Məhkəmə qərarları › İş №2-1(103)-284/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-284/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-284/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı X2 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin apellyasia mərhələsində Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3103/2023 saylı 23 noyabr 2023-cü il tarixli aralıq qərardadı ilə iddiaçının “X2 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomumun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ” barədə müraciətinə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iki ay müddətində yenidən baxılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsi Agentliyə həvalə edilmişdir. Məhəkəmyə təqdim olunmuş, “Təhsildə Keyfiyyət Təminat Agentliyi” tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli 3-29-61/2-175/2024 saylı arayışına əsasən müəyyən olunmuşdur ki, o, AR Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xparici dövlətlərin aili təhsilə aid kvalifikasiyalarının tanınması üzrə imtahanda iştirak etmiş və DİM-in rəsmi saytında elan olunmuş nəticlərə əsasən tələb olunan keçid balını toplayaraq, müvəffəqiyyət qazanmışdır. Eyni zhamanda, məhkəməyə təqdim olunmuş, Agentlik tərəfindən iddiaçıya verilmiş NS00028558 No-li şəhadətnamədən görünür ki, həmin şəhadətnamə ilə iddiaçının X2 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomuu və peşəsi Azərbaycan Respublikası ərazisində tanınmışdır. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və X2 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində ona verilmiş 107704 ******* nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması barədə ona şəhadətnamə verilmiş, bununla da tərəflər arsındakı mövcud mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM»): 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair” iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar