Məhkəmə qərarları › İş №2-1(103)-284/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-284/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-284/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi (qızı) X1, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı (xx.xx.1953-cü il tarixində Beyləqan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.02.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1976-1992ci illər üzrə iqtisadçı müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəsinə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırkı vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1972-1976-cı illərdə Binə donuzkökəltmə sovxozunda, 1976-cı ildə Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin Dəmir-Beton trestinin 9 saylı Dəmir-Beton boruları zavodunda, 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində, 1992-1994-cü illərdə “Azərbalıq” Dövlət Konsernində, 2005- 2018-ci illərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq" idarəsində iqtisadçı müfəttiş vəzifəsində çalışmışdır. Ona 01 noyabr 2017-ci il tarixdən yaşa görə pensiya təyin olunub və pensiya məbləği 276,62 (iki yüz yetmiş altı manat, altımış iki qəpik) manat müəyyən edilmişdir. O, ona verilən pensiya məbləği ilə razılaşmadığı üçün cavabdeh DSMF-nin Bakı Şəhəri Xətai rayon şöbəsinə müraciət edərək pensiya məbləğinin yenidən hesablanmasını tələb etmişdir. Tələbinin əsası kimi 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində çalışdığı iqtisadçı müfəttiş vəzifəsinin dövlət qulluğuna aid olduğunu və ona həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğunu göstərmişdir və buna dair sübutlarını təqdim etmişdir. Ona verilən 02 iyul 2020-ci il tarixli, **********0 №-li cavab məktubu ilə tələbindən imtina edilib və imtinaya səbəb kimi göstərilmişdir ki,: müraciətilə əlaqədar apardıqları araşdırma əsasında müəyyən olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyul 1977-ci il tarixli, 222 №-li Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin qərarın 2 №-li əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X18 idarəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq İdarəsi”nin 22 iyun 1984-cü il tarixli, 45/P №-li əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “X15 İdarəsi haqqında Nümunəvi Əsasnamə”nin 3-cü hissəsinə” əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Nazirliyinin Baş balıqçılıq İdarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müvafiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin və Balıqçılıq İdarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Onun iqtisadçı müfəttiş vəzifəsini icra etdiyi “Cənubxəzərbalıqçılıq” İdarəsi də məhz ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərib. Bundan başqa “X16 Nazirliyi Balıqçılıq üzrə Federal Ağentlik”-dən verilən arayışda da bildirilir ki, Cənub-Xəzər hövzə idarəsinin təşkilatlarının maliyələşdirilməsi büdcədən ayırmalar hesabına həyata keçirilib. Balıq ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi üzrə Baş idarənin SSRİ Dövlət bankında cari hesabı olub və mərkəzi aparatın saxlanılması həmin hesabdan maliyələşdirilib. Yuxarıda qeyd etdiyi faktlar və sənədlər onun “Cənubxəzərbalıqçılıq” İdarəsində iqtisadçı müfəttiş olaraq işlədiyi 1976-1992-ci illərə görə müddətin, dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğuna əsasdır. Ona münasibətdə Qanuna görə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci ilin oktyabr ayının 18-nə kimi dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən vəzifəsinə uyğunlaşdırılmalıdır. Həmin Qanuna əsasən pensiya alanın arzsuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki qulluğunun 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırk; vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) İddia təmin edilmiş, iddiaçı-İddiaçı 1976-1992 illər üzrə iqtisadçımüfəttiş işlədiyi müddət dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, hazırk; vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin 2 iyul 1977- ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSRİ Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X18 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışanlar qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Syahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Əlavə olaraq, İddiaçı DSMF-nun Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən 01.11.2017-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilmişdir. 17.03.2022-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanmışdır, ərizəyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 16.03.2022-ci il tarixli, 18/99-055 nömrəli arayışı əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq atasının xəstə olması ilə bağlı şəxsən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etdi. Cavabdehin nümayəndəsi X13 əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)- 4062/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Xətai RPŞ tərəfindən 08.09.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Beyləqan rayonunda doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus 20 yanvar 1972-ci il tarixli əmək kitabçasındakı (surəti) qeydlərdən müəyyən olunur ki, iddiaçı-1953-cü il təvəllüdlü İddiaçı 20.08.1976-cı ildən 15.01.1992-ci ilədək “Cənubxəzərbalıqçılıq”da iqtisadçı-müfəttiş (mühasib) vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İddiaçı ünvanladığı 23.05.2019-cu il tarixli 04/08-08/1829 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması aparılmışdır. 1976-1992-ci illərdə Cənub Xəzər balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi İdarəsində (Cənubxəzərbalıqçılıq) işlədiyi müddətə dair bildirilmişdir ki, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq idarəsi”nin 22 iyun 1984- cü il tarixli 45/P nömrəli əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “BaşX15 İdarəsi haqqında Nümunəvi Əsasnaməsi”nin 3-cü hissəsinə əsasən "Hövzə İdarəsi” SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş balıqçılıq idarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müttəfiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təssərrüfatı Nazirliyinin və Başbalıqçılıq idarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının çirkləndirilməsinə qarşı mübarizə məsələləri üzrə əmr və təlimatların icrasına və “Hövzə İdarəsi”nin tabeçiliyində olan balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin "inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən Cənubxəzərbalıqçılıq İdarəsi ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə, həmin İdarədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər - DSMF Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 02.10.2020-ci il tarixli **********8 saylı məktubdan müəyyən olunur ki, İddiaçı 011173 saylı iş üzrə yaşa görə ömürlük 276,62 (iki yüz yetmiş altı manat 62 qəpik) manat məbəğində əmək pensiyası alır. Pensiya 01.11.2017-ci il tarixdən təyin olunmuşdur - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 03.06.2021-ci il tarixli 18/221 saylı məktubunda qeyd olunmuşdur ki, Cənubxəzərbalıqçılıq İdarəsinin ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumatın Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi ilə bağlı sorğu Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji informasiya və arxiv fondunda araşdırılmışdır. Bu barədə arxiv sənədindən çıxarışı təqdim edərək, bildirirlər ki, qoşmada qeyd olunmuş Nazirliyin Su hövzələrində X4 və Mühafizəsi Departamenti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Xidməti olaraq fəaliyyət göstərir. - Qeyd olunan məktuba əlavə olunmuş X22 Ehtiyatlarının Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyyən olunur ki, sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X14” idarəsi (X22 ehtiyatlarının artırılması,bərpası, mühafizəsi və balıq ovunun tənzimlənməsi idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illəri əhatə edir) təsdiqlənir ki, (“X14” idarəsi) keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir (əlavə - 1).“Cənubi Xəzərbalıqartırma idarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X19 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR söbəsində ******* saylı büdcə hesabı olmuşdur. “İdarə”ünvan 3 ünvanında yerləşmişdir.1983-cü ilin 18 mart tarixində sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur (SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır (əlavə-3). Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 04 iyul tarixli 40 nömrəli Fərmanına əsasən “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər”X3 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X10 Konserni yaradılmışdır (əlavə- 4).“Azərbaycan Respublikasının “Azərbalıq” X10 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir (əlavə-5). “Azərbalıq”X10 Konsernin idarə heyətinin 1994-cü il 23 mart tarixli 07 saylı qərarı ilə “Azərbalıq” X10 konserninin X11, Qorunması və X19-“Balıqartıma” idarəsinin nizamnaməsi” təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1994-cü il 04 may tarixli qərarı ilə qeydə alınmışdır. “Balıqartırma” idarəsi X11, qorunması və X19ni idarə etmiş və öz fəaliyyətini dövlət büdcəsindən maliyyələşdirmə prinsipi əsasında həyata keçirilmişdir (əlavə-6). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 mart tarixli 669 nömrəli Sərəncamı ilə “Balıqartırma” idarəsi istisna olmaqla “Azərbalıq” X10 Konserninin tabeliyində olan müəssisə və təşkilatlar özəlləşdirməyə açıq elan edilmişdir (əlavə-7). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən “Azərbalıq” X10 Konserni ləğv olunmuş, ləğv olunan “Azərbalıq” X10 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 669 nömrəli sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) yəni əvvəllər “Balıqartırma” idarəsi adlandırılan Su hövzələrində X4 və Mühafizəsi Departamenti və X2 institutu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir (əlavə-8). Hal-hazırda “X14” idarəsinin funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X4 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 iyul tarixli 108 nömrəli Qərarı”nın 2-ci bəndi ilə 2001-ci ilin 18 sentyabr tarixindən dövlət orqanlarının təsnifatına daxil edilmişdir (əlavə-9). - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02.07.2020-ci il tarixli ********** saylı məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara müvafiq hüquqi rəyin verilməsi ilə bağlı tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X18 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublikası tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.12.2020-ci il tarixli **********2 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X18 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin "inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.16-cı bəndinə əsasən Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Hazırkı işin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 03.06.2021-ci il tarixli 18/221 saylı məktubundan və həmin məktuba əlavə olunmuş X22 Ehtiyatlarının Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyən olunmuşdur ki, iddiaçının 1976-1992 illərdə işləmiş olduğu “Cənubi Xəzərbalıqartırma idarəsi” Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X19 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmaqla, “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR söbəsində büdcə hesabı olmuşdur. Göründüyü kimi iddiaçının 1976-1992-ci illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi “Cənubxəzərbalıqçılıq” İdarəsi dövlət idarəetmə orqanı olmaqla, dövlət büdcəsindən maliyyələşdirildiyindən onun dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınması cavabdehə həvalə olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. Qaydaların 4-cü bəndində göstərilmişdir ki, Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: 15 ildən yuxarı 30 faiz məbləğində. “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndində göstərilmişdir ki, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda göstərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). - Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). -Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır (bənd 12). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona qulluq stajına görə 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar