isə 30 gün artırılmışdır. Bununla da 7 dekabr 2018-ci il tarixdən 22 yanvar 2019- cu il tarixədək keçirilən səyyar vergi yoxlamasının müddəti əlavə olaraq 60 gün artırıla bildiyi halda, birinci dəfə 54 gün, ikinci dəfə isə 48 gün artırılmaqla, cəmi 90 günlük ümumi müddəti keçmişdir. Bununla yanaşı, vergi qanunvericiliyinə görə vergi yoxlamasının artırılması müddəti iş günü ilə deyil, təqvim günü ilə hesablanır. Lakin vergi orqanı bu yoxlamanın iş günü ərzində keçirilməsinə istinad edərək yoxlama müddətlərinin artırılma müddətlərinin də iş günü ilə hesablanmalı olduğunu hesab edir. Halbuki vergi orqanının bu yanaşması vergi qanunvericiliyinin müddəaları ilə təsdiq olunmur. Hətta vergi orqanının dediyi kimi, müddətlərin artırılması iş günü ilə hesablansa belə, yenə də səyyar vergi yoxlamasının keçirilmə müddəti ümumilikdə 90 gündən artıq olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda keçirilən növbədənkənar səyyar vergi yoxlamasının müddəti qanunvericiliyin tələbinə zidd olaraq ümumilikdə 90 gündən artıq davam etdiyi üçün bu hal vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa səyyar vergi yoxlamasının müddətinin dayandırılması, artırılması və başa çatması haqqında məlumatlar müvafiq reyestrdə qeydiyyata alınmamışdır. Belə ki, Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən təqdim olunan 17 yanvar 2020-ci il tarixli məktubda göstərilmişdi ki, 7 noyabr 2019-cu il tarixli qərarla bağlı məlumatlar reyestrdə əks olunmamışdır. Halbuki «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən reyestrə yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) və yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. "xxxx" ASC tərəfindən cavabdeh orqana ünvanlanmış 27.02.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, ASC-yə yoxlamanın müvəqqəti dayandırılması və ya artırılması barədə məktub və ya onlayn kargüzarlıq vasitəsilə heç bir xəbardarlıq edilməmişdir. Cavabdeh orqanla telefon vasitəsilə əlaqə saxlanıldıqda isə səyyar vergi yoxlamasının müvəqqəti olaraq dayandırılması barədə məlumatın ASC-nin onlayn kargüzarlıq səhifəsinə göndərildiyi bildirilmişdi. Beləliklə, hazırki işdə növbədənkənar səyyar vergi yoxlaması keçirilən zaman bu yoxlamanın keçirilməsi ilə bağlı vergi qanunvericiliyinin nəzərdə tutduğu müddətlərə vergi orqanı tərəfindən riayət olunmadığı müəyyən olunur. Digər tərəfdən, iş materiallarından görünür ki, "xxxx" ASC ilə X20, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X12, X2, X23, X24, X13, X3, X7, X14, X8, X8, X6, X5, X17, X9, "xxxx" MMC, X21, X21, "xxxx" MMC, “ünvan 6 ünvanında yerləşən müxtəlif ölçüdə qeyri-yaşayış sahələrinin (açıq sahə, naves və qapalı sahə – kafe, anbar, mağaza, tokar sexi, qaynaq sexi və s) icarəyə verilməsi (icarə haqqı 0,50 manat və 1,07 manat olmaqla) barədə ayrı-ayrı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən icarədar icarəçilərə müvafiq qeyri-yaşayış sahəsini icarəyə verir, icarəçi icarə haqqından əlavə faktiki sərf olunmuş enerji, qaz, telefon və sair xərclərini cari ildə müəyyənləşdirilmiş qiymətlərlə ödəməlidir. Vergi yoxlaması zamanı vergi ödəyicisinin icarəyə verdiyi obyektlərin aylıq icarə haqqının bazar qiymətinin müəyyən edilməsi məqsədilə Departamentin 12.12.2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı çıxarılmış, həmin yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 7 fevral 2020-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Vİ. Təqdim edilən sənədlər) "xxxx" ASC-nin İdarə Heyətinin sədri X18 ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış “Qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə” 04 və 09 saylı 7 yanvar 2013-cü il tarixli, 52, 56 və 61 saylı 1 fevral 2017-ci il tarixli, 63 saylı 1 fevral 2017-ci il tarixli müqavilələr; - (Vİİİ. Ekspertizanın keçirilməsi proseduru) VN yanında Bakı şəhəri X28 üzrə Departamentinin müvafiq məktub və qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan küəsi, 2 ünvanında yerləşən icarə obyektində 1 noyabr 2015-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin Vİ bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Departamentin əməkdaşları və ASC-nin nümayəndəsinin iştirakı ilə obyektə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 8 ünvanında, keçmiş ət kombinatının ərazisində (15 ha ərazidə) ümumi sahəsi 424,36 kv.m olan tikililər müxtəlif fiziki şəxslərə icarəyə verilmişdir. Hal-hazırda ərazidə ofislər, kafe, tokar, mebel taxta qurutma və kardon sexləri fəaliyyət göstərir; - (İX. İcarə haqqının dəyərinin müəyyən edilməsi) Bazarın analizi, təlabat və təkliflərin nisbəti, rəqabət məzmunu, onun dinamikası və perspektiv inkişafı. Maliyyə alternativi sərmayənin analoji təhlükəsi ilə birlikdə. Bazarın tipik iştirakçıları, onların motivasiyası, müqavilələrin standart şərtləri. Qiymətləndirməyə standart yanaşma çərçivəsində icarə üsulunun seçimi. Azərbaycan Respublikasında icarə haqqında fəaliyyətin subyektləri tərəfindən həyata keçirilməsi üçün zəruri olan qiymətləndirmə standartlarına əsasən icarəyə verən şəxs qiymətləndirməyə xərc, müqayisəli və gəlir yanaşmasından mütləq istifadə etməlidir. - (X. Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması) Bakı şəhərinin qiymətləndirmə tarixinə olan daşınmaz əmlak üçün ticarət bazarının şərtləri belədir ki, müqayisəli yanaşma metodunun həyata keçirilməsi çox zaman analoji satış, yaxud heç olmazsa satış təklifləri haqda məlumatın kifayət qədər toplanma imkanının olmaması kimi obyektiv çətinliklərlə əlaqədar olur. Bu şərait daxilində hər bir halda müqayisəli yanaşmanı tətbiq etmək imkanı qiymətləndirilən obyektin xüsusiyyətləri ilə müəyyən edilir. Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha da mürəkkəbləşir; - (X. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: “ünvan 9 ünvanında yerləşən icarə obyektində 1 noyabr 2015-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin icarə haqqının real bazar qiyməti müəyyən edildi. 1 kv.m üçün icarə haqqı tikililər üzrə 3 manat, boş sahə üzrə 0,50 manat. Bununla bağlı VN yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 mart 2020-ci il tarixli **********198631 nömrəli qərarı ilə "xxxx" MMC-yə AR Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinin tələbləri rəhbər tutularaq, 117.222,24 manat vergi borcu (2015 – 2017-ci illər üzrə mənfəət vergisi, 2015 – 2018-ci illər üzrə ƏDV) hesablanmış, 32.915,47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə ilə bağlı verilmiş 23 aprel 2020-ci il tarixli MB 13/398 nömrəli qiymətləndirmə hesabatında aşağıdakılar bildirilmişdir: -Tərəflər arasında bağlanmış müqaviləyə, habelə əmlakın qiymətləndirilməsi salahiyyətinə və "xxxx" MMC-nin Nizamnaməsinə uyğun olaraq qurumun ekspertləri tərəfindən qiymətləndirməyə təqdim edilmiş DƏDRX tərəfindən "xxxx" ASC-nin adına verilmiş 000144 nömrəli 28 yanvar 2008-ci il tarixli texniki pasport əsasında ünvan 10 ünvanında yerləşən, orta kommunal təchizatına malik, təmirsiz vəziyyətdə olan 43.620 kv.m sahəyə malik anbar və xidmət sahələrinin orta aylıq icarə bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda MMC-nin mütəxəssisləri tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz və daşınar əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 2 ünvanında yerləşən, orta kommunal təchizata malik, təmirsiz vəziyyətdə olan 43.620 kv.m sahəyə malik anbar və xidmət sahələrinin orta aylıq icarə bazar 23 aprel 2020-ci il tarixinə hesablanmış orta alıq icarə haqqı dəyəri 52.741,2 manat, və ya 1 kv.m sahənin icarə bazar dəyəri 1,20 manat təşkil edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən “ünvan 11 ünvanında yerləşən obyektin aylıq icarə haqqı məbləğinin müvafiq ərazidə yerləşən eyni əlamətlərə malik obyektlərə münasibətdə bir neçə mənbədən alınmış məlumatlar da əsas götürülərək müəyyən edilməsi məqsədilə 19 iyun 2020-ci il tarixli qərardadla iş üzrə ekspertiza təyin edilmiş və onun keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC-nin 27 iyul 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin tarixli ƏEM/İ-319/20 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Ekspert qarşısında qoyulmuş suala uyğun olaraq “ünvan 11 ünvanında yerləşən obyektin aylıq icarə haqqı məbləğinin müəyyən olunması məqsədilə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, ərazi üzrə monitorinq aparılmışdır. Obyekt paytaxtın zonalaşma prinsipinə uyğun olaraq 7-ci zonasında yerləşir. Ətrafda ictimai əhəmiyyətli obyektlərin (“Ulduz” şokolad fabriki, “Qafqaz” Biznes Mərkəzi, Keşlə Dəmiryol stansiyası və s.) mövcudluğu ərazini cəlbedici edir. Sosial infrastruktur obyektlərinə yaxınlığı və gediş-gəliş yollarının əlverişli olması əmlakın dəyərinə müsbət təsir edən amil kimi qeydə alınıb. Əmlakın ümumi sahəsi 43.619,8 kv.m təşkil edir, zəif təmirlidir, cari təmir işlərinə ehtiyac var. Hal-hazırda fəaliyyəti üzrə istifadə olunmur. Ərazidə yerləşən analoji qeyri-yaşayış sahələrinin gəlirlilik əmsalı, həmçinin icarə formasında gəlir-gətirmək və dövriyyə imkanları yaxşıdır. Bu baxımdan ərazi üzrə qeyri-yaşayış obyektlərinin alqı-satqısı və realizasiyası qeyriməhduddur. Ekspozisiya müddəti yuxarıdır və likviddir. Əmlakın qiymətləndirilməsi zamanı hüquqi sənədlərə istinad edilmişdir. Monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilmişdir. Beləliklə, “ünvan 12 ünvanında yerləşən obyektin 27 iyul 2020-ci il tarixinə ümumi sahə üzrə aylıq icarə haqqı – 56.700 manat, 1 kv.m üzrə aylıq icarə haqqı – 1,30 manat təşkil edir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Ekspert rəyi X1 (BQS), eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə biliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Lakin hazırki işdə cavabdeh inzibati orqan ekspert rəyi ilə razılaşmayaraq rəydə qeyd olunan qiymətlərin reallığı əks etdirmədiyinə istinad edir. Bu barədə məhkəmə kollegiyası aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci hissəsində göstərilmişdi ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiyməti icarə münasibətlərindən bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün istifadə edilə bilər. Göründüyü kimi, yuxarıda adı qeyd olunan Qərarda həmin qərarın qüvvəyə mindiyi gündən sonrakı icarə münasibətlərində vergi tutulması üçün bazar qiymətlərinin tətbiq edilməli olması birbaşa öz əksini tapmışdır. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən 12 mart 2012-ci il tarixli Qərarında göstərilmişdi ki, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı “İcarə haqqında” Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmlakına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) aşağıdakı müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında bazar qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində müəyyən edilmiş tələblərə və mərhələlərə aydınlıq gətirilmiş və həmin tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla bazar qiymətinin müəyyən edilməli olması göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, sözügedən Qərarın nəzərə alınmalı olan dövr üzrə cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 7 fevral 2020-ci il tarixli daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi barədə ekspert rəyindən görünür ki, “ünvan 13 ünvanında yerləşən icarə obyektində 1 noyabr 2015-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin 1 kv.m üçün icarə haqqının real bazar qiymətinin icarə haqqı tikililər üzrə 3.0 manat, boş sahə üzrə 0,50 manat olduğu müəyyən edilmişdir. İnzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi və ƏDV (bir hissədə) iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadən qanunsuz hesablanmışdır. Görünür ki, vergi orqanı yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətinin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı alınmış ekspert rəyi səthi tərtib olunmuş, müqayisə predmetləri tam şəkildə uyğun seçilmədən (obyektin təmir səviyyəsi, təyinatı, digər infrastrukturlara yaxınlığı və s. nəzərə alınmadan) verilmişdir. Digər tərəfdən inzibati icraatda bir rəyin alınması mütləq deyil, müxtəlif qurumlardan rəylərin alınmasını da qanunvericilik qadağan etmir. Hansı ki, bir ekspert (mütəxəssis) rəyi məhkəmə icraatında məhkəmə tərəfindən alınmış, bir rəy isə iddiaçının özü vasitəsilə aidiyyəti qurumdan alınmışdır. Tədqiq olunmuş həmin rəylər tutarlı arqument və müqayisələrlə əsaslandırılmaqla müəyyən edilmişdir ki, vergi ödəyicisinin müvafiq obyektin icarə haqqı üzrə tətbiq etdiyi qiymətin səviyyəsi 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3cü maddəsinə uyğun həm mənfəət vergisi, həm də ƏDV hesablanması əsassız olmuşdur. Apellyasiya şikayətində göstərilən “ekspert rəylərinin bir mənbəyə (internet elanlarına) istinad edilməklə analoqların düzgün seçilməməsi ilə verildiyi üçün iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməzliyi” ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil əsassız olduğu üçün qəbul edilmir. Belə ki, məkəmənin istinad etdiyi ekspert rəyinin bir neçə internet saytında olan elanlara istinadən və bir neçə analoq üzrə müqayisəli şəkildə təhlil aparılmaqla verildiyi müəyyən olunur ki, bu məlumatların da həqiqəti əks etdirməməsini və yuxarıda qeyd oluna kriterilər nəzərə alınmaqla düzgün olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin hazırki işdə cavabdeh orqan tərəfindən həmin hallar sübuta yetirilmir. İddiaçıya hesablanmış ƏDV-nin digər hissəsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçı ilə "xxxx" MMC və digər icarəçilər arasında bağlanmış icarə müqaviləsinin şərtləri, bu şərtlərə zidd olmayan şəkildə icarə haqqı, elektrik enerjisi və su təchizatı üzrə xərclərə görə iddiaçıya ƏDV məbləğlərinin hesablanması düzgün olmamışdır. Odur ki, bu barədə apellyasiya şikayətində göstərilən dəlillər məhkəmə qərarının həmin hissədə ləğvi üçün əsas yaratmır. Bundan başqa birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdu ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015 və 2016-cı illər üzrə müvafiq vergilər AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Hazırki işdən görünür ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar 06.12.2018-ci il tarixdə qəbul edilmiş, yoxlama dövrü ƏDV üzrə 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək, mənfəət vergisi üzrə isə 2015-ci ildən 2017-ci ilədək olan dövrü əhatə etmişdir. 2015-ci ilin noyabr ayı üzrə ƏDV hesabatının təqdim edilməsi müddətinin dekabr ayının 20-dək, 2015-ci ilin mənfəət vergisi üzrə hesabatın təqdim edilməsi müddətinin isə 31 mart 2016-cı ilədək olduğu nəzərə alınsa, səyyar vergi yoxlamasının keçirilməsi barədə 06.12.2018-ci il tarixli qərardan 3 il əvvəlki dövrün yoxlanılması üçün müddətin keçmədiyi müəyyən olunur. Bununla bağlı birinci instansiya məhkəməsinin qeyd olunan hala düzgün qiymət verməməsi iş üzrə kobud pozuntu hesab olunmadığından nəticə etibarilə qanuni və əsaslı olan məhkəmə qərarının bu əsasla ləğv edilməsi üçün əsas yaranmır. Məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (31 mart 2020-ci il tarixli **********19863 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əsas vergi borcu və maliyyə sanksiyasını) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (61.1, 61.2, 61.4). Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul edilmir və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4361/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4361/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-284/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-284/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver